Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   28   29   30   31   32   33   34   35   ...   101

58 
 
III HĠSSƏ 
 
MÜSTƏQĠL DÖVLƏT QURUCULUĞUNUN ƏSAS ĠSTĠQAMƏTLƏRĠ 
 
I FƏSĠL 
 
HUQUQI DOVLƏT QURUCULUGU 
 
§ 1. Qanunçuluğun bərpası 
 
Müstəqilliyinin ilk illərində Azərbaycan Respublikası öz tarixinin mürəkkəb dövrünü yaşamışdır. 
Azərbaycan xalqının suveren dövlətdə yaşamaq arzusu, azadlıq ideallarına bağlılığı onun müstəqilliyinin 
əleyhinə  olan  düşmən  dairələrin  maraqlarına  toxunduğundan,  onlar  xalqı  bu  yoldan  sapdırmaq,  onun 
gələcəyə inamını sarsıtmaq üçün müxtəlif təxribatlardan və digər çirkin vasitələrdən istifadə edirdilər ki, 
bu da öz növbəsində respublikadakı ictimai-siyasi duruma ciddi surətdə mənfi təsir göstərirdi. 
Anarxiya  və  dağıdıcılıq  siyasəti  ölkədə  baş  alıb  gedir,  ağır  iqtisadi  vəziyyət,  sabitliyi  pozmaq 
istəyən  qüvvələrin  azğınlığı,  bir-birinin  ardınca  həyata  keçirilən  təxribatlar,  dövlət  çevrilişi  cəhdləri, 
mütəşəkkil  cinayətkarlığın  təhlükəli  xarakter  alması  ictimai-siyasi  və  sosial  ziddiyyətlərin 
kəskinləşməsinə rəvac vermişdi. 
Siyasi  oyunbazlıq  və  əvvəlki  səriştəsiz  rəhbərliyin  miras  qoyduğu  hərc-mərclik,  özbaşınalıq, 
qanunlara  məhəl  qoyulmaması  və  sair  bu  kimi  təzahürlər  dözülməz  həddə  çatmışdı.  Saysız-hesabsız 
qeyri-qanuni  hərbi  birləşmələr  və  əllərdə  olan  silah-sursat  respublikanın  kriminogen  durumunu  xeyli 
gərginləşdirmiş, bütün əhalidə vahimə və qorxu hissi, sabahkı günə inamsızlıq yaratmışdı. 
Bu  şəraitdən  istifadə  edən  cinayətkar  aləm  xeyli  qol-budaq  atmış,  nəticədə  respublikada
 
cinayətkarlıq mahiyyətcə daha təhlükəli olmuş, kəmiyyətcə isə zorakı xarakterli və tamah məqsədi güdən 
cinayətlər üstünlük təşkil etmişdi. 
Cinayətkarlığın  dinamikası  və  strukturunda  neqativ  meyllər  gündən-  günə  inkişaf  etmiş  və  onun 
illik  artım  sürəti  əhalinin  artım  sürəti  ilə  müqayisədə  10  dəfə  çoxalmışdı.  1992-ci  ildə  ictimai-siyasi 
vəziyyətin qeyri- sabitliyi, hakimiyyət boşluğu və qanunların işləməməsi nəticəsində cinayətkarlıq 43 faiz 
artmış və bu da növbəti illərdə kriminogen şəraitə öz mənfi təsirini göstərmişdi. 
Residiv  cinayətkarlıq,  odlu  silah  işlətməklə  törədilən  cinayətlər  sürətlə  artmaqda  davam  etmişdi. 
1988-1993-cü  illər  ərzində  qeydə  alınmış  qəsdən  adam  öldürmə,  banditizm,  quldurluq,  soyğunçuluq, 
terrorçuluq cinayətlərinin sayı xeyli artmışdı. 
A.Mütəllibovun  hakimiyyəti  dövründə  dövlət  siyasəti  səviyyəsinə  qaldırılmış  terrorçuluq  AXC-
Müsavat iqtidarı zamanında da davam etdirilmişdi. İctimai mövqelərinə, siyasi baxışlarına və əqidələrinə 
görə  görkəmli  ziyalıların  kütləvi  təqib  edilməsi,  onlara  qarşı  sifarişli  qətllərin  törədilməsi  adi  hala 
çevrilmişdi.  Tanınmış  ziyalı  Əjdər  Xanbabayevin  1990-cı  il  may  ayının  30-da  qətlə  yetirilməsi  bütün 
Azərbaycan  ictimaiyyətini sarsıtmışdı.  Bu  terror  aktı SSRİ  və  respublikanın  o  zamankı  rəhbərliyinin  və 
xüsusi xidmət orqanlarının istifadə etdiyi ən çirkin üsullardan biri idi. 
Respublikada  cinayətkarlığın  o  dövrdəki  vəziyyətini  müəyyən  edən  səbəblərdən  biri  də  bundan 
ibarət  olmuşdu  ki,  regionlararası  və  transmilli  cinayətkar  birliklərin  ölkə  ərazisində  fəaliyyət  göstərən 
kriminal strukturlarla intensiv şəkildə birləşmələri açıq-aşkar müşahidə edilirdi. 
Narkotik  maddələrlə  və  onların  qanunsuz  dövriyyəsi  ilə  bağlı  cinayətlər  sosial  təhlükəli  miqyas 
almışdı.  Respublikada  kök  salmağa  və  onu  özünün  ötürücü  bazasına  çevirməyə  can  atan  beynəlxalq 
narkobiznesin fəallaşdığı müşahidə olunurdu. 
1992-ci  ilin  ortalarında  düşünülmədən  elan  edilmiş  amnistiya  da  cinayətkarlığın  vəziyyətinə  son 
dərəcə mənfi təsir göstərmişdi. Sabiq daxili işlər naziri İ.Həmidovun qanunsuz göstərişləri əsasında, guya 
döyüş bölgələrinə göndərilməsi məqsədi ilə 700-dən artıq qatı cinayətkar, o cümlədən qatillər, quldurlar, 
dövlət  əmlakını  külli  miqdarda  mənimsəmiş  və  digər  ağır  cinayətlər  törətmiş  şəxslər  cəzaçəkmə 
yerlərindən buraxılmışdı. Minlərlə cinayətkarın məsuliyyətdən azad olunması və azadlıqdan məhrumetmə 
yerlərindən  buraxılması  sonrakı  illərdə  baş  vermiş  ağır  cinayətlərin  və  təkrar  cinayətkarlığın  kəskin 
surətdə artmasına səbəb olmuşdu. 
Hüquq-mühafizə  orqanları  tərəfindən  lazımınca  dəf  olunmayan  cinayətkar  aləm  fəal  surətdə 
silahlanaraq,  müasir  texnika  ilə  təchiz  olunmuş,  mütəşəkkillik  və  peşəkarlıq  sarıdan  möhkəmlənən 
təhlükəli  sosial  təzahürə  çevrilmişdi.  Cinayətkarlıqla  mübarizədə  ön  cərgədə  dayanmalı  olan  polis  və 


59 
 
daxili  işlər  orqanlarının  bu  və  digər  qurumlarına  kütləvi  surətdə  xidmətə  qəbul  edilmiş,  əvvəllər  qatı 
cinayətlər  törətmiş  şəxslər  "boz  qurd"  adı  altında  Daxili  İşlər  Nazirliyinin  tərkibində  müxtəlif  silahlı 
dəstələr  yaradaraq  sifarişli  qətllər,  insanları  qanunsuz  azadlıqdan  məhrum  etmə,  hədə-qorxu  gəlmə, 
ziyalıları, mətbuat işçilərini döymə və digər zorakı cinayətlər törədirdilər. 
Kriminal qruplar dövlət aparatının məsul işçilərini rüşvət və şantaj yolu ilə ələ alıb onları özlərinin 
hüquqazidd  fəaliyyətlərinə  cəlb  etməyə,  onların  köməyi  ilə  hakimiyyət  və  idarəetmə  orqanlarına  daxil 
olmağa və orada yerlərini möhkəmlətməyə can atırdılar. 
Respublikanın  bəzi  şəhər  və  rayonlarında  cinayətkar  qruplar  maliyyə-kredit  orqanlarının, 
kommersiya  strukturlarının,  ticarət  və  məişət  xidməti  obyektlərinin,  idarəetmə  mexanizminin  mühüm 
sahələrini öz nəzarətləri altına almaqla onların vasitəsilə cinayət yolu ilə əldə etdikləri kapital və vəsaitləri 
leqallaşdırırdılar. 
Respublikanın  ayrı-ayrı  regionları  faktiki  olaraq  nüfuz  dairələrinə  bölünmüşdü.  Özünə  tabe  olan 
hərbi  hissələrə  və  cinayətkar  aləmə  arxalanan  Surət  Hüseynov  Gəncəbasarı  təsir  altında  saxlayır, 
"könüllü"  batalyonlar  sərhəd  və  döyüş  bölgələrində  azğınlıq  edir,  separatçı  əhval-ruhiyyəsini  təlqin 
edirdilər. 
Surət  Hüseynov  narkotik  vasitələrin  satışından  və  dövlət  əmlakının  mənimsənilməsindən  əldə 
etdiyi külli miqdarda vəsait hesabına Azərbaycanı tərk etməkdə olan rus qoşunlarının, Gəncədə yerləşən 
hərbi  hissələrin  yüksək  rütbəli  şəxsləri  ilə  cinayət  əlaqəsinə  girərək  iri  silah  alverçilərindən  birinə 
çevrilmişdi.  Bu  baxımdan  Azərbaycan  ordusunu  təchiz  etmək  adı  ilə  dövlət  vəsaitini  mənimsəyən  ən 
böyük silah alverçisi Rəhim Qazıyevin Surət Hüseynovla cinayət əlaqələri möhkəmlənirdi. Sonrakı digər 
ağır cinayətlərin törədilməsinə məhz onların silah ticarətində birgə iştirakı səbəb olmuşdu. 
Daxili  işlər  nazirinin  müavini  R.Cavadov  qardaşı  -  Bakı  şəhəri  Xətai  rayonunun  prokuroru 
M.Cavadovla  birlikdə  tabeliyində  olan  XTPD-nin  şəxsi  heyətini  və  ayrı-ayrı  cinayətkar  ünsürləri 
özlərinin  qeyri-qanuni  fəaliyyətinə  cəlb  edərək  tamahkar  niyyətlərinin  həyata  keçirilməsi  vasitəsinə 
çevirmişdi. XTPD-nin üzvləri bu şəxslərin rəhbərliyi ilə müxtəlif ticarət obyektlərini, bazarları, firmaları 
və  şirkətləri,  digər  kommersiya  qurumlarını  ələ  keçirmək  məqsədi  ilə iş  adamlarına  hədə-qorxu  gələrək 
üzərlərinə "haqq" qoymuş, onlara qarşı zorakı cinayətlər törədərək əmlaklarını ələ keçirmişdilər. 
Bütün bunlar əhalini qorxuya salır, dövlət orqanlarının normal işini pozur, onların nüfuzuna xələl 
gətirirdi.  Saysız-hesabsız  cinayətlər  törətmiş,  cəzasızlıq  şəraitindən  istifadə  edən  cinayətkar  dəstə  bir 
müddət sonra hakimiyyətə qarşı sui-qəsd törətməyə, onu devirməyə cəhdlər etdi. 
1990-1994-cü  illər  ərzində  respublikada  strateji  əhəmiyyətli  xammalın  (neft  məhsullarının,  əlvan 
və  qara  metalın,  emal  olunmamış  dərinin,  pambığın  və  s.)  ölkədən  qaçaqmalçılıq  yolu  ilə  çıxarılması 
sahəsində  ixtisaslaşan,  xarici  dövlətlərin  və  Azərbaycanın  vətəndaşlarından  ibarət  cinayətkar  qruplar 
yaranmışdı.  Törətdikləri  digər  cinayətlərlə  yanaşı  bu  qanunsuz  fəaliyyətlə  də  məşğul  olmuş  1995-ci  il 
mart  dövlət  çevrilişi  cəhdinin  təşkilatçıları  Cavadov  qardaşları  və  başqa  cinayətkarlar  öz  qanunsuz 
əməllərini  həyata  keçirmək  üçün  dövlət  orqanlarının  ayrı-ayrı  vəzifəli  şəxsləri  ilə  cinayət  əlaqəsinə 
girərək, qanunsuz əldə etdikləri xammalı gömrük işçiləri və sərhədçilərin vasitəsilə qeyri-qanuni yollarla 
ölkədən çıxarırdılar. 
Respublikada şəxsiyyətlərarası və qruplararası münaqişələri sifarişlə ayırd edən, muzdla ayrı-ayrı 
vətəndaşların  oğurlanması,  onlara  işgəncə  verilməsi  və  qətlə  yetirilməsini  təşkil  edən  cinayətkar 
birliklərin  təşəkkül  tapması  və  möhkəmlənməsi  prosesi  aydın  görünməyə  başlamışdı.  Cəzasız 
qalmasından istifadə edən cinayətkar aləm bir sıra təxribatlar, respublikanın ayrı-ayrı dövlət xadimlərinə, 
hüquq-mühafizə  orqanlarının  vəzifəli  şəxslərinə  və  onların  ailə  üzvlərinə  qarşı  terror  aktları  həyata 
keçirirdi. 
Hüquq-mühafizə  orqanlarının  fəaliyyətinin  lazımi  səviyyədə  təşkil  edilməməsi  də  kriminogen 
vəziyyətin  pisləşməsinə  şərait  yaradan  amillərdən  biri  olmuşdur.  Cinayətlərin  profilaktikasında,  onların 
qarşısının  vaxtında  alınmasında,  açılmasında  və  istintaqın  aparılmasında  mövcud  olan  nöqsanlar 
müqəssirlərin  cəzasız  qalmasına  səbəb  olur,  onları  daha  da  azğınlaşdırır,  hüquqazidd  fəaliyyətlərini 
davam etdirmək və genişləndirmək üçün zəmin yaradırdı. 
1990-1993-cü  illər  ərzində  respublikanın  prokurorluq,  ədliyyə,  polis,  milli  təhlükəsizlik,  gömrük 
orqanlarında kadr siyasəti ciddi şəkildə təhrif olunmuşdu. Ötən illər ərzində bu orqanlara çoxlu səriştəsiz, 
təsadüfi  və  mənəvi  cəhətdən  natəmiz  adamlar  qəbul  edilmiş,  o  cümlədən  rəhbər  vəzifələrə  irəli 
çəkilmişdilər  ki,  bu  da  ictimaiyyətin  haqlı  narazılığına,  əhali  arasında  hüquq-mühafizə  orqanlarının 
nüfuzdan düşməsinə gətirib çıxarmışdı. 
Hüquq-mühafizə orqanlarının fəaliyyətinə nəzarətin zəifləməsi nəticəsində daxili işlər orqanlarında 
cinayətlərin  uçotdan  gizlədilməsi  geniş  miqyas  almışdı  ki,  bu  da  hər  şeydən  əvvəl  respublikada 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə