Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   41   42   43   44   45   46   47   48   ...   101

83 
 
Azərbaycan Respublikasının iqtisadi siyasətinin öncül istiqamətlərindən biri müstəqil dövlətin neft 
strategiyasının hazırlanması olmuşdur. Müəllifi Heydər Əliyev olan bu strategiyanın həyata keçirilməsinə 
1994-cü ilin sentyabrında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə 6 xarici ölkəni təmsil edən 
10 tanınmış neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan bölməsindəki Azəri, Çıraq yataqlarının və 
Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 
fəaliyyət müddəti 30 il olan müqavilənin imzalanması ilə başlanmışdır. "Əsrin müqaviləsi" adını almış bu 
müqavilə  üzrə  aparılan  işlər  qısa  müddət  ərzində  Azərbaycanın  sosial-iqtisadi  həyatına  müsbət  təsir 
göstərdi. 
Beləliklə,  iqtisadiyyatın  bütün  sahələrində  aparılan  islahatların  qısa  zaman  kəsiyi  ərzində  verdiyi 
çoxsaylı müsbət nəticələr bir daha Azərbaycan Respublikası rəhbərliyinin əzmlə həyata keçirdiyi iqtisadi 
siyasətin  düzgünlüyünü  sübut  edir.  Ölkədə  makroiqtisadi  tarazlığın  əldə  olunması  və  sosial-iqtisadi 
vəziyyətin  yaxşılığa  doğru  dəyişməsi  barədə  Beynəlxalq  Valyuta  Fondu  və  Dünya  Bankı  kimi  nüfuzlu 
beynəlxalq maliyyə təşkilatlarının rəyləri Azərbaycanın yaxın gələcəkdə iqtisadi baxımdan inkişaf etmiş 
ölkələr sırasına qatılacağına ümidlə baxmaq imkanı verir. 
 
 


84 
 
 
§ 2. Müstəqil Azərbaycanın neft strategiyası 
 
Neft  bəşəriyyətin  həyatında  misilsiz  rol  oynayan  ən  mühüm  təbii  sərvətlərdən  biridir.  Onun  kəşf 
olunması,  istehsalı  və  geniş  istifadəsi  dünyada  elmin,  texnikanın,  iqtisadiyyatın,  xüsusilə  sənaye 
istehsalının sürətli inkişafına güclü təkan verərək insan həyatında köklü dəyişikliyin yaranmasına səbəb 
olmuşdur. 
XX əsr mühüm hadisələrlə zəngin olmuşdur. İnqilablar, çevrilişlər, müharibələr, təbii fəlakətlər və 
sairə  xalqların  həyatında  silinməz  izlər  qoymuşdur.  Lakin  qətiyyətlə  deyə  bilərik  ki,  müasir  dövrü 
səciyyələndirən,  onun  simasını  müəyyən  edən  başlıca  cəhət  elmi-texniki  tərəqqinin  misli  görünməmiş 
geniş vüsət alması olmuşdur. Demək olar ki, əldə edilmiş bütün elmi-texniki nailiyyətlərin təməlində isə 
məhz  neft  durur.  Enerji  mənbəyi,  yanacaq  məhsulu  kimi  nefti  əvəz  edə  biləcək  müxtəlif  maddələr  və 
üsullar tapmaq yolunda aparılan axtarışlarda bir çox uğurlar qazanılsa da, təbiətin bəşəriyyətə bəxş etdiyi 
bu olduqca əlverişli xammalın tam ekvivalenti hələ ki, tapılmamışdır. 
Neftin  dünya  iqtisadiyyatının  inkişafında  oynadığı  böyük  rol  onu  ayrı-  ayrı  ölkələrin  daxili  və 
xarici siyasətinin, beynəlxalq siyasətin təsirli amillərindən birinə, mühüm geosiyasi və geostrateji faktora 
çevirmişdir.  Neft  mənbələri,  neft  kəmərləri,  neft  bazarları  uğrunda  gedən  kəskin  mübarizə  dünyada 
qüvvələr  nisbətinin  formalaşmasına,  beynəlxalq  siyasətin  gedişinə  öz  güclü  təsirini  bu  gün  də 
göstərməkdədir. 
Azərbaycanın neft sərvətləri qədim zamanlardan dünyaya məlum idi. Neftin quyulardan çıxarılması 
təcrübəsi  də  uzun  əsrlərlə  hesablanır.  1848-ci  ildə  Bakıda,  Bibiheybət  yatağında  qazılmış  quyudan  neft 
fontan  vurmuş  və  bu  hadisə  "qara  qızıl"ın  sənaye  üsulu  ilə  çıxarılmasının  başlanğıcı  kimi  tarixə 
yazılmışdır. 
Azərbaycan 1899-cu ildə neftin çıxarılması və emalı üzrə dünyada birinci yerə çıxmış və o, dünya 
neft hasilatının yarısını vermişdi. XX əsrin əvvəllərində Azərbaycanın neft sənayesinə xarici kapital axını 
gücləndi.  Burada  əsas  mövqeləri  ingilis,  fransız,  amerikan,  isveç  və  alman  kapitalı  tuturdu.  Xarici 
investorlarla yanaşı milli burjuaziya da formalaşmağa başladı. 
1918-ci  ildə  Azərbaycanın müstəqilliyinin  elan olunması ilə  xalqımız  öz  tarixində  ilk  dəfə  olaraq 
öz  sərvətlərinin  sahibi  oldu.  Lakin  bu  tarixi  zaman  kəsiyində  yaranmış  geosiyasi  vəziyyət  nəticəsində 
Bakı onun neft sərvətlərini əldə etmək məqsədini güdən müxtəlif qüvvələrin çəkişmə meydanına çevrildi. 
Cəmi bir neçə ay hakimiyyətdə olmuş "Bakı kommunası" 1918-ci il iyun ayının 20-də bütün neft 
sənayesinin milliləşdirilməsi barədə dekret verdi ki, bu da fəaliyyətdə olan neft mədənlərinin işinin tam 
pozulmasına  səbəb  oldu.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  süqutundan  sonra  1920-ci  il  mayın  24-də 
neft  sənayesinin  milliləşdirilməsi  barədə  yenidən  dekret  verildi.  Dağıdılmış  neft  mədənlərinin  və 
zavodların bərpası üçün Bakıya yeyinti məhsulları, xüsusi geyim, avtonəqliyyat, avadanlıq gətirildi. 
Bununla yanaşı yeni texnika və texnologiyanın tətbiqinin neft sənayesindəki rolu artmağa başladı. 
Azərbaycan İkinci dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75 faizini verməklə 
cəbhəni  yanacaqla  təmin  edərək  alman  faşizminin  məğlubiyyətə  uğradılmasında  böyük  rol  oynadı. 
Demək olar ki, bu mühərriklər müharibəsində Bakı nefti həlledici amillərdən biri oldu. 
1949-cu  ildə  açıq  dənizdə,  Bakı  şəhərindən  100  kilometr  məsafədə,  o  zaman  üçün  unikal  yataq 
sayılan  Neft  Daşlarında  vuran  fontan  dənizdə  neftçıxarmanın  yeni  mərhələsinin  başlanmasını  dünyaya 
xəbər verdi. Azərbaycan dünya təcrübəsində birinci olaraq açıq dənizdə neft çıxarmağa başladı. 
Ölkəmizin  ən  böyük  nailiyyətlərindən  biri  də  dəniz  neft-qaz  yataqlarının  kəşfi  və  işlənməsidir. 
1970-1980-ci  illər  Azərbaycan  neftçiləri  tərəfindən  dənizin  daha  dərin  sahələrinin  mənimsənilməsi  ilə 
səciyyələnmişdir.  Məhz  bu  dövrdə  görülən  məqsədyönlü  tədbirlər  nəticəsində  neft  sənayesi 
möhkəmlənmiş  və  onun  geniş  infrastrukturu  yaranmışdır.  Azərbaycanda  dəniz  yataqlarının  işlənilməsi 
üçün  qazma  qurğuları,  dənizdə  tikinti  işlərini  təmin  etmək  üçün  xüsusi  gəmilər,  texnika  və  avadanlıq 
gətirilmiş, Bakı Dərin özüllər zavodu tikilmişdir. Bununla yanaşı neft emalı, neft-kimya sənayesi və neft 
maşınqayırmasının inkişafında böyük sıçrayış olmuşdur. 
Keçmiş  Sovet  İttifaqının  hər  yerində  yeni  neft  yataqlarının  aşkara  çıxarılmasında  Azərbaycanın 
qüdrətli  elmi-texniki  potensialının  mühüm  yeri  vardır.  Təsadüfi  deyildir  ki,  Rusiyanın  neft  regionları 
"İkinci Bakı", "Üçüncü Bakı" kimi adlandırılırdı. 
Sovet  İttifaqının  dağılması  və  ənənəvi  istehsal  əlaqələrinin  qırılması  neft  və  qaz  həcmlərinin 
durmadan aşağı düşməsinə neqativ təsir göstərdi. 
Azərbaycan  Respublikası  1991-ci  il  oktyabr  ayının  18-də  müstəqillik  haqqında  Konstitusiya 
Aktının  qəbul  olunmasından  sonra  o  dövrün  səriştəsiz  hakimiyyət  dairələrinin  yaramaz  fəaliyyəti 
nəticəsində  uçurum  qarşısında  dayanmışdı.  A.Mütəllibov,  Müsavat-AXC  iqtidarı  dövründə  həm  sosial-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə