Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   16   17   18   19   20   21   22   23   ...   101

37 
 
Əgər  Qanlı  Yanvara  qədər  Azərbaycan  xalqının  bəzi  qüvvələri  respublikanın  suverenliyini  SSRİ 
daxilində  mövcud  siyasi  və  iqtisadi  münasibətlərin  təkmilləşdirilməsi  kimi  qeyri-real  imkanlarda 
axtarırdısa,  bu  hadisə  sübut  etdi  ki,  suverenliyin  yeganə  yolu  sovet  imperiyasından  çıxmaq,  dövlət 
müstəqilliyini  bərpa  etməkdir.  Etiraz  hərəkatı  Meydan  dağıdılandan  sonra  demokratik  hərəkata 
çevrilmişdisə, Qanlı Yanvar milli azadlıq hərakatının yüksəlməsinə səbəb oldu. 
1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini 
qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 
Azərbaycan  SSR  Ali  Soveti  1990-cı  il  iyunun  11-də  Ermənistanla  sərhəd  xətti  boyu  fövqəladə 
vəziyyət  elan  etdi.  Sərhədlər  mühəndis  qurğuları ilə möhkəmləndirildi,  onu  müdafiə  etmək  üçün  xüsusi 
milis dəstələri yaradıldı. Bu zaman SSRİ silahlı qüvvələri SSRİ-nin saxlanmasına münasibət haqqında 17 
mart  ümumittifaq  referendumunda  iştirak  etməyən  Ermənistana  "dərs  vermək",  habelə  Azərbaycandakı 
kommunist  rejimini  dəstəkləmək  üçün  erməni  silahlı  dəstələrinə  köməyi  xeyli  azaltdı  1991-ci  il  mayın 
əvvəllərində Çaykənd və Martunaşendə pasport rejimi yoxlanıldı və hərbiləşdirilmiş erməni birləşmələri 
tərksilah  edildi.  İyulun  əvvəllərində  Goranboy  rayonunun  Azadkənd,  Sarısu,  Manaşid,  Erkeç  və  Buzluq 
kəndlərində  erməni  silahlı  quldurlarının  dayaq  məntəqələri  dağıdıldı.  Erməni  əhali  öz  razılığı  ilə  bu 
bölgələrdən köçüb getdilər. Lakin ermənilər sərhəd zonalarındakı Azərbaycan kəndlərinə basqınlardan əl 
çəkmirdilər. Avqustun 18-22-də erməni hərbi hissələri rusların köməyi ilə, vertolyotlar və ağır texnikadan 
istifadə etməklə Qazax rayonuna hücuma keçdi. Bağanıs-Ayrım  kəndi dağıdıldı, dinc əhaliyə işgəncələr 
verildi.  Erməni  hərbi  hissələrinin  Zəngilan,  Qubadlı  və  Laçın  rayonu  kəndlərinə  də  hücumları  ara 
vermirdi. Bu vaxt Qubadlı rayonunun Yuxarı Cibikli kəndinə erməni quldurları basqın etmişdilər. Əhali 
mərdliklə müqavimət göstərdi, 20 erməni qulduru məhv edildi. Burada olan Sovet Ordusu dəstəsi, demək 
olar  ki,  seyrçi  mövqe  tutmuşdu.  Təkcə  ukraynalı  Oleq  Babak  əliyalın  azərbaycanlılara  kömək  etdi  və 
qəhrəmanlıqla həlak oldu. Ölümündən sonra ona Sovet İttifaqı Qəhrəmanı adı verildi. 
Can üstündə olan imperiya milli münaqişəni daha da dərinləşdirdi. Lakin onun iflası günü-gündən 
yaxınlaşırdı.  İmperiyanın  pəncəsindən  xilas  olmağa  çalışan  xalqın  tələbi  ilə  1991-ci  il  avqustun  30-da 
Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında Respublikanın dövlət müstəqilliyinin 
bərpa  edilməsi  haqqında  bəyanat  qəbul  olunması  ilə  əlaqədar  Dağlıq  Qarabağ  münaqişəsi  daha  da 
kəskinləşdi.  Bu  münaqişə  Ermənistanın  əli  ilə  Azərbaycana  qarşı  aparılan  açıq-aşkar  təcavüzkar 
müharibəyə çevrildi. 
 
 


38 
 
§ 3. Xalq hərəkatı. "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında"  
Konstitusiya Aktının qəbul olunması 
 
Uzun  illər  əsarətə,  var-dövlətinin  talanmasına,  milli  və  dini  hisslərinin  təhqir  olunmasına, 
hüquqlarının tapdalanmasına dözmüş xalqın səbir kasası artıq dolmuşdu. Köhnə idarəçilik mexanizminin 
dağıdılması,  yeni  mexanizmin  isə  hələ  yaradılmaması  ilə əlaqədar imperiyanın düşdüyü  ümumi  böhran 
gündən-günə  dərinləşirdi.  Xalqın  güzəranı  pisləşirdi.  Belə  bir  şəraitdə  SSRİ-nin  dağılma  prosesinin 
qarşısını almaq üçün mərkəzçi qüvvələr milli münaqişələri daha da qızışdırır, antitürk, antiislam siyasətini 
genişləndirirdilər. Azərbaycan mühüm coğrafi-siyasi məkanda yerləşdiyindən, imperiyanın türk xalqları 
ilə  Türkiyə  arasında  körpü  olduğundan  əsas  zərbə  hədəfi  olmuşdu.  Ermənistanda  və  Dağlıq  Qarabağda 
azərbaycanlıların  soyqırımını  törətmək,  Azərbaycanı  parçalamaq,  bu  yolla  bütün  Qafqazda  ağalığı 
saxlamaq siyasəti həyata keçirilirdi. Bu siyasət Azərbaycanda xalq hərəkatının yüksəlməsinə güclü təkan 
verdi. 
Xalq  Azərbaycanı  parçalamaq  cəhdlərinə,  ermənilərin  Dağlıq  Qarabağın  Ermənistana  verilməsi 
tələblərinə  qarşı  münasibətini  əvvəllər  Mərkəzi  Komitəyə,  rəhbərlərə  etiraz  teleqramları,  məktublar 
göndərməklə, imzalar toplamaqla bildirirdi. Daha sonra kütləvi çıxışlar başlandı. İlk etiraz mitinqi 1988-
ci  il  fevralın  19-da  Bakıda  keçirildi.  Martın  16-da  Azərbaycan  Elmlər  Akademiyasında  etiraz  mitinqi 
oldu.  Ermənistanda  azərbaycanlıların  soyqırımının  kütləvi  hal  almasına  qarşı  mayın  16-da  Universitetin 
qarşısında  "Yurd"  təşkilatının  fəal  iştirakı  ilə  böyük  mitinq  oldu.  Mitinqçilər  şəhərin  baş  meydanına  - 
Lenin adına meydana (indiki "Azadlıq") toplandılar. Burada davam edən mitinqdə görkəmli ziyalılar çıxış 
edərək  xalqı,  rəhbərləri  respublikanın  hüquqlarını  müdafiə  etməyə  çağırdılar.  Mitinqçilər  mərkəzdən  və 
respublika  rəhbərliyindən  erməni  millətçilərinin  azğın  hərəkətlərinə  qəti  cavab  tələb  edirdilər. 
Respublikanın  başqa  şəhərlərində  də  mitinqlər  keçirilirdi.  Ermənipərəst  Moskvada  sözü  keçməyən 
respublika rəhbərliyi xalqın ciddi narazılığını nümayiş etdirib ağalarına təsir göstərmək istəyirdi və belə 
mitinqlərin keçirilməsinə mane olmurdu. Lakin kortəbii etiraz hərəkatının böyüyüb bu milli münaqişəni 
törədən rejimə, onun respublikadakı canişininə qarşı ümumxalq hərəkatına çevrilməsinə yol verməməyə 
çalışırdı. 
Moskva  1988-ci  ilin  mayında  Azərbaycandakı  canişinini  dəyişdirib,  xalqın  psixologiyasını,  adət-
ənənələrini,  köklü  maraqlarını  yaxşı  bilməyən  Əbdürrəhman  Vəzirovu  qəsdən  hakimiyyətə  gətirmişdi. 
Noyabrın 15-də Bakıda Universitetin qarşısında, səhəri gün Elmlər Akademiyasının böyük dairəvi zalında 
və M.Ə.Sabir adına bağda "Yurd" təşkilatının təşəbbüsü ilə mitinqlər keçirildi. Xalq hərəkatının kortəbii 
mərhələsinin  ən  yüksək  dövrü  noyabrın  17-dən  başlandı.  Həmin  gün  səhər  Universitet,  Akademiya, 
Politexnik, İqtisad institutları qarşısından nümayişçi dəstələr milisin canlı maneələrini yararaq M.Ə.Sabir 
adına  bağa,  oradan  isə  "Azadlıq"  meydanına  gəldilər.  Meydanda  mitinqçilərin  tələbləri  oxundu. 
Ermənistanın Azərbaycana  qarşı təcavüzünün dayandırılması, Dağlıq Qarabağda antiazərbaycan siyasəti 
yeridən  qurumun  ləğv  edilməsi,  əks  təqdirdə  Ermənistana  qarşı  iqtisadi  sanksiyalar  həyata  keçirilməsi, 
Azərbaycandan  olan  deputatların  SSRİ  Ali  Sovetinin  sessiyasında  Ermənistanın  təcavüzü  ilə  əlaqədar 
məsələ qaldırması başlıca tələblər idi. Bu tələblər Azərbaycan rəhbərliyini qane edirdi. Axşam hökumət 
nümayəndələri mitinqi dayandırmağı tələb etdikdə mitinqçilər tələblər yerinə yetirilməyincə meydanı tərk 
etməyəcəklərini  bildirdilər.  Meydanda  liderliyi  leytenant  Şmidt  (indiki  Səttərxan)  adına  zavodun  gənc 
fəhləsi Nemət Pənahov ələ aldı. Burada "Moskvanın fitnələri", "Suverenlik", "Azadlıq" sözləri eşidilməyə 
başlandı. Bundan Moskvaya təzyiq edib respublikada hakimiyyəti ələ keçirmək istəyən qüvvələr istifadə 
etməyə  çalışırdılar.  Bakının  bəzi  rayonlarında  vəziyyət  qəsdən  gərginləşdirilir,  xuliqanlıq  hərəkətləri 
törədilirdi.  Naxçıvanda  dövlət  orqanlarının  binasına  hücum  edilmişdi.  Gəncədə  əhali  ilə  ordu  arasında 
qanlı  toqquşma  baş  vermiş,  160  nəfər  yaralanmış,  üç  əsgər  və  bir  uşaq  öldürülmüşdü.  Bunları  bəhanə 
edərək  hökumət  noyabrın  24-də  Bakı,  Naxçıvan  və  Gəncə  şəhərlərində  xüsusi  vəziyyət  və  komendant 
saatı tətbiq etdi. 
Buna baxmayaraq, xalqın mübarizə ruhu daha da artdı. Nümayişçilər Meydana Azərbaycan SSR-in 
oraq-çəkicli  bayrağı  ilə  gəlmişdi,  burada  isə  1918-1920-ci  illərdə  mövcud  olmuş  Azərbaycan  Xalq 
Cümhuriyyətinin  üçrəngli,  ay-ulduzlu  bayrağı  qaldırıldı.  Hər  gün  yüz  minlərlə  adam  küçələri  qapayan 
tankların, əsgərlərin arasından keçərək səngimək bilməyən Meydana axışırdı. Çox vaxt mitinqçilərin sayı 
milyona çatırdı. Gecələr Meydanda qalanmış tonqalların kənarında minlərlə adam qalırdı. 
Artıq  xalq  mitinqlə  mümkün  olan  nəticəni  əldə  etmişdi.  İndi  təşkilatlanmaq,  mübarizəni  başqa 
demokratik  vasitələrlə  davam  etdirmək  lazım  idi.  Lakin  o  vaxt  respublika  rəhbərliyinin  səriştəsizliyi  və 
satqınlığı,  habelə  xalq  hərəkatına  salınmış  nifaq  nəticəsində  ümumxalq  maraqlarını  müdafiə  etmək  və 
Moskvanın məkrli siyasətinə qarşı milli birlik nümayiş etdirmək mümkün olmadı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə