Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   6   7   8   9   10   11   12   13   ...   101

19 
 
qeyd  olundu  ki,  Azərbaycanın  əhalisi  yalnız  azərbaycanlılardan  ibarət  olmadığı  üçün  Azərbaycan  Milli 
Şurasında  qeyri-millətlər  də  təmsil  olunmalıdır,  daha  doğrusu  Azərbaycan  ərazisində  yaşayan  bütün 
millətlər parlamentdə təmsil olunmalıdır. Azərbaycan Milli Şurasının tərkibi ölkə əhalisinin (2 mln. 750 
min nəfər) hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı idi. Onlardan 80 
nəfər  müsəlmanları,  21  nəfər  erməniləri,  10  nəfər  rusları,  1  nəfər almanları  və  1 nəfər  yəhudiləri  təmsil 
etməli  idi.  Sayları  çox  az  olduğu  üçün,  parlament  seçkilərində  iştirak  etmək  hüquqları  olmadığı  halda, 
gürcülər və polyaklar da hərəsinə bir deputatla parlamentdə təmsil olunmalı idilər. 
Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il tarixli iclasının qərarına əsasən hələ 1917-ci ilin 
sonlarında Ümumrusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə birbaşa yeni 
yaradılacaq parlamentin tərkibinə daxil edilirdi. Müsəlmanlardan - qalan 36 deputat və başqa millətlərin 
nümayəndələri yenidən seçilməli idi. Yeni Parlamentin formalaşdırılması 1918-ci il dekabrın 3-də başa 
çatdırılmalı idi. 
Göründüyü  kimi,  1918-ci  ilin  Mart  soyqırımından  hələ  vur-tut  yarım  il  keçməsinə  baxmayaraq 
Azərbaycan  parlamentində  21  nəfər  erməni  nümayəndəsinin  iştirakına  yol  açılırdı.  O  zamankı  tarixi 
şəraitdə  atılan  bu  addım  Azərbaycan  xalqının  demokratik  təbiətinə,  insan  haqlarına  nə  qədər  dərin 
hörmətlə yanaşmasına parlaq sübutdur. 
Parlament  demokratiyamızın  bu  parlaq  faktı  M.Ə.Rəsulzadənin  yeni  parlamentin  çağırılması  ilə 
bağlı  olaraq  1918-ci  il  noyabrın  29-da  xalqa  etdiyi  müraciətdə  də  əks  olunmuşdu:  -  "...bizə  fəlakət  və 
səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq. Tarix hamımızı bir yerdə yaşamaq 
məcburiyyətində qoyub. Yeni başlayan həyatın təbii məşəqqətlərini asanlıqla çəkmək üçün yaşayışımızı 
aqil  və  insani  əsaslar  üzərində  quraq,  bir-birimizi  sevək,  ehtiram  edək.  Milli  və  məzhəb  fərqlərinə 
baxmayaraq,  bütün  Azərbaycan  vətəndaşları  bir  vətənin  övladlarıdır.  Ümumi  vətəndə  müştərək 
həyatlarını  qurmaq  və  öz  səadətlərinə  birlikdə  yetişmək  üçün  onlar  bir-birlərinə  əl  uzatmalı  və  yardım 
etməlidirlər". 
M.Ə.Rəsulzadə  Azərbaycan  əhalisinə  müraciətdə  bildirirdi  ki,  azlıqda  qalan  millətlərin  və 
məmləkətin  vilayətlərinin də  nümayəndələri  təmsil  olunacaq  yeni parlament  yurdumuzun  sahibi  olacaq, 
onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcək. 
1918-ci  il  dekabrın  7-də  saat  13.00-da  H.Z.Tağıyevin  qızlar  məktəbinin  binasında  (hazırda 
Məhəmməd  Füzuli  adına  Əlyazmalar  İnstitutunun  yerləşdiyi  bina)  Azərbaycan  Parlamentinin  təntənəli 
açılışı oldu. Bu bütün Müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış 
ilk parlament idi. 
Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqi söylədi. 
"Müsavat" fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə 
onun  birinci  müavini  seçildi.  Paris  sülh  konfransına  yola  düşmüş  Ə.Topçubaşov  səfərdə  olduğu  üçün 
parlamentin  fəaliyyətinə  H.Ağayev  rəhbərlik  etdi.  Parlamentin  ilk  iclasındaca  F.Xoyski  hökumətinin 
istefası  qəbul  edildi  və  yeni  hökumətin  təşkil  olunması  qərara  alındı.  Yeni  hökumətin  təşkili  yenidən 
F.Xoyskiyə tapşırıldı. 
1918-ci  il  dekabrın  26-da  F.Xoyski  parlamentdə  öz  proqramı  ilə  çıxış  etdi  və  yeni  hökumətin 
tərkibini  təsdiq  olunmağa  təqdim  etdi.  Parlament  hökumətin  proqramını  qəbul  edərək  F.Xoyskinin 
yaratdığı hökumətə etimad göstərdi. 
Azərbaycan Parlamentinin fəaliyyətə başladığı dövrdəki tariximizin çox mühüm ibrət dərslərindən 
biri də budur ki, Cümhuriyyət xadimlərinin, bütün xalqımızın ilk Azərbaycan Parlamentində ermənilərə 
21,  ruslara  isə  10  yer  ayırmasına  baxmayaraq,  onlar  Parlamentin  açılışında  iştirak  etmədilər.  Bakıda 
fəaliyyət  göstərən  Rus  Milli  Şurası  Azərbaycanın  öz  müstəqilliyini  elan  etməsilə  "Vahid  və  bölünməz 
Rusiya"nın  parçalanmasına  yol  açdığı  üçün  "Azərbaycanın  Rusiyadan  ayrılması"  faktını  tanımadı  və 
Azərbaycan Parlamentini baykot etmək barədə qərar qəbul etdi. Lakin Azərbaycanda yaşayan rus-slavyan 
əhalisinin təzyiqi ilə sonralar Rus Milli Şurası həmin qərarı ləğv etməyə məcbur oldu. 
Həmin  dövrdə  Azərbaycanın  müstəqilliyi  ilə  barışa  bilməyən  ermənilər  də  Rus  Milli  Şurasını 
müdafiə  etdilər  və  iki aydan  çox  müddət  ərzində  Parlamentin iclaslarında  iştirak  etmədilər.  Parlamentə 
qatıldıqdan sonra isə həmişə Azərbaycan dövlətçiliyinə xəyanət mövqeyindən çıxış etdilər. 
Bundan  əlavə,  ölkədə  ali  hakimiyyəti  öz  əlində  cəmləşdirmiş  və  sayı  100  nəfərə  çatmayan 
Parlamentdə  11  fraksiya  və  qrupun  fəaliyyət  göstərməsi  də  olduqca  mürəkkəb  daxili  və  beynəlxalq 
şəraitdə müstəqil dövlət quruculuğuna ciddi əngəl törədirdi. Ayrı-ayrı fraksiya və qruplar bir çox hallarda 
özlərinin  məhdud  fraksiya  və  qrup  mənafelərini  ümummilli  mənafedən  üstün  tuturdular.  Məsələn, 
Parlamentin  sosialist  bloku  "yoxsulların  mənafeyini  müdafiə  etmək"  pərdəsi  altında,  müntəzəm  olaraq, 
Azərbaycanın  Sovet  Rusiyasına  birləşdirilməsini  təbliğ  etmiş,  Sovet  Rusiyasında  diplomatik 
nümayəndəlik  açılması  barədə  qərar  qəbul  edilməsinə  nail  olmuş,  nəhayət,  Qızıl  Ordunun  ölkəyə 


20 
 
müdaxiləsinə tərəfdar çıxmışdı ki, bu da mahiyyətcə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı pozuculuq 
işi aparmaqdan başqa bir şey deyildi. 
Bununla belə, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, o cümlədən 17 
aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi 
yüksək  səviyyəli  qanunvericilik  aktları  və  qərarları  ilə  Azərbaycan  dövlətçiliyi  tarixində,  xüsusən  də 
parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur. 
Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  parlamentçilik  tariximiz  iki  dövrə  ayrılır:  birinci  dövr- 
1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Altı aya qədər davam edən bu müddət ərzində 
Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan 
ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdi. İlk Parlamentimiz 1918-ci il mayın 
28-də  Azərbaycanın  müstəqilliyini  elan  etmiş,  ölkənin  idarə  olunmasını  öz  üzərinə  götürmüş  və  tarixi 
İstiqlal Bəyannaməsini qəbul etmişdir. Azərbaycan Milli Şurasının o zaman çox mürəkkəb  və həlledici 
bir  tarixi  məqamda  Tiflisdə  -  Qafqaz  canişininin  iqamətgahında  elan  etdiyi  İstiqlal  Bəyannaməsi 
Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin  ən parlaq hüquqi sənədi olaraq bu gün 
də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır. Milli Şura dövründə Azərbaycan Parlamentinin təsis 
toplantısı ilə birlikdə cəmi 10 iclası keçirilmişdir. İlk iclas - 1918-ci il mayın 27-də Tiflisdə, son iclas - 
1918-ci  il  noyabrın  19-da  Bakıda  keçirilmişdir.  Mayın  27-də  Azərbaycan  Milli  Şurası  təsis  olunmuş, 
iyunun  17-də  isə  fəaliyyətini  müvəqqəti  dayandırıb,  6  aydan  gec  olmayaraq  Müəssislər  Məclisi 
çağırılmaq  şərti  ilə,  bütün  qanunverici  və  icraedici  hakimiyyəti  Müvəqqəti  hökumətə  vermişdi.  Xalq 
Cümhuriyyəti  hökuməti  1918-ci  il  sentyabrın  17-də  Bakıya  köçdükdən  sonra  Azərbaycan  Milli  Şurası 
noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa etmişdi. Noyabrın 19-da Azərbaycan Milli Şurası həmin il 
dekabrın  3-də  Müəssislər  Məclisinin  -  geniş  tərkibli  Azərbaycan  Parlamentinin  çağırılması  haqqında 
qanun  qəbul  etdi  və  öz  fəaliyyətini  dayandırdı.  Beləliklə,  Azərbaycan  Parlamenti  öz  fəaliyyətinin  bu 
dövründə, daha doğrusu Milli Şura dövründə Tiflisdə, Gəncədə və Bakıda fəaliyyət göstərmişdir. 
Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində ikinci dövr və ya Bakı dövrü 1918-ci il 
dekabrın 7-dən 1920-ci il aprelin 27-dək - cəmi 17 ay davam etmişdir. İlk iclas - 1918-ci il dekabrın 7-də, 
son iclas - 1920-ci il aprelin 27-də keçirilmişdir. Bu dövrdə Parlamentin cəmi 145 iclası olmuşdur. Bütün 
bu  iclaslarda  Azərbaycan  Xalq  Cümhuriyyətinin  Parlamenti  İstiqlal  Bəyannaməsinin  müəyyən  etdiyi 
prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və 
müstəqilliyini  qoruyub  saxlamaq,  insan  haqları  və  azadlıqlarının  dolğun  təmin  olunduğu  ən  müasir 
hüquqi-demokratik  dövlət  yaratmaq  məqsədi  daşıyan  çox  mühüm  qanunlar  və  qərarlar  qəbul  etmişdi. 
Bütün  bu  qanunlar  və  qərarlar,  nəticə  etibarilə,  hakimiyyətin  üç  qolunun  -  qanunvericilik,  icra  və 
məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi. 
Birinci  dünya  müharibəsində  böyük  dövlətlərin  dünyanı  bölüşdürmək  uğrunda  mübarizəsinin 
həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir 
daxili  və  beynəlxalq  tarixi  şəraitdə  fəaliyyət  göstərən  Azərbaycan  Parlamenti  öz  fəaliyyətinin  mühüm 
hissəsini  dövlət  müstəqilliyinin  qorunub  saxlanmasına  və  ordu  quruculuğu  məsələlərinə  yönəltmişdi. 
Qeyd  olunmalıdır  ki,  Parlamentin  bu  sahədə qəbul  etdiyi  qanun  və  qərarların  müzakirəsində  Parlament 
üzvləri, bir qayda olaraq, həmrəylik və yekdillik nümayiş etdirirdilər. 
Çox  mürəkkəb  şəraitdə  fəaliyyət  göstərməsinə  baxmayaraq,  xalqımızın  milli  oyanışını  əbədi 
etməyə  çalışan  Cümhuriyyət  hökuməti  və  parlamenti  elmin,  təhsilin  və  xalq  maarifinin,  səhiyyənin 
inkişafını  diqqət  mərkəzində  saxlayırdı.  Ölkənin  hər  yerində  müxtəlif  pillədən  olan  məktəblər, 
gimnaziyalar,  qız  məktəbləri,  uşaq  bağçaları,  qısa  müddətli  müəllim  kursları,  kitabxanalar  açılır,  kənd 
yerində  xəstəxana  və  feldşer  məntəqələri  şəbəkəsi  yaradılır,  yoluxucu  xəstəliklərə  qarşı  mübarizə 
aparılırdı.  Bu  baxımdan  Parlamentin  1919-cu  il  sentyabrın  1-də  Bakı  Dövlət  Universitetinin  təsis 
olunması  haqqında  qəbul  etdiyi  qanunu  xüsusi  qeyd  etmək  lazımdır.  Milli  universitetin  açılması 
Cümhuriyyət  xadimlərinin  doğma  xalq  qarşısında  çox  mühüm  tarixi  xidməti  idi.  Sonralar  Azərbaycan 
Xalq  Cümhuriyyəti  süqut  etsə  də,  Cümhuriyyət  ideyalarının  yaşamasında  və  xalqımızın  yenidən 
müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı. 
Ölkədə  elm  və  təhsilin  inkişafına  xüsusi  diqqət  yetirən  Cümhuriyyət  hökuməti  və  Parlamenti  bu 
sahədə  milli  kadrlar  hazırlanmasının  sürətləndirilməsinə  xüsusi  səy  göstərirdi.  Bu  zaman  Azərbaycan 
Parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün 
xarici  ölkələrə  göndərilməsi  barədə  qanun  qəbul  etmişdi.  Bu  işə  nə  qədər  böyük  əhəmiyyət  verildiyi 
ondan  görünür  ki,  Parlament  xaricə  göndəriləcək  gəncləri  müəyyən  etmək  üçün  M.Ə.Rəsulzadənin 
başçılığı ilə beş nəfərdən (Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Abdulla bəy 
Əfəndiyev) ibarət xüsusi müsabiqə komissiyası yaratmışdı. Komissiyanın qərarına əsasən ali təhsil almaq 
üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər İngiltərə, 9 nəfər Türkiyə ali məktəblərinə göndərilmişdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə