Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   8   9   10   11   12   13   14   15   ...   101

23 
 
uyuşmayan  tədbirləri  ilə  barışa  bilməzdilər.  Ona  görə  də  ölkədə  güclənməkdə  olan  totalitar  rejim  belə 
insanlara qarşı əsl repressiya tədbirlərinə əl atdı: 
"20-30-cu  illərin  repressiyaları  on  minlərlə  insanın  həyatını  məhv  etmişdir.  On  minlərlə 
azərbaycanlı  yurdlarından  uzaq  yerlərə  sürgün  olunmuşdur.  Onların  hüquqları  pozulmuş,  var-yoxları 
əllərindən  alınmış,  Azərbaycan  xalqının  əsrlər  boyu  yaratdığı  mədəni  və  mənəvi  irsə  böyük  zərbələr 
vurulmuşdur" (HeydərƏliyev). Repressiya illərində təkcə güllələnənlərin sayı 50 min nəfərdən çox olmuş
100 min nəfərdən artıq insan Sibirə və Qazaxıstana sürgün edilmişdi. 
Bununla yanaşı, 20-30-cu illərdə Azərbaycan xalqının qəhrəman əməyi ilə neft sənayesində böyük 
yüksəliş  əldə  edilmiş,  sənayenin  yeni  sahələri  əmələ  gəlmiş,  elektrik  stansiyaları  tikilmiş,  suvarma 
kanalları çəkilmiş, kənd təsərrüfatı dirçəldilmişdi. 
Azərbaycan  elliklə  savadlanmış,  ölkədə  orta  ümumtəhsil  məktəblərinin,  xəstəxana  və 
poliklinikaların,  ali  və  orta  ixtisas  məktəblərinin,  elmi-tədqiqat  və  mədəni-maarif  müəssisələrinin 
şəbəkəsi genişlənmişdir. Artıq ikinci dünya müharibəsi ərəfəsində Azərbaycanda 4 mindən çox ibtidai və 
orta məktəb, 16 ali məktəb var idi. 1938-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı yaradıldı. 
1940-cı ildə ölkədə 18 teatr fəaliyyət göstərirdi. 
İkinci  dünya  müharibəsində  faşizm  taununa  qarşı  mübarizə  Azərbaycan  xalqını da  ciddi  sınaqlar 
qarşısında qoydu. Xalqımız bu müharibədə həm döyüş meydanlarında, həm də, "arxa cəbhə"də əsl şücaət 
və  qəhrəmanlıq  nümunələri  göstərdi.  Müharibə  başlanandan  keçən  qısa  müddətdə  respublika  ərazisində 
87  qırıcı  batalyon,  1124  özünümüdafiə  dəstəsi  təşkil  edildi.  1941-1945-ci  illərdə  respublikanın  600 
mindən çox oğlan və qızı  cəbhəyə getmişdi. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş 
yolu  keçdilər.  Azərbaycandan  130-a  qədər  adam  Sovet  İttifaqı  Qəhrəmanı  adına,  30  nəfər  azərbaycanlı 
döyüşçü Şöhrət ordeninin hər üç dərəcəsinə layiq görüldü. 170 mindən çox azərbaycanlı əsgər və zabit 
SSRİ-nin orden və medalları ilə təltif edildi. Tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov isə 
iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. 
Respublikanın  iqtisadiyyatı  hərbi  qaydada  yenidən  quruldu.  Bakı  döyüşən  ordunun  mühüm 
cəbbəxanalarından birinə çevrildi. Artıq 1942-ci ildə Bakıda 130 növ müxtəlif silah, hərbi sursat istehsal 
edilirdi.  Müharibənin  törətdiyi  böyük  çətinliklərə  və  məhrumiyyətlərə  baxmayaraq,  neftçilərimiz 
fədakarlıqla  çalışır,  həm  cəbhəni,  həm  də  iqtisadiyyatın  bütün  sahələrini  yanacaqla  təmin  edirdilər. 
Akademik  Yusif  Məmmədəliyevin  rəhbərliyi  ilə  aviasiya  benzini  istehsalının  yeni  texnologiyası 
hazırlandı,  Azərbaycanda  yüksək  oktanlı  benzin  istehsalına  başlandı.  Elə  1941-ci  ildə  neftçilərimizin 
fədakar və gərgin səyləri nəticəsində Azərbaycanın bütün tarixində ən böyük həcmdə  - 23,5  milyon ton 
neft  hasil  olundu  ki,  bu  da  İttifaqda  çıxarılmış  neftin  71,4  faizini  təşkil  edirdi.  Azərbaycan  neftçiləri 
müharibə illərində ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları verdilər ki, 
bu  da  faşizm  üzərində  qələbənin  əldə  edilməsində  həlledici  amillərdən  biri  oldu.  Təkcə  bir  faktı  qeyd 
etmək  kifayətdir  ki,  1941-1945-ci  illərdə  hər  beş  təyyarə,  tank  və  avtomaşından  dördü  Bakı  neft  emalı 
zavodlarında istehsal olunmuş neftlə işləyirdi. 
Müharibədən  sonrakı  illərdə  respublikamız  iqtisadiyyat  və  mədəniyyətin  inkişafında  uğurlu 
addımlar ataraq artıq 1948-ci ildə sənaye sahəsində müharibədən əvvəlki səviyyəni ötmüş, 1960-cı ildə 
isə  1940-  cı  ildəki  səviyyəni  2,8  dəfə  üstələyən  məhsul  buraxılışına  nail  olmuşdu.  Kənd  təsərrüfatının 
məcmu məhsulu bu illərdə 2 dəfə, dəmiryol nəqliyyatının yük daşımaları 2,9 dəfə, bütün maliyyələşdirmə 
mənbələri üzrə kapital qoyuluşu 3,8 dəfə artmışdı. Azərbaycan əməkçiləri Rusiya Federasiyasının, eləcə 
də SSRİ-nin digər respublikalarının iqtisadiyyatının bərpa olunması və inkişafı işində fəal iştirak edirdi. 
Respublikamızın  alim  və  mütəxəssisləri  Qafqazda,  Tatarıstan,  və  Başqırdıstanda,  Qazaxıstanda  və 
Türkmənistanda,  Qərbi  Sibirin  Tümen  vilayətində  iri  neft  yataqlarının  kəşf  olunmasına  və  istehsalına 
əvəzsiz  töhfələr  vermişdilər.  Keçmiş  SSRİ-nin  yeni  yaranan  neft  rayonlarının  "İkinci  Bakı",  "Üçüncü 
Bakı", "Dördüncü Bakı" adlandırılması bu deyilənlərə əyani sübutdur. 
Bütün bu müvəffəqiyyətlərlə yanaşı, qeyd olunmalıdır ki, 60-cı illərdə respublika iqtisadiyyatının 
inkişafında mənfi meyllər də özünü göstərməyə başlamışdı. Azərbaycan milli gəlirin inkişaf templərinə, 
sənaye 
və 
kənd 
təsərrüfatı 
istehsalının  həcminə,  elmi-texniki  tərəqqinin  nailiyyətlərinin 
mənimsənilməsinə görə, ictimai əməyin məhsuldarlığına görə ümumittifaq göstəricilərindən geri qalırdı. 
1965-ci  ildə  1940-cı  ilə  nisbətən  respublikada  məcmu  ictimai  məhsul  yalnız  3,6  dəfə,  sənaye 
məhsullarının həcmi 4 dəfə artmışdı, halbuki ölkə üzrə bu göstəricilər müvafiq surətdə 5,7 və 7,9 dəfəyə 
çatırdı. Azərbaycan milli gəlirin həcminə görə ümumittifaq səviyyəsindən 2 dəfə, əsas fondlara görə 1,8 
dəfə, kapital qoyuluşu üzrə 1,7 dəfə, əmək məhsuldarlığına görə 1,5 dəfə geri qalırdı. Kənd təsərrüfatında 
aqrotexniki qaydaların pozulması üzündən taxılın, pambığın, tərəvəzin, üzümün, çay yarpağının və başqa 
bitkilərin  məhsuldarlığı aşağı  düşmüşdü.  İstehsal  qüvvələrinin  yerləşdirilməsi işində  kobud  yanlışlıqlara 
yol  verildiyindən  iri  obyekt  və  müəssisələrin  əksəriyyəti  Bakı,  Sumqayıt  şəhərlərində  tikilirdi  ki,  bu  da 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə