Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   9   10   11   12   13   14   15   16   ...   101

24 
 
orta  və  kiçik  şəhərlərin  əmək  ehtiyatlarından  səmərəli  istifadə  olunması  imkanlarını  azaldır,  ölkə 
əhalisinin  paytaxta  axınına  səbəb  olur  və  burada  yaşayış  evləri  və  sosial  obyektlərlə  əlaqədar  artıq 
mövcud  olan  problemləri  daha  da  mürəkkəbləşdirirdi.  Beləliklə,  iqtisadiyyatdakı  çatışmazlıqlar  sosial 
sahədə,  əməkçilərin  maddi  rifah  halının  yaxşılaşdırılması  işindəki  problemlərinin  həllinə  mənfi  təsir 
göstərirdi. 
60-cı  illərdə  respublika  iqtisadiyyatının  bütövlükdə  dərin  və  uzunmüddətli  böhran  mərhələsinə 
qədəm  qoyduğu  bir  şəraitdə  yaranmış  ağır  vəziyyətdən  çıxış  yolu  tapılması  tələb  olunurdu.  Məhz  ölkə 
üçün belə çətin bir dövrdə xalqımızın böyük oğlu, o vaxtkı sovet rəhbərliyi ilə müqayisədə nisbətən cavan 
-  46  yaşlı  Heydər  Əliyevin  1969-cu  il  iyulun  14-də  respublika  rəhbərliyinə  gəlməsi  Azərbaycanın 
qarşısında duran bir çox taleyüklü suallara aydın cavablar tapılması və onların ardıcıllıqla həll edilməsi 
baxımından  tarixi  bir  hadisə  oldu.  Azərbaycan  tarixinin  1969-cu  il  iyulun  14-dən  sonrakı  dövrünün 
əhatəli təhlili və qiymətləndirilməsi bir daha təsdiq edir ki, bu hadisə tənəzzül içində olan Azərbaycanın 
tərəqqiyə  dönüşü,  cəmiyyətin  keyfiyyətcə  irəliyə,  milli  özünüdərkə,  milli  özünəqayıdışına  dönüşü 
mərhələsinin başlanğıcı olmuşdur. 
Heydər  Əliyevin  respublikanın  rəhbəri  seçilməsi  ilə  əsası  qoyulan  və  mahiyyətcə  gələcəyə 
yönəlmiş  inkişaf  strategiyasının  əsas  vəsiləsini  iqtisadiyyatın  tezliklə  dirçəldilməsi,  Azərbaycanın  təbii 
ehtiyatlarından  iqtisadi, təhsil,  elm  və  mədəniyyət  potensialından  xalqın  bəhrələnməsi  üçün  ən  əlverişli 
şəraitin yaradılması təşkil edirdi. Onun hakimiyyətə gəlişi ilə qısa müddətdə əhatəli inkişaf konsepsiyası 
hazırlanmış, respublikada ənənəvi təsərrüfat sahələrinin şöhrətini və səmərəliliyini bərpa etməklə yanaşı, 
yeni-yeni istehsal istiqamətlərinin yaradılması yolunda çoxşaxəli fəaliyyətin əsası qoyulmuş, respublikada 
iqtisadiyyatın sənaye bazasının genişləndirilməsi və müasirləşdirilməsi xətti yeridilməyə başlanmışdı ki, 
bunun da nəticəsində bir tərəfdən Azərbaycanın iqtisadi potensialı qat- qat güclənmiş, digər tərəfdən isə 
respublikanın əvvəlcədən formalaşmış xammal bazası yönümü dəyişdirilmişdi. 
70-ci illərdə və 80-ci illərin əvvəllərində yaradılmış çoxsaylı sənaye müəssisələri, həmin dövr üçün 
ən müasir texnologiyalara əsaslanan istehsal sahələri respublikanın iqtisadi infrastrukturunu köklü surətdə 
dəyişdirdi, onun aqrar yönümlü respublikadan daha çox sənaye yönümlü respublikaya çevrilməsinə zəmin 
hazırladı. Bakıda, Azərbaycanın digər şəhərlərində və rayon mərkəzlərində çoxlu sənaye istehsalı sahələri 
yarandı. 
Ölkənin  iqtisadi  həyatında  mühüm  rol  oynayan  Bakı  kondisionerləri  zavodu,  "Ozon"  Elmi-
İstehsalat  Birliyi,  Elektron  Hesablayıcı  maşınlar  zavodu,  dərin  özüllər  zavodu,  Azərbaycan  DRES-i, 
Sumqayıt Kompressor zavodu, üst trikotaj fabriki, Bakı tikiş və ayaqqabı fabriki, Gəncə əlvan metallar 
emalı zavodu, Naxçıvan şüşə qablar zavodu, Əli-Bayramlı məişət cihazları zavodu və s. yüzlərlə digər iri 
sənaye  obyektləri  70-ci  illərin  Heydər  Əliyev  iqtisadi  siyasətinin  diqqətəlayiq  bəhrələridir.  Bu  siyasətin 
nəticə miqyasını dərk etmək üçün aşağıdakı rəqəmlərə diqqət yetirmək kifayətdir: əgər 1970-ci ilə qədər 
Azərbaycanda cəmi 233 iri və orta sənaye müəssisəsi fəaliyyət göstərirdisə, təkcə 1970-ci illər- 1980- ci 
illərin ikinci yarısında 213 iri və orta sənaye müəssisəsi inşa edilərək istifadəyə verilmişdi; 1945-ci ildən 
1970-ci ilə qədər olan dövrlə nisbətdə 70-ci illər ərzində daha çox məhsul istehsal olunmuşdu. 
Azərbaycan  sənayesinin  inkişafında  müəyyənedici  amillərdən  biri  də  elmi-texniki  tərəqqinin 
nailiyyətlərinin  geniş  tətbiq  edilməsi  olmuşdur.  1971-1985-ci  illər  ərzində  581  adda  yeni  tipli  maşın, 
avadanlıq,  aparat  və  cihaz  nümunələri  yaradılmışdı;  1056  adda  mühüm  sənaye  məhsulunun  kütləvi 
buraxılışına başlanılmışdı; istehsalın texnoloji proseslərini idarə etmək üçün 94 avtomatlaşdırılmış sistem 
işə  salınmışdı.  1985-ci  ildə  sənayedə  2519  mexanikləşdirilmiş  axın  xətti,  310  avtomatlaşdırılmış  xətt, 
1300 komplektləşdirilmiş xətt və avtomatlaşdırılmış məntəqə, sex və istehsal sahəsi fəaliyyət göstərirdi. 
Azərbaycanın ənənəvi təsərrüfat sahələrinin - aqrar bölmənin sürətli inkişafı, respublikanın əlverişli 
üstünlüklərindən  bacarıqla  istifadə  edilməsi  70-ci  illərin  iqtisadi  strategiyasının  mühüm  tərkib 
hissələrindən  biri  olmuşdur.  Əsası  1969-cu  ildə  qoyulan  və  məqsədi  aqrar  sahəni  sürətlə  irəliyə 
aparmaqdan  ibarət  olan  həmin  strateji  xətt  çox  qısa  vaxtda  öz  bəhrələrini  verməyə  başladı.  Azərbaycan 
keçmiş  SSRİ-nin  ən  böyük  üzümçülük  respublikasına  çevrildi.  Üzüm  istehsalı  1969-cu  ildəki  272  min 
tondan  1980-ci  ildə  1481  min  tona  çatdırıldı.  Üzümçülüyün  inkişafı  çox  gəlirli  sahə  olan  şərabçılığın 
yüksəlişinə  güclü  təkan  verdi  ki,  bunun  da  nəticəsində  respublikamız  ixrac  etdiyi  çeşidli  şərablardan 
böyük mənfəət götürməyə başladı. 
1970-80-ci illərin birinci yarısında pambıqçılıq sürətlə inkişaf etdi və pambıq istehsalına münasibət 
kökündən  dəyişdi.  Nəticədə  pambıq  istehsalı  1970-ci  ildəki  335,6  min  tondan  artaraq  831,2  min  tona 
çatdı. 1982-ci ildə pambıqçılarımız artıq bir milyon ton pambıq istehsalı uğrunda çalışırdılar. 
Göstərilən  illərdə  bağçılıq-bostançılıq  sahələrində  güclü  artım  müşahidə  edilirdi.  Meyvə-tərəvəz 
istehsalının  1970-ci  ildəki  410  min  tondan  1982-ci  ildə  850  min  tona  yüksəlməsi  məhz  həmin  sahənin 


25 
 
inkişafına  yetirilən  böyük  diqqət  sayəsində  mümkün  olmuşdu.  Bu  yüksəliş  digər  bölmələrin  bütün 
sahələrində də baş vermişdi. 
Bu  illər  ərzində  milli  gəlirin  ümumi  həcmi  2,5  dəfə  artmışdı.  Respublikada  sənaye  istehsalı, 
həmçinin əmək məhsuldarlığı iki dəfə, xalq istehlakı mallarının istehsalı isə üç dəfə artmışdı. Həmin 14 
ildə  istehsal  olunmuş  sənaye  məhsulları  öz  həcminə  görə,  əvvəlki  50  ildəkinə  bərabər  olmuşdu.  Kənd 
təsərrüfatında  məcmu  məhsul  2,7  dəfə  artmış,  bu  sahədə  məhsuldarlıq,  o  cümlədən  əmək  məhsuldarlığı 
iki dəfədən artıq çoxalmışdı. 
Həmin  illərdə  xalq  təsərrüfatının  inkişafına  21,3  milyard  rubl  vəsait  cəlb  olunmuşdu  ki,  bu  da 
əvvəlki  əlli  illə  müqayisədə  1,5  dəfədən  də  artıq  idi.  İki  milyondan  çox  adam  öz  yaşayış  şəraitini 
yaxşılaşdırmışdı. 
Göstərilən illərdə respublikamız üçün gərəkli yüksək ixtisaslı kadrlar hazırlığına böyük əhəmiyyət 
verilmiş,  bu  sahəyə  olan  ehtiyacı  ödəmək  üçün  Azərbaycanın  daxilində  hazırlanan  ali  təhsilli 
mütəxəssislərlə  yanaşı,  Moskvanın,  eləcə  də  keçmiş SSRİ-nin  digər  şəhərlərinin  170  aparıcı  ali  elm  və 
təhsil  ocağına  3500  azərbaycanlı  oğlan  və  qız  göndərilmiş,  gənc  azərbaycanlı  oğlanların  ali  hərbi 
məktəblərə  cəlb  olunması  işinə  xüsusi  diqqət  yetirilmişdi.  Bütün  bunlar  Azərbaycanın  gələcək  inkişafı 
üçün qüdrətli kadr potensialının formalaşmasına böyük təsir göstərmişdi. Bir sözlə, 70-80-ci illərdə bütün 
zəruri işlər görülmüşdü ki, gələcəkdə müstəqillik şəraitində Azərbaycan özünü təmin etməyə qadir olsun. 
Təsadüfi deyildi ki, SSRİ dövlətinin dağılması ərəfəsində aparılan təhlillər göstərmişdi ki, keçmiş SSRİ-
də  yalnız  iki  respublika  tam  müstəqil  olaraq  öz  iqtisadiyyatını  idarə  edə  bilər:  Rusiya  Federasiyası  və 
Azərbaycan. Azərbaycanın sovet dövründə inkişafının ən bariz nəticəsi elə bu olmuşdu ki, həmin dövrdə, 
xüsusən  1969-1982-ci  illərdə  yaranmış  iqtisadi,  elmi-texniki  və  mədəni  potensial  respublikamızın  tam 
müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdı. 
1920-1991-ci  illərdə  Azərbaycanın  iqtisadiyyatı  ilə  yanaşı  təhsili,  elmi  və  mədəniyyəti  də  böyük 
inkişaf yolu keçmişdir. Dünyəvi teatr, müasir məktəb və demokratik mətbuatın yaranmasının bünövrəsi 
XIX əsrdə qoyulsa da, məhz bu 70 ildə ölkəmizdə savadsızlıq ləğv olunmuş, tam orta icbari təhsil tətbiq 
edilmiş,  təhsil  müəssisələrinin,  o  cümlədən  ali  məktəblərin  inkişaf  etmiş  şəbəkəsi  yaranmış,  Elmlər 
Akademiyası formalaşmış, qadınların hüquqlarının qorunması və sosial-iqtisadi həyatda fəal iştirakı təmin 
olunmuş, onlarla teatr açılmış, kino sənəti inkişaf etmiş, minlərlə qəzet və jurnal nəşr olunmuşdu. 
Beləliklə,  bütün  məhrumiyyətlərə,  ayrı-ayrı  illərdə  xalqın  milli-mənəvi  dəyərlərinə  sağalmaz 
yaralar vurulmasına baxmayaraq, Azərbaycanda sovet hakimiyyəti illərində, xüsusilə 1969-1982-ci illərdə 
müdrik  siyasi  rəhbərlik  sayəsində  həyatın  bütün  sahələrində  əldə  etdiyimiz  nəhəng  potensial  XX  əsrin 
sonunda yenidən qovuşduğumuz müstəqillik şəraitində respublikamız üçün çox gərəkli oldu. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə