Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   19   20   21   22   23   24   25   26   ...   101

42 
 
Naxçıvan  parlamentinin  onun  sədrliyi  ilə  keçirilən  sessiyası  Muxtar  Respublikanın  adından  "sovet 
sosialist"  sözlərinin  götürülməsi,  Azərbaycan  Xalq  Cümhuriyyətinin  üçrəngli,  aypara  və  səkkizguşəli 
ulduz  nişanlı  bayrağının  dövlət  bayrağı  kimi  qəbul  edilməsi  və  bu  barədə  Azərbaycan  parlamenti 
qarşısında  qanunvericilik  təşəbbüsü  qaydasında  məsələ  qaldırılması  haqqında  tarixi  qərarlar  qəbul  etdi. 
Naxçıvan MR Ali Məclisi 1990-cı il noyabrın 21-də 20 yanvar hadisəsinə düzgün siyasi qiymət verdi, bu 
qanlı hadisədə SSRİ rəhbərliyi ilə yanaşı respublika rəhbərləri Vəzirovun, Mütəllibovun və b. günahkar 
olduqlarını qeyd etdi, xalqa kimlərin ona rəhbərlik etmək istədiyini göstərdi. 
Heydər  Əliyev  Azərbaycan  SSR  Ali  Sovetinin  1991-ci  il  fevralın  5-də  açılmış  sessiyasındakı 
çıxışında  mövcud  siyasi  vəziyyəti  əhatəli  təhlil  etdi,  böhranın,  habelə  Dağlıq  Qarabağ  münaqişəsinin 
səbəblərini,  SSRİ  və  respublika  rəhbərlərinin  yol  verdiyi  ciddi  qüsurları  və  onları  aradan  qaldırmağın, 
təcavüzkar Ermənistana qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyini qeyd 
etdi. Onun çağırışını hakim dairələr qulaqardına vursa da, xalq ruh yüksəkliyi ilə qarşıladı. Naxçıvanda 
həyata  keçirilən  demokratik  tədbirlər  bütün  Azərbaycana  nümunə  olmuşdu.  1991-ci  il  fevralın  5-də 
Azərbaycan SSR Ali Sovetinin sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul etdi. 
Dövlətin  adı  dəyişdirilərək  "Azərbaycan  Respublikası"  adlandırıldı,  Azərbaycan  Xalq  Cümhuriyyətinin 
bayrağı dövlət bayrağı kimi təsdiq olundu. 
Kommunist  rejiminin  süqutu.  Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin  bərpası. 
Respublikada  kommunist  rejimi  hələ  yaşayırdı.  Lakin  onun  arxalandığı  partiya  artıq  daxildən 
parçalanmağa  başlamışdı. 1990-cı  ilin  əvvəllərindən SSRİ  Konstitusiyasının 6-cı  maddəsini  ləğv  etmək 
şüarı altında demokratik hərəkatın genişləndiyi vaxt partiya daxilində müxtəlif cərəyanlar əmələ gəlmişdi. 
Azərbaycanın rəhbər kommunistləri, demək olar ki, "Sov. İKP-də demokratik platforma"nın mövqeyində 
dururdular.  "Demokratik  platforma"  kommunizmə  çatmaq  üçün  inzibati-amirliyin  tədricən  demokratik 
metodlarla  əvəz  olunmasını  vacib  bilirdi.  Lakin  respublika  kommunistləri  içərisində  SSRİ-də  qurulmuş 
eybəcər cəmiyyətin sosializmlə heç bir əlaqəsi olmadığını bildirən, marksizm mənbələrindən öyrənməyə 
qayıtmağa təkid edən "Sov.İKP-də marksist platforması" mövqeyində dayananlar da var idi. Hətta onların 
bir qrupu hələ 1989-cu ilin yayında təşkilatlanmış, "Hümmət" adlı dərgi buraxaraq öz məqsədlərini elan 
etmişdilər.  Bu  qrup  idarəçilikdə  yol  verdikləri  ciddi  qüsurlara  -  rüşvətxorluğa,  yerliçiliyə,  cəmiyyəti 
böhrana saldıqlarına görə kommunist rəhbərləri tənqid edir, bütün kommunistləri xalqın xoşbəxt gələcəyi 
uğrunda mübarizə aparmağa çağırırdı. 
Hakimiyyəti əlində saxlamağa çalışan Qorbaçov "mühafizəkarlar"ı bir növ neytrallaşdırmaq, hakim 
dairələrdə  mübarizəni  səngitmək  üçün  "SSRİ-nin  taleyi"  məsələsini  ortaya  atdı.  Azərbaycanda 
demokratik  qüvvələr,  öncə  Heydər  Əliyev  milli  respublikaların  müstəqilləşməsinin  qarşısını  almağa 
yönəlmiş  bu  siyasəti  ifşa  etdi,  xalqı  SSRI-nin  saxlanmasına  münasibət  üzrə  referendumda  iştirak 
etməməyə  çağırdı.  Lakin  1991-ci  il  fevralın  5-də  Azərbaycan  parlamentində  "demblok"un  ciddi  təkidli 
etirazına  baxmayaraq,  kommunistlər  birləşib  SSRİ-nin  saxlanmasına  münasibət  üzrə  ümumittifaq 
referendumunda  Azərbaycanın  iştirak  etməsi  haqqında  qərar  qəbul  etdilər.  Ermənistanın  boykot
 
etdiyi 
referendumda  Azərbaycanın  iştirak  etməsini  Ermənistan-Azərbaycan  münaqişəsində  Moskvanın 
mövqeyinin ikincinin xeyrinə dəyişəcəyinə ümid də bu nəticəyə az təsir göstərməmişdi. 
Referenduma qanunla nəzərdə tutulmuş iki ay  əvəzinə cəmi on gün hazırlıq görüldü. Demokratik 
qüvvələr  fövqəladə  vəziyyət  şəraitində  bu  üzdəniraq  "ümumxalq  səsverməsini"  boykot  etdi.  Naxçıvan 
MR əhalisi referendumda iştirak etmədi. Referendum martın 17-də keçirildi. Nəticələr saxtaşdırıldı, guya 
səsvermədə iştirak"edənlərin 95 faizi SSRİ-nin saxlanılması lehinə olmuşdular. 
Aprelin sonlarında SSRİ prezidenti və referendumda iştirak etmiş 9 respublikanın yüksək vəzifəli 
şəxsləri  Moskva  yaxınlığında  Novo-Oqaryovodakı  prezident  iqamətgahında  tezliklə  yeni  ittifaq 
müqaviləsi  bağlanacağı  haqqında  niyyət  protokolu  imzaladılar.  Təqdim  olunan  müqavilə  layihəsi 
kompromis xarakterli idi. Müqavilə bağlanandan sonra altı aydan gec olmayaraq ittifaq orqanlarına yeni 
seçkilər  keçirilməsi  və  bu  yolla  rəqiblərin  siyasi  hakimiyyətdən  uzaqlaşdırılması  nəzərdə  tutulurdu. 
Moskva  may-iyun  aylarında  Goranboyda  erməni  quldurlarına  köməyi  azaltmaqla  həm  Ermənistanı 
"cəzalandırdı",  həm  də  Mütəllibov  rejimini  bir  qədər  populyarlaşdıra  bildi.  Bundan  istifadə  edən 
prezident  mövqeyini  möhkəmləndirmək  üçün  ümumxalq  prezident  seçkilərinə  getməyi  qərara  aldı. 
Seçkilər sentyabrın 8-ə təyin olundu. 
Heydər  Əliyev  imperiyanın  qorunub  saxlamasına  çalışan  qüvvələrə,  ilk  növbədə  Kommunist 
Partiyasına və Sovet dövlətinə açıq etirazını bildirdi, onların riyakar siyasətini ifşa etdi, 1991-ci il iyulun 
19-da  Kommunist  Partiyasından  çıxdı.  O,  SSRİ  Nazirlər  Kabineti  partiya  təşkilatına  ərizəsində  qeyd 
edirdi:  "Azərbaycanın  dövlət  suverenliyi,  ərazi  bütövlüyü  konstitusiyaya  zidd  olaraq  kobud  şəkildə 
pozulub.  Ermənistanla  Azərbaycan  arasında  elan  edilməmiş  müharibə  gedir...  bütün  bunlar  "humanist 
ideologiyalı"  Sovet  dövləti  üçün  adi  haldır".  Xalq  imperiyanın  bərpası  üçün  cəhdlərə  onun  bu  qəti 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə