Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   13   14   15   16   17   18   19   20   ...   101

32 
 
üçün  ən  münasib  yer  Sumqayıt  şəhəri  hesab  olunurdu.  Son  iki  ildə,  xüsusən  1988-ci  ilin  yanvar-fevral 
aylarında  Ermənistandan  zorla  qovulmuş  dörd  min  nəfərdən  çox  qaçqın  buraya  -  qohumlarının  yanına 
pənah gətirmişdi, milli iğtişaşa təhrikçilik üçün münasib şərait yaranmışdı. 
Sumqayıt aksiyası dəqiq plan üzrə həyata keçirildi: varlı ermənilər əmlakını, əmanət kassalarındakı 
pullarını  götürüb  şəhəri  tərk  etdilər.  Hər  an  milli  toqquşma  baş  verə  biləcək  şəhərdə  həmin  günlərdə 
milisə  nəinki  odlu  silah,  heç  adi  dəyənək  də  gəzdirməyə  icazə  verilmədi.  Fevralın  28-  ə  keçən  gecə 
general Karayevin komandanlığı altında şəhərə hərbi hissə gətirilmişdi. Onlar hadisələrin plan üzrə həyata 
keçməsinə  bir  növ  nəzarət  edir,  şərait  yaradırdılar.  Şəhərdə  vəziyyət  DTK-nın  tam  nəzarəti  altında  idi. 
Sifarişlə törədiləcək faciəni lentə almaq, elə səhəri gün hay-  küylə bütün dünyaya çatdırmaq üçün  əsas 
cinayətlərin baş verəcəyi yerlərdə əvvəlcədən tele, foto-operatorlar yerləşdirilmişdi. 
Azərbaycanın suveren hüquqlarının tapdanmasına, Ermənistanda azərbaycanlıların genosidinə qarşı 
kortəbii  çıxışlar  Sumqayıtda  fevralın  20-dən  başlanmışdı.  Təhrikçi  qüvvələr,  cinayətkar  elementlər 
vəziyyətdən  istifadə  edərək  hüquq-mühafizə  orqanlarının  qarışmazlığı  və  razılığı  şəraitində  ehtirasları 
qızışdırırdılar.  Fevralın  27-də  böyük  mitinq  oldu.  Səhəri  gün  erməni  talanları  başlandı.  Şəhər 
rəhbərliyinin ordu hissələrindən istifadə edib cinayətlərin qarşısını almaq tələbi cavabsız qaldı. İlk cinayət 
hərəkətlərini  özünü  azərbaycanlı  kimi  qələmə  verən  "paşa"  ləqəbli  erməni  təxribatçısı  E.Qriqoryan 
törətdi.  Təsir  altına  düşmüş  cinayətkarlara  erməni  ünvanlarını  Qriqoryanın  arvadı  əldə  edib  vermişdi. 
Qriqoryan  özü  şəxsən  beş  erməni  öldürmüşdü.  DTK-nın  və  erməni  millətçilərinin  törətdiyi  bu  faciə 
nəticəsində şəhərdə 32 nəfər, o cümlədən 26 nəfər erməni və 6 nəfər azərbaycanlı öldürülmüş, 200 mənzil 
qarət  olunmuş,  onlarla  ictimai  bina,  avtobus,  şəxsi  maşınlar  yandırılmışdı.  Azərbaycanlılar  içərisində 
emosional  affekt  vəziyyətində  cinayət  törədənlər  olmuşdu.  Lakin  erməniləri  evlərində  gizlədən,  onları 
ölümdən xilas edənlər daha çox idi. 
Bu  faciə  kimə  lazım  idi?  Onu  kim  təşkil  edə  bilərdi?  Vaxt  keçdikcə  daha  çox  aydın  olur  ki, 
Sumqayıt  hadisəsi  erməni  ekstremistlərinin  göydə  axtardığı  fürsət  idi  ki,  yerdə  əllərinə  düşmüşdü. 
Nəhayət ki, əl tutmaq üçün yer, istinad üçün real fakt, sənədli materiallar əldə edildi. Şəhərin hadisə baş 
verəcək  yerlərində  qabaqcadan  hazırlanmış  böyük  bir  təşviqat  mexanizmi  işə  düşdü  və  xeyli  dərəcədə 
şişirdilmiş məlumatlar qısa bir vaxtda dünya ölkələrinə yayıldı. Həm erməni, həm də Azərbaycan xalqı 
yas  tutduğu  bir  məqamda  DTK  ilə  əlaqəyə  girib  öz  murdar  planlarını  həyata  keçirən  erməni 
ekstremistlərinin  sevinci  yerə-göyə  sığmırdı.  Millətin  sıxışdırılmasına  dair  heç  bir  dəlil-sübut  olmadan 
hay-küy  qaldırmış,  vəziyyəti  gərginləşdirmiş  və  nəhayət,  buna  "əsas  verən"  bir  fakt  əldə  etmişdilər. 
Düzdür,  elm  çoxdan  sübut  edib  ki,  səbəb  nəticədən  sonra  gələ  bilməz.  Lakin  buna  çarə  tapmaq  bütün 
dünya  miqyasında  mütəşəkkil  surətdə  fəaliyyət  göstərən  təcrübəli  erməni  millətçilərinin  əlində  çox  da 
çətin iş olmadı. Doğrudan da, səbəbiyyat zənciri tərsinə çevrildi və xarici radiostansiyalar, SSRİ-nin bir 
sıra mətbuat orqanları və mərkəzi televiziya Sumqayıtdakı ekstremal-psixoloji iqlimi şərtləndirmiş olan 
cinayətlərdən - azərbaycanlılara qarşı bu vaxta qədər törədilən planlı fitnəkarlıqlardan bir kəlmə də söhbət 
açmadan,  Sumqayıt  hadisəsini  erməni  hərəkatının  və  separatçı  tələblərin  səbəbi  kimi  qələmə  verməyə 
çalışdılar.  21  mart  1988-ci  il  tarixli  "Pravda"  qəzetində  çap  olunmuş  "Emosiya  və  zəka"  adlı  sanballı 
məqalə istisna olunmaqla, heç bir informasiya vasitəsi hadisələrin real səbəblərini və əsl mahiyyətini izah 
etməyə  təşəbbüs  göstərmədi.  Hadisələr  ümumi  kontekstdən  çıxarılmış  halda  təsvir  olunur  və  bu  zaman 
istər-istəməz subyektivliyə, birtərəfliliyə yol verilirdi. 
Sumqayıt  hadisələrindən  sonra  Ermənistanda  hökumətin  və  "Qarabağ  hərəkatı"  liderlərinin 
mütəşəkkil  surətdə təşkil  etdiyi  qanlı  antitürk  hərəkatı  genişləndi.  Bu  işdə  yaxşı  silahlandlırılan  erməni 
qeyri-formal  hərbi  birləşmələri  fəal  iştirak  etdilər.  Martın  10-dan  Yerevandan  cənubda  Mehmandar 
azərbaycanlı  kəndinin  4  sakini  qətlə  yetirildi.  Martın  25-də  Ararat  rayonunun  azərbaycanlı  kəndlərində 
100-dən  çox  ev  talan  edilib  yandırıldı,  əhalisi  qovuldu.  Mayın  ortalarında  Yerevan  yaxınlığındakı 
Azərbaycan kəndlərinə yenidən basqın edildi. Şirazlı kəndinin 880 nəfər sakini SSRİ-Türkiyə sərhədinə 
qaçıb orada sığınacaq tapdılar. İyunun 20-də Ararat rayonunun daha beş Azərbaycan kəndinin 10 minə 
qədər  sakini  silahlı  erməni  quldurlarından  yaxa  qurtarıb  onlara  qoşuldu.  Erməni  faşistləri  Quqark 
rayonunda daha dəhşətli faciələr törətdilər. 1988-ci ilin noyabrın sonu, dekabrın əvvəllərində bu rayonda 
70 nəfər azərbaycanlı qətlə yetirilmişdi. Rayonun təkcə Gözəldərə kəndində 21 nəfər, o cümlədən 6 qadın 
və 3 körpə öldürülmüşdü. Ermənistanda Azərbaycan türklərinin genosidi hətta burada baş verən dəhşətli 
zəlzələdən (7 dekabr) sonra belə dayanmaq bilmədi. 
Təbii fəlakətə düçar olmuş qonşusuna ilk kömək əlini Azərbaycan uzatdı. Dekabrın 8-də Bakıdan 
80  peşəkar  xilasedici,  28  güclü  avtokrandan  ibarət  mexanikləşdirilmiş  dəstə  Spitaka  yola  düşdü,  onlar 
təkcə ilk günlər 63 nəfəri ölümdən xilas etdilər, uçqunlar altından 320 meyid çıxartdılar. Dekabrın 11-də 
Azərbaycandan  zəlzələ  zonasına  İL-76  təyyarəsində  köməyə  gedən  78  nəfər,  o  cümlədən  50  nəfər 
azərbaycanlı, 13 nəfər ləzgi və başqa millətlərin nümayəndələri Leninakan yaxınlığında "qəzaya uğradı". 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə