Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   11   12   13   14   15   16   17   18   ...   101

28 
 
ayrı-seçkiliyə  məruz  qalırdıq.  Mən  həm  Azərbaycanı,  həm  də  Orta  və  Mərkəzi  Asiyanın  bəzi  digər 
respublikalarını nəzərdə tuturam. 
İndi  məhz  bunu  xatırlamağa  lüzum  var  ki,  o  illərdə  xalqların,  o  cümlədən  Özbəkistan  və 
Azərbaycan xalqlarının milli azadlığı və dövlət müstəqilliyi üçün şərait yetişməyə başlayan vaxtlarda son 
dərəcə  çox  əngəllər  törədilirdi.  1988-ci  ildə  Ermənistan  tərəfindən  Azərbaycana  qarşı  təcavüzün 
başlanması  da,  nəinki  Ermənistandakı  ayrı-ayrı  millətçilərin  və  özgə  ərazisini  ələ  keçirməyə  can  atan 
şəxslərin  əməlləri  idi,  həm  də  böyük  bir  siyasətin  -  artıq  baş  vermiş  müsbət  proseslərə  maneçilik 
törətməyə  yönəldilmiş  siyasətin  bir  hissəsi idi"  (Heydər  Əliyev).  Mərkəzin  belə  məqsədyönlü  imperiya 
siyasəti millətlərin azadlığa çıxmaq, dövlət müstəqilliyi əldə etmək şansına qarşı yönəldilmişdi. 
İctimai-iqtisadi  tərəqqinin  müəyyən  bir  mərhələsində  insanların  milli  şüurunun  istər-istəməz 
formalaşması, xüsusən birləşdirici amil olan kommunist ideologiyasının böhranı şəraitində imperiya üçün 
böyük təhlükə idi. Vahid "sovet milləti" yetişdirmək cəhdlərinin boşa çıxdığı artıq aydın idi. 
Hələ  sosialist  sisteminin  dağılması  ehtimalı  çox  az  olan  vaxtlarda,  əksinə,  Moskvanın  dünya 
kapitalizm sistemini dağıtmaq üçün planlar hazırladığı vaxtlarda SSRİ-nin milli tərkibi haqqında bir sıra 
proqnozlar  Qərb  dünyasını  narahat  edirdi.  Bu,  ilk  növbədə,  SSRİ  daxilində  türk  xalqlarının  (başqa 
variantda  islam  amilinin)  xüsusi  çəkisinin  artması  idi.  Hələ  nə  qədər  ki,  söhbət  yalnız  əhalinin 
miqdarından gedirdi, bu fakt o qədər də qorxulu görünmürdü. Çünki həm iqtisadi potensialına görə, həm 
də intellektual, mədəni-mənəvi aspektlərdə geri qalmış xalqların çoxluğu siyasi müstəvidə ciddi bir amil 
kimi qiymətləndirilə bilməzdi. Lakin elə ki, SSRİ məkanındakı türk xalqlarının sosial-iqtisadi, intellektual 
və  mədəni-  mənəvi  inkişafı  nəzərə  çarpacaq  bir  səviyyəyə  qalxdı  və  iş  o  yerə  gətirdi  ki,  onların 
nümayəndələri Siyasi Büroya üzv seçildilər və hətta SSRİ hökumətinə başçılıq etməyə başladılar, onda bu 
amilin ciddiləşdiyinə şübhə yeri qalmadı. 
İndi  çoxları  SSRİ-nin  dağılmasını  M.S.Qorbaçovun  müstəsna  xidməti  kimi  qiymətləndirir.  Lakin 
əslində SSRİ imperiyasının milli-siyasi müstəvidəki daxili ziddiyyətləri ondan xeyli  əvvəl - ilk baxışda 
nəzərə  çarpmayan  bir  hadisə  ilə  üzə  çıxmağa  başladı.  Bu  hadisə  türk  oğlunun  ölkə  rəhbərlərindən  biri 
seçilməsi idi. 
80-ci illərin ortalarında Heydər Əliyev fenomeni elə bir miqyas kəsb etmişdi ki, bu böyük ölkəni ən 
yaxşı idarə edə biləcək şəxsin məhz Heydər Əliyev ola biləcəyinə artıq şübhə yeri qalmamışdı. Bunu o 
vaxt  SSRİ-nin  ən  məşhur siyasi xadimləri də etiraf edirdilər.  Andrey  Qromıko  Çernenkodan  sonra  Baş 
Katib vəzifəsinə kimin real namizəd olması barədə öz oğlu ilə səmimi söhbətində demişdi: "Bizim Siyasi 
Büroda ancaq üç adam nisbətən cavandır - Romanov, Qorbaçov və Əliyev. Axırıncı mənə daha xoş gəlir. 
Onun  vaxtında  Azərbaycan,  xüsusən onun  kənd təsərrüfatı, çox sürətlə inkişaf etmişdir.  Əliyev  -  gözəl 
təşkilatçıdır, təmiz və abırlı adamdır. Amma təəssüf ki, onun namizədliyi istisna olunur... 
-Milliyyətinə görəmi? 
-Bu məsələdə hə. Milliyətinə görə." (Anatoliy Qromıko. "Andrey Qromıko. V labirintax Kremlya. 
Vospominaniya i razmışleniya sına". M., 1997, s.86) 
Rus millətçiliyi o vaxt Heydər Əliyevin ölkə başçısı olmasına yol vermədi. 
M.S.Qorbaçovun  hakimiyyətə  gəlişi  və  eklektik  ideoloji  və  dövlətçilik  sistemi  yaratmaq 
təşəbbüsləri  daxili  ziddiyyətlərin  daha  tez  üzə  çıxmasına  səbəb  oldu.  80-ci  illərin  ikinci  yarısında  sovet 
imperiyasının  iqtisadi,  siyasi  və  mənəvi  həyatında  böhranqabağı  vəziyyət  yaranmışdı.  İstehsalın  artım 
sürəti, səmərəliliyi, əməyin məhsuldarlığı durmadan aşağı düşürdü. Mövcud üsul-idarənin mənəvi dayağı 
olan ehkamçı kommunist ideologiyası iflasa uğramışdı. Milli respublikalarda milli özünüdərk, hüquqların 
tapdalanmasına, sərvətlərin talan olunmasına etiraz əlamətləri güclənməkdə idi. 
İqtisadi  iflasın  başlıca  səbəbi  "sosialist  iqtisadi  modeli"nin  səmərəsizliyi,  adamlarda  mülkiyyətə 
sahiblik  hissinin,  bazar  rəqabətinin  olmaması  idi.  Güclü  inzibati-amirlik  üsul-idarəsi  iqtisadi  tərəqqini 
buxovlayırdı.  Daha  xammal  istehsal  edən  milli  ucqarların  istismarını  gücləndirmək  kimi  ənənəvi 
vasitələrlə də iqtisadi geriliyi aradan qaldırmaq mümkün deyildi. Buna külli miqdarda yeni investisiyalar 
tələb olunurdu. Böyük hissəsi hərb maşını tərəfindən udulan milli gəlir bu tələbi artıq ödəyə bilmirdi. 
SSRİ-nin iflası mühüm xarici səbəblərlə də şərtlənirdi. Məlumdur ki, SSRİ çox böyük çətinliklə də 
olsa  kapitalist  və  sosialist  sistemləri  arasında  hərbi  paritet  yaratmağa  nail  olmuşdu.  Lakin  dünyanın 
demokratik  ölkələri  SSRİ-yə  qarşı  qüvvələrini  birləşdirirdilər.  Ümumdünya  antikommunist  liqasının 
fəaliyyəti genişlənmişdi. 
80-ci  illərin  ikinci  yarısında  Kommunist  Partiyası  növbəti  dəfə  Sovet  imperiyasını  mövcud 
böhranqabağı vəziyyətdən xilas etmək üçün bir sıra cəhdlər göstərdi. M.S.Qorbaçov 1985-ci ilin martında 
Sov.İKP  MK-nın  baş  katibi  vəzifəsini  tutduqdan  sonra  imperiyanı  iflasdan  xilas  etmək  məqsədi  ilə 
Sov.İKP  MK-nın  həmin  il  çağırılmış  aprel  plenumunda  "iqtisadi  və  sosial-mədəni  tərəqqini 
sürətləndirmək  konsepsiyası"nı  irəli  sürdü.  Sovet  cəmiyyətində  elmi-texniki  tərəqqini,  maddi-texniki 


29 
 
bazanı  inkişaf  etdirmək,  istehsal  münasibətlərini  təkmilləşdirmək,  bütün  siyasi,  ictimai  və  ideoloji 
təsisatlar  sistemini  fəallaşdırmaq,  "insan  amilinin  rolunu  yüksəltmək"  üçün  təşəbbüslər  edildi.  Tezliklə 
əməyin  təşkili,  təsərrüfat  hesabını  təkmilləşdirmək,  çoxukladlı  iqtisadiyyatı,  eləcə  də  icarə  sistemini, 
kooperasiyanı  inkişaf  etdirmək,  müxtəlif  mülkiyyət  formalarına  əsaslanan  təsərrüfatlar  üçün  imkanlar 
yaratmaq haqqında qanunlar və qərarlar qəbul olundu. Lakin onların tətbiqi üçün münasib şərait yox idi. 
Əvvəlki  direktiv  aktlar  kimi  bu  qanun  və  qərarlar  da  gözlənilən  nəticəni  vermədi.  Təkpartiyalı  siyasi 
sistem,  partiya  amirliyi  ləğv  olunmadan,  respublikaların  suveren  hüquqları  özlərinə  qaytarılmadan 
iqtisadiyyatı  dirçəltmək  qeyri-mümkün  idi.  İqtidar  bunu  dərk  edirdi.  Lakin  partiya  elitasının  üç  qrupu  - 
mühafizəkarlar,  yenilikçi  partokratlar  və  öz  dünyagörüşləri  ilə  Avropa  sosial-demokratlarına  yaxın 
islahatçılar arasında gedən gərgin mübarizə əsaslı islahatları ləngidirdi. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə