Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   7   8   9   10   11   12   13   14   ...   101

21 
 
Rusiyada oxumaq üçün seçilmiş 13 nəfər gənc orada vətəndaş müharibəsi getdiyi üçün təhsil almağa gedə 
bilməmişdi. 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  Parlamenti  və  hökuməti  ölkənin  başının  üstünü  alan  xarici 
müdaxilə təhlükəsini sovuşdurmaq üçün gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün də böyük 
iş  aparırdı.  Bununla  bağlı  olaraq  Cümhuriyyət  Parlamenti  1918-ci  il  dekabrın  28-də  parlamentin  sədri 
Ə.M.Topçubaşovun  başçılığı  ilə  Paris  sülh  konfransına  xüsusi  nümayəndə  heyətinin  göndərilməsi 
haqqında  qərar  qəbul  etmişdi.  Cümhuriyyət  dövrünün  görkəmli  dövlət  xadimi  Ə.M.Topçubaşov  ağır 
çətinlikləri  dəf  edərək  Azərbaycan  Xalq  Cümhuriyyətinin  bir  sıra  böyük  dövlətlər  tərəfindən  de-fakto 
tanınmasına nail olsa da, XI Qızıl Ordunun Şimali Azərbaycanı işğal etməsilə onun bu sahədəki fəaliyyəti 
yarımçıq qaldı. 
Azərbaycan  Parlamentinin  və  Cümhuriyyət  hökumətinin  fəaliyyətinin  çox  mühüm  hissəsini  daim 
özünə  cəlb  edən  məsələlərdən  biri  də  yaxın  qonşularla  münasibətlər  və  sərhəd  məsələləri  olmuşdur. 
Aparılan  çox  gərgin  işdən  sonra  Gürcüstanla  münasibətlər  nizama  salınsa  da,  Ermənistan  hökumətinin 
böyük  ərazi  iddiaları  üzündən  Azərbaycan  -  Ermənistan  münasibətlərini  normal  məcraya  yönəltmək 
mümkün  olmamışdı.  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  qonşu  İranla  da  bir  sıra  saziş  və 
müqavilələr imzalanmış və həmin sənədlər Parlamentdə təsdiq olunmuşdur. 
Cümhuriyyət  dövründə  Azərbaycanda  parlamentçilik  ənənələri  getdikcə  möhkəmlənir  və  inkişaf 
edir, ən müasir parlament mədəniyyəti formalaşırdı. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 
dövrdə ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 
may  -  19  noyabr  1918-ci  il),  145-i  isə  Azərbaycan  Parlamentinin  fəaliyyət  göstərdiyi  dövrdə  (7  dekabr 
1918-ci il - 27 aprel 1920-ci il) olmuşdur. 
Parlamentin  müzakirəsinə  270-dən  çox  qanun  layihəsi  çıxarılmış,  onlardan  230-a  yaxını  qəbul 
olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü 
oxunuşdan sonra qəbul olunurdu. 
Parlament  qanunlarının  hazırlanması,  müzakirəsi  və  təsdiq  olunmasında  11  fraksiya  və  qruplara 
mənsub olan millət vəkilləri iştirak edirdilər. 
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası vardı. 
Parlamentin  fəaliyyəti  xüsusi  olaraq  bu  məqsəd  üçün  hazırlanmış  nizamnamə  -  "Azərbaycan 
Parlamentinin nakazı (təlimatı)" əsasında idarə olunurdu. M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti 
Parlamentinin  fəaliyyətinə  belə  qiymət  verirdi:  "Millət  məclisi  məmləkətin  bütün  sinif  və  millətlərini 
təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir  əmr keçməz,  heç bir məsrəf yapılmaz, 
heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, 
itirəndə düşürdü. Ortada hakim olacaq vasitə - vəzifə yox idi. Parlament hakimi - mütləq idi". 
Sovet  Rusiyasının  beynəlxalq  hüquq  normalarını  tapdalayan  hərbi  müdaxiləsi  və  XI  Qızıl  Ordu 
hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiya tərkibinə qatılsa da, 
Azərbaycan  Xalq  Cümhuriyyəti  xalqımızın  azadlıq  hərəkatı  tarixində  dərin  iz  qoydu.  Cəmi  23  ay 
yaşamasına  baxmayaraq  Azərbaycan  Xalq  Cümhuriyyəti  sübut  etdi  ki,  ən  qəddar  müstəmləkə  və 
repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv 
etməyə qadir deyildir. 
Azərbaycan xalqının tarixində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni 
zamanda,  bütün  Şərqdə  o  cümlədən  türk-islam  dünyasında  ilk  demokratik,  hüquqi  və  dünyəvi  dövlət 
nümunəsi idi. 
Azərbaycan  Xalq  Cümhuriyyəti  özünün  siyasi  quruluşuna,  həyata  keçirdiyi  demokratik  dövlət 
quruculuğu  tədbirlərinə,  həmçinin  qarşısına  qoyduğu  məqsəd  və  vəzifələrə  görə  də  Avropanın  ənənəvi 
demokratik respublikalarından heç də geri qalmırdı. 
 
 


22 
 
 
III FƏSIL 
 
AZƏRBAYCAN SOVET HAKĠMĠYYƏTĠ ĠLLƏRĠNDƏ 
 
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Yeni  əsr və üçüncü minillik münasibətilə 
Azərbaycan xalqına müraciət ''ində XX əsr Azərbaycan dövlətçiliyi tarixini 4 mərhələyə bölmüşdür. 
Birinci mərhələ. XIX əsrin sonundan başlayıb 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan 
edilməsinə qədər davam etmiş dövrdür. Bu mərhələ ölkədə baş verən mürəkkəb ictimai-siyasi proseslərin 
Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərə, ilk növbədə isə milli dirçəlişin, milli oyanışın, milli ruhun 
yüksəlməsinə səbəb olması və müstəqil dövlət qurmaq üçün münbit zəmin yaradılması ilə səciyyələnir. 
İkinci  mərhələ. çar Rusiyası dağıldıqdan sonra ölkəmizin ilk dəfə dövlət müstəqilliyi  əldə etdiyi, 
yəni Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı və fəaliyyət göstərdiyi dövrdür (28 may 1918-28 aprel 
1920). 
Üçüncü mərhələ. 1920-1991 -ci illəri əhatə edən sovet hakimiyyəti illəri dövrüdür. 
Dördüncü  mərhələ.  SSRİ-nin  süqutu  ərəfəsində  1991-ci  il  oktyabrın  18-də  "Azərbaycan 
Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə başlanmışdır və bu 
gün də uğurla davam etməkdədir. 
XX  əsr  tariximizin  düzgün  olaraq  dövrləşdirilməsindən  də  göründüyü  kimi,  haqqında 
danışacağımız üçüncü mərhələ keçən əsrin çox hissəsini - 71 illik bir dövrünü əhatə edir. 
Dövlət  başçımız  həmin  dövrü  haqlı  olaraq  belə  səciyyələndirir:  "...bu  dövr  çox  mürəkkəb, 
ziddiyyətli  dövr-  bir  tərəfdən  hakim  rejimin  repressiyaları,  xalqımızın  ənənələrinə,  mənəviyyatına 
göstərilən  təzyiqlər,  məhrumiyyətlər  və  məhdudiyyətlər,  ikinci  tərəfdən  isə  eyni  zamanda  xalqımızın 
böyük inkişaf yolu olmuşdur". 
Qeyd  edək  ki,  sovet  hakimiyyəti  dövründə  Azərbaycan  dövlətçiliyi  müstəqillik  baxımından  da 
həmişə  eyni  vəziyyətdə  olmamış,  ayrı-ayrı  illərdə  öz  məzmun  və  formasına  görə  bir-birindən  əsaslı 
surətdə  fərqlənmişdir.  Yəni  1920-1922-ci  illərdə  Sovet  Rusiyası  ordusu  tərəfindən  işğal  edilən 
Azərbaycanın  artıq  beynəlxalq  birlik  tərəfindən  de-fakto  olaraq  tanınmış  müstəqilliyi  ilk  növbədə 
Rusiyanın milli mənafeləri üçün faydalı olduğuna görə qismən qorunub saxlanmışdı. Bu illərdə Rusiya ilə 
Azərbaycan  arasında  hərbi-iqtisadi  müqavilə  imzalanmış,  respublikamızın  paytaxtında  xarici  ölkələrin 
nümayəndəlikləri,  o  cümlədən  Rusiyanın  konsulluğu  fəaliyyət  göstərmişdi.  Azərbaycanın  ərazi 
bütövlüyünün  qorunması  istiqamətində  aparılan  işlər,  1921-ci  ilin  mayında  Azərbaycan  SSR-in  ilk 
Konstitusiyasının qəbul edilməsi, Moskva (1921) və Qars (1921) müqavilələri, Genuya konfransı (1922) 
Azərbaycanın bu illərdə yeritdiyi uğurlu daxili və xarici siyasətin təzahürləri sırasında sayıla bilər. 1920-
ci  ilin  1-7  sentyabr  günlərində  Bakıda  37  ölkədən  gəlmiş  nümayəndələrin  iştirakı  ilə  öz  işini  davam 
etdirən  Şərq  xalqlarının  birinci  qurultayı  həm  də  Azərbaycanın  müstəqilliyinə  ehtiramın  nümayişi  idi. 
Lakin  "bolşeviklər  Şərq  ölkələrinin  yeni  inqilabi  dəyişikliklərə  can  atmaq  arzusunda  olmadıqlarını 
gördükdən  sonra,  öz  siyasi  məqsədləri  naminə  Azərbaycanın  müstəqilliyinin  qorunub  saxlanması 
ideyasından əl çəkdilər" (Heydər Əliyev). Azərbaycanın müstəqilliyi ideyasının aradan qaldırılması, yox 
edilməsi  üçün  ən  müxtəlif  üsul  və  vasitələrə  əl  atıldı.  1922-ci  ilin  martında  Cənubi  Qafqazın  üç 
respublikasının  (Azərbaycan,  Gürcüstan,  Ermənistan)  vahid  dövlətdə  -  Zaqafqaziya  Sovet  Sosialist 
Respublikaları  Federativ  İttifaqında  (ZSSRFİ)  birləşdirilməsinə  nail  olduqdan  və  bununla  da 
Azərbaycanın  müstəqilliyinə  ağır  zərbə  endirildikdən  sonra  belə  Rusiya  Sovet  hökuməti  bununla 
kifayətlənməyərək  hətta  vahid  sovet  ittifaq  dövləti  tərkibində  də  Azərbaycanın  müstəqilliyinin  az-çox 
saxlandığından narahat olub bu dəfə onu tamamilə ləğv etmək üçün qondarma "beynəlmiləlçilik" bayrağı 
altında daha məkrli yollar axtardı. 
Nəhəng  sovet  təbliğat  maşınının  9  aylıq  gərgin  fəaliyyətindən  sonra  1922-ci  il  dekabrın  10-da 
Bakıda  keçirilən  I  Zaqafqaziya  Sovetlər  qurultayında  ZSSRFİ-ni  Zaqafqaziya  Sovet  Federativ  Sosialist 
Respublikası  (ZSFSR)  ilə əvəz  etmək  haqqında  qərar  qəbul  edildi. Vahid  qanunvericilik,  icra  orqanları 
olan bu dövlətin yaradılması ilə Azərbaycanın dövlət müstəqilliyinə bu dəfə daha sarsıdıcı zərbə endirildi. 
1922-ci il dekabrın 30-da SSRİ-nin yaranması isə Azərbaycanın müstəqilliyinə son qoydu. O, SSRİ-nin 
atributlarına uyğunlaşdırılan bir sıra dövlət atributlarını - bayraq, gerb, himn və konstitusiyasını qoruyub 
saxlasa da, bir çox sahələrdə özünün beynəlxalq hüququn subyekti olmaq statusunu itirdi. 
Əlbəttə, Vətənin, milli mənlik şüuru qanına hopmuş igid və qeyrətli övladları, ilk növbədə isə, çar 
Rusiyası irticası dövründə belə özlərinin milli qürur hissini çəkinmədən bildirmiş qabaqcıl ziyalılarımız 
milli müstəqilliyin tam itirilməsi faktı və yeni hakimiyyətin həyata keçirdiyi və xalqın adət-ənənələri ilə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə