Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   34   35   36   37   38   39   40   41   ...   101

69 
 
haqqı verir. Bundan əlavə, hər kəs hüquqlarının pozulması ilə əlaqədar məhkəməyə müraciət edə bilər. 
Ölkəmizdə  aparılmış  məhkəmə  islahatı,  eləcə  də  yeni  qəbul  edilmiş  prosessual  qanunvericilik 
vətəndaşlarımızın bu hüquqdan istifadə etmək imkanlarını xeyli genişləndirdi. 
İnsan hüquqlarına riayət olunması üzərində parlament nəzarətini təşkil etmək üçün İnsan hüquqları 
müvəkkili  (ombudsman)  təsisatı  yaradılır.  Bu  haqda  Konstitusiya  qanunu  2001-ci  ilin  sonunda  qəbul 
ediləcək. Həmin təsisat parlamentlə vətəndaşlar arasında müəyyən vasitəçi rolunu oynayaraq, ikincilərin 
demokratik sistemin formalaşmasında əhəmiyyətini artıracaq. 
Heç bir demokratiya yalnız mərkəzdə bərqərar ola bilmir. Bununla əlaqədar olaraq, Azərbaycanda 
1999-cu il dekabrın 12-də uğurla bələdiyyə seçkiləri keçirildi. Bələdiyyələr vətəndaşların yerli özünüidarə 
təsisatı olmaqla, dövlətdən ayrı, müstəqil şəkildə fəaliyyət göstərirlər. 
İnsan hüquqları və demokratiya sahəsində elmi araşdırmalar, analitik tədqiqatlar aparmaq məqsədi 
ilə Milli Elmlər Akademiyasında İnsan Hüquqları İnstitutu yaradılmışdır. İnstitut fəaliyyət göstərdiyi iki 
il  ərzində  demokratik  ideyaların  təbliği  baxımından  çox  faydalı  işlər  görmüşdür.  Onların  sırasında 
müvafiq  məzmunlu  kitab  və  məqalələrin  nəşri,  seminar  və  konfransların  keçirilməsi,  eləcə  də  qanun 
layihələrinin hazırlanmasını qeyd etmək olar. 
Azərbaycanda  demokratikləşmə  və  insan  hüquqlarına  riayət  istiqamətində  aparılan  məqsədyönlü 
siyasətin  məntiqi  nəticəsi  olaraq,  ölkəmiz  2001-ci  il  yanvarın  25-də  Avropa  Şurasına  tamhüquqlu  üzv 
qəbul  edilmişdir.  Şübhəsiz  ki,  bu,  dövlətimizin  üzərinə  əlavə  öhdəliklər  qoyur.  Bununla  yanaşı, 
vətəndaşlarımız əlavə müdafiə mexanizminin imkanlarından istifadə edə biləcəklər. 
 
 


70 
 
 
§ 4. Hüquq islahatları 
 
Azərbaycan  Respublikası  müstəqilliyini  bərpa  etdikdən  və  sosialist  sistemindən  azad  olduqdan 
sonra ölkəmiz demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Lakin SSRİ-dən miras 
qalmış,  totalitar  rejimə  xarakterik  olan  hüquq  sistemi  və  qanunlar  sivil  və  demokratik  cəmiyyət 
quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat 
vermirdi.  Cəmiyyətin  gələcək  inkişafı  həyatımızın  bütün  sahələrində  olduğu  kimi,  hüquq  sahəsində  də 
islahatların həyata keçirilməsini, tamamilə yeni hüquq və məhkəmə sisteminin formalaşdırılmasını, daha 
mütərəqqi və demokratik dəyərlərə əsaslanan qanunvericilik bazasının yaradılmasını tələb edirdi. 
Yeni  hüquq  sisteminin  bərqərar  olması insanların  hüquq  və  azadlıqlarının  müdafiəsinə  yönəlmiş, 
bu  da  öz  növbəsində  məhkəmə-hüquq  islahatlarının  əsas  istiqamətlərini  müəyyən  edərək  Azərbaycan 
dövlətinin ərazisində  qanunun  aliliyinin  təmin  edilməsi  və  azad,  müstəqil  ədalət  mühakiməsinin  həyata 
keçirilməsi üçün şərait yaratmışdır. 
Ölkəmizdə hüquq islahatlarının həyata keçirilməsi, o cümlədən məhkəmə-hüquq sisteminin köklü 
və kompleks qaydada yenidən qurulması üçün hər şeydən əvvəl yeni konsepsiya işlənib hazırlanmalı idi. 
Bu  konsepsiya  azad  cəmiyyətin  formalaşmasına,  demokratik,  hüquqi  dövlət  quruculuğuna,  qanunun 
aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat yaratmalı idi. 
Respublikamızda  tez  bir  zamanda,  ardıcıl  surətdə  hüquq  islahatlarının  həyata  keçirilməsi, 
demokratik  təsisatların  və  qanunun  aliliyi  prinsipinin  möhkəmləndirilməsi,  hüquq  islahatlarının 
aparılması  sahəsində  qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyətlərinin  qarşılıqlı  fəaliyyətinin  təmin 
edilməsi  məqsədilə  Azərbaycan  Respublikası  Prezidentinin  21  fevral  1996-cı  il  tarixli  sərəncamı  ilə 
Hüquqi İslahat Komissiyası yaradılmışdır. 
Azərbaycanda  aparılan  hüquq  islahatları  əsasında  inkişaf  etmiş  dövlətlərin  hüquqi  dövlət 
quruculuğu  təcrübəsi,  ümumbəşəri  demokratik  prinsiplər,  Azərbaycan  xalqının  dövlətçilik  tarixi  və 
ənənələri  dayanır.  Hüquq  islahatlarının  təməlini  isə  Azərbaycan  Respublikasının  Konstitusiyası  təşkil 
edir.  Konstitusiya  həmçinin  dövlət  fəaliyyətinin  və  cəmiyyətin  inkişafının  gələcək  modelinin  hüquqi 
əsasını müəyyən edir. 
İnsan  və  vətəndaş  hüquq  və  azadlıqlarının  müdafiəsinə  və  qanunun  aliliyinə  nail  olmaq  üçün 
məhkəmələrin müstəqilliyinin təmin edilməsi labüddür. 
Ölkəmizdə həyata keçirilən hüquq islahatlarının məqsədi və əsas ideyası da məhz bundan ibarətdir. 
Hüquq islahatları hər şeydən əvvəl qanunların keyfiyyətinin yaxşılaşdırılmasına və icrasının təmin 
edilməsinə yönəlmiş kompleks fəaliyyətdir. 
Hüquq  islahatlarının  əsas  elementləri  qanunların  və  normativ  aktların  hazırlanması,  hüquqi 
informasiya  sisteminin  genişləndirilməsi,  məhkəmə  və  bütövlükdə  hüquq-mühafizə  sisteminin  islahatı, 
qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm tədbirlərdən ibarətdir. 
Hüquq  islahatlarının  aparılması,  əsas  insan  hüquq  və  azadlıqlarının  və  qanunun  aliliyinin  təmin 
edilməsi,  habelə  ölkəmizin  Avropa  təsisatlarına  inteqrasiyası  məqsədilə  Azərbaycan  Respublikasının 
Prezidenti  "Avropa  Şurası  və  Azərbaycan  Respublikası  arasında  əməkdaşlıq  proqramının  həyata 
keçirilməsi  haqqında"  1996-cı  il iyunun  8-də  sərəncam  imzalamışdır.  Həmin  sərəncama  əsasən  Hüquqi 
İslahat Komissiyasına beynəlxalq standartlara uyğun "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr 
və  hakimlər  haqqında",  "Polis  haqqında",  "Prokurorluq  haqqında",  "Bələdiyyələr  haqqında"  və  digər 
qanun layihələrinin hazırlanması tapşırılmışdı. 
Hüquqi  İslahat  Komissiyası  tərəfindən  hazırlanmış  "Konstitusiya  Məhkəməsi  haqqında", 
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının qanunları ölkəmizdə məhkəmə-hüquq 
islahatları  sahəsində  atılan  ilk,  lakin  çox  vacib  addım  olmaqla  müstəqil  məhkəmə  sisteminin 
yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratmışdır. 
Konstitusiyanın  130-cu  maddəsində  Konstitusiya  Məhkəməsinin  səlahiyyətləri  bütövlükdə 
Konstitusiyanın  aliliyinin  təmin  edilməsinə  yönəlmişdir  ki,  bu  da  "Konstitusiya  Məhkəməsi  haqqında" 
Qanunun  3-cü  maddəsinə  əsasən  məhkəmənin  əsas  məqsədi  kimi  qəbul  edilir.  Həmin  məqsədin  həyata 
keçirilməsi üçün Konstitusiya Məhkəməsinə çox geniş səlahiyyətiər verilmişdir. 
Ölkəmizdə ilk dəfə olaraq hakimiyyətlərin bölünməsi konsepsiyası, qanunların və normativ hüquqi 
aktların Konstitusiyaya uyğunluğuna məhkəmə nəzarəti ideyası qəbul edilmişdir. 
Konstitusiyada  bəyan  edilmiş  məhkəmə  hakimiyyətinin  müstəqilliyi  "Məhkəmələr  və  hakimlər 
haqqında"  Qanunda  inkişaf  etdirilərək  öz  real  təminatını  tapmış  və  məhkəmə  hakimiyyətinin  müstəqil 
fəaliyyət göstərməsinə hüquqi zəmin yaratmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə