Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   5   6   7   8   9   10   11   12   ...   101

18 
 
Azərbaycan  Milli  Şurası  çətinliklə  əldə  olunmuş  istiqlalın  itirilməsindən  ehtiyat  edərək  o  zaman 
həm  də  qərara  almışdı  ki,  qısa  müddət  ərzində  Müəssislər  Məclisi  çağırılmalıdır  və  o  vaxta  qədər 
F.Xoyski  hökuməti  hakimiyyəti  öz  əlində  saxlamalı, heç  kimə  güzəştə  getməməlidir.  Azərbaycan  Milli 
Şurası,  eyni  zamanda,  F.Xoyski  hökumətinin  hüquq  və  səlahiyyətlərini  də  konkret  şəkildə 
müəyyənləşdirmişdi.  Hökumət  Azərbaycanın  dövlət  müstəqilliyini,  mövcud  siyasi  azadlıqları  ləğv  edə 
bilməzdi  və  aqrar  məsələ,  həmçinin  bunun  kimi  digər  mühüm  məsələlər  barədə  inqilabi  qanunları 
dəyişdirmək hüququna malik deyildi. Qalan məsələlərdə isə hökumətə müstəqil hərəkət etmək səlahiyyəti 
verilirdi. Müvəqqəti hökumət altı aydan gec olmayaraq Müəssislər Məclisi çağırmalı idi. 
Beləliklə,  Azərbaycan  Xalq  Cümhuriyyətinin  ilk  Parlamenti  Azərbaycan  Milli  Şurası  özünün  ilk 
addımlarını atmağa başladı. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 27-dən iyunun 17-dək davam 
edən  və  20  gün  sürən  ilk  fəaliyyəti  dövründə  cəmi  7  iclası  keçirildi  və  bu  iclaslarda  başlıca  olaraq  iki 
mühüm  qərar  qəbul  edildi:  birincisi  -  Azərbaycanın  istiqlalı  elan  olundu  və  İstiqlal  bəyannaməsi  qəbul 
edildi; ikincisi  - Gəncədə Fətəli xan Xoyski başda olmaqla ilk Azərbaycan hökumətini formalaşdırdı və 
1813-cü ildən sonra ilk dəfə olaraq Azərbaycanın müstəqil idarə olunmasına başlandı. Azərbaycanın bir 
hissəsində - Şimali Azərbaycanda respublika quruluşu yaradıldı. 
1918-ci  il  iyunun  17-də  hakimiyyətə  gələn  F.Xoyskinin  başçılıq  etdiyi  Azərbaycan  Xalq 
Cümhuriyyəti hökuməti çox ağır bir beynəlxalq və daxili şəraitdə, faktiki olaraq, soyqırımı taleyi yaşayan 
Azərbaycan xalqını tarixin ən ağır qanlı burulğanından çıxarmaq məsuliyyətini öz üzərinə götürməli oldu. 
Təcili  olaraq  müstəqil  Azərbaycanın  dövlət  quruculuğuna  başlandı.  Hökumət  yaranmış  vəziyyətdən 
çıxmaq  üçün  ilk  günlərdəncə  qəti  tədbirlərə  əl  atdı.  İyunun  19-da  bütün  Azərbaycan  ərazisində  hərbi 
vəziyyət  elan  olundu.  İyunun  24-də  qırmızı  parça  üzərində  ağ  aypara  və  ağ  səkkizguşəli  ulduz  təsvir 
olunan bayraq azad Azərbaycanın dövlət rəmzlərindən biri kimi qəbul olundu. İyunun 26-da Müsəlman 
hərbi  korpusu  ayrıca  Azərbaycan  Korpusuna  çevrildi  və  həmin  korpusun  komandirinə  general  rütbəsi 
verildi.  Diviziya  komandiri  səlahiyyətlərinə  malik  olan  Azərbaycan  Korpusunun  komandiri  hökumətin 
xüsusi  tapşırığını  yerinə  yetirməyə  başladı  ki,  bu  da  faktiki  olaraq  Azərbaycan  silahlı  qüvvələrinin 
yaradılması  demək  idi.  İyunun  27-də  Azərbaycan-türk  dili  dövlət  dili  elan  olundu.  Dövlət  quruculuğu 
daha  da  genişləndirildi.  Türkiyədən  dərsliklər  gətirmək  və  müəllimlər  dəvət  etmək  barədə  qərar  qəbul 
olundu. Məktəblər milliləşdirildi. Yeni müəllim kursları və məktəblər açıldı. Yelizavetpol və Qaryaginin 
tarixi  adları  bərpa  olunaraq  yenidən  Gəncə  və  Cəbrayıl  adlandırıldı.  Milli  orduya  səfərbərlik  keçirildi. 
İyul  ayının  15-də  Fövqəladə  Təhqiqat  Komissiyası  yaratmaq  barədə  qərar  qəbul  olundu.  Komissiya 
Birinci  dünya  müharibəsi  dövründə  bütün  Cənubi  Qafqaz  ərazisində  türk-  müsəlman  əhaliyə  qarşı 
törədilən soyqırımı vəhşiliklərini və onların əmlakının talan olunması məsələlərini araşdırıb cinayətkarları 
məhkəmə  məsuliyyətinə  cəlb  etməli  idi.  Hökumətin  bu  qərarı  ilə,  əslində,  müstəqil  Azərbaycanın  milli 
təhlükəsizlik  sisteminin  yaradılmasının  əsası  qoyuldu.  Bundan  əlavə,  hökumətin  nəzarəti  altında  olan 
ərazidə  vəziyyəti  sabitləşdirmək,  nəqliyyat,  poçt-teleqraf  rabitəsi  yaratmaq  üçün  də  bir  sıra  mühüm 
tədbirlər  görüldü.  Avqustun  11-də  hərbi  mükəlləfiyyət  haqqında  qərar  qəbul  olundu.  Avqustun  23-də 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  vətəndaşlığı  haqqında  fərman  verildi.  Lakin  F.Xoyski  hökumətinin 
başlıca  vəzifəsi  ölkənin  bütün  ərazisində  Azərbaycan  Xalq  Cümhuriyyətinin  hakimiyyətini  bərqərar 
etmək, Bakını və onun ətraflarını Azərbaycan xalqının düşmənlərindən təmizləmək idi. 
1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü 
dəstələrinin  köməyi  ilə  Bakını  ələ  keçirdi.  Şəhər  S.Şaumyanın  bolşevik-daşnak  rejimindən  sonra 
hakimiyyəti ələ keçirmiş menşevik-daşnak tör-töküntülərindən "Sentrokaspi diktaturası"ndan təmizləndi. 
1918-ci  il  sentyabrın  17-də  F.Xoyski  kabinetinin  təşkilindən  üç  ay  sonra  Azərbaycan  Xalq 
Cümhuriyyəti  hökuməti  Bakıya  köçdü.  Bakı  paytaxt  elan  olundu.  Azərbaycan  Xalq  Cümhuriyyətinin 
hakimiyyət dairəsi genişləndi. Noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı üzərində 
aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu. İctimai-siyasi, iqtisadi və mədəni 
həyatın müxtəlif sahələrində quruculuq işləri daha da genişləndirildi. Parlamentli respublika idarəçiliyinin 
hüquqi  norma  və  qaydalarına  sadiq  qalan  F.Xoyski  hökuməti,  eyni  zamanda,  Müəssislər  Məclisinin 
çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı: Milli Şuranın 1918-
ci  il  17  iyun  tarixli  qərarından  hələ  6  ay  keçməməsinə,  daha  doğrusu  hökumətin  təkbaşına  hakimiyyəti 
davam etdirmək imkanı olduğu halda, F.Xoyskinin təşəbbüsü və müraciətinə əsasən 1918-ci il noyabrın 
16-da  Azərbaycan  Milli  Şurası  yenidən  fəaliyyətə  başladı.  Hökumətin  sədri  F.Xoyskinin  təklifi  ilə 
Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürdü. 
Azərbaycan  Milli  Şurasının  1918-ci  il  noyabrın  19-da  M.Ə.Rəsulzadənin  sədrliyi  ilə  keçirilən 
iclasında Azərbaycan parlamentçiliyi tarixinin çox mühüm qərarları qəbul olundu. O zaman Azərbaycan 
Xalq Cümhuriyyətinin fövqəladə dərəcədə çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq 
Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə demokratik inkişaf yolu tutdu. 19 noyabr tarixli həmin iclasda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə