Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   30   31   32   33   34   35   36   37   ...   101

62 
 
beynəlxalq  iqtisadi  və  maliyyə  sisteminə  inteqrasiyaya  istiqamət  götürən,  sosial  ədalət  prinsipinə 
əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yoluna qədəm qoymağa imkan yaratmışdır. 
 
 


63 
 
 
§ 2. Konstitusiyanın qəbul olunması 
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk 
Konstitusiyası  idi.  Məlum  olduğu  kimi,  1918-1920-ci  illərdə  23  ay  mövcud  olmuş  Azərbaycan  Xalq 
Cümhuriyyəti  dövlətin  Əsas  Qanununu  qəbul  edə  bilməmiş  və  Əsasnaməsi  21  iyul  1919-  cu  il  tarixli 
qanunla  təsdiq  edilmiş  Müəssislər  Məclisini  çağırmaq  mümkün  olmamışdı.  Beləliklə,  Azərbaycan 
Respublikasının  Konstitusiya  quruluşunun  tarixi  əsasən  SSRİ-nin  tərkibində  olduğu  dövrlə  bağlı 
olmuşdur. 
Azərbaycanın  birinci  Konstitusiyası  1921-ci  il  mayın  19-da  I  Ümumazərbaycan  Sovetlər 
Qurultayında  qəbul  edilmiş  və  Azərbaycan  Xalq  Cümhuriyyətinin  süqutuna  gətirib  çıxaran  dövlət 
çevrilişini  qanuniləşdirmişdir.  Azərbaycan  SSR  Konstitusiyasının  1924-cü  il  SSRİ  Konstitusiyasına 
uyğunlaşdırılmış  yeni  redaksiyası  1925-ci  il  martın  14-də  IV  Ümumazərbaycan  Sovetlər  qurultayında 
qəbul  edilmişdir.  Bundan  sonra  SSRİ-də  baş  verən  ictimai-siyasi  hadisələrlə  əlaqədar  1927-ci  il  martın 
26-da  V,  1931-ci  il  fevralın  14-də  VII  və  1935-ci  il  yanvarın  11-də  VIII  Ümumazərbaycan  Sovetlər 
qurultaylarında  Konstitusiyaya  dəyişiklik  və  əlavələr  edilmişdir.  Azərbaycan  SSR  1936-cı  il  SSRI 
Konstitusiyasına  əsasən  ZSFSR  tərkibindən  çıxaraq  müttəfiq  respublikaya  çevrildikdən  sonra,  onun 
Konstitusiyası  1937-ci  il  martın  14-də  IX  Fövqəladə  Ümumazərbaycan  Sovetlər  qurultayında  qəbul 
edilmişdi və 1936-cı il SSRİ Konstitusiyasına tam uyğun idi. Azərbaycan SSR-in 1978-ci il aprelin 21- də 
qəbul  edilmiş  sonuncu  Konstitusiyası  da  1977-ci  ildə  təsdiq  edilmiş  SSRİ  Konstitusiyasına 
uyğunlaşdırılması məqsədini daşıyırdı. 
Respublikaya o zaman rəhbərlik edən Heydər Əliyevin prinsipial mövqeyi nəticəsində Azərbaycan 
SSR-in  1978-ci  il  Konstitusiyasına  Azərbaycan  xalqının  milli  şüurunun  qorunmasında  və  inkişafında 
mühüm  rol  oynayan  müddəa  daxil  edildi.  Söhbət  1978-ci  il  Azərbaycan  Konstitusiyasının  Azərbaycan 
dilini  dövlət  dili  elan  edən  73-cü  maddəsinin  müddəasından  gedir.  Analoji  müddəa  SSRİ-nin  tərkibinə 
daxil olan 15 respublikadan 12-nin Konstitusiyasında öz əksini tapmamışdı. 
1991-ci il avqustun 30-da Azərbaycan Respublikası öz müstəqilliyini elan etdikdən sonra da 1978-
ci  il  Konstitusiyası  öz  hüquqi  qüvvəsini  saxlamışdı.  1991-1993-cü  illərdə  onun  mətninə  müxtəlif 
hakimiyyət  orqanlarının  səlahiyyətlərinin  dürüst  müəyyən  edilməsi  ilə  bağlı  çoxlu  əlavələr  və 
dəyişikliklər  edilməsinə  baxmayaraq,  Azərbaycanın  SSRİ-nin  tərkibində  statusunu  müəyyən  edən  7-ci 
fəsil hələ də qüvvədən salınmamışdı. Formal olaraq həmin fəsil qüvvədən düşmüş hesab edilirdi, çünki 18 
oktyabr  1991-ci  il  tarixli  "Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyi  haqqında"  Konstitusiya 
Aktının  4-cü  maddəsinə  əsasən  1978-ci  il  Konstitusiyası  öz  qüvvəsini  yalnız  Konstitusiya  Aktına  zidd 
olmayan hissəsində saxlayırdı. Bununla yanaşı Konstitusiyanın mətnində 7-ci fəslin saxlanılması müstəqil 
dövlətin həmin zaman konstitusiya quruluşunun tələblərinə etinasızlıq göstərilməsini simvollaşdırırdı. 
Azərbaycanın  yeni  Konstitusiyasının  hazırlanması  üçün  1991-ci  il  fevralın  9-da  Azərbaycan 
Respublikası  Ali  Sovetinin  qərarı  ilə  yaradılmış  74  nəfərdən  ibarət  Komissiya  heç  bir  iclas  da 
keçirməmişdi.  Azərbaycan  Respublikası  müstəqilliyini  əldə  etdiyi  dövrə  qədər  və  ondan  sonra  yeni 
Konstitusiyanın layihəsi hələ də hazırlanmamışdı. Milli Məclisin 6 dekabr 1993-cü il tarixli qərarı ilə 14 
nəfərdən  ibarət  yaradılmış  daha  bir  komissiya  yarım  il  ərzində  yeni  Əsas  Qanunun  layihəsini  təqdim 
etməmişdi. 
Komissiyanın  işini  canlandırmaq  üçün  1994-cü  ilin  may  ayında  onun  tərkibi  genişləndirilsə  də, 
layihə  üzrə  iş  hələ  də  başlanmamışdı.  Müstəqil  dövlətin  yeni  Konstitusiyasının  layihəsinin 
hazırlanmasının  təşəbbüskarı  1994-cü  ilin  ortalarında  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər 
Əliyev olmuşdu. Prezidentin lcra Aparatına Konstitusiya layihəsinin xüsusi komissiyaya baxılmaq üçün 
təqdim  edilməsi  barədə  dövlət  başçısı  tərəfindən  müvafiq  göstəriş  verilmişdi.  Azərbaycan 
Respublikasının yeni Konstitusiya layihəsinin hazırlanması üzrə komissiyanın tərkibi Prezident tərəfindən 
parlamentə təqdim edilmiş və Milli Məclis 1995-ci il mayın 2- də müvafiq qərar qəbul etmişdi. 
Azərbaycan  Respublikası  Prezidentinin  sədrlik  etdiyi  33  nəfərdən  ibarət  komissiyanın  tərkibinə 
qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyətlərinin  nümayəndələri  ilə  bərabər,  respublikanın  hüquq 
elmini  təmsil  edən  şəxslər  də  daxil  idilər.  Hələ  yuxarıda  göstərilən  Komissiyanın  yaradılmasına  qədər 
Azərbaycan  Respublikasının  Prezidenti  layihənin  işlənib  hazırlanmasına  bilavasitə  rəhbərlik  edirdi,  ona 
görə  də  yeni  Konstitusiyanın  layihəsinin  hazırlanması  üzrə  Komissiya  yarandığı  gündən  bir  ay  əvvəl 
sənəd üzərində iş başlanmışdı. Daxil olan təklifləri nəzərə almaq məqsədilə layihə üzərində işləmək üçün 
Komissiyanın qərarı ilə işçi qrup yaradılmışdı. Komissiyanın iclaslarının qrafiki bu orqanın çox gərgin işi 
haqqında  təsəvvür  yaradır  -  yeni  Konstitusiya  layihəsinin  hazırlanması  üzrə  Komissiya  1995-ci  ildə  5 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə