Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   17   18   19   20   21   22   23   24   ...   101

39 
 
Mitinqçilərin  sayı  getdikcə  azalır,  Meydanın  mühasirə  həlqəsi  daralırdı.  Dekabrın  3-də 
mitinqçilərdən Meydanı tərk etmək tələb olundu. Mitinqçilərin çoxu dağıldı. Dekabrın 4-də gecə hərbçilər 
hücum edib Meydanı zorla boşaltdılar, burada gecələyən mitinqçiləri həbs etdilər. 
Meydan dağıdıldıqdan sonra bir neçə gün Bakıda və respublikanın başqa şəhərlərində etiraz tətili 
və  nümayişlər  keçirildi.  Həmin  günlər  təkcə  Bakıda  14,5  min  fəhlə  və  qulluqçu  tətil  etmişdi.  Astarada 
yerli əhali etiraz əlaməti olaraq şosse yolunu kəsmiş, yüklərin daşınmasına mane olmuşdu. 
Meydan  xalq  hərəkatının  birinci  -  kortəbii  mərhələsinin  zirvəsi  idi.  Meydan  xalqda  özünə  inam 
yaratdı,  ona  ümummilli  mənafe  uğrunda  birləşmək  bacarığı  aşıladı.  Xalq  artıq  təşkilatlanmağın,  vahid 
cəbhədə birləşməyin vacibliyini dərk etdi. 
Xalq başa düşdü ki, Moskvanın təyin etdiyi respublika rəhbərləri onun mənafeyini müdafiə etmir. 
Xalqın mənafeyini yalnız özünün hakimiyyətə gətirdiyi rəhbər müdafiə edə bilər. Bununla yanaşı, hansı 
yolla  olursa  olsun,  xalqın  etimadını  qazanıb  hakimiyyət  iştahasına  düşənlər  çoxaldı.  Respublikanın 
nüfuzlu,  tanınmış  ziyalılarının  xalq  hərəkatına  rəhbərlik  etməsinə  yol  verməmək  üçün  hakim  dairələr, 
xüsusi idarələr dəridən- qabıqdan çıxır, xalqın labüd təşkilatlanmasının siyasi təcrübəsi və səbatı nisbətən 
az olan şəxslərin ətrafında baş verməsinə şərait yaradırdılar. 
Siyasi  fəaliyyət  təcrübəsi  olanlar,  xüsusən  görkəmli  siyasətçi,  dövlət  xadimi  Heydər  Əliyev  ciddi 
təqib  olunur,  onun  və  tərəfdarlarının  xalqla  birləşməsinə  hər  vəchlə  maneçilik  törədilirdi.  Xalq 
Azərbaycanın  üzləşdiyi  ciddi  problemləri  həll  etməyə  qadir  siyasətçinin  Heydər  Əliyev  olduğunu  görür 
və  onun  yenidən  respublika  rəhbərliyinə  qayıtmasını arzulayırdı.  Minlərlə  adam  mitinq  və  nümayişlərə, 
xüsusən münaqişə zonasında və ətraf rayonlarda, Heydər Əliyevin portretləri ilə çıxırdılar. Təkcə Yevlax 
şəhərində  1988-ci  ildə  vətənpərvər  gənclərin  təşkil  etdiyi  nümayiş  və  izdihamlı  mitinqdə  20  minədək 
adam iştirak etmişdi. Nümayişçilər Heydər Əliyevin yenidən hakimiyyətə qaytarılmasını tələb edirdilər. 
Belə nümayiş və mitinqlər iqtidarı, onun moskvalı ağalarını çox narahat edirdi. Xalq Azərbaycanın SSRİ 
daxilində  iqtisadi  və  mədəni  suverenliyi  uğrunda  mübarizə  aparır,  qanunlara  hörmət  olunmasını  tələb 
edirdi. 
1989-cu il iyunun 16-da Bakıda AXC-nin təsis konfransı keçirildi. Konfransda Cəbhənin Proqram 
və Nizamnaməsi qəbul olundu. Əbülfəz Əliyev AXC-nin sədri oldu. 
AXC  geniş  sosial  bazaya  malik  idi,  siyasətdə  radikal,  liberal,  həm  də  barışdırıcı  mövqe  tutanları 
birləşdirirdi.  Cəbhə  demokratik  mərkəziyyət  prinsipindən  imtina  etmişdi.  Yuxarı  təşkilatların  qərarları 
üzvlər  üçün  yalnız  məsləhət  xarakteri  daşıyır,  tədbirlərdə  iştirak  könüllü  sayılırdı.  Cəbhə  daxilində 
plüralizm,  ən  müxtəlif  fraksiyaların  yaradılması  nəzərdə  tutulurdu.  AXC  sədri  təmsilçilik  funksiyası 
daşıyırdı, onun hətta səs vermək hüququ yox idi. Hələ demokratiya mədəniyyəti olmayan cəmiyyətdə belə 
bir ifrat demokratik nizamnamə ilə çox mürəkkəb siyasi şəraitdə xalqa rəhbərlik edə biləcək güclü təşkilat 
yaratmaq  mümkün  deyildi.  Yuxarı  dairələrdə  hakimiyyət  uğrunda  mübarizə  aparan  qüvvələr  bundan 
məharətlə  istifadə  edərək,  "öz  adamlarını",  xüsusi  idarə  agentlərini  bu  təşkilata  yerləşdirdilər. 
Respublikada  fövqəladə  vəziyyət  şəraitində  iyun-  sentyabr  aylarında  keçirilən  kütləvi  mitinq  və  tətillər 
"yuxarılarda" hakimiyyətə gəlmək istəyənlərin ssenariləri üzrə baş vermişdi. 
İmperiya sadiq əlaltısı Vəzirovun əli ilə hərəkatı boğmağa çalışırdı. Tələbələrin kütləvi mitinqlərdə 
mütəşəkkil iştirakının qarşısını almaq üçün dərslərin başlanması oktyabrın 2-ə keçirilmişdi. 
Sentyabrın 2-də respublikanın, demək olar ki, bütün şəhərlərində izdihamlı mitinqlər təşkil olundu. 
İki gün sonra ümummilli tətil başlandı. Bakıda şəhərin normal həyat fəaliyyətini təmin edən müəssisə və 
texnoloji  rejimi  işi  dayandırmağa  yol  verməyən  neftayırma  qurğularından  başqa  bütün  müəssisələr, 
habelə  dəmiryolçular  tətilə  qoşuldu.  Ayın  5-də  Şimali  Qafqaz  dəmir  yolunda  hərəkət  tam  dayandı, 
imperiyanın  cənub  rayonlarının  təsərrüfatına  böyük  ziyan  dəydi.  Təkcə  Azərbaycan  sənayesində  13 
milyon  manatlıq  məhsul  istehsal  olunmadı.  Sentyabrın  6-  da  mitinqçilər  öz  tələblərinə  respublika 
rəhbərliyinə  "istefa"  tələbini  də  əlavə  etdilər.  Bundan  sonra  AXC  və  Azərbaycan  KP  MK  arasında 
danışıqlar  başlandı.  Tələblərin  ödəniləcəyi  barədə  razılıq  əldə  olundu.  AXC  və  Azərbaycan  KP  MK 
arasında  saziş  protokolu  imzalandı.  Sentyabrın  15-də  Azərbaycan  SSR  Ali  Sovetinin  növbədənkənar 
sessiyası  çağırıldı.  Sessiya  DQMV  XİK-in  ləğvi,  Azərbaycan  SSR  Konstitusiyasına  respublikanın 
sərhədlərinin  yalnız  ümumxalq  referendumu  yolu  ilə  dəyişdirilə  bilməsini  nəzərdə  tutan  dəyişikliklər 
edilməsi,  suverenlik,  vətəndaşlıq  və  iqtisadi  müstəqillik  haqqında  qanun  layihələrinin  geniş  müzakirəyə 
verilməsi haqqında qərarlar qəbul etdi. 
Suverenlik  haqqında  qanun  layihəsinin  ümumxalq  müzakirəsi  keçirildi.  Qanuna  respublikada 
Azərbaycan  SSR  qanunlarının  ittifaq  qanunlarından  üstünlüyü  və  onun  SSRİ  tərkibindən  çıxmaq 
reqlamenti haqqında mühüm bəndlər daxil edildi. Ali Sovetin sentyabrın 23-də  öz  işini davam etdirən 
növbədənkənar sessiyası "Azərbaycan SSR-in suverenliyi haqqında" Konstitusiya qanunu qəbul etdi. Bu, 
xalqda  qələbə  əhval-ruhiyyəsi  yaratdı.  Noyabrın  25-də  keçirilən  mitinq  və  burada  ümumi  tətil  elan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə