Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   15   16   17   18   19   20   21   22   ...   101

35 
 
İmperiya  respublikada  hakimiyyət  böhranından,  bəzi  bölgələrdə  olduğu  kimi,  Bakıda  da  sovet 
hökumətinin  devriləcəyindən,  beləliklə,  Azərbaycanı itirəcəyindən  qorxub  Bakının  ətrafına  əlavə  qoşun 
hissələri, ağır texnika gətirməyə başladı. MMŞ-nin təşəbbüsü ilə şəhərin girəcəklərində və Bakı qarnizonu 
hissələrinin ətrafında əhali yük, minik maşınlarını, avtobus və trolleybusları yan-yana düzüb barrikadalar 
qurdu,  piketlər  təşkil  etdi.  Yollarda  26  iri  maneə  yaradıldı.  Şəhərdəki  60  qoşun  hissəsindən  34-nün,  o 
cümlədən Salyan kazarmalarının yolu kəsildi. 
Şəhərin hərbi komendantlığı həmin günlərdə, buna heç bir ehtiyac olmadığı halda, rusdilli əhalini, 
ilk  növbədə  hərbi  qulluqçuların  ailələrini  Azərbaycandan  köçürməyə  başladı.  Guya  bu  onların 
təhlükəsizliyi  üçün  edilirdi.  Əslində  isə  məqsəd  Bakıya  qoşun  yeridilməsinin  vacibliyi  haqqında 
beynəlxalq ictimaiyyətdə yəqinlik yaratmaq idi. 
Moskvanın Bakıya göndərdiyi emissarların - SSRİ Ali Soveti ittifaqlar Sovetinin sədri Y.Primakov 
və  Sov.  İKP  MK  katibi  A.Girenkonun  AXC-nin  radikal  və  liberal  qanadlarının  nümayəndələri  ilə  ayrı-
ayrılıqda  görüşləri  müsbət  nəticə  vermədi.  Yanvarın  17-dən  Azərbaycan  KP  MK  binası  qarşısında 
izdihamlı  mitinq  başlandı,  ümumi  tətil  elan  olundu.  Tələb  edildi  ki,  Ermənistanın  Azərbaycana  ərazi 
iddialarına son qoyulsun, imperiyanın Bakı ətrafında yığdığı qoşunlar Dağlıq Qarabağa, daima basqınlara 
məruz  qalan  sərhəd  bölgələrinə  göndərilsin.  Mitinqçilər  xalqa  xəyanətdə  təqsirkar  bildikləri  respublika 
partiya,  dövlət  və  hökumət  başçıları  üçün  simvolik  dar  ağacları  qurmuşdular.  Ayaz  Mütəllibov,  Vaqif 
Hüseynov, Müslüm Məmmədov siyasi meyitə çevrilmiş Ə.Vəzirovun yerinə Moskvalı ağalarından xeyir-
dua  almaq  üçün  mübarizə  apardıqları  vaxt  "yuxarılara"  əli  çatmayan  başqa  kommunist  hakimiyyət 
hərisləri xalq hərəkatından istifadə etməyə çalışırdılar. Mitinqdə iştirak edənlər də Azərbaycan KP MK-
nın  birinci  katibi  vəzifəsinə  öz  namizədlərini  irəli  sürürdülər.  Moskvanın  təyin  etdiyi  canişinin  istefası 
tələbi  qəti  rədd  edildi.  A.Girenko  açıqca  bildirdi  ki,  respublika  rəhbərliyini  Sov.İKP  MK-nın  deyil, 
kütlələrin dəyişməsi yolverilməzdir. 
Başqa  bölgələrdə  də  vəziyyət  gərgin  idi.  11  rayonda  izdihamlı  mitinqlər  keçirilirdi.  Mərkəz 
Naxçıvanda da xalqa divan tutmaq məqsədi ilə fövqəladə vəziyyət elan edilməsi üçün təzyiqlər göstərirdi. 
Lakin bütün cəhdlərə baxmayaraq, o, buna nail ola bilmədi. Xalqın tələbi ilə Naxçıvan MSSR Ali Soveti 
yanvarın 19-da Muxtar Respublikanın SSRİ tərkibindən çıxması haqqında qərar qəbul etdi. 
Qanlı Yanvar. Moskva özü yerli əlaltılarının fəal köməyi ilə radikallaşmağa məcbur etdiyi xalqa 
divan tutmaq üçün münasib şərait yarada bildi. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti 
Azərbaycan  Ali  Sovetinin  razılığı  olmadan  yanvarın  20-də  saat  00-dan  "Bakı  şəhərində  fövqəladə 
vəziyyət  tətbiq  edilməsi  haqqında"  fərman  verdi.  Xalqı  qəfildən  yaxalamaq,  ona  divan  tutmaq,  qırğın 
törətmək  məqsədi  ilə  qoşunlardan  istifadə  etmək  niyyəti,  heç  kəsə  aman  verilməyəcəyi  elan  edilmədi. 
Fövqəladə vəziyyətin başlanma vaxtı gizli saxlanıldı. Fövqəladə vəziyyətin, komendant saatının vaxtında 
elan edilməsi  Moskvanın  qanlı  planlarını  poza  bilərdi.  Ona  görə  də  AXC  İdarə Heyəti  komendant  saatı 
tətbiq  olunduğu  təqdirdə  orduya  müqavimət  göstərmədən  piketləri  götürmək  haqqında  qərar  qəbul 
etmişdi. Lakin radikallar adamlara "silah", "kömək gələcəyi" haqqında yalan vədlər verir, onları sonacan 
barrikadaları tərk etməməyə çağırırdılar. 
Piketçilər Moskvanın və respublikanın səlahiyyətli nümayəndələrinin ordunun şəhərə girməyəcəyi 
haqqında dəfələrlə təkrar etdikləri vədlərə inanmışdılar. Xalqa məlumat verilməsin deyə, yanvarın 19-da 
saat 19.27- də Azərbaycan televiziyasının enerji bloku partladılaraq sıradan çıxarılmışdı. 
Fövqəladə  vəziyyətin  yanvarın  20-də  saat  00-da  başlayacağının  elan  olunmasına  baxmayaraq, 
qoşun  hissələri  yanvarın  19-da  saat  21-dən  birinci  olaraq  Türkan-Qala  tərəfdən  şəhərə  yeridildi.  "Bakı 
əməliyyatı"na  SSRİ  müdafiə  naziri  D.Yazov  şəxsən  rəhbərlik  edirdi.  Bakı  qarnizonunun  qoşunları, 
gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla 
barrikadaları dağıtdı. Əsgərlər gözyaşardıcı qazdan istifadə edir, eyni zamanda adamları avtomat silahdan 
güclü atəşə tuturdular. Adamların gizlənməsi üçün bir sıra yerlərdə elektrik stansiyalarının işçiləri küçə 
fənərlərini  söndürmüşdülər.  Lakin  qaçıb  müxtəlif  sığınacaqlarda  gizlənən  adamlar  döyüş  texnikasındakı 
projektorların  köməyi  ilə  tapılır,  atəşə  tutulurdular.  Şəhərin  küçələri  yüzlərlə  ölmüş  və  yaralanmış 
günahsız  adamların  -  qocaların,  qadınların,  uşaqların  qanına  qərq  olmuşdu.  Hərbçilər  təsadüfən  yola 
çıxanları,  yaşayış  evlərini,  təcili  yardım  maşınlarını  atəşə  tutur,  yaralıları  öldürür,  meyitləri  yandırır, 
təhqir  edir,  eybəcər  hala  salırdılar.  Adamları  ağır  hərbi  texnikanın  tırtılları  altına  salır,  əzabla 
öldürürdülər. Onlar tibb müəssisələrini dövrəyə alaraq yaralı mülki şəxslərin buraya gətirilməsinə, habelə 
tibbi heyətin yaralılara köməyə getməsinə mane olurdular. 
Bakıya və respublikanın digər yaşayış məntəqələrinə sovet ordusunun hücumu vaxtı 131 nəfər, o 
cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar öldürülmüş, 744 nəfər yaralanmışdı. 400 nəfər həbs 
olunmuş,  4  nəfər  itkin  düşmüşdü.  Evlər  yandırılmış,  ictimai  və  şəxsi  nəqliyyat  vasitələrinə,  şəhər 


36 
 
təsərrüfatına və vətəndaşlara böyük maddi ziyan dəymişdi. "Bakı əməliyyatı"nda, əsasən, yanlışlıqla bir-
birini atəşə tutmaq halları ilə əlaqədar 25 nəfər hərbi qulluqçu ölmüş, 283 nəfər yaralanmışdı. 
Fövqəladə  vəziyyət  haqqında  fərman  yanvarın  20-də  saat  7-də  elan  olunmuşdu.  Qanlı  Yanvara 
etiraz  olaraq  respublikada  40  günlük  ümum-  milli  tətil  başlandı.  Azərbaycanda  yüksək  vəzifə  sahibi 
olanlar xalqa kömək etmək, ona arxa olmaq əvəzinə vəzifə kürsülərini qorumaq naminə qaçıb gizləndilər. 
Bir  sıra  qabaqcıl  ziyalılar  yanvarın  20-də  Akademiyada  etiraz  mitinqi  keçirdilər.  Ziyalıların  səsini 
boğmaq,  onları  qorxutmaq  üçün  bu  mitinqin  iştirakçısı  olan  iki  görkəmli  elm  xadimi,  professor  işə 
gedərkən tankın altına salınıb məhv edildi. 
Hərbi  hökumət  gərginliyi  bir  qədər  yumşaltmaq  üçün  həmin  gün  radio  ilə  Azərbaycan  SSR  Ali 
Soveti  sədrinin  Bakıda  fövqəladə  vəziyyət  elan  olunmasına  və  şəhərə  qoşun  yeridilməsinə  qarşı  etiraz 
bəyanatının yayılmasına icazə verdi. Xalq deputatları - şair Bəxtiyar Vahabzadə, yazıçılar Anar və Elçin 
Ali  Sovet  sədrindən fövqəladə  sessiya  çağırılmasını, hadisəyə  qiymət  verilməsini  tələb  etdilər.  Bəxtiyar 
Vahabzadə  radio  ilə  xalq  deputatlarına  müraciət  etdi.  Yanvarın  21-22-də  deputatların  üçdə  birinin 
təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası keçirildi. Moskvanın kimi birinci katib 
təyin  edəcəyini  gözləyən  yüksək  vəzifə  sahibləri,  bu sessiyanın  işində,  demək  olar  ki,  iştirak  etmədilər, 
hətta  onu  qeyri-qanuni  yığıncaq  adlandırdılar.  Deputatların  bir  qismi  baş  vermiş  faciəyə  siyasi  qiymət 
verməyə çalışdı. Onu törədən ölkə və respublika rəhbərlərinə qəti etirazlarını bildirdilər. Bakı şəhərində 
fövqəladə vəziyyət tətbiq edilməsi haqqında fərmanın fəaliyyətini dayandırmaq, ordu hissələrini şəhərdən 
çıxarmaq barədə qərar qəbul olundu. Lakin Moskva bu qərara əhəmiyyət vermədi. 
Xalq vahimə içində idi; o, qanına bulanmış, alçaldılmış, təhqir olunmuşdu. Yanvarın 21-də Heydər 
Əliyev  Azərbaycanın  Moskvadakı  daimi  nümayəndəliyinə  gələrək  burada  təşkil  olunmuş  izdihamlı 
yığıncaqda çıxış etdi. Bu ağır günlərdə xalqla olduğunu bildirdi, 20 yanvar faciəsinə siyasi qiymət verdi, 
əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, mərkəzin və respublika rəhbərlərinin 
günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. 
Bu tarixi çıxışın mətni respublikada, bütün dünyada geniş yayıldı. Təklənən, əli heç nəyə çatmayan 
xalqın qəlbində ümid çırağı yandı. Xalq Heydər Əliyev kimi nüfuzlu şəxsiyyətin, doğma oğlunun onunla 
olduğunu, onu cəsarətlə müdafiə etdiyini gördü, ürəkləndi. 
Bakı,  bütün  Azərbaycan,  fövqəladə  vəziyyətə  baxmayaraq,  yanvarın  22-də  şəhidlərlə  vidalaşdı. 
Şəhər matəm libası geymişdi. Respublikada üç gün matəm elan olunmuşdu. "Azadlıq" meydanında böyük 
matəm mitinqi keçirildi. Mitinqdə və dəfn mərasimində iki milyona qədər adam iştirak edirdi. Bu, azadlıq 
yolunda  müqəddəs  şəhidlərə  ehtiramın,  habelə  Moskvanın  qanlı  əməllərinə  qarşı  etirazın  ifadəsi  idi. 
Küçələrdə,  Azərbaycan KP  MK  binasının  divarlarında  "Qorbaçov  cəlladdır!", "Rədd  olsun  Sov.  İKP!", 
"İşğalçılar, rədd olub gedin!" və s. şüarları yazılmışdı. Partiya biletlərindən tonqallar qalanırdı. 
Şəhidlər şəhərin ən uca yerində - Dağüstü parkda dəfn edildilər. 
Xalqa  qarşı  sovet  ordusunun  qanlı  cinayətləri  isə  hələ  bitmək  bilmirdi.  Qanlı  qırğına  etirazını 
bildirmək üçün Bakı buxtasına gəlmiş "Xəzərneftdonanması"nın gəmiləri burda hərbi gəmilər tərəfindən 
mühasirəyə  alınaraq  gülləbaran  edilmiş,  onlarla  dənizçi  dövlət  çevrilişi  cəhdinin  iştirakçısı  kimi  həbs 
olunmuşdu. 
Sovet  hökumətinin  xalq  tərəfindən  devrildiyi  bölgələrdə  ordunun  köməyi  ilə  kommunistlərin 
hakimiyyəti  yenidən  bərpa  olundu.  Ordu  Lənkərana  yeridildi.  Hələ  yanvarın  18-də  bu  rayonda  partiya 
komitəsi və yerli hökumətin fəaliyyəti bərpa edilmişdi. Xalq Cəbhəsinin radikal qanadına mənsub silahlı 
qrup  İstisu  meşəsinə  çəkildi.  Yanvarın  26-da  meşəyə  desant  salındı.  Döyüşdə  beş  nəfər  öldürüldü,  bir 
neçəsi həbs edildi. 
Moskva gizlincə respublikadan qaçmış Ə.Vəzirovun yerinə hakimiyyət uğrunda mübarizədə bütün 
vasitələrdən  istifadə  edərək  qalib  gəlmiş  Ayaz  Mütəllibovu  yanvarın  24-də  Azərbaycan  KP  MK-nın 
birinci katibi seçdirdi. 
İmperiya,  onun  yerli  əlaltıları  istədiklərinə  nail  oldular.  Bakıda  fövqəladə  vəziyyət,  komendant 
saatı  tətbiq  edildi.  Milli  Müdafiə  Şurası  dağıdıldı,  bir  çox  fəal  cəbhəçilər  həbs  olundu.  AXC-nin 
seçkilərdə demokratik yolla hakimiyyətə gəlməsi kimi real imkan aradan qaldırıldı. 
Qanlı  Yanvar  qırğını  həm  də  rus  şovinistlərinin  erməni  daşnakları  ilə  birgə  apardıqları  antitürk 
siyasətinin, türk  soyqırımının  tərkib  hissəsi  idi.  İmperiyanın  Qazaxıstanda  (Alma-Atada),  Özbəkistanda, 
DQMV-də tökdüyü qanlara daha 117 şəhid, yüzlərlə yaralanmış azərbaycanlının qanı əlavə olundu. 
Lakin  imperiya  qanlı  əməlləri  ilə  Azərbaycan  xalqının  iradəsini  qıra  bilmədi.  Əksinə,  özünün 
dayağı  olan  kommunist  partiyasını,  sovet  hökumətini  xalqın  gözündən  daha  da  saldı,  bəzilərində 
"yenidənqurma"ya olan ümidi puça çıxardı, təsdiq etdi ki, imperiya üçün xalqların ləyaqəti, respublikanın 
suverenliyi  heç  nədir.  Qanlı  Yanvar  günləri  on  minlərlə  kommunist  partiya  biletini  cırıb atdı,  yandırdı, 
qaytardı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə