Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   18   19   20   21   22   23   24   25   ...   101

40 
 
olunması Moskvanı DQMV Xüsusi İdarə Komitəsini ləğv etməyə məcbur etdi. Noyabrın 28-də bu komitə 
buraxıldı. 
Azərbaycan SSR Nazirlər Soveti 1989-cu il oktyabrın 5-də AXC-ni rəsmi qeydə aldı. AXC-nin bu 
vaxta  qədər  buraxılan  bülleteni  əvəzinə  dekabrın  4-də  "Azadlıq"  qəzeti  kütləvi  tirajla  nəşr  olunmağa 
başladı.  Azərbaycan  Xalq  Cəbhəsi  artıq  kütləvi  təkşilata  çevrilmişdi.  Onun  sıralarında  300  minə  qədər 
üzv və tərəfdar birləşmişdi. 
Azərbaycan Xalq Cəbhəsi real siyasi qüvvə idi. Onun qarşıdakı seçkilərdə (mart ayında keçirilməsi 
nəzərdə tutulurdu) qələbə çalaraq hakimiyyətə gələcəyinə şübhə yox idi. Sosioloqların fikrincə seçkilərdə 
AXC  səslərin  80-90  faizini  toplaya  bilərdi.  Xalq  Cəbhəsinin  hakimiyyətə  gəlməsi  suverenlik  haqqında 
Azərbaycan  SSR  qanununa  ardıcıl  əməl  olunması,  ən  başlıcası,  respublikanın  öz  qanunlarının  SSRİ 
qanunlarından  üstünlüyünün,  iqtisadi  müstəqilliyinin  təmin  edilməsi  demək  olardı.  1989-cu  ilin 
payızından başlayaraq AXC liderlərinin türkçülüyə meyllərini açıq ifadə etmələri də Moskvanı çox ciddi 
narahat edirdi. Mərkəz belə bir təşkilatın hakimiyyətə gəlməsinə heç vəchlə razı ola bilməzdi. SSRİ Ali 
Soveti  İttifaq  Sovetinin  sədri  Y.Primakov  Əbülfəz  Elçibəyə  verdiyi  "Sizin  məqsədiniz  nədir?"  sualına 
"demokratik seçkilər aparmaq" cavabı aldıqda demişdi: "Bundan sonra  Sovet İttifaqından ayrılmağa bir 
pillə  qalır".  Buna  görə  də,  liderləri  "radikallar"a  və  "liberallar"a  bölüb  xalq  hərəkatını  daxildən 
parçalamaq,  seçkiləri  fövqəladə  vəziyyət,  komendant  saatı  şəraitində  keçirməklə  yenə  kommunistlərin 
qalib  gəlməsinə  nail  olmaq  üçün  məkrli  siyasət  aparılırdı.  Əsas  vasitə  xalqı  radikallaşdırmaq,  bəzi 
güzəştlərlə  onu  zorakı  hərəkətlərə  şirnikdirmək  idi.  Ə.Vəzirov  AXC  rəhbərləri  ilə  görüşündə  açıqca 
demişdi: "Gücünüzü  göstərin,  sizinlə hesablaşaq".  AXC  İdarə  Heyətində  hakimiyyət  uğrunda  mübarizə 
aparan radikallar bu "tələyə" düşdülər. AXC Məclisinin birinci sessiyasında (27- 28 oktyabr 1989-cu il) 
cəbhə daxilində "radikallar" və "liberallar" arasında ixtilaf bütün barışmazlığı ilə üzə çıxdı. "Radikallar" 
AXC İdarə Heyətinin "liberal" üzvlərini təslimçilikdə, xalqa xəyanətdə, qətiyyətsizlikdə təqsirləndirdilər. 
Onlar  AXC-nin  yeni  rəhbər  orqanları  seçiləcək  fövqəladə  konfransının  keçirilməsini  tələb  etdilər.  Xalq 
Cəbhəsinin bütövlüyünü qoruyub saxlamaq üçün liberallar müəyyən güzəştlərə getməyə məcbur oldular. 
1989-cu  il  dekabrın  9-da  AXC  müşavirəsində  İdarə  Heyəti  buraxıldı.  Onun  səlahiyyətini  yerinə  yetirən 
əsasən radikallardan ibarət müvəqqəti təşkilat qrupu seçildi. Bu, radikalları daha da fəallaşdırdı. Bir çox 
bölgələrdə  əsl  ikihakimiyyətlilik  yaranmışdı:  Kommunist  Partiyasının  və  Xalq Cəbhəsinin  hakimiyyəti. 
AXC təşkilatlarında dövlət funksiyalarını yerinə yetirən strukturlar meydana gəlirdi. 
1989-cu  il  dekabrın  8-dən  Cəlilabadda  fasiləsiz  mitinqlər,  tətillər  başlandı.  İnzibati  orqan  işçiləri 
xalqa  silah  qaldırmadı,  onun  tərəfinə  keçdi.  Vəziyyəti  "nizama  salmaq  üçün"  dekabrın  27-də  rayona 
gətirilən  milis  dəstələri  həbslər  keçirməyə  başladı.  Qəzəblənmiş  əhali  hücum  edib  rayon  partiya 
komitəsinin,  milisin  binalarını  dağıtdı,  rəhbərləri  döyüb  qovdu.  Toqquşmalarda  150-dən  çox  adam 
yaralanmışdı. Dekabrın 29-da burada "xalq hökuməti" fəaliyyətə başladı. Müvəqqəti təşkilat komitəsi və 
Milli müdafiə şurası yaradıldı. 
Başqa  rayonlarda  hadisələr  əsasən  dinc  yolla  inkişaf  edirdi.  Sabirabad,  Ağcabədi  və  Naxçıvanda 
hakimiyyət  orqanları  Xalq Cəbhəsi  ilə  kompromisə  gedərək,  idarəetmə  məsələlərində  bəzi  problemlərin 
müştərək həllinə nail ola bildi, qarşıdurmanın güclənməsinə, qan tökülməsinə yol vermədi. 1989-cu ilin 
noyabr-dekabr  aylarında  Sabirabad  və  Ağcabədi  rayonlarında  xalq  hərəkatı  rayon  partiya  komitələri 
birinci katiblərinin istefası ilə nəticələndi. Naxçıvan MSSR-də də belə oldu. 
Xalq  Cənubi  Azərbaycanda  -  İran  İslam  Respublikasında  yaşayan  qan  qardaşları,  qohumları  ilə 
mədəni və iqtisadi əlaqələrin, gediş-gəlişin bərpa olunması tələbi ilə dəfələrlə rəhbər orqanlara müraciət 
etmişdi. İkiyə bölünmüş xalqın bu təbii arzusunun boy atmasına dünyada ayrı salınmış xalqların rəğbətlə 
qarşılanan birləşmə hərəkatı, Avropada Berlin divarının sökülməsi də mühüm təsir etmişdi. 
Naxçıvan  MSSR  kimi  aztorpaqlı  ərazidə  xeyli  münbit  torpaq  sahəsi  sərhədlə  tikanlı  məftillər 
arasında qalmışdı. Bu zonadakı qədim qəbristanlığa və ziyarətgahlara da getmək mümkün deyildi. Lakin 
vəziyyəti düzgün qiymətləndirməyən rəhbər dairələr tədbir görməyə tələsmirdilər. 
1989-cu  ilin  dekabrında  Naxçıvan  MSSR-də  sərhəd  boyu  9  minə  qədər  adam  toplanmış,  çadırlar 
qurulmuş, tonqallar yandırılmışdı. Xalq cəbhəsi dekabrın 23-də sərhəd dəstəsinin komandirinə ultimatum 
göndərib dekabrın 31-dək sərhəddən adamların müəyyən qaydalarla keçməsinə, cənublu qan qardaşları ilə 
əlaqə saxlanmasına imkan yaratmasını tələb etdi. Lakin razılıq əldə edilmədi. 
İmperiya  azadlıq  əldə  etmək  istəyən  xalqa  divan  tutmağa  hazırlaşırdı.  Sərhədlərin  pozulması 
bəhanəsi  də  onun  planlaşdırdığı  qanlı  qırğına  bəraət  qazandıra  bilərdi.  Buna  görə  də  sərhədçilərə 
adamlara müqavimət göstərməmək əmri verilmişdi. 
Dekabrın  31-də  saat  13-də  Araz  çayı  boyu  137  km  Sovet-İran  sərhədində  həyəcanlar  başladı. 
Sərhəd  qurğuları  dağıdıldı.  Hər  iki  tərəfdən  sərhədə  toplaşanlar  Arazı  keçib  görüşdülər.  1990-cı  il 


41 
 
yanvarın  7-də  isə  SSRİ-Türkiyə  sərhədində  həyəcanlar  oldu.  Yanvarın  18-də  Biləsuvar  və  Cəlilabad 
rayonlarında sərhəd qurğuları dağıdıldı. Əhali cənublu qan qardaşları ilə görüşdü. 
1990-cı  il  yanvarın  11-də  gecə  Lənkəranda  rayon  partiya  komitəsi,  daxili  işlər  şöbəsi,  rabitə 
qovşağı,  mətbəə  və  digər  dövlət  müəssisələri  mühasirə  olundu,  partiya  komitəsinin,  hakimiyyət 
orqanlarının  fəaliyyəti  dayandırıldı.  Müvəqqəti  müdafiə  komitəsi  təsis  olundu.  Yanvarın  12-də  xalqa 
divan  tutmaq  üçün  mexanikləşdirilmiş  hərbi  hissələr  Lənkərana  göndərildi.  Lakin  qonşu  Salyan, 
Sabirabad, Kürdəmir rayonlarında əhali qoşun keçəcək yolda canlı sipər yaratdı. 
SSRİ-ni labüd iflasdan iqtisadi və siyasi islahatlarla xilas etmək, xalqları bir-birinə qarşı qoymaqla 
mərkəzdənqaçan  qüvvələri  zəiflətmək  üçün  "yenidənqurma"  müəlliflərinin  həyata  keçirdiyi  tədbirlər 
səmərəli  olmadı.  Əksinə,  bu,  imperiyada  ümumi  böhranı, ittifaqın  dağılma  prosesini  sürətləndirdi. Milli 
ucqarlarda müstəmləkə boyunduruğuna qarşı mübarizə aparan qüvvələr daha da yetkinləşdi. 
Azərbaycan  xalqı  "Qanlı  Yanvar"dan  böyük  dərs  aldı,  fövqəladə  vəziyyət  şəraitində  partizan 
müharibəsi aparmaq kimi avantürist çağırışları rədd etdi, qarşıya mövcud reallıqlar daxilində həll edilməsi 
mümkün olan məsələlər qoymağa, mübarizəni dinc siyasi vasitələrlə davam etdirməyə başladı.Mütəşəkkil 
şəkildə qırx günlük ümumrespublika etiraz tətili keçirildi. Kənd əhalisinin yaxından köməyi ilə tətil edən 
fəhlələrə  müntəzəm  maddi  və  mənəvi  yardım  göstərildi.  Tətil  imperiyaya  yarım  milyard  rubldan  çox 
iqtisadi ziyan vurdu. 
Lakin  tarixin  bu  məsuliyyətli  dövründə  AXC  artıq  xalqa  rəhbərlik  edə  bilmədi.  Onun  siyasi 
cəhətdən uzaqgörməyən və öz ambisiyalarından çıxış edən bəzi liderləri qarşıdakı parlament seçkilərində 
yer  almaq  üçün  iqtidarla  razılığa  gəldilər.  Belə  ki,  bir  qrup  ziyalının  "75-lərin  bəyanatı"  adlı 
müraciətindən "təsirlənən" iqtidar və AXC liderləri mayın ortalarında görüşüb Məşvərət Şurası yaratdılar. 
Azərbaycan  SSR  Ali  Sovetinin  sessiyası  mayın  19-da,  Məşvərət  Şurasında  əvvəlcədən  əldə 
olunmuş razılığa əsasən, prezident vəzifəsi təsis etdi və Ayaz Mütəllibovu bu vəzifəyə seçdi. 
İqtidar da bir sıra güzəştlərə getdi. Demokratlara qarşıdakı seçkilərdə deputat yerləri vəd olundu. 
21 may tarixli fərman ilə 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün Azərbaycan 
dövlətçiliyinin  bərpası  günü  elan  edildi.  Həmin  gün  demokratik  qüvvələr  Azərbaycan  Respublikasının 
üçrəngli bayrağını keçmiş Azərbaycan parlamenti binası üzərində yenidən qaldırdılar. Fövqəladə vəziyyət 
olsa  da,  Bakıda,  habelə  Gəncədə  və  respublikanın  başqa  şəhərlərində  28  may  münasibəti  ilə  mitinqlər, 
nümayişlər  keçirildi.  Lakin  bütün  bu  nümayişkaranə  tədbirlərə  baxmayaraq,  Azərbaycan  xalqı  Xalq 
Cəbhəsi  liderlərinin  qeyri-ardıcıl  mövqeyini  görüb  onlardan  uzaqlaşdı.  Tezliklə  bu  təşkilatın  üzvlərinin 
sayı 3 dəfəyə qədər azaldı. Xalqın böyük bir hissəsi bütün ümidini Heydər Əliyevə bağlamışdı. Azadlıq 
uğrunda xalq hərəkatının əsl lideri Heydər Əliyev idi. 
Qanlı Yanvar hadisələrindən sonra xalqın öz qüdrətli rəhbəri ilə birləşəcəyindən qorxan imperiya 
Heydər Əliyevə qarşı repressiya planları hazırladı və həyata keçirməyə çalışdı. Respublika rəhbərləri də 
hər vəchlə onun Azərbaycana qayıtmasına mane olurdular. Tarixin bu məsuliyyətli və çətin, lakin şərəfli 
dövründə xalqı ilə olmağı, ona kömək etməyi vacib bilən Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya 
gəldi.  Xalq  bu  gəlişi  böyük  ümid  və  ruh  yüksəkliyi  ilə  gözləyirdi.  Lakin  iqtidar,  ondan  hakimiyyət 
bölgüsü gözləyən sol müxalif qüvvələr Heydər Əliyevin Bakıda qalmasına hər cür maneə törətdilər və o, 
doğma  diyarı  olan  Naxçıvana  getməli  oldu.  Heydər  Əliyev  iyulun  22-də  Naxçıvanın  "Azadlıq" 
meydanında  80  mindən  çox  adamın  iştirakı  ilə  keçirilən  izdihamlı  mitinqdə  çıxış  etdi.  Xalqın 
nümayəndələri ilə görüşlər keçirdi. Heydər Əliyev xalqı, azadlıq, müstəqillik uğrunda sonacan mübariz 
olmağa çağırırdı. 
İyul  ayından  Azərbaycan  SSR  xalq  deputatları  və  yerli  xalq  deputatları  Sovetləri  deputatları 
seçkiləri  üzrə  seçki  kampaniyası  başlandı.  İyulun  28-də  respublika  demokratik  qüvvələrinin  forumu 
keçirildi,  20-dən  artıq  ictimai  təşkilatın  iştirak  etdiyi  demokratik  blok  ("Demblok")  yaradıldı.  Seçki 
komissiyalarına  cəbhənin  və  başqa  ictimai  təşkilatların  nümayəndələri  də  salındı.  Seçkilər  alternativ 
əsasda  keçirilirdi.  360  Azərbaycan  SSR  xalq  deputatı  mandatını  almağa  1200  nəfər  namizəd  irəli 
sürülmüşdü. Seçkilər sentyabrın 30-da keçirildi. Bəzi dairələrdə oktyabrın 14- də və dekabrın 16-da təkrar 
seçkilər  oldu.  Kommunistlərin  qüvvələri  səfərbər  etməsi,  habelə  fövqəladə  vəziyyət,  repressiyalar 
seçkilərin nəticəsinə ciddi təsir göstərdi. Azad və ədalətli rəqabət təşkil etmək  mümkün olmadı. Qeyri-
demokratik  olan  seçki  qanununun  özünü  də  rəhbər  dairələr  biabırçı  şəkildə  pozurdular.  Bu  yolla  onlar 
seçkilərin  nəticələrini  saxtalaşdırıb  parlamentdə  yerlərin  çoxunu  kommunistlərə  verdilər.  "Demblok"un 
cəmi 30 nümayəndəsi xalq deputatı seçildi. 
İqtidarın  və  Xalq  Cəbhəsi  liderlərinin  başı  hakimiyyət,  vəzifə  uğrunda  mübarizəyə  qarışdığı  bir 
vaxtda  Heydər  Əliyev  Naxçıvandan  Azərbaycan  xalqının  azadlıq,  müstəqillik  uğrunda  mübarizəsinə 
rəhbərlik edirdi. O, Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi. Heydər Əliyev 
müdrik,  uzaqgörən  siyasəti  ilə  xalqın  azadlıq  mübarizəsini  istiqamətləndirdi.  1990-cı  il  noyabrın  17-də 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə