Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   40   41   42   43   44   45   46   47   ...   101

81 
 
 
II FƏSIL 
 
ĠQTĠSADĠ VƏ SOSĠAL ĠNKĠġAF 
 
§ 1. Yeni iqtisadi sistemə keçid: iqtisadi siyasətin formalaĢması və makroiqtisadi tarazlığın 
əldə edilməsi 
 
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz 
suveren  hüquqlarını  gerçəkləşdirməyə  və  müstəqil  siyasət  aparmağa  başlamışdır.  Bu  siyasətin  başlıca 
istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid 
və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. Lakin müstəqilliyin ilk günlərindən başlayaraq ölkədə 
baş alıb gedən hərc-mərclik, hakimiyyət uğrunda çəkişmələr və səriştəsiz rəhbərlik bu istiqamətdə nəinki 
dönüş  yaratmağa  imkan  vermiş,  əksinə  sosial-  iqtisadi  böhranı  daha  da  dərinləşdirmiş  və  iqtisadi 
islahatların aparılması yolunda çoxsaylı əngəllər törətmişdi. Bütün bunların nəticəsi kimi 1991- 1993-cü 
illərdə Azərbaycan Respublikasında müəssisələrin böyük əksəriyyətində istehsal prosesi dayanmış və ya 
müəssisələr öz gücünün cəmi 15-20 faizi səviyyəsində fəaliyyət göstərmişdi. Həmin illərdə sənayedə illik 
geriləmə  20-30  faizə,  kənd  təsərrüfatında-  16-24  faizə,  kapital  qoyuluşunda  40  faizə  çatmışdır.  İstehlak 
mallarının  qiymətləri  ildə  14-18  dəfə  artaraq  iqtisadi  və  sosial  sahələrdə  dağıdıcı  rol  oynamışdır.  Ölkə 
iqtisadiyyatını  bürüyən  tənəzzül  və  baş  alıb  gedən  inflyasiya  əhalinin  alıcılıq  qabiliyyətinin  aşağı 
düşməsinə, onun sosial vəziyyətinin kəskin surətdə pisləşməsinə səbəb olmuşdur. 
1993-cü  ilin  iyununda  xalqın  tələbi  ilə  Azərbaycan  Respublikasının  rəhbərliyinə  gələn  Heydər 
Əliyevin  qarşısında  çox  çətin  bir  vəzifə  dururdu:  ölkəni  qardaş  qırğını  təhlükəsindən  xilas  etmək  və 
hakimiyyət  uğrunda  silahlı  mübarizələrin  qarşısını  almaq.  Yalnız  bu  problemlərin  həllindən  və  ictimai 
siyasi sabitlik təmin edildikdən sonra ölkədə dövlət quruculuğu prosesinə başlamaq və iqtisadi islahatları 
həyata keçirmək mümkün idi. Ölkə rəhbərliyinin və ilk növbədə Azərbaycan Respublikasının Prezidenti 
Heydər  Əliyevin  1993-1995-ci  illərdə  uzaqgörən  siyasəti  və  gərgin  əməyi  nəticəsində  ictimai-siyasi 
vəziyyət  normal  məcraya  salındı  və  mühüm  sosial-iqtisadi  problemlərin  həllinə  başlamaq  üçün  əlverişli 
şərait yarandı. 
1995-ci ilin əvvəlindən ölkədə demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatına keçid kursu 
müəyyənləşdirilmiş  və  onun  ardıcıl  həyata  keçirilməsinə  başlanmışdır.  Burada  strateji  istiqamət  yeni 
iqtisadi  sistemə  transformasiyanı  surətləndirməklə  ölkənin  təbii  ehtiyatlarından  və  mövcud  iqtisadi 
potensialından istifadənin səmərəsini artırmaq olmuşdur. Bunun üçün iqtisadiyyatın liberallaşdırılması ilə 
yanaşı keçid dövründə əhalinin sosial müdafiəsinin təmin edilməsi ən ümdə vəzifələr hesab olunurdu. Bu 
məqsədlə həyata keçirilən xəttin əsasını aşağıdakı prinsiplər təşkil etmişdir: 
-müxtəlif mülkiyyət növlərinə əsaslanan iqtisadi sistemin yaradılması; 
-azad sahibkarlığın inkişafına dövlət təminatının verilməsi
-iqtisadiyyatın sağlam rəqabət prinsipləri əsasında inkişaf etdirilməsi
-iqtisadi münasibətlərdə inhisarçılığın qarşısının alınması və haqsız rəqabətə yol verilməməsi; 
-əhalinin rifahının yaxşılaşdırılması və onun sosial müdafiəsinin təmin olunması. 
Yuxarıda  qeyd  olunan  prinsiplər  əsasında  islahatların  aparılması  hər  şeydən  əvvəl  yeni  iqtisadi 
sistemə  keçidin  hüquqi  bazasının  yaradılmasını  tələb  edirdi.  Ona  görə  də  qısa  müddət  ərzində  bu 
istiqamətdə  gərgin  iş  aparılmış  və  iqtisadi  islahatların  hüquqi  bazasını  təmin  edən  qanunlar  işlənib 
hazırlanıb  və  qəbul  edilmişdir.  Onların  içərisində  mülkiyyət  haqqında,  torpaq  və  aqrar  islahatları 
haqqında,  özəlləşdirmə,  sahibkarlığın  inkişafı,  vergi,  maliyyə-bank  sisteminin  yenidən  qurulması, 
ticarətin  liberallaşdırılması,  investisiyaların,  o  cümlədən  xarici  investisiyaların  qorunması,  inhisarçılığın 
aradan qaldırılması və sağlam rəqabətin inkişafı, əhalinin rifahının yüksəldilməsini və sosial müdafiəsini 
təmin edən qanunlar xüsusi yer tuturdu. 
Bu qanunlar ölkə iqtisadiyyatının müxtəlif istiqamətlərində köklü islahatların aparılması üçün şərait 
yaratdı.  Mülkiyyət  və  dövlət  əmlakının  özəlləşdirilməsi  haqqında  qanunlar  kütləvi  özəlləşdirməyə  və 
sahibkarlığın inkişafına təkan verdi. 1995-1998-ci illərdə dövlət əmlakının özəlləşdirilməsi proqramının 
yerinə  yetirilməsi  nəticəsində  ölkədə  kiçik  özəlləşdirmə,  demək  olar  ki,  başa  çatdı,  28  minədək  belə 
obyekt xüsusi mülkiyyətə keçdi. Minlərlə ticarət, ictimai iaşə və xidmət obyektlərinin özəlləşdirilməsi bu 
sahələrdə  özəl  bölmənin  payının  kəskin  surətdə  artmasına  səbəb  olmuşdur.  Hazırda  bu  sahələrin 
müəssisələri, demək olar ki, tamamilə özəl iş adamlarına məxsusdur. 


82 
 
Həmin  dövrdə  eyni  zamanda  bir  çox  orta  və  iri  müəssisələr  özəlləşdirməyə  açılmış  və  səhmdar 
cəmiyyətlərinə  çevrilmişdi.  Bir  sıra  metallurgiya,  maşınqayırma,  mebel,  tikiş,  yeyinti,  tikinti,  nəqliyyat 
müəssisələrinin özəlləşdirilməsinə başlanmışdı. 
Aqrar  bölmədəki  islahatlar  öz  radikallığı  və  sürəti  ilə  nəinki  Azərbaycan  iqtisadiyyatının  digər 
sahələrində aparılan islahatlardan, hətta Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrdəki islahatlardan 
əsaslı surətdə  fərqlənərək ölkədə  özəl  mülkiyyətin  formalaşmasında  və  sahibkarlığın inkişafında  xüsusi 
rol oynamışdır. Qısa müddət ərzində torpağın özəl mülkiyyətə verilməsi, onun üzərində mülkiyyətçinin 
tam sahiblik hüququnun təmin edilməsi, 2000-ə qədər sovxoz və kolxozun ləğvi, 35 minə yaxın müxtəlif 
formalı yeni təsərrüfatların yaradılması bu sahənin dinamik inkişafına güclü təsir etmişdir. 
İslahatların ilkin mərhələsində iqtisadiyyatın, o cümlədən ticarətin tam liberallaşdırılması sahəsində 
Azərbaycan  dövlətinin  həyata  keçirdiyi  siyasət  onun  dünya  iqtisadiyyatına  inteqrasiyasını  xeyli 
sürətləndirdi. Xarici investorlara münasibətdə "açıq qapı" siyasətinin tətbiqi, ixrac mallarının kvotalardan 
və  gömrük  rüsumlarından  azad  olunması,  idxal  mallarına  isə  maksimum  15  faiz  səviyyəsində  gömrük 
rüsumunun tətbiqi ölkədə istehsalın və xarici iqtisadi əlaqələrin miqyasının artmasına kömək etmişdir. 
İslahatlara  başlanğıc  ərəfəsində  həyata  keçirilən  ən  mühüm  tədbirlərdən  biri  Azərbaycanın  milli 
valyutasının - manatın dövriyyəyə buraxılmasıdır. 1994-cü ilin əvvəlindən manatın ölkədə yeganə ödəniş 
vasitəsi kimi istifadəsinə başlanması və xarici valyutalara nisbətən onun məzənnəsinin sabit saxlanılması 
istiqamətində  görülən  işlər  bütövlükdə  maliyyə  və  bank  sisteminin  möhkəmlənməsinə  böyük  dəstək 
vermişdir. 
İqtisadi  sistemin  yeni  münasibətlər  əsasında  formalaşması  və  iqtisadi  proseslərə  dövlətin 
müdaxiləsinin  məhdudlaşdırılması  onun  bazar  iqtisadiyyatı  prinsiplərinə  uyğun  idarəetmə  aparatının 
formalaşması  zərurətini  yaratmışdır.  Bunu  nəzərə  alaraq  bu  sahədə  köklü  islahatların  aparılmasına 
başlanmış,  bir  çox  nazirliklərin  və  digər  dövlət  orqanlarının  işinin  təkmilləşdirilməsi,  onların 
səlahiyyətlərinin və funksiyalarının dəyişdirilməsi, lüzumsuz qurumların ləğvi və yenilərinin yaradılması 
istiqamətində davamlı iş aparıldı. 
1993-1995-ci illərdə ölkədə ictimai-siyasi sabitliyin yaranması sayəsində həyata keçirilən islahatlar 
iqtisadiyyatda 80-ci illərin sonlarından davam edən geriliyin qarşısını almağa və 1996-cı ildən başlayaraq 
bir çox sahələrdə, xüsusilə də makroiqtisadi göstəricilərdə irəliləyişin əldə edilməsinə imkan vermişdir. 
Belə ki, ümumi daxili məhsulun artımı 1996-cı ildə 1,3 faiz, 1997-ci ildə - 5,8 faiz, 1998-ci ildə - 10 faiz, 
1999-cu  ildə  -  7,4  faiz,  2000-ci  ildə  -  11,4  faiz,  2001-ci  ilin  altı  ayında  -  8,4  faiz  olmuşdur.  Ötən  dövr 
ərzində  ümumi  daxili  məhsul  bütövlükdə  52,8  faiz  artmışdır  ki,  bu  da  MDB  məkanında  ən  yüksək 
göstəricidir. 
Sənaye məhsulunun istehsalında 1997-ci ildən başlayaraq daim artım müşahidə olunur. 2000-ci ildə 
artım 6,9 faiz, 2001-ci ilin altı ayında isə 5,1 faiz olmuşdur. Demək olar ki, sənayenin bütün sahələrində, 
o cümlədən neft və qaz, kimya və neft-kimya, maşınqayırma və metal emalı, tikinti materialları sənayesi 
sahələrində nəzərə çarpan irəliləyiş nəticəsində məhsul istehsalının həcmi çoxalmışdır. 
Kənd  təsərrüfatında  aparılan  köklü  islahatlar  heyvandarlıqda  əsaslı  dönüş  yaratmış,  ət  və  digər 
heyvandarlıq  məhsullarının  istehsalı  demək  olar  ki,  əhalinin  tələbatını  təmin  edəcək  səviyyəyədək 
yüksəlmişdir.  Əgər  əvvəllər  ölkədə  ət  və  ət  məhsullarına  olan  tələbatın  çox  hissəsi  idxal  hesabına 
ödənilirdisə, hazırda bu problem tamamilə aradan qaldırılmışdır. 1995-2000-ci illərdə ət istehsalı 33 faiz, 
süd istehsalı 25 faiz, yumurta istehsalı 19 faiz artmışdır. Həmin illərdə iri buynuzlu mal-qaranın sayı 340 
min  baş  artaraq  2  milyon  başa,  qoyun  və  keçilərin  sayı  isə  1442  min  baş  artaraq  6,1  milyon  başa 
çatmışdır. 
Son illər eyni zamanda taxıl, kartof, tərəvəz, meyvə, bostan məhsulları, tütün istehsalında da artım 
müşahidə olunur. 2000-ci ildə 1995-ci illə müqayisədə taxıl istehsalı 67 faiz, kartof - 3 dəfə, tərəvəz - 84 
faiz, meyvə - 47 faiz, bostan məhsulları - 6,2 dəfə, tütün istehsalı 48 faiz artmışdır. 
İqtisadi inkişafı təmin edən əsas amillərdən biri kapital qoyuluşunun dinamikasıdır. Belə ki, kapital 
qoyuluşuna yönəldilən investisiya istehsalın artması ilə yanaşı yeni müəssisələrin, təhsil, səhiyyə, yaşayış 
və digər sosial obyektlərin tikilib istismara verilməsinə, yeni iş yerlərinin yaradılmasına xidmət edir. Ona 
görə  də  Azərbaycan  Respublikasının  iqtisadi  siyasətində  investisiyaların,  o  cümlədən  xarici 
investisiyaların həcminin ildən-ilə artırılması öncül sahələrdən sayılır. Bu siyasətin nəticəsi olaraq 1995-
2000-ci  illərdə  ölkə  iqtisadiyyatına  bütün  maliyyə  mənbələri  hesabına  33,6  trilyon  manat  investisiya 
yönəldilmişdir.  Həmin  dövrdə  xarici  investisiyaların  həcmi  5,8  milyard  dollar  olmaqla  ümumi 
investisiyaların  71  faizini  təşkil  etmişdir.  Onların  içərisində  4,6  milyard  dollar  (və  ya  79  faiz)  birbaşa 
investisiya,  1,2  milyard  dollar  isə  maliyyə  kreditləri  olmuşdur.  1995-2000-ci  illərdə  ölkəyə  daxil  olan 
investisiyaların 57 faizi (və ya 3,3 milyard dolları) neft sənayesinin inkişafında istifadə olunmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə