Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   27   28   29   30   31   32   33   34   ...   101

56 
 
 
III FƏSIL 
 
AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQĠLLĠYĠNĠN QORUNUB SAXLANILMASI 
UĞRUNDA MÜBARĠZƏ (iyun 1993-1995) 
 
Müharibədə vəziyyət. Ordu quruculuğu. 
DüĢmən hücumunun qarĢısının alınması 
 
Başıpozuq ordu düşmən dəyirmanına su tökürdü. Əvvəlki iqtidar möhkəm, intizamlı ordu yarada 
bilməmişdi. Xalq öz ordusuna yadlaşır, fərarilik artırdı. Yenə də torpaqların düşmənə verilməsi ilə ölkədə 
siyasi böhran yaranacağına, hakimiyyət çevrilişi olacağına ümid edənlərin və  hakimiyyəti ələ keçirmək 
istəyənlərin  cinayətkar  satqınlığı  nəticəsində  1993-cü  ilin  yayında  və  payızında  Azərbaycanın  ərazi 
bütövlüyünə  yeni  zərbələr  vuruldu.  Düşmən  ölkədəki  siyasi  böhrandan  istifadə  edib  iyun  ayının 
əvvəllərindən  başlayaraq  güclü  hücuma  keçdi.  Həm  AXC-Müsavat  iqtidarı,  həm  də  qiyama  hazırlaşan 
Surət  Hüseynova  tabe  qüvvələr  Ağdam  cəbhəsindən  xeyli  hərbi  texnika  çıxarmışdılar.  Daxili  qoşun 
hissəsi  Bakının  müdafiəsinə  göndərilmişdi.  Düşmən  bundan  istifadə  edib  rayonun  Qarqar  çayı,  Saybalı 
kəndinə qədər ərazisini işğal etdi. 
İyunun 25-dən 26-a keçən gecə nizami silahlı qüvvələr döyüş meydanından çıxarıldı. Cəbhə yerli 
özünümüdafiə batalyonlarının ümidinə qalsa da, onlar düşmənə layiqincə cavab verirdilər. Lakin iyulun 
əvvəliərində  S.Hüseynova  sadiq  709  saylı  hərbi  hissə  Ağdama  daxil  oldu.  Özünümüdafiə  batalyonları 
döyüş  əməliyyatlarından  kənarlaşdırıldı.  Ağdam  şəhəri  intensiv  atəşə  tutularkən  isə  "surətçilər"  cavab 
atəşi  açmadılar.  Düşmən  sürətlə  irəliləyirdi.  Malıbəylidə  güclü  döyüşlər  gedirdi.  Asif  Məhərrəmovun 
("Fred"  ləqəbli)  müdafiə  batalyonunun  döyüşçüləri  iyulun  22-23-də  bütün  günü  və  gecəni  düşmənlə 
əlbəyaxa  vuruşdular,  lakin  kömək  olmadığından  geri  çəkildilər.  İyulun  23-də  səhər  əsasən  yerli 
özünümüdafiə dəstələrinin gücü ilə 43 gün düşmənlə qanlı döyüşlər aparmış Ağdam şəhəri süqut etdi. 
Surət Hüseynova, Əlikram Hümbətova, Rəhim Qazıyevə və Xalq Cəbhəsinə sadiq hərbi hissələrin 
təxribatı nəticəsində avqustun 25-də Cəbrayıl və Füzuli, avqustun 31-də Qubadlı rayonları işğal olundu. 
Mühasirəyə düşmüş Zəngilan rayonu oktyabrın 27-də düşmən əlinə keçdi. Respublika ərazisinin artıq 20 
faizi  düşmən  tapdağı  atında  qalmışdı.  Ermənilər  "torpağı  viran  qoymaq"  taktikasına  əl  atmışdılar. 
Müharibədə  20  min  azərbaycanlı  şəhid  olmuş,  100  min  nəfər  yaralanmış,  5  min  nəfər  əlil  olmuşdu. 
Qaçqın və köçkünlərin sayı milyonu keçmişdi. Rəsmi məlumata görə, erməni işğalçıları tərəfindən 4861 
nəfər  azərbaycanlı,  o  cümlədən  314  qadın,  58  uşaq  və  255  qoca  əsir  və  girov  götürülmüşdü.  Erməni 
faşistləri əsir və girovların həqiqi sayını beynəlxalq humanitar təşkilatlardan gizlədir, onlarla qeyri-insani, 
amansız  rəftar  edir,  qul  kimi  işlədir,  təhqir  edir,  alçaldırdılar.  1991-95-ci  illərdə  Beynəlxalq  Qızıl  Xaç 
Komitəsinin  yaxından  köməyi  ilə  400-dən  çox  azərbaycanlı  əsir  geri  qaytarıldı.  ATƏT  tərəfləri  əsir  və 
girovları dərhal və qeyd-şərtsiz azad etməyə çağırdı. 1995-ci ilin əvvəllərində tərəflər əsir və girovların 
"hamının-hamıya"  prinsipi  üzrə  dəyişdirilməsinə  razılıq  verdilər.  1995-ci  ilin  aprel-may  aylarında 
Azərbaycan  Respublikası  birtərəfli  qaydada  152  əsir  və  girovu  azad  etdi.  Ermənistan  isə  cəmi  22  əsir 
qaytardı. 
İşğal  olunmuş  ərazilərdən  erməni  ordularının  dərhal,  tamamilə  və  qeyd-şərtsiz  çıxarılması  tələbi 
BMT  Təhlükəsizlik  Şurasının  822,  853,  874,  884  saylı  qətnamələrində  öz  əksini  tapsa  da,  Ermənistan 
müxtəlif " bəhanələrlə onları yerinə yetirməkdən imtina edirdi. 
Müdafiə Nazirliyinə tabe olmayan, müxtəlif siyasi ambisiyalı, döyüş qabiliyyəti olmayan, nizamsız 
hərbi hissələri ləğv etmək, güclü nizami ordu yaratmaq, bunun üçün xalqı ayağa qaldırmaq, birləşdirmək 
lazım idi. Prezident Heydər Əliyev 1993-cü il noyabrın 2-də televiziya və radio vasitəsilə xalqa müraciət 
etdi, onu ölkənin qorunması və azadlığı uğrunda birləşib düşmənə qarşı mübarizəyə qalxmağa çağırdı. 
Bütün  xalq  prezidentin  çağırışına  ürəkdən  qoşuldu.  Könüllülərdən  ibarət  batalyonlar  yaradılıb 
cəbhəyə  göndərildi.  Noyabr-dekabr  aylarında  16,7  min  nəfərlik  40  ehtiyat  taboru  təşkil  edildi.  Cəbhəyə 
gedənlərin  işlədiyi  müəssisələr  cəbhəçi  ailələrini  himayəyə  götürürdü.  Orduya  xalq  yardımı 
genişlənmişdi.  Qospitallarda  yatan  yaralı  döyüşçülərə,  qaçqınlara  qayğı  artırdı.  Ziyalılar  cəbhə 
bölgələrinə gedib əsgərləri qələbəyə ruhlandırırdılar. 
Prezident  cəbhə  bölgələrində  ordunun,  əsgərlərin  döyüş  hazırlığı  ilə  yaxından  tanış  olub,  konkret 
tədbirlər  müəyyənləşdirdi.  Yeni  Azərbaycan  ordusu  yaranırdı.  Dövlət  Müdafiə  Komitəsi  təşkil 
olunmuşdu. Səhra Cəbhə İdarəsi, köhnə başıpozuq hərbi hissələr ləğv edilmiş, əldəqayırma "generallar", 
siyasi  hoqqabazlar,  xainlər  ordudan  uzaqlaşdırıldı.  Səmərəli  hərbi  təlim  üçün  xüsusi  proqramlar 


57 
 
hazırlandı, ordunun döyüş hazırlığının yüksəldilməsi işi dövlət rəhbərliyinin ciddi nəzarəti altına alındı. 
1994-cü ilin sonunda Milli Ordu sıralarında 54 min əsgər və zabit vardı. Silahlı qüvvələrin maddi bazası 
xeyli möhkəmlənmişdi. Nəticədə Azərbaycan ordusu düşmənin respublikanın içərilərinə doğru hücumunu 
dayandırdı. Hətta əks-hücuma keçib bir sıra torpaqları geri qaytardı. 
1993-cü  il  noyabrın  ortalarında  ermənilər  cəbhələrdə  intensiv  hücuma  başladılar,  lakin  güclü 
müqavimətə  rast  gəldilər.  Dekabrın  ortalarında  Beyləqan  istiqamətində  Milli  Ordunun  əsgərləri  böyük 
rəşadət  göstərdilər.  Birinci  tabora  hücum  edən  15  düşmən  tankının  7-si  məhv  edildi.  Döyüşçülər  əks 
hücuma  keçib  30  km  irəlilədilər.  Minomyotçuların  komandiri  Akif  Xanalıyev  bir  döyüşdə  50-yə  qədər 
düşmən  əsgərini  məhv  etdi.  Xankəndi  istiqamətində  kəşfiyyata  getmiş  Milli  Ordunun  kəşfiyyat  qrupu 
qəfildən düşmənlə üzləşsə də, mərdliklə vuruşmuş, ermənilər xeyli itki vermişdilər. Döyüş dostlarını xilas 
etmək üçün Etibar İsmayılov tankəleyhinə qumbara ilə özünü düşmənə köməyə gələn tankın altına atdı. 
Tank  partladı.  Etibar  İsmayılov  qəhrəmancasına  həlak  oldu.  Ölümündən  sonra  ona  Azərbaycanın  Milli 
Qəhrəmanı adı verildi. 
Azərbaycan  ordusu  müvəffəqiyyətli  əməliyyatlar  nəticəsində  1994-cü  il  yanvarın  5-də  Füzuli 
rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsini, 22 kəndi düşməndən təmizlədi. Hücumu genişləndirib 
Cəbrayıl  rayonu  ərazisinin  bir  hissəsini,  Kəlbəcər  rayonunda  Bozlu,  Təkəqaya,  Babaşlar,  Qanlıkənd, 
Çəpli,  Susuzluq,  Qasımbinəsi,  Yanşaqbinə,  Yanşaq,  Bağırsaq,  Qamışlı,  Bağırlı  yaşayış  məntəqələrini 
azad  etdi,  Çiçəkli  dağı  və  b.  strateji  yüksəklikləri  ələ  keçirdi,  Kəlbəcər-Laçın  yolunun  tunelə  qədərki 
hissəsini  nəzarət  altına  aldı.  Döyüşlərdə  düşmən  4  min  əsgər  və  zabit,  50  zirehli  texnika,  15  artilleriya 
qurğusu və s. itirdi. Azərbaycan tərəfinin itkiləri 1-1,5 dəfə az idi. 
Ordunun möhkəmlənməsi, NATO-ya tərəf əməli addımlar respublikada müstəqilliyin dönməzliyinə 
şərait  yaradırdı.  Bunun  qarşısını  nəyin  bahasına  olursa  olsun,  almaq  istəyən  nüfuzlu  imperiyapərəst 
qüvvələr  ermənilərə  köməyi  daha  da  artırdılar.  1994-cü  ilin  fevralında  Kəlbəcərdə  uğurla  başlanan 
"Murovdağ" əməliyyatı bir qrup zabitin satqınlığı üzündən uğursuzluqla nəticələndi. Rusiya 1994-cü ilin 
aprelində  regionda  mövqelərini  qoruyub  saxlamaq,  qoşunlarını  atəş  xəttində  yerləşdirmək,  ağlasığmaz 
siyasi və iqtisadi güzəştlər əldə etmə hüquqi əsas yarada bilən və Azərbaycan üçün alçaldıcı olan bir saziş 
layihəsi təklif etdi. Azərbaycanı artıq Ermənistan tərəfindən bəyənilmiş bu layihə ilə razılaşmağa məcbur 
etmək üçün aprelin 10-dan ermənilər bütün cəbhələrdə güclü hücuma başladılar. Azərbaycan ordusu bu 
dəfə də düşmənin hücumunu müvəffəqiyyətlə dəf etdi. Goranboy rayonunun Talış və Gülüstan kəndləri 
uğrunda  döyüşlərdə  Azərbaycan  əsgərləri  qalib  gəldilər,  düşmən  150  əsgər  və  zabit  itirib  geri  çəkildi. 
Tərtər rayonunun İlxıçılar və Göyarx kəndləri istiqamətində gedən ağır döyüşlərdə düşmənin 200-dən çox 
canlı  qüvvəsi  məhv  edildi.  Lakin  ermənilər  Ağdam  rayonunun  daha  18  kəndini,  Ağdərə  bölgəsinin 
kəndlərini işğal edə bildilər. Bərdə üçün ciddi təhlükə yarandı. Azərbaycan ordusu buraya əlavə qüvvələr 
gətirməklə  düşmən  hücumunun  qarşısını  aldı  və  əks  hücuma  keçib  bir  neçə  yaşayış  məntəqəsini  geri 
qaytardı. 
Azərbaycan  öz  suverenliyinə  hörmət  çərçivəsində  qonşu  Rusiyanın  münaqişəni  həll  etmək 
sahəsindəki  səylərindən  də  imtina  etmədi.  1994-cü  il  mayın  8-də  münaqişədə  iştirak  edən  tərəflərin,  o 
cümlədən Yuxarı Qarabağın erməni və azərbaycanlı icmalarının niyyətini təsdiq edən Bişkek protokolu 
Azərbaycan Respublikası tərəfindən də imzalandı. 
Azərbaycan  Prezidenti  Heydər  Əliyev  cənablarının  uğurlu  diplomatiyası,  Milli  Ordunun 
güclənməsi  nəticəsində  düşmən  və  onun  havadarları  artıq  münaqişənin  zorakı  vasitələrlə  həll  etmək 
cəhdlərinin perspektivsizliyini dərk edirdilər. 1994-cü il mayın 12-də cəbhələrdə atəşkəsə nail olundu. 
Respublikanın ərazi bütövlüyünün sülh danışıqları yolu ilə təmin olunması üçün gərgin iş aparıldı. 
Artıq  beynəlxalq  problemə  çevrilmiş  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli  üçün  bu  geosiyasi  məkanda, 
onun sərvətlərinin mənimsənilməsində marağı olan aparıcı dünya dövlətlərinin mənafelərini nəzərə alan 
tarazlıq  siyasəti  yeridilirdi.  1993-cü  il  sentyabrın  24-də  Müstəqil  Dövlətlər  Birliyinə  daxil  olmuş 
Azərbaycan  1994-cü  il  mayın  4-də  NATO-nun  Avropa  və  dünyada  sülhün,  əmin-amanlığın  bərqərar 
olmasına  xidmət  edən  "Sülh  naminə  tərəfdaşlıq"  proqramına  qoşuldu.  Avropa-Atlantika  Əməkdaşlıq 
Şurasına  üzv  qəbul  edildi.  Dünya  siyasətini  müəyyən  edən  dövlətlər  və  siyasətçilərlə  yaxın  əlaqələr 
yaradıldı.  Azərbaycana  qarşı,  informasiya  blokadası,  yarıldı.  Heydər  Əliyev  1994-cü  ilin  sentyabrında 
BMT  Baş Məclisinin  49-cu  sessiyası  tribunasından Azərbaycan  həqiqətlərini bütün  dünyaya  tanıtdı,  bu 
ölkənin sülhsevər, humanist, demokratik dəyərləri üstün tutduğunu gostərdi.BMT-nin bas katibi Butros-
Butros Qali Azərbaycana gəldi. Heydər Əliyev ABŞ, Rusiya prezidentləri ilə görüşdü. İngiltərə, Fransa, 
Çın, Pakıştan, İran Türkiyə, Almaniya, Polşa və b. ölkələrə səfərlərində bu məsələləri dövlət başçıları ilə 
müzakirə etdi. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə