Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   43   44   45   46   47   48   49   50   ...   101

87 
 
dəyərləndirilməsi  sübut  etmişdir  ki,  ehtiyatların  potensialı  1  trilyon  kub  metrdən  artıqdır  və  bununla 
Şahdənizin dünyamiqyaslı yataq olduğu təsdiq edilmişdir. 
Şahdənizdə  axtarış-kəşfiyyat  işlərinin nəticələri  nəinki  Azərbaycan  üçün,  həm  də  bütün  regionun 
energetika kompleksinin strukturunun inkişafı üçün çox böyük əhəmiyyətə malikdir. 
Digər  sahələrdə,  o  cümlədən  dənizdə  -  Abşeron,  Naxçıvan,  Alov,  İnam,  Lənkəran,  Kürdaşı  və 
başqa strukturlarda da işlər aparılır. 
Ümumiyyətlə, xarici neft şirkətləri ilə 21 neft sazişi imzalanmışdır (bunlardan 15-i dəniz, 6-ı isə 
quru sahələri üzrədir). Xüsusiyyətlərinə görə bu sazişlər üç növə bölünür: 
-işlənmə və hasilat (1 saziş); 
-bərpa və hasilat (5 saziş); 
-kəşfiyyat (15 saziş). 
Bütün sazişlər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bilavasitə iştirakı ilə nəinki 
Bakıda,  həmçinin  dünyanın  ən  böyük  paytaxtları  -  Vaşinqton,  Moskva,  London,  Parisin  möhtəşəm 
saraylarında imzalanmışdır. 
Nəticədə  Azərbaycanın  neft-qaz  sənayesinə  təxminən  60  milyard  ABŞ  dolları  həcmində  sərmayə 
qoyulması nəzərdə tutulmuşdur ki, bu da respublikamızın gələcək inkişafına əsl qarantdır. Bu məbləğdən 
4,5  milyard  dollar  artıq  ölkəmizə  investisiya  şəklində  yatırılıb  ki,  bunun  da  3,7  milyardını  birbaşa 
investisiyalar, 800 milyon dollarını isə bonuslar təşkil edir. 
Bu amil respublikamız üçün həm iqtisadi, həm siyasi baxımdan böyük əhəmiyyət kəsb edir, dünya 
iqtisadiyyat birliyinə inteqrasiyasını daha da sürətləndirmək və xarici sərmayələrin cəlb olunmasına yeni 
imkanlar  yaradır.  Xüsusilə  qeyd  olunmalıdır  ki,  imzalanmış  neft  müqavilələri  Azərbaycan 
Respublikasının Milli Məclisində ratifikasiya olunduqdan sonra qanun qüvvəsinə minir. 
Artıq  heç  kimə  sirr  deyil  ki,  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevin  neft 
strategiyasının  uğurları  ilk  növbədə  Azərbaycanın  bütün  neft  şirkətləri  üçün  açıq  olması  ilə  bağlıdır. 
Həqiqətən  də  respublikamız  müvafiq  şərtlər  çərçivəsində  hər  bir  neft  şirkəti  ilə  əməkdaşlıq  etməyə 
hazırdır.  Neft  siyasətimizin  hər  cür  ayrı-seçkilikdən  uzaq  olması  bütün sərmayəçilərə  məlumdur.  Məhz 
buna görə də indi müqavilələrin həyata keçirilməsində dünyanın 14 ölkəsinin 30 neft şirkəti iştirak edir. 
Təkcə  bu  ölkələrin  adlarını  çəkmək  kifayətdir:  Amerika  Birləşmiş  Ştatları,  Böyük  Britaniya,  Fransa, 
İtaliya,  Norveç,  Rusiya,  Türkiyə,  Yaponiya,  Səudiyyə  Ərəbistanı,  Belçika,  Almaniya,  İran,  İspaniya  və 
Kanada. 
Sərmayəçilərlə  münasibətdə  ayrı-seçkilik  qoyulmaması,  qarşılıqlı  əlaqələrimizin  düzgünlüyü, 
təmizliyi,  ədalətli  olması  Azərbaycan  iqtisadiyyatının  başqa  sahələrinə  də  sərmayə  cəlb  olunmasına 
yardım  edir,  eləcə  də  ölkələrimiz  arasında  siyasi,  mədəni  əməkdaşlığın  genişlənməsinə,  Azərbaycana, 
Azərbaycan hökumətinin siyasi və iqtisadi xəttinə etimadın artmasına, müstəqil Azərbaycanın beynəlxalq 
aləmdə mövqeyinin möhkəmlənməsinə kömək edir. 
Azərbaycandakı əməliyyat şirkətlərinə xidmət göstərən xarici şirkətlərin coğrafiyası daha genişdir. 
Azərbaycanda  fəaliyyət  göstərən  belə  şirkətlər  arasında  130-dan  artıq  Böyük  Britaniya  şirkəti,  110-a 
yaxın  Amerika  şirkəti  və  Norveçdən,  Fransadan,  İtaliyadan,  Almaniyadan,  Yaponiyadan,  Rusiyadan  və 
digər ölkələrdən gəlmiş neçə-neçə şirkət vardır. 
Ölkəmizin neft strategiyasının ən əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarlarına 
nəql  edilməsindən  ibarətdir.  Bu  sahədə  Azərbaycanın  mənafelərinin  uzunmüddətli  qorunması, 
genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafının, regionda neft hasilatının artması ilə əlaqədar 
neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli buraxılış imkanı ildə 50 
milyon  ton  neft,  uzunluğu  1730  kilometr  olan  yeni  -  Bakı-Tbilisi-Ceyhan  Əsas  İxrac  Boru  Kəməri 
layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir. 
Yalnız  Respublika  Prezidentinin  dünyada  yüksək  nüfuzu,  gündəlik  diqqəti  və  rəhbərliyi 
nəticəsində,  Azərbaycanın  maraqlarını  yüksək  səviyyələrdə  qoruyub  saxlaması  və  mütəmadi  olaraq 
müxtəlif  dövlət  başçıları  ilə  danışıqları  sayəsində  Azərbaycan  neftinin  Türkiyəyə  nəql  olunması 
məsələləri  qısa  müddət  ərzində  həll  olundu  və  bununla  bağlı  çox  əhəmiyyətli  hökumətlərarası  sazişlər 
imzalandı. 
1999-cu  il  noyabrın  18-də  ATƏT-in  İstanbul  Zirvə  toplantısı  gedişində  Azərbaycan 
Respublikasının  Prezidenti  Heydər  Əliyev,  Gürcüstanın  Prezidenti  Eduard  Şevardnadze  və  Türkiyə 
Cümhuriyyətinin  Prezidenti  Süleyman  Dəmirəl  "Xam  neftin  Azərbaycan  Respublikası,  Gürcüstan  və 
Türkiyə  Cümhuriyyətinin  əraziləri  ilə  Bakı-Tbilisi-Ceyhan  Əsas  İxrac  Boru  Kəməri  vasitəsilə  nəql 
edilməsinə dair" saziş imzalamışlar. 


88 
 
Eyni vaxtda Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası 
və  Amerika  Birləşmiş  Ştatlarının  prezidentləri  bu  layihəni  dəstəkləyən  "İstanbul  Bəyannaməsi"ni 
imzalamışlar. 
İmzalanmış  sənədlərin  Azərbaycan  dövləti  üçün  xüsusi  əhəmiyyət  kəsb  etdiyini  nəzərə  alaraq, 
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu sənədlər toplusunu ratifikasiya olunmaq üçün 
Azərbaycan  Respublikasının  Milli  Məclisinin  müzakirəsinə  təqdim  etdi.  2000-ci  il  mayın  26-da  Milli 
Məclis  öz  iclasında  "Xam  neftin  Azərbaycan  Respublikası,  Gürcüstan  və  Türkiyə  Cümhuriyyətinin 
əraziləri  ilə  Bakı-Tbilisi-Ceyhan  Əsas  İxrac  Boru  Kəməri  vasitəsilə  nəql  edilməsinə  dair"  Azərbaycan 
Respublikası,  Gürcüstan  və  Türkiyə  Cümhuriyyəti  arasında  sazişin  və  həmin  sazişə  əlavə  edilmiş 
sənədlərin, "İstanbul Bəyannaməsi"nin və "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə 
Cümhuriyyətinin  əraziləri  ilə  nəql  edilməsinə  dair  Azərbaycan  Respublikası,  Türkiyə  Cümhuriyyəti  və 
Gürcüstan  arasında  sazişə  dəyişikliklər  edilməsi  haqqında  Azərbaycan  Respublikası,  Gürcüstan  və 
Türkiyə  Cümhuriyyəti  arasında  Protokolun  təsdiq  edilməsi  barədə"  Azərbaycan  Respublikasının 
Qanununu  qəbul  etdi.  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev  elə  səhəri  gün  bu  Qanunu 
imzaladı. Bununla da, Bakı-Tbilisi- Ceyhan Əsas İxrac Boru Kəmərinin həyata keçirilməsi, Azərbaycanın 
mənafelərinin  uzunmüddətli  təmin  edilməsi,  genişmiqyaslı  beynəlxalq  əməkdaşlığın  həyata  keçirilməsi, 
Xəzəryanı regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi 
üçün  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  növbəti  mühüm  addım  atıldı.  2000-ci  il  may 
ayının  31-də  Gürcüstan  Parlamenti,  iyunun  26-da  isə  Türkiyənin  Böyük  Millət  Məclisi  də  bu  sənədlər 
toplusunu ratifikasiya etdi. 
Dəyəri 2,4 milyard dollar olan bu tarixi layihə üzrə ilkin mühəndis işləri 2000-ci ilin noyabr ayında 
başlandı və hazırda uğurla davam etdirilir. Məqsəd Əsas İxrac Boru Kəmərinin 2004-cü ilədək tikilib başa 
çatdırılması və Xəzər nefti ilə doldurulmuş ilk tankerin yola salınmasıdır. 
2001-ci  il  martın  12-də  Türkiyənin  Ankara  şəhərində  daha  bir  qlobal  layihə  -  Azərbaycan 
Respublikası  ilə  Türkiyə  Cümhuriyyəti  arasında  "Azərbaycanın  Təbii  Qazının  Türkiyə  Cümhuriyyətinə 
Tədarük Edilməsi haqqında" saziş imzalandı, Heydər Əliyev və Türkiyə Prezidenti cənab Əhməd Necdət 
Sezər tərəfindən təsdiq olundu. 
Neft  və  qaz  kontraktları  üzrə  aparılan  işlər  artıq  keyfiyyətcə  yeni,  həlledici  mərhələyə  daxil 
olmuşdur.  Bu,  xüsusilə  Xəzər  dənizinin  Azərbaycan  sektorunda  yerləşən  "Azəri-Çıraq-Günəşli" 
yatağının, habelə "Şahdəniz" kimi dünya miqyaslı qaz yatağının işlənilməsi, "Bakı-Tbilisi-Ceyhan" Əsas 
İxrac  Boru  Kəmərinin  və  "Şahdəniz"  yatağından  təbii  qazın  ixrac  boru  kəmərinin  tikintisi  və  istismara 
verilməsi layihələri ilə bağlı məsələlərə aiddir. Ortaya çıxan problemlərin operativ həlli üçün Azərbaycan 
Respublikası Prezidentinin 2001-ci il 15 may tarixli sərəncamı ilə xüsusi komissiya yaradılmışdır. 
Bu  layihələrin  gerçəkləşdirilməsi  yolunda  artıq  bir  çox  konkret  addımlar  atılmışdır.  Gürcüstan 
Prezidenti E.Şevardnadzenin 2001-ci il sentyabrın 29-da Azərbaycana rəsmi səfəri zamanı Cənubi Qafqaz 
boru kəməri sistemi vasitəsilə təbii qazın Azərbaycan Respublikası və Gürcüstan ərazilərində və onların 
hüdudlarından kənarda tranziti, nəqli və satışı haqqında Azərbaycan Respublikası ilə Gürcüstan arasında 
saziş imzalanmışdır. 
2001-2004-cü  illərdə  bu  dörd  layihənin  həyata  keçirilməsi  üçün  9-13  milyard  ABŞ  dolları 
məbləğində  sərmayə  qoyulacaq,  nəticədə  neft  və  qaz  hasilatı  sürətlə  artacaq  və  dünya  bazarlarına  ixrac 
olunacaqdır. Müvafiq olaraq Azərbaycanın gəlirləri də artacaq və bu da ona yaxın illərdə bir çox sosial 
problemləri həll etməyə, xalqımızın rifahını yüksəltməyə, "bütün vətəndaşları layiqli işlə, təhsillə, tibbi və 
sosial  xidmətlərlə  təmin  etməyə,  uğurla  fəaliyyət  göstərən  bazar  iqtisadiyyatına  malik,  inkişaf  etmiş  və 
demokratik ölkəyə çevrilmək imkanı verəcəkdir. 
Azərbaycan  Respublikasında,  o  cümlədən  Xəzər  dənizinin  Azərbaycan  sektorunda  neft-qaz 
ehtiyatlarının  kəşfiyyatı  və  işlənməsinə  dair  sazişlərin  həyata  keçirilməsindən  Azərbaycan 
Respublikasının  əldə  etdiyi  valyuta  və  digər  vəsaitlərin  yığılması,  səmərəli  idarə  və  istifadə  olunması 
məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanına uyğun olaraq 
Dövlət  Neft  Fondu  yaradılmışdır.  Hazırda  Dövlət  Neft  Fondunda  433  milyon  ABŞ  dollarından  artıq 
vəsait  yığılmışdır.  Ən  vacib,  ən  mühüm  amil  isə  Neft  Fondunu  Azərbaycanın  gələcək  nəsilləri  üçün 
saxlamaqdır. Buna görə də Neft Fondu Azərbaycan Respublikası Prezidentinin nəzarəti altındadır. 
Respublikada yaradılmış istehsal potensialı ən yaxın gələcəkdə neft və qaz hasilatının artırılmasının 
çox böyük perspektivləri, ölkənin əlverişli siyasi vəziyyəti Xəzər bölgəsində Azərbaycanın neft biznesi 
mərkəzi kimi mövqelərinin möhkəmlənməsi üçün real amillərdir. 
1994-cü ildən başlayaraq hər il Bakıda artıq gözəl ənənəyə çevrilmiş "Xəzər neft, qaz, neftayırma 
və  neft  kimyası"  Beynəlxalq  sərgi  və  konfransı  keçirilir.  Beynəlxalq  neft-qaz  sərgiləri,  konfransları 
içərisində  Hyuston,  Aberdin,  Stavanqer  şəhərləri  ilə  bərabər,  artıq  Azərbaycanın  paytaxtı  -  Bakıda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə