Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   22   23   24   25   26   27   28   29   ...   101

46 
 
aprel  1992-ci  il)  və  başqa  dövlətlər  də  tanıdı.  1993-cü  ilin  əvvəllərində  Azərbaycanın  dövlət 
müstəqilliyini  artıq  116  dövlət  tanıyırdı.  70  xarici  dövlət  ilə  Azərbaycan  arasında  diplomatik  əlaqələr 
yaradılmışdı.  Azərbaycan  Respublikası  14  beynəlxalq  təşkilata  üzv  qəbul  edilmişdi.  O,  1991-ci  ilin 
dekabrında  İslam  Konfransı  Təşkilatına,  1992-ci  ilin  fevralında  Türkiyə,  İran  və  Pakistan  dövlətlərinin 
daxil  olduğu  İqtisadi  Əməkdaşlıq  Təşkilatına  üzv  oldu.  Azərbaycan  Respublikası  Ümumavropa 
təhlükəsizlik  və  əməkdaşlıq  prosesini  tənzimləyən  Helsinki  müqaviləsinin  Yekun  aktına,  Yeni  Avropa 
üçün  Paris  Xartiyasında  irəli  sürülən  prinsiplərə  tərəfdar  oldu  və  Avropa  Təhlükəsizlik  və  Əməkdaşlıq 
Müqaviləsinin  (ATƏM)  tam  hüquqlu  üzvləri  sırasına  qəbul  edildi.  1992-ci  il  martın  2-də  Azərbaycan 
Respublikası  Birləşmiş  Millətlər  Təşkilatına  (BMT-yə)  üzv  qəbul  olundu,  bu  təşkilatın  qəbul  və  təsdiq 
etdiyi bir çox mühüm beynəlxalq konvensiya və paktlara qoşuldu. 
Azərbaycanın Türkiyə, ABŞ, İran, Almaniya, Fransa, Böyük Britaniya və İrlandiya krallığında və 
b. ölkələrdə səfirlikləri açıldı. 
 
 


47 
 
II FƏSIL 
 
MÜSTƏQĠLLĠYĠN ĠLK ĠLLƏRĠNDƏ DAXĠLĠ SĠYASĠ VƏZĠYYƏT VƏ 
HAKĠMĠYYƏT BÖHRANI (1991 - iyun 1993) 
 
§1. Ermənistan-Azərbaycan müharibəsi. 
Siyasi hərc-mərclik və hakimiyyət uğrunda mübarizə 
 
Əvvəl sovet, sonralar Rusiya hərbi qüvvələrinin köməyi ilə ermənilər Dağlıq Qarabağda irimiqyaslı 
hərbi  əməliyyatlar  keçirmiş,  bir  sıra  əlverişli  strateji  mövqelər  tutmuş,  azərbaycanlıları  buradan  qovub 
çıxarmağa başlamışdılar. 1991-ci ilin sentyabrında Yuxarı Qarabağda qeyri-qanuni bir qurum, oyuncaq - 
Dağlıq  Qarabağ  Respublikası  yaradılmışdı.  Hətta  1991-ci  ildə  referendum  keçirilmişdi,  erməni  icması 
buna tərəfdar çıxmışdı. Üzdəniraq, oyuncaq "respublikanın" ali sovetinə seçkilər də keçirilmişdi. Həmin il 
noyabr ayının 26-da Azərbaycan Respublikası DQMV statusunu ləğv etməyə məcbur oldu. 
Beynəlxalq  ictimaiyyət  tərəfindən,  demək  olar  ki,  heç  bir  müqavimətə  rast  gəlməyən,  Rusiyanın 
himayəsini  açıq-aşkar  hiss  edən  ermənilər  daha  da  azğınlaşdılar.  1991-ci  ilin  axırında  Rusiya  ilə 
Ermənistan arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə" bağlandı. 
Azərbaycan  Respublikasının  Ali  Soveti  1991-ci  il  oktyabrın  9-da  "Azərbaycanın  milli 
özünümüdafiə  qüvvələri  haqqında"  qanun  qəbul  etmişdi.  Bu  qüvvələrin  ilk  hissələri  dekabrın  8-də 
cəbhəyə  yola  salınmışdı.  İlk  vaxtlar  könüllülük  prinsipi  əsasında  qurulmuş,  təcrübəli  hərbçiləri  az  olan 
orduda  ciddi  nizam-intizam  yaratmaq  mümkün  deyildi.  Hərbi  hissələrə  müxtəlif  siyasi  qüvvələrin  təsiri 
böyük  idi.  Bəzi  ictimai  təşkilatların,  məsələn  AXC-nin,  hətta  ayrı-ayrı  şəxslərin  hərbi  dəstələri  vardı. 
Hərb sənətini mükəmməl bilən komandirlər çatışmırdı. Baş qərargahın işi pis qurulmuşdu. Hərbi hissələrə 
pozuculuqla məşğul olan satqınlar soxula bilmişdi. Güclü informasiya axınına yol verilirdi. 
Orduda  korrupsiya  baş  alıb  gedirdi.  Hərbi  hissələrdən  silah,  sursat,  yanacaq  oğurlanır,  hətta 
düşmənə satılırdı. Fərariliyə qarşı ciddi mübarizə aparılmırdı. 
Noyabrın 19-da 22 rayon və şəhərdə özünümüdafiə batalyonları yaradılması haqqında əmr verildi. 
Əslində bu işə oktyabrda başlanmışdı. Qazax, Ağstafa, Ağdam, Kəlbəcər, Laçın, Şuşa, Qubadlı, Zəngilan, 
Cəbrayıl, Tovuz, Füzuli, Goranboy, Xanlar, Yevlax, Bərdə, Tərtər, Gədəbəy, Şəmkir rayonlarında, Gəncə 
və  Xocalı  şəhərlərində  ərazi  özünümüdafiə  qüvvələri  yaradıldı.  Bu  batalyonların  tərkibi  yerli  əhalidən 
formalaşırdı.  Bu  qüvvələr  müvəqqəti  hesab  olunurdu  və  sonradan  ordu  hissələri  çağırışçılar  hesabına 
komplektləşdiriləndə  könüllülər  tədricən  ehtiyata  buraxılacaqdı.  Özünümüdafiə  batalyonlarının 
komandirləri,  onların  müavinləri  rayonların  hərbi  komissarları  tərəfindən  seçilir,  icra  hakimiyyəti 
başçılarının  razılığı  ilə  təyin  edilir  və  Müdafiə  Nazirliyinə  təqdim  olunurdu.  Bu  batalyonların 
komandirləri  icra  başçılarının  müdafiə  məsələləri  üzrə  müavinləri  idilər.  Özünümüdafiə  batalyonlarına 
rəhbərlikdə ikili tabeçilik kimi  yolverilməz bir vəziyyət yaranmışdı. Respublika prezidenti icra başçıları 
vasitəsilə ordunu əlində saxlamaq istəyirdi. 
Yuxarı Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin çoxunda əsasən 1992-ci ilin fevralında yerli 
əhalidən  ibarət  özünümüdafiə  bölmələri  təşkil  olunmuşdu.  Muğanlı,  Əmirallar,  Malikli,  Günəşli,  Orta 
Güneypəyə,  Malıbəyli,  Gülablı,  Çərəkdar,  Xatənbəyli,  Tuğ  kəndlərində  müstəqil  hərbi  hissələr 
yaradılmışdı. 
Sərhəd  rayonlarında  müdafiə  istehkamları,  kəşfiyyat  və  rabitə  şəbəkələri  qurulması  işi  də 
özünümüdafiə batalyonlarına tapşırılmışdı. Hərbi vəziyyətin kəskinləşməsi ilə əlaqədar sonralar, 1992-ci 
ilin  fevralında  Ağcabədi  və  Beyləqanda  da  özünümüdafiə  batalyonları  yaradıldı.  Lakin  təchizatda, 
səfərbərlikdə ciddi qüsurlara yol verilirdi. Yerli imkanlar hesabına saxlanılan batalyonların silahla, hərbi 
işə  yaxşı  bələd  olan  zabitlərlə  təmin  olunması  yarıtmaz  vəziyyətdə  idi.  İkili  tabeçilik  də  onların 
fəaliyyətinə mənfi təsir göstərirdi. 
Lazımi  döyüş  qabiliyyəti,  təchizatı  olmayan  və  müdafiə  taktikası  seçməyə  məcbur  olan  bu  yerli 
özünümüdafiə qüvvələri xeyli dərəcədə yaxşı silahlanmış və təlim görmüş düşmənə qarşı, təbii ki, döyüşə 
bilmir, tez- tez məğlubiyyətə uğrayırdılar. 
Formal şəkildə ordu bölmələri təşkil olunsa da, onun nə lazımınca silahı və sursatı, nə də ərzaq və 
geyimi  vardı.  Təlim  keçirilmirdi,  könüllülük  prinsipi  həddən  ziyadə  siyasiləşmiş  cəmiyyətdə  orduya 
müxtəlif amallı və əqidəli adamların gəlməsinə səbəb olmuşdu. Orduda elə ilk günlərdən xaos yaranmağa 
başlamışdı. Müxalif qüvvələr də silahlı qüvvələr yaradılmasına öz səriştəsiz, populist hərəkətləri ilə mane 
olurdu.  Onların  tələbləri  ilə  Parlament  silahlı  qüvvələri  3  aya  yaratmaq  üçün  vaxt  vermişdi.  Ə.Elçibəy 
Prezidentə  "Qarabağ  problemini  həll  etmək  üçün  20-  25  gün"  vaxt  verilməsini  tələb  edirdi.  Müdafiə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə