Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   20   21   22   23   24   25   26   27   ...   101

43 
 
etirazını  razılıqla  qarşıladı.  1991-ci  il  avqustun  26-  dan  Naxçıvan  Muxtar  Respublikası  ərazisində 
Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. 
Respublika rəhbərlərinin imperiyanı qoruyub saxlamaq istəyən qüvvələrlə əməkdaşlığı ümumxalq 
narazılığına  səbəb  olmuşdu.  Bu,  Naxçıvanda  daha  aydın  təzahür  edirdi.  1991-ci  il  sentyabrın  3-də 
Naxçıvan  MR  Ali  Məclisi  xalqın  təzyiqi  ilə  Heydər  Əliyevi,  onun  dəfələrlə  öz  namizədliyini  geri 
götürməsinə baxmayaraq, Ali Məclisin sədri seçdi. Naxçıvan MR Ali Məclisi 1991-ci il 4 sentyabr tarixli 
qərarı  ilə  prezident  seçkilərini  Naxçıvan  MR  ərazisində  dayandırdı.  Xalqı  yolundan  döndərmək  üçün 
Azərbaycan rəhbərliyi Naxçıvana ciddi təzyiqlər göstərdi. Muxtar Respublikaya silahlı qüvvələr yeridildi. 
Daxili  işlər  Nazirliyinin  bir  qrup  zabiti,  Azərbaycan  Parlamenti  deputatlarından  ibarət  böyük  bir  dəstə 
Naxçıvana  göndərildi  ki,  yerli  hakimiyyət  orqanlarını  bu  qərarı  dəyişməyə  məcbur  etsin.  Lakin  xalqın 
lideri  Heydər  Əliyev  yerli  televiziya  vasitəsi  ilə  bəyanat  verdi  və  xəbərdarlıq  etdi  ki,  Naxçıvana  təzyiq 
üçün gələn qüvvələr Muxtar Respublikanı tərk etməlidirlər, əks təqdirdə bütün əhali ayağa qalxacaqdır. 
İqtidar geri çəkilməyə məcbur oldu. Sentyabrın 7-də Naxçıvan MR Ali Məclisi Naxçıvan Dövlət Müdafiə 
Komitəsi  yaradılması  haqqında  qərar  qəbul  etdi.  Heydər  Əliyev  Naxçıvan  Dövlət  Təhlükəsizlik 
Komitəsinin  Moskva  ilə  əlaqəli  işlədiyini  aşkar  etdi  və  Ali  Məclis  bu  təşkilatın  fəaliyyətini  müvəqqəti 
dayandırmaq haqqında qərar qəbul etdi. Bu vacib orqanda xain və satqınlardan təmizləmə işləri aparıldı. 
Bunu  iqtidar  Muxtar  Respublikanı  Azərbaycandan ayırmaq  cəhdi  kimi  qiymətləndirdi.  Heydər  Əliyevin 
müdrik  siyasəti  sayəsində  Naxçıvan  Respublikasında  həyat  tədricən  öz  axarına  düşməyə  başladı.  İran 
hökuməti  ilə  razılığa  əsasən  Muxtar  Respublikaya  bu  ölkə  vasitəsi  ilə  ərzaq,  yanacaq,  sərnişin 
daşınmasına  başlandı.  1991-ci  ilin  oktyabrında  Araz  üzərində  Türkiyə  və  Naxçıvan  arasında  "Həsrət 
körpüsü" açıldı. 
Artıq  "Dağlıq  Qarabağ  problemi"  ətrafında  birləşən  müxtəlif  siyasi  qruplar  bu  problemin  yalnız 
Azərbaycan müstəqillik əldə etdikdən sonra həll oluna biləcəyi yəqinliyinə gəlmişdilər. Müstəqilliyin əldə 
edilməsi yollarını isə onlar müxtəlif cür təsəvvür edirdilər. Etibar Məmmədov AXC- nin IV konfransında 
(26-27  may  1991-ci  il)  diskussiya  açıb  milli  cəbhə  yaratmaq,  milli  azadlığa  demokratiyadan  deyil, 
demokratiyaya milli azadlıqdan gəlmək prinsipini irəli sürdü. İki platforma: birincisi müstəqilliyə doğru 
insan  hüquqlarının  aliliyinə  zidd  olmayan  yollarla  getməyi  vacib  hesab  edən  "liberal-demokratlar"ın, 
ikincisi  isə  müstəqilliyə  hər  bir  mümkün,  hətta  lazım  gələrsə,  insan  hüquqlarına  zidd  olan  yollarla 
getməyi  lazım  bilən  "millətçi-vətənpərvərlər"in  platforması  formalaşdı.  AXC-nin  idarə  heyətində  artıq 
fikir  birliyi  yox  idi.  Cəbhə  daxilində  partiyalaşma  prosesi  başlamışdı.  Buna  görə  də  AXC-nin  I 
qurultayında  (1991,  13-16  iyul)  idarə  heyəti  buraxıldı.  Hələ  1990-cı  ilin  əvvəllərində  Xalq  Cəbhəsi 
üzvləri  müxtəlif  siyasi  partiyaların  təşəbbüs  qruplarını  yaratmışdılar.  Xalq  Azadlıq  Partiyası,  Dirçəliş 
Partiyası, Azərbaycan Sosial-Demokrat Partiyası, Azərbaycan Milli-Demokrat (Yeni Müsavat) Partiyası, 
Azərbaycan  Milli  İstiqlal  Partiyası  və  s.  siyasi  təşkilatlar  meydana  gəlmişdi.  Lakin  cəmiyyətdə  onların 
kifayət  qədər  nüfuzu  yox  idi.  İndi  xalqın  azadlıq  mübarizəsinə  rəhbərliyi  Heydər  Əliyev,  parlamentdə 
müxalifətə rəhbərliyi isə "demblok" yerinə yetirirdi. 
İmperiya  hakimiyyətinin  yuxarı  eşelonlarında  mühafizəkar  qüvvələrin  müqaviməti  getdikcə 
güclənirdi.  İnflyasiyanın sürətlə  artması,  əhalinin  vəziyyətinin  gündən-günə  pisləşməsi  onların  səmərəli 
fəaliyyəti  üçün  münasib  şərait  yaradırdı.  1991-ci  ilin  iyununda  SSRİ  Ali  Sovetinin  gizli  iclasında 
mühafizəkarların  liderləri  Nazirlər  Kabinetinə  fövqəladə  səlahiyyətlər  verilməsini  tələb  etdilər.  Bu,  baş 
tutmadı.  İrticanın  növbəti  hücumu  18-19  avqust  dövlət  çevrilişi  cəhdində  təzahür  etdi.  Onun  başçıları 
Forosda,  (Krımda)  istirahət  edən  Qorbaçovu  "neytrallaşdırıb",  Dövlət  Fövqəladə  Vəziyyət  Komitəsi 
("QKÇP")  təşkil  etdilər  və  "demokratikləşmə"nin,  "yenidənqurma"nın  çıxılmaz  vəziyyətə  saldığı 
imperiyanı  iflasdan  qurtarmaq  üçün  bütün  hakimiyyəti  öz  əllərinə  aldılar.  Lakin  qiyamçılar  səhv 
etmişdilər, onlar iri şəhərlərdə demokratik qüvvələrin güclü olduğunu nəzərə almamışdılar. Avqustun 19-
da  Rusiya  prezidenti  B.Yeltsinin  başçılığı  ilə  qiyama  qarşı  bütün  demokratik  qüvvələr  birləşib  ayağa 
qalxdı. Azərbaycanda da demokratik qüvvələr "QKÇP"-nin qanuna zidd fəaliyyətinə qarşı çıxdılar. Lakin 
respublikanın prezidenti "QKÇP"-ni müdafiə edərək ciddi siyasi səhvə yol verdi. 
Rusiyada  demokratik  qüvvələrin  birgə  fəaliyyəti  nəticəsində  dövlət  çevrilişinin  qarşısı  alındı. 
Azərbaycanın hər yerində irticaya tərəfdar olan qüvvələrə qarşı mübarizə, mitinqlər başlandı. Naxçıvanda 
izdihamlı  mitinqlər  keçirildi.  Hərəkatı  istiqamətləndirən  Heydər  Əliyev  idi.  Mitinqlərdə  respublikada 
prezident  seçkilərinin  dayandırılması,  parlamentin  buraxılması,  yeni  parlament  seçkiləri  keçirilməsi, 
fövqəladə vəziyyətin ləğv edilməsi, DQMV-də Azərbaycanın suveren hüquqlarının təmin olunması üçün 
qəti tədbirlər görülməsi tələb edilirdi. Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış 
növbədənkənar  sessiyası  1991-ci  il  avqustun  30-da  saat  13.30-da  Azərbaycan  Respublikasının  dövlət 
müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul etdi. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə