Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   32   33   34   35   36   37   38   39   ...   101

65 
 
icraatının aparıldığı dili bilməyən şəxslərin işin materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi 
vasitəsi ilə iştirak etmək və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilir. 
Naxçıvan Muxtar Respublikasının coğrafi xüsusiyyətləri Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın 
ümumi sərhədinin olmaması bu bölgə üçün muxtar idarəetmə sisteminin təsis olunmasını tələb etmişdir. 
Naxçıvan Muxtar Respublikasının muxtar dövlət kimi quruluşu bütövlükdə Azərbaycan Respublikasının 
dövlət  quruluşundan  seçilir.  Azərbaycan  Respublikası  prezidentli  respublikadırsa,  Naxçıvan  Muxtar 
Respublikasında  dövlət  idarəetməsi  parlament  hakimiyyəti  üsulu  ilə  həyata  keçirilir.  Naxçıvan  Muxtar 
Respublikası Parlamentinin - Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsidir. 
Naxçıvan  Muxtar  Respublikasının  Nazirlər  Kabineti  Ali  Məclis  tərəfindən  formalaşdırılır  və  onun 
qarşısında  məsuliyyət  daşıyır.  Azərbaycan  Respublikasının  Konstitusiyasına  görə  Naxçıvan  Muxtar 
Respublikasının  Ali  Məclisi  Azərbaycan  Respublikasının  Konstitusiyası  və  qanunları  ilə  onun 
səlahiyyətlərinə  aid  edilən  məsələlərin  həllində,  Naxçıvan  Muxtar  Respublikasının  Konstitusiyası, 
qanunları  və  Azərbaycan  Respublikası  Prezidentinin  fərmanları  ilə  onun  səlahiyyətlərinə  aid  edilən 
məsələlərin  həllində,  Naxçıvan  Muxtar  Respublikasının  məhkəmələri  isə  Azərbaycan  Respublikası 
Konstitusiyası və qanunları ilə onların səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildirlər. 
Yerli özünüidarə hər bir demokratik cəmiyyətin ayrılmaz elementidir. Dövlət orqanları bütövlükdə 
ümumdövlət, ümummilli mənafelərin həyata keçirilməsi ilə məşğul olurlarsa, yerli özünüidarə orqanları 
ilk  növbədə  yerli  inkişaf  mənafelərini  təmin  edirlər.  Bu  məqsədlə  Konstitusiya  seçkili  bələdiyyələr 
sistemini təsis etmişdir. Bələdiyyələrin səlahiyyətlərinə yerli əhəmiyyətli məsələlərin həlli aid edilmişdir. 
Eyni  zamanda,  Konstitusiya  müəyyən  edir  ki,  bələdiyyələrə  qanunvericilik  və  icra  hakimiyyətləri 
tərəfindən  əlavə  səlahiyyətlər  də  verilə  bilər.  Bu  səlahiyyətlərin  həyata  keçirilməsi  üçün  bələdiyyə  üzrə 
müvafiq zəruri maliyyə vəsaiti də ayrılmalıdır. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq 
qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər. 
Konstitusiya  quruculuğunda  qanunvericilik  sisteminə  aid  müddəaların  Konstitusiyaya  bilavasitə 
daxil  edilməsi  nadir  bir  haldır.  Yalnız  bu  cür  normaların  Konstitusiyaya  daxil  olması  ilə  qanunvericilik 
sisteminin  stabilliyi  və  şəffaflığı  təmin  edilir.  Azərbaycan  Respublikasının  qanunvericilik  sisteminə 
Konstitusiyadan başqa referendumla qəbul edilmiş aktlar, qanunlar, fərmanlar, Azərbaycan Respublikası 
Nazirlər Kabinetinin qərarları, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları daxildir. 
 
 


66 
 
 
§ 3. Demokratik təsisatlar
insan hüquqları və azadlıqları 
 
Azərbaycanda demokratik cəmiyyət qurmaq məqsədi hələ 1991-ci i oktyabrın 18-də qəbul edilmiş, 
dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında bəyan olunmuşdur. Onda bu çoxlarına asan və tez bir 
zamanda  nail  olunacaq  bir  hədəf  kimi  görünürdü.  Müstəqillik  eyforiyasının  oyatdığı  romantik 
demokratizm insanları  əsassız intizarda qoydu. Vətəndaşlara elə gəlirdi ki, demokratiya onların rifahını 
təmin  edəcək,  hər  kəsin  işi,  yüksək  maaşı,  xoş  güzəranı  olacaq.  Üstəlik,  bütün  bunlara nail  olmaq  üçün 
çox az zəhmət tələb olunacaq. 
Belə  ümidlərlə  hakimiyyətə  gəlmiş  AXC-Müsavat  cütlüyü  səriştəsiz  siyasət  apararaq,  faktiki 
müharibə  vəziyyətində  olan  və  cinayətkarlığın  baş  alıb  getdiyi  bir  şəraitdə  yaşayan  cəmiyyətdə,  guya 
demokratik dövlət quruculuğu ilə məşğul idi. 
Lakin  yalnız  Ermənistanın  işğalı  nəticəsində  deyil,  həmçinin  daxili  separatizmin  təsiri  altında 
ərazilərinin  itirilməsi  təhlükəsi  ilə  üzləşən  Azərbaycan  cəmiyyəti,  getdikcə  dərinləşən  iqtisadi  böhranın 
məngənəsi  altında  sıxılaraq,  demokratik  gələcək  haqqında  sadəlövh  vədlərdən  usanmışdı.  Belə  şəraitdə 
çoxları  anlamağa  başladı  ki,  demokratik  dövləti  qurmaqdan  əvvəl  dövlətin  özünü  qurmaq  lazımdır. 
Dövlət isə sabitlik tələb edir. 
Yaxşı məlumdur ki, dağıtmaq qurmaqdan asandır. Sovet rejiminin çökməsi nə qədər zəruri olsa da, 
bütün  təsisatları  düşünmədən  ləğv  etmək,  əlaqələri  kəsmək  və  münasibətləri  pozmaq  öz  mənfi  təsirini 
göstərməyə bilməzdi. 
Ermənistanın  hərbi  təcavüzü  nəticəsində  işğal  olunmuş  ərazilərdən  zorla  çıxarılmış  vətəndaşlar, 
maddi  sərvətlərin  yaradıcısı  olan  və  iqtisadi  böhran  nəticəsində  iş  yerlərini  itirmiş  insanlar,  sovet 
ideallarının  iflasa  uğraması  nəticəsində  məyus  olmuş  yaşlı  nəsil,  mənəvi  boşluq  şəraitində  böyüyən 
gənclər  təbii  ki,  demokratiyanı  dəyərləndirmək  durumunda  deyildilər.  Belə  olan  halda  demokratik 
mühitin yaradılmasından öncə insanlara həyata inamı qaytarmaq lazım idi. Odur ki, 1993-cü ildə xalqın 
tələbi ilə hakimiyyətə qayıtmış Heydər Əliyev uzaqgörənliklə düşünülmüş siyasətini ardıcıl olaraq həyata 
keçirməyə  başladı.  O,  cəmiyyətin  inkişaf  qanunlarına  uyğun  olaraq,  öncə  sabitliyi  bərpa  etdi,  az  qala 
dağılmaqda olan dövləti qorudu və gücləndirdi. 
Müstəqilliyimizin on ilinə ötəri nəzər saldıqda, çox əhəmiyyətli bir inkişaf dialektikası aşkar olur: 
öncə  dövlət,  sonra  möhlət,  sonra  sərvət.  Yəni,  əvvəl  dövləti  yaratmaq,  sonra  onun  müəyyən  keçid 
dövrünü  yaşamaq,  daha  sonra  isə  dövlətin  sərvətlərindən  xalqın  yararlanması.  Heydər  Əliyevin 
hakimiyyətə yenidən gəldiyi gündən gördüyü işlərdə qeyd edilən ardıcıllıq həyata keçirilir. 
Demokratiyanı  dövlətdən  öncə  tələb  edənlər  bir  onu  anlamırlar  ki,  demokratiyanı  quran  da,  onu 
inkişaf etdirən də, qoruyan da dövlətin özüdür. Dövlətsiz demokratiya isə yalnız üç halda mümkündür: 
ibtidai icma quruluşunda, anarxistlərin təfəkküründə və utopik nəzəriyyələrdə. Müasir dünyada birinciyə 
qayıdış,  ikinci  və  üçüncü  ehtimalların  isə  gerçəkləşməsi  mümkün  olmadığından,  hər  bir  xalq 
demokratiyaya  nail  olmaq  üçün  ilk  növbədə  öz  dövlətini  qurmalıdır.  Azərbaycan  xalqı  da  öz  dövlətini 
qurmaqdadır. 
Dövlət  quruculuğu  çox  uzun  və  ağrılı  bir  prosesdir.  Bu  yolda  heç  kəs  itkilərdən  və  səhvlərdən 
sığortalana  bilməz.  Heç  kəs  zəmanət  verə  bilməz  ki,  müəyyən  bir  müddətdən  sonra  hər  hansı  ölkədə 
demokratiya  bərqərar  olunacaq.  Unutmaq  olmaz  ki,  Azərbaycanın  demokratik  və  inkişaf  etmiş  bir 
cəmiyyət olmasını istəməyənlərin də sayı az deyil. Onlar, istər xaricdən, istərsə daxildən ölkəmizdə gedən 
mühüm  islahatlara  mane  olmaq,  azərbaycanlıları  demokratiyaya  layiq  və  qadir  olmayan  bir  xalq  kimi 
tanıtmaq istəyirlər. Bu istəyə nail olmağın yolları isə Azərbaycanda sabitliyi pozmaq, etnik qarşıdurma 
yaratmaq,  dini  zəmində  toqquşmalar  təşkil  etmək,  hakimiyyəti  zorla  devirmək  və  sair  bu  qəbildən  olan 
tədbirləri həyata keçirməkdən ibarətdir. 
Azərbaycanı keçmiş SSRİ-nin digər respublikaları, Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisə 
edənlər də bəzən bir şeyi nəzərdən qaçırırlar. Bizdən fərqli olaraq, həmin dövlətlərin ərazisinin 1/5-i işğal 
olunmayıb,  onların  1  milyona  yaxın  qaçqın  və  məcburi  köçkünü  yoxdur.  Onlar  qanunsuz  silahlı 
birləşmələri tərksilah etmək, dövlət çevrilişlərinin qarşısını almaq zərurəti ilə üzləşməmişlər. Lakin bütün 
bunlara baxmayaraq, demokratik islahatları ən ardıcıl həyata keçirən ölkələrdən biri məhz Azərbaycandır. 
Azərbaycanda baş verən demokratikləşmənin iki vacib xüsusiyyəti vardır. Birinci xüsusiyyət ondan 
ibarətdir ki, Qərb ölkələrindən fərqli olaraq, Azərbaycanda demokratikləşmə aşağıdan-yuxarıya deyil, əks 
istiqamətdə gedir. Yəni, əgər Qərbi Avropa dövlətlərində demokratikləşmə xalqın tələbkarlığı nəticəsində 
baş verirdisə, Azərbaycanda bu proses dövlət təşəbbüskarlığının nəticəsidir. Dövlət idarəetmə üsullarını 
islah  edərək,  yeni  davranış  qaydalarını  müəyyən  edir və  beləliklə, özünün  vətəndaşlarla  münasibətlərini 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə