Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   2   3   4   5   6   7   8   9   ...   101

11 
 
birləşdirən  beynəlxalq  ticarət  yollarının  Albaniyadan  keçməsi  ölkənin  xarici  ticarət  əlaqələrinə  müsbət 
təsir göstərirdi. 
Eramızın əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşdı: III əsrdə 
Azərbaycanı  Sasani-İran  imperiyası,  VII  əsrdə  isə  Ərəb  xilafəti  işğal  etdi.  İşğalçılar  ölkəyə  İranın  və 
Ərəbistanın içərilərindən çoxlu iran və ərəb mənşəli əhali köçürüb gətirdilər. Gəlmə əhali mühüm hərbi-
strateji  əhəmiyyətə  malik  olan  məntəqələrdə  və  ən  məhsuldar  torpaqlarda  yerləşdirildi.  Onlara  geniş 
imtiyazlar verildi. 
Lakin  bütün  bunlar  Azərbaycanın  qədim  dövlətçilik  ənənələrini  məhv  edə  bilmədi.  Azərbaycan 
xalqının  təşəkkülü  prosesi  davam  etdi.  Uzun  tarixi  dövr  ərzində  Azərbaycanın  bütöv  halda  həmin 
imperiyaların tərkibində olması nəticəsində, ölkənin bütün bölgələri arasında daxili əlaqələr, ilk növbədə 
ticarət əlaqələri genişləndi. Azərbaycanın şimal və cənub, şərq və qərb bölgələri arasında etnik-siyasi və 
mədəni birliyin yaranması yolunda mühüm irəliləyiş baş verdi. Bu dövrdə Tanrıya sitayiş - tanrıçılıq hələ 
başqa  dini  görüşləri  sıxışdırıb  tamamilə  aradan  qaldıra  bilməmişdi.  Zərdüştilik,  atəşpərəstlik,  Günəşə, 
Aya,  Göyə,  ulduzlara,  torpağa,  suya  və  s.  sitayiş  davam  etməkdə  idi.  Ölkənin  şimalında  -  Albaniya 
ərazisinin bəzi yerlərində xristianlıq yayılmaqda idi. 
VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri baş 
verdi.  Ölkədə  dini  birliyin  yaranması  bütün  Azərbaycan  ərazisində  vahid  adət-ənənələrin  təşəkkülünə, 
əlaqələrin genişlənməsinə səbəb oldu. 
Bununla  belə,  təkallahlı  dinlərə  sitayiş  edənləri  müsəlmanlaşdırmaq  islamın  prinsiplərinə  zidd 
olduğu üçün ərəb fütuhatları dövründə Albaniyanın xristian əhalisi islam dininin təsir dairəsindən kənarda 
qaldı. Beləliklə, ölkədə dini ayrılıq baş verdi: çoxluq təşkil edən və ölkənin bütün ərazisinə yayılmış olan 
müsəlman  əhali;  bir  də,  azlıq  təşkil  edən  və  əsasən  Şimali  Azərbaycanın  qərb  bölgələrində  yaşayan 
xristian albanlar. Zaman keçdikcə Qərbi Azərbaycanın, o cümlədən Qarabağın dağlıq bölgələrinin xristian 
əhalisi qriqoryanlaşdırılmağa başladı. 
Xilafət dağıldıqdan sonra - IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən 
dirçəldi.  Azərbaycanda  yeni  siyasi  dirçəliş  başlandı:  Azərbaycan  torpaqlarında  Sacilər,  Şirvanşahlar, 
Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. Siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində 
oyanış baş verməkdə idi. 
Ərəb  xilafətinin  süqutu  və  Azərbaycan  dövlətçiliyinin  dirçəlişi  ilə  bir  zamanda  Azərbaycan  dili 
bütün ölkə ərazisində əsas ünsiyyət vasitəsinə çevrildi. Bu, Azərbaycanın gələcək inkişafına güclü təkan 
verə biləcək tarixi nailiyyət idi. IX  əsrin 70-ci illərinin sonlarından başlayaraq yarım  əsrdən çox davam 
edən  bir  tarixi  dövr  ərzində  (879-941)  Azərbaycan  torpaqlarının  hamısının  vahid  Azərbaycan  Sacilər 
dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə, 
etnik  fərqlərin  aradan  qalxması  və  vahid  Azərbaycan  xalqının  formalaşması  prosesinin  daha  da 
sürətlənməsinə müsbət təsir göstərdi. 
Sacilər  dövləti  özünün  ən  qüdrətli  çağlarında  Zəncandan  Dərbəndə,  Xəzər  sahillərindən  Ani  və 
Dəbil  şəhərlərinə  qədər  geniş  əraziləri  əhatə  edirdi.  Bütün  Azərbaycan  torpaqları  Sacilər  dövlətinin 
tərkibinə daxil idi. Məhz bu dövrdə Azərbaycan və ümumtürk ədəbiyyatının şah əsəri olan "Kitabi-Dədə 
Qorqud"  dastanları,  demək  olar  ki,  bütün  Azərbaycan  torpaqlarında  yayıldı.  Beləliklə,  600  ilə  qədər 
davam  edən  Sasani  və  ərəb  əsarətindən  sonra  yerli  dövlətlərin  (Sacilər,  Şirvanşahlar,  Salarilər, 
Rəvvadilər,  Şəddadilər)  yaranması,  islam  dininin  bütün  ölkə  ərazisində  əsas  təkallahlı  dinə  çevrilməsi 
Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı. 
İslam  dini,  eyni  zamanda,  Azərbaycanı  idarə  edən  ayrı-ayrı  feodal  sülalələrinin  tez-tez  bir-birini 
əvəz etdiyi bir tarixi şəraitdə bütün Azərbaycan əhalisinin yadelli qəsbkarlara qarşı vahid qüvvə halında 
birləşməsində  də  mütərəqqi  rol  oynadı.  Ümumi  düşmənlərə qarşı  mübarizədə  sıx  birləşməyin  zəruriliyi, 
vahid  dinin  -  islamın  ölkə  əhalisinin  qaynayıb-  qarışmasına,  qohumlaşmasına,  ümumi  adət  və 
mərasimlərə yol açması etnik-siyasi birliyi daha da möhkəmləndirdi. 
Bununla  belə,  Ərəb  xilafətinin  tənəzzülündən sonra  yaranmış  dövlətlərdən  heç  birinin  uzun  tarixi 
dövr  ərzində  Azərbaycanın  bütün  ərazisini  əhatə  edən  vahid,  davamlı  və  qüdrətli  dövlətə  çevrilə 
bilməməsi nəticəsində ölkədə uzun sürən siyasi sabitlik də yaranmadı. Azərbaycan Orta Asiyadan Aralıq 
dənizi  sahillərinə  və  Dərbənd  keçidindən  İran  körfəzinə  qədər  geniş  əraziləri  əhatə  edən  Böyük  Səlcuq 
imperatorluğunun tərkibinə daxil edildi. 
Səlcuq  dövrü  Azərbaycanın  tarixi  müqəddəratında  həlledici  rol  oynadı.  Sultan  Alp  Arslan 
Malazgird vuruşmasında (26 avqust 1071-ci il) Bizans imperiyasının hərbi qüvvələrini darmadağın edərək 
qəti qələbə çaldı. Beləliklə, müxtəlif tarixi dövrlərdə (həm eramızdan əvvəl, həm də sonra) soykökündə, 
başlıca olaraq, iskit (skit, skif), sak, massaget, hun, bulqar, xəzər, barsil, peçeneq, suvar, habelə başqa türk 
və qeyri-türk etnoslarının iştirak etdiyi və oğuz türklərinin (qaraqoyunlular, ağqoyunlular, səlcuqlar və b.) 


12 
 
həlledici  rol  oynadığı  Azərbaycan  xalqının  təşəkkülü  prosesi  başa  çatdı.  Azərbaycan  dili  bütün  Cənubi 
Qafqazda,  o  cümlədən  Azərbaycan  ərazisində  başlıca  ünsiyyət  vasitəsi  oldu.  Sadə  və  anlaşıqlı 
Azərbaycan  dili  məhdud  dairədə  fəaliyyət  göstərən  dilləri,  həmçinin  ərəb  və  fars  dillərini  sıxışdıraraq 
bütün ölkə miqyasında canlı ümumxalq dilinə çevrildi. El sənətkarlarının -ozanların (aşıqların) oba-oba, 
oymaq-oymaq gəzib yaydıqları şifahi xalq yaradıcılığı nümunələri, çox keçmədən, hamının başa düşdüyü 
doğma Azərbaycan dilində nadir ədəbi incilərin meydana gəlməsi üçün zəmin yaratdı. 
Böyük  Səlcuq  imperatorluğunun  süqutundan  sonra  qüvvətlənən  Şirvanşahlar  və  Eldənizlər 
dövlətləri  Azərbaycan  xalqının  dövlətçilik  ənənələrinin  davam  etdirilməsində  və  daha  da  yüksəlişində 
mühüm rol oynadılar. 
Yaxın  və  Orta  Şərqin  ən  qüdrətli  dövlətinə  çevrilən  Azərbaycan  Eldənizlər  dövləti  Azərbaycan 
xalqının  etnik-siyasi  tarixində  xüsusilə  böyük  rol  oynadı.  Eldənizlərin  hakimiyyəti  dövründə  bütün 
Azərbaycan  torpaqlarının  vahid  dövlətin  tərkibində  birləşdirilməsi  iqtisadi,  siyasi  və  mədəni  həyatın 
bütün  sahələrində  güclü  yüksəlişə  səbəb  oldu.  Sənətkarlıq,  ticarət,  elm  və  mədəniyyət  daha  da  inkişaf 
etdi.  Daxili  və  xarici  ticarət  əlaqələri  genişləndi.  Mədrəsələr  açıldı,  məscidlər,  nadir  memarlıq  abidələri 
ucaldıldı.  Azərbaycan  intibahı  özünün  Xaqani,  Nizami,  Əcəmi  zirvəsinə  ucaldı.  Görkəmli  dövlət 
xadimləri  Şəmsəddin  Eldəniz,  Məhəmməd  Cahan  Pəhləvan  və  Qızıl  Arslan  Azərbaycanın  dövlət 
idarəçiliyi  tarixinə  parlaq  səhifələr  yazdılar.  Eldənizlərin  hakimiyyəti  dövründə  Azərbaycan  dili  və 
mədəniyyətinin  yayıldığı  ərazi  daha  da  genişləndi.  Beləliklə,  Ərəb  xilafətinin  tənəzzülündən  sonra  -  IX 
əsrin  ortalarından  başlayaraq  Qafqazda,  habelə  bütün  Yaxın  və  Orta  Şərqdə  imperiyaların  rolu  artdı. 
Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimləri, Səlcuqlar, Eldənizlər, Monqollar, 
Elxanilər-Hülakular,  Çobanilər,  Cəlayirlər,  Teymurilər,  Osmanlılar,  Qaraqoyunlular,  Səfəvilər,  Qacarlar 
və başqa sülalələrin idarə etdikləri dövlətlər təkcə Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqazın 
deyil, eyni zamanda, bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoydular. 
XV-XVIII  əsrlərdə  Azərbaycanın  dövlətçilik  mədəniyyəti  daha  da  zənginləşdi.  Bu  dövrdə  Şərqin 
geniş  ərazili  Qaraqoyunlu,  Ağqoyunlu  və  Səfəvi  dövlətləri  bilavasitə  Azərbaycan  sülalələri  tərəfindən 
idarə  olunurdu.  Bu  mühüm  amil  Azərbaycanın  daxili  və  beynəlxalq  əlaqələrinə  müsbət  təsir  göstərir, 
ölkəmizin və xalqımızın hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, 
Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı. 
Bəhs  olunan  dövrdə  Azərbaycan  dövlətləri  Yaxın  və  Orta  Şərqin  beynəlxalq  münasibətlərində,  hərbi-
siyasi  həyatında  mühüm  rol  oynamaqla  yanaşı,  Avropa  -  Şərq  münasibətlərində  də  çox  fəal  iştirak 
edirdilər. 
Azərbaycanın  böyük  dövlət  xadimi  Uzun  Həsənin  (1468-1478)  hakimiyyəti  illərində  Ağqoyunlu 
dövləti  bütün  Yaxın  və  Orta  Şərqdə  qüdrətli  hərbi-siyasi  amilə  çevrildi.  Azərbaycanın  dövlətçilik 
mədəniyyəti  daha  da  inkişaf  etdi.  Uzun  Həsən  bütün  Azərbaycan  torpaqlarını  əhatə  edən  güclü 
mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı. 
Uzaqgörən  dövlət  xadimi  ölkənin  iqtisadi  qüdrətini  artırmaq  üçün  xəzinəyə  vergi  ödəyən  əhalinin 
vəziyyətini  yaxşılaşdırmağa,  oturaq  təsərrüfat  sahələrini  inkişaf  etdirməyə,  dövlət  məmurlarının 
özbaşınalığına  və  iri  tayfa  başçılarının  hərbi-  siyasi  müstəqilliyinə  son  qoymağa  çalışırdı.  Uzun  Həsən 
məmləkətdə məzhəb ayrılığının baş verəcəyini və bunun dövlətin qüdrətinə, ölkənin etnik-siyasi birliyinə 
mənfi təsir göstərəcəyini irəlicədən görürdü. Buna görə də bacısını Şeyx Cüneyd Səfəviyə, qızını isə Şeyx 
Heydər  Səfəviyə  verməklə  məmləkətdə  yaxınlaşmaqda  olan  məzhəb  parçalanmasının  qarşısını  almağa, 
ağqoyunlularla  səfəvilər  arasında  barışıq  yaratmağa  çalışırdı.  Dünya  hərb  sənətində  baş  verən 
dəyişiklikləri  diqqətlə  izləyən  görkəmli  sərkərdə  güclü  nizami  ordu  yaratmağa  çalışır,  muzdla  xidmət 
edən piyada qoşunların sayını artırır, odlu silahlar istehsalına başlamaq və güclü artilleriya yaratmaq üçün 
hazırlıqlar  görürdü.  Bu  məqsədlə  o,  İtaliyadan  toptökən  ustalar  və  hərbi  mütəxəssislər  dəvət  etmişdi. 
Görkəmli  dövlət  xadimi  elmin,  maarifin  inkişafına  xüsusi  diqqət  yetirirdi.  O,  dövrün  ən  qabaqcıl 
alimlərini öz sarayına toplamışdı. Hökmdarın şəxsi kitabxanasında 60-a qədər alim çalışırdı. Uzun Həsən 
sarayında dövrün görkəmli alimlərindən ibarət elmi məclis fəaliyyət göstərirdi. Böyük hökmdar Qurani-
Kərimi  azərbaycancaya  çevirtdirmiş,  dövrün  görkəmli  elm  adamı  Əbu  Bəkr  Tehraniyə  "Kitabi-
Diyarbəkriyyə"  adlı  oğuznamə  yazdırmışdı.  Uzun  Həsən  dövründə  Azərbaycanın  Şərq-Qərb 
əlaqələrindəki  rolu  daha  da  artmışdı.  Azərbaycanın  ənənəvi  əlaqələr  saxladığı  Şərq  ölkələrindən  başqa 
Avropa  dövlətləri  ilə  də  geniş  diplomatik  münasibətlər  yaratmışdı.  Uzun  Həsən  dövründə  Azərbaycan 
elçiləri  Venesiya  Respublikası,  Papalıq,  Neapol  krallığı,  Albaniya,  Macarıstan,  Polşa,  Almaniya, 
Burqundiya hersoqluğu, Kipr, Rodos, Trabzon imperatorluğu, Böyük Moskva knyazlığı ilə, həmçinin bir 
çox qonşu Şərq ölkələri hökmdarlarının saraylarında diplomatik danışıqlar aparmışdılar. Xarici ölkələrlə 
aparılan danışıqlarda Uzun Həsənin anası - o zaman bütün Şərqdə yeganə qadın diplomat olan Sara Xatun 
mühüm  rol  oynayırdı.  Təbrizdə  -  Uzun  Həsən  sarayında  Venesiya  Respublikasının  daimi  səfirliyi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə