Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   26   27   28   29   30   31   32   33   ...   101

54 
 
əlaltıları  iqtidarın  fərasətsizliyindən  məharətlə  istifadə  edir  ölkəni  parçalamağa,  vətəndaş  müharibəsi 
törətməyə  çalışırdılar.  Bununla  yanaşı  xalqın  sağlam  qüvvələrinə  arxalanan  Qurtuluş  hərəkatı  meydana 
gəlir və sürətlə genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi Heydər Əliyevin ətrafında toplaşırdı. 
Xalqın  nümayəndələri,  qabaqcıl  ziyalılar  dəfələrlə  Naxçıvana  gedib  onun  yenidən  böyük  siyasətə 
qayıtmasını xahiş etmişdilər. 1992-ci il oktyabrın 16- da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı - alimlər, 
müəllimlər,  jurnalistlər,  hüquqşünaslar,  həkimlər,  əmək  adamları,  siyasətçilər  "Səs"  qəzeti  vasitəsilə 
Heydər  Əliyevə  Qurtuluş  hərəkatına  rəhbərlik  etməsi  barədə  rəsmi  müraciət  etdi.  Yeni  Azərbaycan 
uğrunda siyasi hərəkat genişlənirdi. 
Heydər  Əliyevin  rəhbərliyi  ilə  1992-ci  il  noyabrın  21  -də  Naxçıvanda  Yeni  Azərbaycan  Partiyası 
(YAP) təşkil edildi. Yeni Azərbaycan Partiyasının bəyanatında (21 noyabr 1992-ci il) qeyd olunurdu ki, 
bu  partiyanın  başlıca  proqram  məqsədi  dövlət  müstəqilliyinin  möhkəmləndirilməsi,  ərazi  bütövlüyü, 
sivilizasiyalı  demokratik  hüquqi  dövlət,  əmin-amanlıq  və  ictimai  həmrəylik,  sabit  və  sosial  yönümlü 
iqtisadiyyat yaratmaqdan, geniş demokratik islahatlar uğrunda mübarizə aparmaqdan ibarətdir. 
Heydər  Əliyev  Azərbaycanda  yenidən  böyük  siyasətə  qayıtmaq  təkliflərini  qəbul  etməsə  də, 
müdrik məsləhətləri ilə xalqı yaxınlaşan böyük fəlakətdən qurtarmaq üçün iqtidara, siyasətçilərə düzgün 
yol göstərməyə çalışırdı. 
AXC-Müsavat  iqtidarı  uzun  müddət  bu  məsləhətlərə  məhəl  qoymayıb  öz  yarıtmaz  fəaliyyəti  ilə 
ölkəni parçalanmaq həddinə çatdırdı. Vətəndaş müharibəsi üçün zəmin  yarandı. Başlanmış bu təhlükəli 
proseslərin  qarşısını  ala  bilmədiyini  dərk  edən  iqtidar  son  anda  kömək  üçün  Heydər  Əliyevə  müraciət 
etdi. 
Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, 
kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 
9-da Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. 
Heydər  Əliyev  Azərbaycanda  vətəndaş  müharibəsini  dayandırmaq  üçün  siyasi  manevrlər  etdi. 
Gəncədə danışıqlar aparmaqla hərbi müxalifəti neytrallaşdırdı. 
1993-cü  il  iyunun  15-də  Heydər  Əliyev  Azərbaycan  Respublikası  Ali  Sovetinin  sədri  seçildi.  Bu 
gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda 
bu günü bayram elan etdi. 
Öz  siyasi  bacarıqsızlığı  ilə  ölkəni  vətəndaş  müharibəsi,  ictimai-siyasi  pərakəndəlik  vəziyyətinə 
gətirib çıxarmış AXC-Müsavat komandası Heydər Əliyevə bu mürəkkəb problemləri aradan qaldırmaqda 
köməkçi olmaqdansa, müxalifətə keçdi: bəziləri qaçıb gizləndi, bəziləri fəaliyyətini "dondurdu". 
İyunun 17-dən 18-ə keçən gecə Prezident Əbülfəz Elçibəy Bakını gizlicə tərk edib Naxçıvan MR-ə, 
doğulduğu Kələki kəndinə getdi. Ona dəfələrlə geri qayıdıb ölkəyə rəhbərlik etmək təklif olunsa da, hər 
dəfə, faktiki  olaraq rədd cavabı  alındı.  Milli Məclis  iyunun  23-də  prezident  səlahiyyətlərini  Ali  Sovetin 
sədri Heydər Əliyevə həvalə etdi. 
VətəndaĢ müharibəsinin və  ölkəni  parçalamaq  cəhdlərinin  dəf  olunması.  Başlanmış  vətəndaş 
müharibəsini  dayandırmaq,  müxalif  tərəflər  arasında  anlaşma  yaratmaq  məqsədilə  siyasi  idarəçilik 
bacarığı olmayan, xarici dövlətin xüsusi orqanlarının və revanş almaq istəyən qüvvələrin əlində oyuncağa 
çevrilmiş,  lakin  real  silahlı  gücə  malik  olan  Surət  Hüseynovu  öz  sayıq  nəzarəti  altında  saxlamaq 
məqsədilə  Heydər  Əliyev  onu  baş  nazir  vəzifəsinə  təyin  etdi.  Güc  nazirliklərinə  rəhbərlik  də  ona 
tapşırıldı. Belə yüksək vəzifələr tutsa da, Heydər Əliyev iqtidarında öz məqsədinə nail ola bilməyəcəyini 
dərk edən Surət Hüseynov qərargahı Gəncədə yerləşən Səhra-Cəbhə İdarəsi yaratdı, burada sabiq müdafiə 
naziri  Rəhim  Qazıyev,  iyunun  15-də  Lənkəranda  hərbi  hissələrin  köməyi  ilə  hakimiyyəti  devirmiş 
Əlikram  Hümbətovla  birlikdə  cəbhədə  vəziyyəti  daha  da  ağırlaşdırmaq,  cəmiyyətdə  siyasi  çaxnaşma 
yaratmaq,  dövlət  başçısını  hakimiyyətdən  əl  çəkməyə  məcbur  etmək  və  Ayaz  Mütəllibovu  yenidən 
hakimiyyətə  qaytarmaq  planları  hazırladı  və  həyata  keçirməyə  başladı.  S.Hüseynov  Gəncədə  bəyanat 
verib  bildirdi  ki,  o,  "xalqın  və  dövlətin  taleyinin  həll  edilməsi  məsələsini"  öz  üzərinə  götürür. 
Ə.Hümbətov  bu  bəyanatı  alqışladı.  Vəziyyəti  sivil  qaydada  nizama  salmaq  istəyən  Heydər  Əliyevlə 
görüşündə öz imkanlarını düzgün qiymətləndirməyib şişirdən, səlahiyyəti xalqdan deyil, bir dəstə silahlı 
quldurdan almış, "səlahiyyətim avtomatımdır" deyən Ə.Hümbətov davakar-ultimativ iddialar irəli sürdü. 
Avqustun 7-də cənub bölgəsində üzdəniraq "Talış Muğan Respublikası" ("TMR") yaradıldığı elan 
olundu.  "Hökumət"  təşkil  edildi.  Rusiya,  İran  və  Belarus  dövlətlərinə,  BMT-yə  müraciət  edib  bu 
qondarma qurumu tanımağı xahiş etdilər. Təbii ki, cavab alınmadı. 
Yerlərdə  baş  vermiş  kortəbii  mitinqlərdə  əhali  Hümbətovun  quldur  dəstəsinin  ləğv  edilməsini, 
qondarma "TMR"-i tanımadıqlarını bəyan edirdi. Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq, problemin 
dinc vasitəiərlə həllinə üstünlük verdi. Avqustun 13-də o, həmin bölgədən olan xalq deputatları, ziyalılar, 
ağsaqqallarla görüşdü. Onlar hümbətovçuluğa qarşı qəti tədbirlər görülməsini tələb etdilər. Avqustun 17-


55 
 
də  Milli  Məclis  Lənkəran  hadisələrinə  siyasi  qiymət  verdi,  onu  Azərbaycanın  müstəqilliyinə  qarşı  olan 
qüvvələrin siyasi oyunu kimi ifşa etdi. S.Hüseynov avqustun 18-19-da Gəncədə Ə.Hümbətovu dost kimi 
qəbul edib möhkəm dayanmağı məsləhət bildiyi vaxt cənub rayonları əhalisinin etiraz hərəkatı genişlənib 
avqustun 21-23-də elə miqyas aldı ki, Ə.Hümbətov qaçmalı oldu. Üzdəniraq "TMR" ləğv edildi. 
Xalq  öz  rəhbəri  Heydər  Əliyevin  ətrafında  daha  sıx  birləşməyə  başladı.  Milli  Məclisin  qərarı  ilə 
1993-cü  il  avqustun  29-da  Prezident  Əbülfəz  Elçibəyə  etimad  haqqında  referendum  keçirildi. 
Referendumda iştirak edənlərin 97,5 faizi prezidentə etimadsızlıq göstərdilər. 
1993-cü  il  oktyabrın  3-də  Azərbaycan  xalqı  Heydər  Əliyevi  alternativ  əsasda  səs  çoxluğu  ilə 
Azərbaycan  Respublikasının  Prezidenti  seçdi.  Bu  seçkilər  bütün  Azərbaycan  xalqının  Heydər  Əliyevə 
böyük  ümidlər  bəslədiyini,  inandığını  bir  daha  nümayiş  etdirdi.  Prezident  Heydər  Əliyev  andiçmə 
mərasimindəki  nitqində  elan  etdi:  "Dövlət  müstəqilliyini  möhkəmləndirmək,  müstəqil  dövlət  quruluşu 
yaratmaq,  dövlət  atributlarını  yaratmaq  və  inkişaf  etdirmək,  Azərbaycan  Respublikasının  ərazi 
bütövlüyünü,  tam  suverenliyini  təmin  etmək,  ölkəmizi  müharibə  şəraitindən  çıxarmaq,  respublikanın 
vətəndaşlarının  rifahını  yaxşılaşdırmaq,  onların  yaşaması  üçün  lazımi  şərait  yaratmaq  -  bu  vəzifələr 
mənim  Prezident  fəaliyyətimdə  əsas  istiqamətlər  olacaqdır  və  mən  bunların  həyata  keçirilməsinə 
çalışacağam". Heydər Əliyev prezident kimi Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumaq, 
demokratiyanı  inkişaf  etdirmək,  ölkənin  bazar iqtisadiyyatı  yolu ilə  tərəqqisinə şərait  yaratmaq,  erməni 
təcavüzkarlarına qarşı xalqın ədalətli müharibəsini sülh vasitələri ilə başa çatdırmaq, respublikanın ərazi 
bütövlüyünü bərpa etmək üçün yorulmaq bilmədən çalışdı. 
Azərbaycan  dövlətçiliyinin  bərpa  və  inkişaf  etdirilməsinə,  ictimai-  siyasi  sabitliyin,  ərazi 
bütövlüyünün  təmin  olunması  kimi  mürəkkəb  işə  dövlət  intizamının,  qanunçuluğun,  hüquq-mühafizə 
orqanlarının, ordunun möhkəmləndirilməsindən başlandı. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə