Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   29   30   31   32   33   34   35   36   ...   101

60 
 
cinayətlərin  açılması  sahəsində  real  vəziyyəti  ciddi  təhrif  etmiş,  cinayətkarlığa  qarşı  mübarizə 
tədbirlərinin hazırlanmasını çətinləşdirmişdi. 
Cinayətkarlığa  qarşı  mübarizənin  lazımi  hüquqi  bazasının  yaradılması  sahəsində  heç  bir  iş 
görülmür və o vaxtlar qüvvədə olan cinayət qanunvericiliyi müasir tələblərə cavab vermədiyindən təcrübi 
işin zəruri tələbatını ödəmirdi. Bu illərdə ciddi sosial əsaslandırma, elmi təhlil aparılmadan, ictimaiyyətin, 
o  cümlədən  alim  və  mütəxəssislərin  rəyi  öyrənilmədən  Cinayət  Məcəlləsinə  dəfələrlə  əlavələr  və 
dəyişikliklər  edilmişdi.  Bu  da  onun  daxili-hüquqi  əlaqələrində  uyğunsuzluğa  və  cinayət-hüquq 
sanksiyalarında tarazlığın pozulmasına gətirib çıxarmışdı. 
İnsan hüquq və azadlıqlarının kütləvi surətdə pozulduğuna baxmayaraq, vətəndaşların hüquqlarının 
məhkəmə müdafiəsi təmin olunmurdu. 
Ölkədə  yaranmış  böhranlı  vəziyyətin  əsası  xalqdan  uzaq  düşmüş  olan  Əbdürrəhman  Vəzirov 
tərəfindən  qoyulmuşdu.  SSRİ  rəhbərliyi  tərəfindən  vəzifəyə  təyin  edilmiş  Vəzirov  öz  fəaliyyətinə 
Azərbaycan  iqtisadiyyatının  əsaslarının  dağıdılmasından  başlamış  və  bu  məqsədlə  Moskvadan  böyük 
yoxlayıcılar  briqadası  gətirmişdi.  Bu  dəstə  tərəfindən  aparılan  yoxlamalar  zamanı  yüzlərlə  kolxoz  və 
sovxozun,  istehsalat  və  ticarət  müəssisəsinin  fəaliyyəti  iflic  vəziyyətinə  salınmış,  respublikaya  böyük 
iqtisadi ziyan vurulmuş, günahsız insanlar cinayət məsuliyyətinə cəlb olunmuşdular. 
Azərbaycan  vətəndaşlarının,  sadə  zəhmət  adamlarının  qondarma  "pambıq  işi"  adı  altında  kütləvi 
surətdə  əsassız  həbs  olunmalarının  arxasında  ermənipərəst  Qorbaçovun  düşünülmüş  siyasəti  və  onun 
icraçıları dururdu. Azərbaycanlıların kütləvi təqibi 1990-cı il 20 yanvar faciəsinin başlanğıcı idi. 
1990-cı  illərin  əvvəlində  Azərbaycanda  yaranmış  vəziyyət,  Moskvanın  vassalı  Ə.Vəzirovun,  20 
yanvar  faciəsinin  əsas  səbəbkarlarından  biri  olan  A.Mütəllibovun,  sonradan  Əbülfəz  Əliyev,  İsa 
Qəmbərov,  Pənah  Hüseynov  kimi  qondarma  meydan  siyasətbazları,  yalançı  demokratların  hakimiyyəti 
tərəfindən davam etdirilən mahiyyətcə antiazərbaycan, antidövlətçilik siyasətinin məntiqi nəticəsi idi. 
Yalnız  cənab  Heydər  Əliyevin  xalqın  tələbi  ilə  hakimiyyətə  gəlməsi  sayəsində  ciddi  intizam, 
tələbkarlıq  və  dövlət  mənafeyi  kimi  amillər  ön  plana  çəkildi,  müstəqilliyimizin  və  dövlətçiliyimizin 
möhkəmləndirilməsi  sahəsində  uğurlu  addımlar  atıldı,  cəmiyyətdə  hökm  sürən  hərc-mərcliklərə  və 
özbaşınalıqlara qarşı mübarizənin təməli qoyuldu, ictimai-siyasi sabitliyin bərqərar olunması məqsədi ilə 
ciddi tədbirlərin həyata keçirilməsinə başlanıldı. 
1994-cü  il  oktyabr  və  1995-ci  il  mart  dövlət  çevrilişləri  cəhdlərinin  qarşısının  alınması,  Surət 
Hüseynovun,  Cavadov  qardaşlarının  kölgəsi  altında,  onların  başçılıq  etdikləri  cinayətkar  dəstələrin, 
XTPD kimi dövlət strukturlarına daxil olan bir qurumun qanunsuz hərəkətləri fonunda əl-qol açan digər 
cinayətkar  qrupların  və  ünsürlərin  ifşa  olunması  və  zərərsizləşdirilməsi  respublikada  bütövlükdə 
cinayətkarlıqla mübarizənin yeni vüsətdə güclənməsinə təkan verdi. 
Azərbaycan  Respublikasının  Prezidenti  1994-cü  il  avqustun  9-da  "Cınayətkarlığa  qarşı 
mübarizənin  gücləndirilməsi,  qanunçuluğun  və  hüquq  qaydalarının  möhkəmləndirilməsi  tədbirləri 
haqqında"  fərman  imzaladı.  Bu  fərman  ölkədə  konstitusiyalı  dövlət  quruluşunun  mühafizəsinə,  insan 
hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən qorunmasına yönəlmiş və cinayətkarlığa qarşı mübarizədə 
əsaslı dönüş yaratmışdır. 
Həmin  fərmana  əsasən  Azərbaycan  dövlətinin  inkişafına  mane  olan  amillərə  qarşı  mübarizə 
metodları  və  üsulları  genişləndirilmiş,  cinayətkarlığa  şərait  yaradan  halların  aradan  qaldırılmasına 
yönəldilmiş əməli tədbirlər gücləndirilmiş, müvafiq təşkilati və praktiki tədbirlər planlaşdırılmış və uğurla 
həyata keçirilmişdi. 
Bu  tədbirlər  nəticəsində  hüquq-mühafizə  orqanları  sistemində  və  digər  sahələrdə  cinayətkarlarla 
əlbir  olan,  təxribatlar  törədən,  vəzifədən  sui-istifadə  edən,  rüşvətxorluq  və  bir  çox  başqa  qanunsuz 
əməllərlə məşğul olan, pozuntulara və əyintilərə yol verən şəxslər müəyyən olunub tutduğu vəzifələrdən 
kənarlaşdırılaraq məsuliyyətə cəlb olundular. 
Azərbaycan  Respublikası  Prezidentinin  bu  və  digər  fərman  və  sərəncamlarında  qarşıya  qoyulan 
vəzifələrin hüquq-mühafizə orqanları tərəfindən müvəffəqiyyətlə həyata keçirilməsi, görülmüş kompleks 
və  çevik  əməliyyat  tədbirləri  1994-cü  ilin  oktyabrı  və  1995-ci  ilin  martında  dövlət  çevrilişi  cəhdlərinin 
aradan  qaldırılması,  ölkə  Prezidentinin  fiziki  məhvinə  yönəldilmiş  sui-qəsdlərin  qarşısının  alınmasını, 
onların təşkilatçılarının ifşa olunmasını təmin etmiş, respublikada siyasi qarşıdurma yaratmaq cəhdlərinə 
qətiyyətlə son qoymuşdu. 
Məhz  bu  illərdə  Azərbaycan  xalqına,  onun  Ə.Xanbabayev,  A.Cəlilov,  Ş.Rəhimov,  Z.Bünyadov 
kimi görkəmli nümayəndələrinə qarşı törədilən cinayətlərin üstü açılmış, onların sifarişçiləri və icraçıları 
müəyyən edilmiş və cinayət məsuliyyətinə cəlb edilmişlər. 


61 
 
Hakimiyyətsizlik  və  hərc-mərclik  illərində  formalaşmış  cinayətkar  dəstələr,  mütəşəkkil  silahlı 
quldur  bandaları  dağıdılmış,  törədilmiş  cinayətə  görə  cəzanın  labüdlüyü  prinsipi  təmin  olunmuş, 
cinayətlərdə iştirak etmiş hər bir şəxs ədalət mühakiməsinə verilmişdir. 
Narkotiklərin  yayılması  və  narkomanlıqla  mübarizə  tədbirləri  Azərbaycan  Respublikası 
Prezidentinin  bir  neçə  fərman  və  sərəncamı  ilə  ümumdövlət  səviyyəsinə  qaldırılmış,  bu  cinayətin 
qarşısının  alınması  üçün  dövlət  proqramları,  Milli  Məclis  tərəfindən  müvafiq  qanun  qəbul  edilmiş, 
təşkilati və digər əsaslı tədbirlər həyata keçirilmişdir. 
Cinayətkarlıqla  mübarizədə  görülmüş  işlər  nəticəsində  cinayətlərin  azalması  meyli  son  illərdə 
ardıcıl və dönməz xarakter almışdır. 1992-ci illə müqayisədə 2000-ci ildə qeydə alınmış cinayətlərin sayı 
37,8  faiz,  o  cümlədən  cinayət  axtarış  xətti  ilə  39,0  faiz,  onların  ağır  növləri,  o  cümlədən  qəsdən 
adamöldürmələr  2,5  dəfə,  quldurluq  və  soyğunçuluqlar  3,8  dəfə,  oğurluqlar  3,3  dəfə,  nəqliyyat 
vasitələrinin oğurlanması və qaçırılması 10,6 dəfə azalmışdır. 
Həyata  keçirilən  məqsədyönlü  tədbirlər  nəticəsində  cinayətlərin  açılması  ildən-ilə  yaxşılaşaraq 
1992-ci illə müqayisədə 67 faizdən 2000-ci ildə 92,4 faizədək yüksəlmişdir. 
Axtarışda  olan  cinayətkarların  tutulması  4,6  dəfə  artmışdır.  Belə  ki,  son  illər  ərzində  cinayət 
məsuliyyətindən  yayındığına  görə  axtarışda  olan  20  mindən  artıq  cinayətkar  tutularaq  məsuliyyətə  cəlb 
olunmuşdur.  Onların  arasında  Azərbaycan  xalqına  və  dövlətinə  qarşı  qatı  cinayətlər  törətmiş  Surət 
Hüseynov, Rəhim Qazıyev, Əlikram Hümbətov, Elçin Əmiraslanov, İlqar Səfixanov, Kəramət Kərimov, 
Vahid Musayev, Faiq Baxşəliyev, Natiq Əfəndiyev və digərləri vardır. 
Ölkədə  sabitliyin  və  vətəndaş  sülhünün  qorunması  üçün  ayrı-ayrı  cinayətkar  qurumların 
nəzarətində  olan  külli  miqdarda  silah-sursat  aşkar  edilmişdir.  Qanunsuz  saxlanılan  21  mindən  artıq 
müxtəlif  növ  odlu  silah,  milyonlarla  hərbi  sursat  aparılmış  əməliyyat-axtarış  və  profilaktiki  tədbirlər 
nəticəsində  müsadirə  olunmuşdur  və  bütün  bunlar  odlu  silahla  törədilən  cinayətlərin  sayını  7  dəfə 
azaltmağa imkan vermişdir. 
90-cı  illərdə  mütəşəkkil  silahlı  dəstələrə  qarşı  aparılan  qətiyyətli  mübarizənin  ən  mühüm 
nəticələrindən biri də o oldu ki, əvvəlki illərin xofu insanların canından çıxmağa başladı, onlarda qanunun 
gücünə, hakimiyyətə, dövlətçiliyə inam yarandı. Əvvəllər qorxu və təzyiqlər altında susmağa məcbur olan 
yüzlərlə  vətəndaş  törədilmiş  cinayətlər  barədə  dövlət  orqanlarına  məlumatlarla  müraciət  etməyə 
başladılar.  Əməliyyat-  axtarış  və  istintaq  tədbirləri  nəticəsində  keçmiş  illərdə  törədilən  və  açılmamış 
qalan sifarişli qətllər, adam oğurluqları, işgəncələr və şəxsiyyət əleyhinə olan digər cinayətlər, oğurluq, 
soyğunçuluq,  quldurluq,  hədə-  qorxu  ilə  tələb  etmə  (reket)  və  mülkiyyət  əleyhinə  olan  digər  bu  kimi 
cinayətlər açılmış, təqsirkar şəxslər ədalət mühakiməsinə verilmişlər. 
Azərbaycan  iqtisadiyyatının  düşdüyü  çətin  vəziyyətdən  çıxarılması,  bu  sahədə  yeni  iqtisadi 
münasibətlərin formalaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yeritdiyi 
siyasət  və  onun  nəticələri  göz  qabağındadır.  Bu  gün  ölkə  iqtisadiyyatı  əvvəlki  illərin  böhranından 
qurtulmuş  və  tədricən,  dönmədən  inkişaf  yolu  ilə  irəliləməkdədir.  Bu  yöndə  həyata  keçirilən  siyasətin 
əsas istiqamətlərindən biri - iqtisadiyyatın inkişafına mane olan, xalqın əmlakına göz dikən, korrupsiya və 
rüşvətxorluğa qurşanan ünsürlərə qarşı barışmaz, qətiyyətli və amansız mübarizə aparmaqdır. 
İqtisadi  sahələrdə  törədilən  cinayətlərin  aşkar  edilməsi  nəticəsində  hərc-mərclik  illərində  dövlət 
əmlakının talan olunması, mənimsənilməsi və israf edilməsi ilə bağlı ciddi faktlar aşkar olunmuş, cinayət 
işləri başlanmış, cinayətkarların əksəriyyətinin yüksək vəzifə sahibləri olmasına baxmayaraq, məsuliyyətə 
cəlb olunmuşlar. Belə şəxslərdən biri qulluq mövqeyindən istifadə edərək xalqın külli miqdarda əmlakını 
mənimsəmiş  və  törətdiyi  cinayətlərə  görə  məsuliyyətdən  yayınmaq  məqsədi  ilə  qaçıb  hazırda  xaricdə 
gizlənərək özünü "demokratiya carçısı" adlandıran Rəsul Quliyevdir. 
Respublikada sabitliyin bərqərar olunması xalqın iqtidara və hüquq- mühafizə orqanlarına inamının 
artmasına,  cəmiyyətdə  mövcud  olmuş  qorxu  və  cinayətkarlar  arasında  hökm  sürmüş  cəzasızlıq  əhval-
ruhiyyəsinin  aradan  götürülməsinə  səbəb  olmuşdur.  Ayrı-ayrı  siyasətbazların  milli  taleyimizlə 
pərdəarxası oyunlarına, siyasi anarxiya və eksperimentlərinə son qoyulmuşdur. 
Prezident  Heydər  Əliyevin  rəhbərliyi  altında  aparılmış  son  dərəcə  gərgin  fəaliyyət  nəticəsində 
ölkədə cinayətkarlıq cilovlanmış və kriminogen durum tam nəzarət altına alınmışdır. 
Bunun nəticəsidir ki, MDB ölkələri arasında Azərbaycan krımınogen durumun vəziyyətinə görə ən 
sabit  olan  ölkədir.  2000-ci  ildə  əhalinin  hər  100  min  nəfərinə  düşən  cinayətlərin  sayına  görə 
Azərbaycanda Rusiyadan 11,4, Belarusdan 7,5, Ukraynadan 6,2, Qazaxıstandan 5,4, Moldovadan 5,1 dəfə 
az cinayət törədilmişdir. 
Azərbaycan  Respublikasında  ictimai-siyasi  sabitliyə  nail  olunması  vətəndaşların  hüquq  və 
mənafelərinin  müdafiəsinə,  bazar  münasibətlərinə  əsaslanan  iqtisadiyyatın  və  sahibkarlığın  inkişafına, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə