Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   21   22   23   24   25   26   27   28   ...   101

44 
 
"Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında  
Azərbaycan Respublikası Ali Sovetinin  
BƏYANNAMƏSİ 
 
Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq 
və onun iradəsini ifadə edərək, 
1918-ci  ildən  1920-ci  ilədək  Azərbaycan  Respublikasının  beynəlxalq  birlik  tərəfindən  tanınmış 
müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək
Azərbaycan  Respublikası  Konstitusiyasına,  Azərbaycan  Respublikasının  suverenliyi  haqqında  və 
Azərbaycan  Respublikasının  iqtisadi  müstəqilliyinin  əsasları  haqqında  konstitusiya  qanunlarına 
əsaslanaraq,  Azərbaycan  xalqının  müqəddəratı  və  azad  inkişafının  təmin  olunması  üçün  məsuliyyətini 
dərk edərək, 
Milli  mənsubiyyətindən  və  dini  etiqadından  asılı  olmadan  Azərbaycan  Respublikasının  bütün 
vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulan bütün insan hüquqlarına və əsas azadlıqlarına təminat 
verərək, 
Azərbaycan  Respublikasının  suverenliyini  və  ərazi  bütövlüyü  üçün  təhlükəni  aradan  qaldırmağa 
çalışaraq,  Azərbaycan  Respublikasının  təhlükəsizliyini  və  dövlət  sərhədlərinin  toxunulmazlığını  təmin 
etmək kimi müqəddəs borcu rəhbər tutaraq
Respublikanın bütün vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyini dərk edərək, 
Azərbaycan  Respublikasının  və  onun  xalqının  mənafeyinə  zidd  olmayan  beynəlxalq  paktları, 
konvensiyaları və başqa sənədləri qəbul edərək, SSR İttifaqına daxil olan bütün respublikalarla dostluq 
münasibətlərini bundan sonra da saxlamağı arzu edərək, 
Beynəlxalq  birliyin  üzvü  olan  dövlətlərlə bərabərhüquqlu  münasibətlər  yaratmağa  hazır  olduğunu 
bildirərək, 
Azərbaycan 
Respublikasının  dövlət  müstəqilliyinin  Birləşmiş  Millətlər  Təşkilatının 
nizamnaməsində,  digər  beynəlxalq  hüquq  paktlarında  və  konvensiyalarında  təsbit  edilmiş  prinsiplərə 
müvafiq  surətdə  beynəlxalq  birliyin  üzvü  olan  dövlətlər  və  Birləşmiş  Millətlər  Təşkilatı  tərəfindən 
tanınmasına  ümid  bəsləyərək  Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin  bərpa  olduğunu  elan 
edir". 
Azərbaycan  xalqının  tarixində  yeni  dövr  başlandı.  1991-ci  il  sentyabrın  5-də  SSRİ  xalq 
deputatlarının  V  qurultayı  keçid  dövrünün  hakimiyyəti  haqqında  Konstitusiya  qanunu  qəbul  etdi  və  öz 
səlahiyyətini  respublikaların  yüksək  vəzifəli  şəxslərindən  təşkil  olunmuş  SSRİ  Dövlət  Şurasına  verdi. 
Lakin  respublikalarda,  o  cümlədən  Azərbaycanda  bu  qərarın  həyata  keçirilməsinə  qarşı  ciddi  mübarizə 
başlandı. Heydər Əliyevin sədrlik etdiyi Naxçıvan MR Ali Məclisi 1 oktyabr tarixli qərarı ilə keçid dövrü 
ittifaq orqanlarında Azərbaycan Respublikasının iştirakını qeyri-mümkün saydı, respublika rəhbərliyinin 
müstəqillik məsələsində qeyri-ardıcıl mövqeyini tənqid etdi. 
Digər  respublikalar  kimi,  Azərbaycan  da  SSRİ  Dövlət  Şurasına  öz  nümayəndələrini  yalnız 
məşvərətçi  səlahiyyəti  ilə  göndərdi.  Yeni  ali  qanunverici  orqan  təşkil  etmək  mümkün  olmadı. 
Respublikalarda dövlət müstəqilliyi uğrunda mübarizə daha da genişləndi. 
Sentyabrın  8-də  Azərbaycanda  prezident  seçkiləri  keçirildi.  Demokratik  qüvvələr  bu  seçkiləri 
boykot  etməyə  çağırmışdı.  Prezident  seçkiləri  Naxçıvan  Muxtar  Respublikası  ərazisində  keçirilmədi. 
Seçicilərin çoxu seçki məntəqələrinə gəlməmişdi. Lakin nəticələr saxtaşdırıldı və A.Mütəllibov yenidən 
prezident "seçildi". 
Xalqın rəğbətini qazanmağa çalışan birinci katib - prezidentin təşəbbüsü ilə sentyabrın 14-də artıq 
tam  iflasa  uğramış  Azərbaycan  Kommunist  Partiyası  XXXIII  fövqəladə  qurultayını  çağıraraq  özünün 
buraxıldığını bəyan etdi. 
Azərbaycan  Respublikası  Ali  Sovetinin  18  oktyabr  tarixli  sessiyasında  "Azərbaycan 
Respublikasının  dövlət  müstəqilliyi  haqqında"  Konstitusiya  Aktı  yekdilliklə  qəbul  edildi. 
Mühafizəkarların  cəhdlərinə  baxmayaraq,  müxalifətin  təklifi  ilə  sessiya  Qorbaçovun  yeni  ittifaq  üçün 
iqtisadi  baza  yaratmaq  məqsədi  ilə  irəli  sürdüyü  iqtisadi  birlik  haqqında  vahid  müqavilə  bağlamaq 
təşəbbüsünə  Azərbaycanın  qoşulmasına  etirazını  bildirdi,  Azərbaycanın  başqa  respublikalarla  birtərəfli 
iqtisadi müqavilələr bağlamasına üstünlük verdi. 
Noyabrın  14-də  Moskva  yaxınlığında  Novo-Oqaryovoda  yeddi  respublikanın,  o  cümlədən 
Azərbaycanın  rəhbərləri  yeni  dövlətlərarası  birlik  -  "Suveren  Dövlətlər  İttifaqı"nı  yaratmaq  haqqında 
niyyətlərini bildirdilər. Lakin hazırlanmış müqaviləyə Qorbaçovdan başqa heç kim imza atmadı. 
Demokratik qüvvələr düşmənlər tərəfindən müstəqil Azərbaycanı diz çökdürmək üçün təzyiqlərin 
artdığı  şəraitdə  iqtidarı  fəaliyyətsizlikdə  təqsirləndirir,  vətəndaşları  hakimiyyətə  tabe  olmamağa  çağırır, 


45 
 
qəti tədbirlər görülməsini tələb edirdi. İqtidar artıq dövləti idarə edə bilmədiyini başa düşürdü. AXC nə 
vasitə ilə olur-olsun hakimiyyətə gəlməyə, iqtidar isə müəyyən güzəştlərlə hakimiyyəti əlində saxlamağa 
çalışırdı.  İqtidarı  və  AXC-ni  yaxınlaşdıran  bir  mühüm  səbəb  də  vardı:  onları  xalq  içərisində  Heydər 
Əliyevin  böyük  siyasətə  qayıtmasını  tələb  edənlərin  sayının  durmadan  artması  narahat  edirdi. 
Sövdələşmədə  AXC  səsi  az  olduğundan  sözünü  keçirə  bilmədiyi  parlamenti  buraxmağı,  paritet  əsasda 
Müvəqqəti  Milli  Şura  yaratmağı,  rəhbərliyini  əlinə  keçirəcəyinə  əmin  olduğu  ordunun  yaradılmasını, 
iqtidar isə belə güzəşt əvəzində sabitlik yaratmaq, yerlərdə möhkəmlənmək üçün təsərrüfatı idarəetmənin 
təşkili,  yerli  dövlət  və  hakimiyyəti  idarəetmə  orqanlarının  yaradılması  və  ləğvi  işində  müstəqillik  tələb 
edirdi.  AXC  Heydər  Əliyevin  nüfuzundan  istifadə  etmək  üçün  ona  Milli  Şuraya  daxil  olmağı  təklif 
etmişdi, lakin rədd cavabı almışdı. 
Oktyabrın 3-də prezident və demokratik qüvvələrin liderlərinin görüşündə Milli Şura yaradılması 
haqqında  razılıq  əldə  olundu.  Parlamentin  üzvlərindən  43  nəfər  Ali  Sovetin  sədr  müavini  Telman 
Orucovun rəhbərliyi altında gizli müşavirə keçirib, parlamenti buraxmaq təhlükəsi yaranarsa, prezidentə 
qarşı  birləşməyi  qərara  almışdılar.  Piketçilərin  mühasirəyə  aldığı  parlament  binasında  oktyabrın  8-də 
keçirilən  Ali  Sovetin  sessiyasında  parlamenti  müdafiə  edən  qüvvələrə  ciddi  zərbə  vuruldu.  T.Orucov 
vəzifəsini itirdi. 
Prezident  yerlərdə  tərəfdarları  ilə  möhkəmlənmək  üçün  dövlət  hakimiyyət  və  idarəetmə 
orqanlarının quruluşunu və fəaliyyətini təkmilləşdirmək adı ilə oktyabrın 18-də rayonlarda, şəhərlərdə və 
şəhər rayonlarında icra hakimiyyəti başçıları vəzifəsi təsis etdi və bu vəzifəyə özünə dayaq hesab etdiyi 
adamları qoydu. Prezident idarəsi yaradıldı. Dövlət katibi və dövlət müşavirləri vəzifələri təsis olundu. İlk 
dövlət  katibi  akademik  Tofiq  İsmayılov  təyin  edildi.  Lakin  nə  bu  tədbirlər,  nə  də  əhalinin  sosial 
vəziyyətini  yaxşılaşdırmağa  yönəldilsə  də,  dərin  inflyasiya  şəraitində  heç  bir  real  təsirə  malik  olmayan 
bəzi sosial güzəştlər A.Mütəllibovun mövqeyini möhkəmləndirə bilmədi. Milli Şura haqqında oktyabrın 
30-da  qəbul  olunmuş  Qanun  parlamentin  bir  orqanı  kimi  nəzərdə  tutulan  bu  şuraya  əslində  elə  bir  real 
səlahiyyət  vermədi.  Milli  Şura  72  nəfər  deputatdan  təşkil  olunmalı  idi.  Bu,  cəmi  30-a  qədər  səsi  olan 
müxalifətə yenə də üstünlük əldə etməyə imkan vermirdi. 
Yuxarı  Qarabağda  Xocavənd  azərbaycanlı  kəndinin  erməni  quldurları  tərəfindən  ələ  keçirilib 
vandalizmə  məruz  qalması  ilə  əlaqədar  vəziyyətlə  yerində  tanış  olmaq  üçün  gəlmiş  bir  neçə  yüksək 
vəzifəli şəxsi, o cümlədən Dövlət katibi, daxili işlər naziri, Baş prokuror, habelə SSRİ Müdafiə Nazirliyi 
nümayəndələrini,  Rusiya  və  Qazaxıstan  müşahidəçilərini  oradan  Ağdama  gətirən  vertolyotun  noyabrın 
20-də  vurulub salınması respublikada siyasi vəziyyəti daha da gərginləşdirdi. Noyabrın 26-da Ali Sovet 
Milli Şura haqqında qanuna yenidən baxdı və bu şuranın səlahiyyətlərini məhdudlaşdıran bəzi maddələri 
dəyişdirdi. Paritet əsasda 25 .nəfər "demblok" nümayəndələrindən və 25 nəfər başqa deputatlardan ibarət 
Milli Şura yaradıldı. 
1991-ci il dekabrın 8-də Brest şəhəri yaxınlığındakı "Viskuli" iqamətgahında Rusiya Federasiyası, 
Ukrayna  və  Belarus  respublikaları  rəhbərləri  "Müstəqil  Dövlətlər  Birliyi"  (MDB)  yaradılması  haqqında 
müqavilə  bağladılar.  "Belovejsk  sazişi"  adlanan  bu  müqavilədə  SSRİ-nin  artıq  bir  beynəlxalq  hüquq 
subyekti  kimi  mövcudluğuna  son  qoyulduğu  elan  edildi.  Brest  "üçlüyü"  keçmiş  SSRİ-yə  daxil  olan 
respublikaları  da  bu  birliyə  qoşulmağa  dəvət  etdi.  Orta  Asiya  respublikaları  və  Qazaxıstan  rəhbərləri 
Türkmənistanın Aşqabad şəhərində görüşüb MDB-yə daxil olmaq niyyətlərini bildirdilər. Dekabrın 21-də 
Qazaxıstanın  Alma-Ata  şəhərində  Brest  "üçlüyü",  Aşqabad  "beşliyi",  Ermənistan,  Moldova  və 
Azərbaycan rəhbərlərinin görüşü oldu. Burada SSRİ mövcudluğunun dayandırılması və bununla əlaqədar 
problemlərin  nizama  salınması  haqqında  bəyannamə  qəbul  edildi.  Alma-Ata  görüşündə  Azərbaycan 
prezidenti bir sıra müqavilələr imzaladı. Lakin Azərbaycan parlamenti onları təsdiq etməkdən imtina etdi. 
Azərbaycan  Respublikasında  dekabrın  29-da  ümumxalq  səsverməsi  keçirildi.  Referendum 
bülleteninə  bir  sual  yazılmışdı:  "Siz  "Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyi  haqqında" 
Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?" 
Səsvermə hüququ olanların 95 faizdən çoxu referendumda iştirak etdi. Azərbaycan xalqı yekdilliklə 
respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı. 
1992-ci  ilin  mayında  Milli  Məclis  Azərbaycan  Respublikasının  Dövlət  himnini  (musiqisi 
Ü.Hacıbəyov,  sözləri  Ə.Cavad),  az  sonra  üçrəngli  bayraq,  içində  alov  olan  səkkizguşəli  ulduz  təsvirli 
Dövlət gerbini təsdiq etdi. 
Xalqın  iradəsi  ilə  müstəqilliyini  elan  etmiş  Azərbaycan  Respublikası  çox  mürəkkəb  şəraitdə 
fəaliyyət göstərməyə başlamışdı. 
Azərbaycan  Respublikasının  müstəqilliyini  dünya  dövlətləri  tanıdı.  Onu  ilk  olaraq  1991-ci  il 
noyabrın 9-da Türkiyə Respublikası, sonra Rumıniya (11 dekabr 1991-ci il), Pakistan (13 dekabr 1991-ci 
il), İsveçrə (23 dekabr 1991-ci il), İran (25 dekabr 1991-ci il), ABŞ (23 yanvar 1992-ci il), Rusiya (10 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə