Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   24   25   26   27   28   29   30   31   ...   101

50 
 
1992-ci  il  iyunun  7-də  Azərbaycan  Respublikası  Prezidentliyinə  seçkilər  keçirildi.  Respublikanın 
Prezidenti Azərbaycanın Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy oldu. 
Siyasi böhranın dərinləĢməsi. Xalq Cəbhəsinin hakimiyyəti ələ keçirməsi bu təşkilatın daxildən 
parçalanmasını və zəifləməsini daha da sürətləndirdi. AXC fəlakətinin əsas səbəbi xalqın rifahı naminə 
cəmiyyəti  yeniləşdirmək  yollarını  göstərən  konstruktiv  proqramın  olmaması,  əsasən,  populistlərə 
arxalanıb, ağıllı siyasətçiləri, aparıcı ziyalıları özündən uzaqlaşdırması idi. 
Bu  zaman  siyasət səhnəsinə  onlarla  yeni  partiya  və  hərəkat atılmışdı.  Hələ 1991-ci  ilin  payızında 
"Azərbaycan  Qarabağa  nicat  cəmiyyəti",  "Azərbaycan  islam  partiyası",  "Vahid  Azərbaycan  uğrunda 
mübarizə  ittifaqı",  "Azərbaycanın  Gənc  Sosial-Demokratik  Təşkilatı",  AXC  yanında  "Gənc  Türklər 
Təşkilatı",  1992-ci  ilin  yayında  "Azərbaycan  Milli  İstiqlal  Partiyası",  "Türk  Dünyası  Birliyi  Partiyası", 
"Çağdaş  Turan  Partiyası"  yaranmış,  həmin  ilin  payızında  "Müsavat"  partiyasının  bərpa  qurultayı 
keçirilmiş, "Yeni Azərbaycan Partiyası" təşkil edilmiş, "Boz Qurd" partiyası fəaliyyətə başlamışdı. 1993-
cü ilin yayında "Azərbaycan Demokratik İstiqlal", "Azərbaycan Xalqlarının Bərabərliyi" partiyaları təşkil 
olunmuşdu. 
1993-cü  ilin  ortalarında  respublikada  30-a  qədər  siyasi  partiya,  cəmiyyət  və  hərəkat  fəaliyyət 
göstərirdi.  Onların  arasında  xaricdəki  soydaşlarla  mədəni  əlaqələr  -  "Vətən"  cəmiyyəti,  Azərbaycan 
Mədəniyyət  Fondu,  "İnkişaf  assosiasiyası,  xüsusən  onun  Z.Tağıyev  adına  xeyriyyə  fondu,  "Bakılı" 
cəmiyyəti,  "Bakı  incəsənət  mərkəzi"  və  b.  seçilirdi.  Milli  azlıqların  ictimai-mədəni-siyasi  təşkilatları,  o 
cümlədən  "Rus"  icması,  "Sodrujestvo"  cəmiyyəti,  "Slavyan  Mədəniyyət  mərkəzi",  "Samur"  ləzgi  milli 
mərkəzi, "Avar cəmiyyəti", kürd, tat, tatar, talış və s. icmaları, habelə müxtəlif dini icmalar formalaşmağa 
başladı. 
1992-ci ilin fevralında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası təsis edildi. 
Əhalinin  təşkilatlanma  tələbinin  yüksəldiyi  belə  bir  dövrdə  meydana  gəlmiş  siyasi  qüvvələrin 
marağını nəzərə almamaq AXC-Müsavat cütlüyünün ciddi qüsuru idi. 
Xalq  Cəbhəsi-Müsavat  hakimiyyəti  dövründə  respublikada  siyasi  və  iqtisadi  böhran  dərinləşdi. 
İdarəçilik  işinə  əsasən  təcrübəsiz,  siyasi  cəhətdən  qeyri-yetkin  adamlar  gətirildi.  Dövlətçilik  dağılmağa 
başladı. 
Hakimiyyəti ələ keçirənə qədər addımbaşı demokratiyadan dəm vuranlar rəhbərliyi müxtəlif siyasi 
ambisiyalı  fərasətsiz  siyasətbazlara  verməklə  güc  orqanlarına  nəzarəti,  demək  olar  ki,  itirmiş,  ölkədə 
qanunsuzluq,  hərki-hərkilik  daha  da  dərinləşmişdi.  Ən  təhlükəli  hal  orduya  rəhbərliyin  əldən  verilməsi 
idi.  Rəhim  Qazıyev  ordudan  öz  məqsədi  üçün  istifadə  etməyə  çalışırdı.  Daxili  işlər  nazirliyini  ələ 
keçirmiş İsgəndər Həmidov öz tərəfdarları hesabına polisin sayını 10 min nəfərdən çox artırmışdı. 
"SSRİ hərbi əmlakının bölüşdürülməsi haqqında" 1992-ci il 15 may tarixli Daşkənd müqaviləsinə 
əsasən  4-cü  ordunun  silahlarının  təhvil  verilməsi  Azərbaycanın  ordu  təchizatını  nisbətən  yaxşılaşdırdı. 
Operativ-  faktiki  işlər  aparıldı.  Bakı  Ali  Ümumqoşun  (1991,  17  dekabr)  və  Ali  Hərbi  Dənizçilik 
məktəbləri  (1992,  3  iyun)  Müdafiə  Nazirliyinə  verilmişdi.  Bakı  Ali  Ümumqoşun  Komandirləri  məktəbi 
Bakı  Ali  Birləşmiş  Komandirlər  məktəbi  adlandırıldı.  Kiçik  hərbi  mütəxəssislərin  hazırlanması  üçün 
iyunun 1-dən Goran təlim mərkəzi bazası ayrıldı. 
Azərbaycan  hərbi  hava  qüvvələri  Səngəçalda  yerləşən  MDB  aviasiya  hissəsi  texniki  bazasında 
yaradıldı. Hissənin texnikası hələ 1991-ci ilin sonlarından çıxarılmağa başlamışdı. Lakin burada xidmət 
edən azərbaycanlı zabitlərin sayıqlığı sayəsində hissədə olan 9 Mİ-24 vertolyotunun hamısı respublikada 
qaldı.  Sonra  MDB  ölkələri  rəhbərləri  müşavirəsinin  qərarına  əsasən  hissənin  vertolyotları  və  texnikası 
Azərbaycan Müdafiə Nazirliyinə verildi. Fevralın 20-də ilk Azərbaycan aviaeskadrilyası təşkil edildi və 
həmin  gün  Azərbaycan  tarixinə  hərbi  hava  qüvvələri  günü  kimi  daxil  oldu.  1992-ci  ilin  iyununda  bu 
eskadrilya əsasında ilk aviapolk yaradıldı. 
1992-ci  il  aprelin  7-də  Azərbaycan  Respublikası  hərbi  dəniz  qüvvələri  qərargahı,  mühafizə  və 
təminat rotası yaradıldı. 
MDB qoşunları komandanlığı hərbi dəniz qüvvələri Baş qərargahı ilə danışıqlar nəticəsində aprelin 
15-də  "Xəzər  donanması  qüvvə  və  vasitələrinin  bir  hissəsinin  Azərbaycan  Respublikasına  verilməsi 
şərtləri və prinsipləri haqqında protokol" imzalandı. 
Donanmanın qüvvə və vəsaitinin 25 faizi Azərbaycan Respublikasının ixtiyarına keçdi. İyunun 26-
da "Bakı" keşikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırıldı. 
Lakin  respublikada  yenə  də  Müdafiə  Nazirliyi  strukturuna  daxil  olmayan  müxtəlif  müdafiə 
komitələrinə və şuralarına aid çoxlu silahlı dəstələr fəaliyyət göstərirdi. 
Düşmənin  himayədarları  tərəfindən  daha  yaxşı  silahlandırılmasına,  təcrübəli  hərbçilərə  malik 
olmasına  baxmayaraq,  Azərbaycanın  igid,  qeyrətli  oğulları  qəhrəmancasına  döyüşür,  ana  vətəni  son 


51 
 
damla qanlarına qədər müdafiə edirdilər
.
  1992-ci  ildə  yay  hərbi  əməliyyatları  yeni  yaranan  Azərbaycan 
Ordusu üçün müvəffəqiyyətli oldu. 
Azərbaycan  Ordusu  xüsusi  təyinatlı  polis  dəstələrinin  köməyi  ilə  vətən  torpaqlarının  bir  hissəsini 
düşməndən  təmizləyə  bildi.  1992-ci  il  iyunun  12-də  Azərbaycan  Ordusu  Ağdərədə  irimiqyaslı  hücuma 
başladı.  İyul-  avqust  aylarında  Azərbaycan  Ordusunun  Tərtər  və  Ağdam  bölgələrinin  qəhrəman 
döyüşçüləri Ağdərə rayonunu, demək olar ki, düşməndən təmizlədi. Goranboy bölgəsinin düşmən əlinə 
keçmiş  torpaqları  tam  azad  edildi.  Avqustun  əvvəllərində  erməni  hərbçiləri  Başkənd  yaşayış 
məntəqəsindən qovuldu. 
Avqust  ayında  Azərbaycan  Ordusunun  cənub  bölmələri  də  hücuma  keçib  ermənilərin 
Xocavənddəki böyük silah və sursat anbarını partlatdılar. Hərbi hissələr iki tərəfdən hücum edib düşmən 
əlinə keçmiş kəndləri azad etməyə, Ermənistanla Yuxarı Qarabağ arasındakı "dəhliz"i xeyli daraltmağa 
müvəffəq olmuşdular. Düşmən ciddi müqavimət göstərir, qanlı döyüşlərdə torpaqlar, yaşayış məntəqələri 
dəfələrlə əldən-ələ keçirdi. 
Azərbaycan  Ordusu  hərbi  hissələrini  Yuxarı  Qarabağı  erməni  quldurlarından  təmizləmək 
əməliyyatından  yayındırmaq  üçün  Ermənistan  silahlı  qüvvələrinin  Azərbaycan  Respublikasının  sərhəd 
bölgələrinə etdiyi güclü hücumlar da müvəfəqiyyətlə dəf olunurdu. 
Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycan Respublikasına təzyiq göstərib onu MDB-yə 
qoşmaq, ordularını yenidən Azərbaycana yeritmək üçün Rusiya artıq açıqca erməni tərəfini dəstəkləməyə 
başlamışdı.  İmperiyapərəst  dairələrin  əlaltıları  olan  müdafiə  naziri  Rəhim  Qazıyev  və  guya  onu 
neytrallaşdırmaq üçün prezidentin korpus komandiri və Qarabağda səlahiyyətli nümayəndə təyin etdiyi, 
"Milli  Qəhrəman"  adı  verdiyi  Surət  Hüseynov,  hərəsi  bir tərəfdən, cəbhədə təxribat işini  gücləndirdilər, 
ordunun  müvəfəqiyyətlə  gedən  əməliyyatları  dayandırıldı.  Geriləmə  başladı.  Sentyabrın  əvvəllərində 
Ağdam  cəbhəsində  böyük  strateji  əhəmiyyəti  olan  Abdal-Gülablı,  Paprəvənd,  Çinli,  Yeddixırman 
yüksəklikləri xəyanət nəticəsində itirildi. Ordu quruculuğuna operativ rəhbərlik etmək üçün 1992-ci ilin 
sentyabrında Müdafiə Nazirliyində yaradılmış Hərbi Şura da vəziyyəti nizamlaya bilmirdi. 
Ermənistanın  silahlı  qüvvələri  1992-ci  il  dekabrın  10-da  Azərbaycanın  Qubadlı  və  Zəngilan 
rayonlarına  soxulub  bir  neçə  kəndi  ələ  keçirdi  və  yandırdı.  Eyni  zamanda  düşmən  Tovuz  və  Gədəbəy 
istiqamətində  hücum  etdi.  Azərbaycan  Ordusu  və  polis  qoşunları  onu  geri  oturda  bildi.  Cavab  olaraq 
Ermənistan ərazisindəki hərbi bazalar atəşə tutuldu. 
Lakin  düşmən  öz  himayədarlarının  hərbi  köməyi  ilə  yenidən  güclü  hücuma  keçdi.  1993-cü  il 
fevralın 5-ə keçən gecə Yuxarı Qarabağda Ermənistan ekspedisiya korpusu Rusiyanın 7-ci ordusu 128-ci 
motoatıcı alayının və muzdla tutulmuş əsgərlərin, əsasən, kazakların iştirakı ilə Ağdərə bölgəsinə hücuma 
başladı. Ağdam bölgəsinin Şelli və Erki istiqaməti güclü atəşə tutuldu. Canyataq və Gülyataq kəndlərinə 
düşmən həmləsi gücləndi. Bir az əvvəl Rusiya açıq şəkildə ultimativ formada Azərbaycana bildirmişdi ki, 
o,  ya  rus  qoşununun  köməyindən  istifadə  edib  MDB-yə  üzv  olmalı,  ya  da  yalnız  öz  ordusuna 
arxalanmalıdır. Azərbaycan dövləti bu təklifdən imtina etdi. Qəsbkarlar martın 10-dək Ağdərə bölgəsinin 
Ağdərə  şəhərinə  qədər  bir  çox  yaşayış  məntəqələrini  ələ  keçirdilər.  Martın  axırlarında  düşmən  həm 
Ermənistan, həm də Ağdərə tərəfdən Kəlbəcəri güclü atəşə tutdu. Rayonun müdafiəsi təşkil edilməmişdi, 
əksinə,  hərbi  bölmə  və  texnikanın  bir  hissəsi  rayondan  çıxarılmışdı.  Bu,  bir  tərəfdən,  satqın  ordu 
rəhbərlərinin, ilk növbədə Surət Hüseynovun Rusiya imperiyapərəst qüvvələrinə nökərçilik etməsi, başqa 
tərəfdən,  respublika  rəhbərliyinin  Kəlbəcərə  açıq-aşkar  Ermənistan  ərazisindən  hücum  ediləcəyinə 
inanmamasının nəticəsi idi. Çünki Ermənistan Azərbaycana qarşı müharibə aparsa da, aşkar şəkildə bunu 
etiraf etmir, müharibənin guya Dağlıq Qarabağ yaraqlıları tərəfindən aparıldığını iddia edirdi. Bu addım 
Ermənistanın  bilavasitə  işğalçı  olduğunu  sübuta  yetirirdi.  Lakin  böyük  dövlətlərin  hadisələrə  birtərəfli, 
subyektiv  münasibəti  və  ermənilərin  dünya  ictimaiyyətini  aldatmaq,  azdırmaq  sahəsində  "uğurları"  o 
həddə çatdı ki, Ermənistan açıq-aşkar işğalçılıq addımı atmaqdan da çəkinmədi. 
Aprelin  3-də  Kəlbəcər  düşmənin  tərəfindən  işğal  olundu.  Azərbaycan  silahlı  qüvvələri  geri 
çəkilərkən  respublika  rəhbərliyinin  laqeydliyi  üzündən  əhalinin  hamısını  bölgədən  vaxtında  çıxarmaq 
mümkün olmadı. 15 min nəfərə qədər sakin erməni faşistlərinin əlinə keçdi. Ermənilər işləyə bilməyən 
qocaları, uşaqları yerindəcə güllələyirdilər. Evlər, müəssisələr təsərrüfatlar qarət edilir, mal-qara sürülüb 
aparılırdı. 
AXC-Müsavat iqtidarı, əvvəlki iqtidar kimi, səriştəsiz xarici siyasəti ilə Azərbaycanın beynəlxalq 
mövqelərini  daha  da  zəiflətdi.  Doğrudur  Azərbaycan  Respublikası  1992-ci  ilin  iyununda  Qara  Dəniz 
Hövzəsi  Iqtisadi  Əməkdaşlıq  Birliyinin  təsisçilərindən  biri  olmuş,  1992-ci  ilin  iyulunda  1975-ci  il 
Helsinki Yekun Aktına, 1992-ci il Helsinki sənədinə qoşulmuşdu. 1992-ci ilin yazında ATƏM-in Dağlıq 
Qarabağ  münaqişəsini  həll  etmək  üçün  Minsk  qrupu  təşkil  edilmişdi.  Mövcud  iqtidar  isə  bu  geosiyasi 
məkanda  və  respublikanın  sərvətlərində  marağı  olan  bütün  xarici  siyasi  qüvvələri  nəzərə  alıb,  qarşılıqlı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə