Azərbaycanın müstəqilliyinin


§ 2. Dağlıq Qarabağ münaqiĢəsi və ictimai-siyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   12   13   14   15   16   17   18   19   ...   101

30 
 
 
§ 2. Dağlıq Qarabağ münaqiĢəsi və ictimai-siyasi 
böhranın dərinləĢməsi. Qanlı Yanvar 
 
SSRİ rəhbərliyində ölkənin taleyi ilə bağlı fikir ayrılıqları olsa da, milli respublikalara və əyalətlərə 
münasibətdə  daha  çox  yekdillik  var  idi.  Məqsəd  hətta  ictimai-iqtisadi  sistem  və  dövlət  idarəçiliyinin 
üsulları  dəyişilsə  də,  imperiyanın  ərazi  bütövlüyünü  qorumaq  idi.  Moskva  mərkəzdənqaçma  qüvvəsini 
zəiflətmək  üçün  ənənəvi  "parçala,  hökm  sür"  siyasətindən  daha  geniş  istifadə  edir,  milli  münaqişələri 
qızışdırır,  xalqlar  arasında  qanlı  nifaq  salırdı.  Kreml  mühüm  coğrafi-siyasi  ərazi  olan  Azərbaycanı  və 
bütün  Zaqafqaziyanı  əldə  saxlamaq  üçün  uydurma  "Dağlıq  Qarabağ  problemini"  qızışdırdı.  Sovet 
imperiyasını dağıtmaq üçün milli münaqişələr törətməyi mühüm vasitə hesab edən Qərb dövlətləri də bu 
işdə fəal iştirak etdilər. Avropa Parlamenti 1987-ci ilin iyununda erməni "genosidi" qurbanlarına xatirə 
günü təsis etdi. Avantürist erməni jurnalisti daşnak Zori Balayanın Azərbaycan xalqını təhqir edən, tarixi 
saxtalaşdıran  "Ocaq"  kitabı  da  Azərbaycan  və  erməni  xalqları  arasında  nifaq  salmaqda  müstəsna  rol 
oynadı. 
1987-ci ildə H. Əliyevin SSRİ rəhbərliyində tutduğu yüksək vəzifələrdən uzaqlaşdırılması onlarda 
niyyətlərinə çatmaq ümidini artırdı. Ermənilərin hərəkətləri daha davakar, həyasız xarakter aldı. Erməni 
millətçilərinin  tələbi  ilə  Azərbaycanın  Qazax  və  Gədəbəy  rayonlarından  min  hektarlarla  torpaq  sahəsi 
Ermənistana  "bağışlandı".  Bu,  xalqda  böyük  narazılıq  yaratdı.  Respublikanın  başçısı  Kamran  Bağırov 
xalqın narazılıq çıxışlarını hərbçilərin köməyi ilə susdurdu. Erməni təxribatçıları Bakıda Opera və Balet 
Teatrını üç dəfə yandırdılar, şəhər nəqliyyatında partlayışlar törətdilər. Bu terrorçu aktların icraçıları həbs 
olunsa da, artıq nifaq düşmüşdü. Milli münaqişə getdikcə alovlanırdı. 
1987-ci ilin oktyabrında Yerevanda "Qarabağ komitəsi" deyilən təşkilatın ilk açıq mitinqi keçirildi. 
Rəsmi  Moskva  1987-ci  ilin  noyabrında  Parisdə  M.S.Qorbaçovun  əshabələrindən  olan  A.Aqanbekyanın 
dili  ilə  Qarabağ  hərəkatına  müsbət  münasibətini,  qeyri-rəsmi  olsa  da,  bütün  dünyaya  bildirməkdən 
çəkinmədi.  Hərəkata  yenə  də  bir  qrup  millətçi  erməni  ziyalıları  arxasından  kommunist-daşnaklar, 
Ermənistan  KP  liderləri,  DTK  agentləri  rəhbərlik  edirdilər.  Moskvada  ermənilərin  "Milli  müqəddəratın 
müstəqil  təyin  edilməsi  birliyi"  və  "Siyasi  məhbusların  müdafiəsi  üzrə  erməni  komitəsi"  də  bu 
istiqamətdə  fəal  iş  aparırdılar.  Sovet  imperiyası  tənəzzül  edərkən  fəallaşmış  erməni  millətçilərinin 
ilhamçısı  təkcə  Moskva  deyildi.  Erməni  millətçi-sosialist  Daşnaksütun  partiyasının  1985-ci  ilin 
dekabrında  Afinada  keçirilən  XXII  qurultayı  sərsəm  "Böyük  Ermənistan"  uğrunda  mübarizəni  yenidən 
genişləndirmək  üçün  yaranmış  əlverişli  şəraitdən  səmərəli  istifadə  etməyə,  qüvvələri  birləşdirməyə 
çağırmışdı. "Qarabağ Komitəsinin" Azərbaycan SSR-də, xüsusən DQMV-də uzun müddət gizli fəaliyyət 
göstərən yerli təşkilatı bu millətçi təşkilatların bilavasitə köməyi ilə "Krunk" (Durna) adı altında açıq fəal 
mübarizəyə başlamışdı. Dağlıq Qarabağ erməniləri arasında Ermənistanla birləşmək uğrunda "Miatsum" 
(birləşmə) hərəkatı genişlənirdi. Ona "55-lər komitəsi" adlı xüsusi orqan rəhbərlik edirdi. 
İki  xalq  arasında  milli  ədavətin  ilk  qurbanları  bu  dəfə  də  Ermənistanda  öz  dədə-baba  yurdunda 
yaşayan  Azərbaycan  türkləri  oldular.  Azərbaycanlıların  qovulması  kampaniyası  başlandı.  Bunun  üçün 
əvvəlcədən xüsusi silahlı dəstələr hazırlanmışdı, 1986-cı ildə Ermənistanın Qafan və Mehri rayonlarında 
bu  cinayətkar  dəstələrin  əməllərindən  yaxa  qurtaran  ilk  qaçqınlar  Azərbaycana  pənah  gətirdilər.  Onlar 
əsasən  Sumqayıt  şəhərində  və  onun  ətrafındakı  məntəqələrdə  məskunlaşdılar.  1988-ci  il  fevralın  19-da 
Yerevanda antitürk mövqeli mitinq keçirildi. "Ermənistanı türklərdən təmizləməli", "Ermənistanda ancaq 
ermənilər  yaşamalıdır"  və  s.  millətçi  şüarlar  irəli  sürüldü.  Erməni  vandalları  fevralın  21-də  Yerevanda 
qalmış son məscidi də dağıtdılar. Vedibasarda Azərbaycan türklərinə qarşı terror 1988-ci ilin əvvəllərində 
daha  da  genişləndirildi.  Kəndlər  talan  olunurdu.  Qız-gəlinlər,  ağsaqqallar  təhqir  edilirdi.  Heç  yerdən 
köməyi  olmayan,  döyülmüş,  alçaldılmış  dörd  min  nəfərə  qədər  adam  ev-eşiyini  atıb  böyük  çətinliklə, 
piyada,  ayaqyalın-başıaçıq  qarlı  dağ  keçidləri  ilə  Azərbaycana  gəlməyə  məcbur  oldular.  Bu  zülm  də 
cəzasız  qaldı.  DQMV-  dəki  erməni  millətçiləri  bundan  ruhlanaraq  daha  fəal  zorakılıqlar  və  siyasi 
aksiyalar təşkil etdilər. 1988-ci ilin əvvəlindən Stepankertdə erməni əhalisi ardı-arası kəsilməyən kütləvi 
mitinqlər, nümayişlər keçirməyə başladı. Mitinqçilərin tələbi ilə fevralın 20-də Vilayət Sovetinin sessiyası 
Azərbaycan SSR Ali Sovetinə DQMV-nin statusuna baxılması haqqında müraciət qəbul etdi. 
Moskva  münaqişəni  daha  da  qızışdırırdı.  Sov.İKP  MK  Siyasi  Bürosunun  Bakıya  gəlmiş  üzvü 
sərhədləri dəyişdirməyin yolverilməzliyindən danışsa da, Yerevana gedən üzvü DQMV-dəki separatçılığa 
haqq qazandırırdı. 
Erməni  millətçiləri  SSRİ  və  Azərbaycan  SSR  konstitusiyalarının  məlum  maddələrinin  əleyhinə 
çıxarkən  və  nümayişkaranə  surətdə  separatçılıq  və  terrorçuluq  mövqeyində  dayanarkən  nəyə  ümid 
bəsləyirdilər?  Heç  şübhəsiz,  mərkəzi  rəhbərliyin  himayəsinə,  Kremlin  beynəlxalq  hüquqa  və  qanunlara 


31 
 
sayğısızlıq göstərməsinə, SSRİ-də hüquqi dövlət əvəzinə avtoritar rejimin mövcudluğuna... Axı stalinizm 
dövründə  və  "durğunluq"  illərində  mərkəzi  rəhbərliyin  özünü  qanunlardan  və  insan  hüquqlarından 
yüksəkdə  tutması,  "yenidənqurma"  dövründə  ümumiyyətlə  qanunlara  qeyri-ciddi  münasibət  nəticəsində 
müqəddəs,  toxunulmaz,  mümkün  olmayan  heç  bir  şey  yox  idi.  Rəhbərlik  qanunları  necə  istəsə  elə  də 
pozurdu  və  bunun  üçün  heç  kim  cəza  almırdı.  Stalin  dövründə  bir  sıra  millətlərə  qarşı  ayrı-seçkilik  və 
deportasiya  tədbirləri  həyata  keçirilmiş,  bir  millətin  başqa  milləti  sıxışdırmasına,  torpaqlarını  zəbt 
etməsinə  dəfələrlə  şərait  yaradılmışdı.  O  cümlədən  erməni  millətçiləri  müxtəlif  bəhanələrlə  (məsələn, 
xaricdən  köçən  erməniləri  yerləşdirmək  adı  ilə)  azərbaycanlı  əhalinin  böyük  bir  qismini  dədə-baba 
yurdundan kütləvi surətdə sürgün etmiş, onların yerini zəbt etmişdilər. Daha sonra guya mübahisəli olan 
bəzi Azərbaycan torpaqları müxtəlif yollarla ələ keçirilmişdi. Bu cür haqsızlıqların mümkünlüyünə artıq 
adət  etmiş,  "dişində  şirə  qalmış"  erməni  millətçiləri  "yenidənqurma"  şəraitində  açılmış  imkanlardan 
istifadə  edərək  bütün  beynəlxalq  və  daxili  vasitələri  işə  salmaq,  dövlətə  hər  yolla  təzyiq  göstərmək 
vasitəsilə özlərinin qanundan və ədalətdən kənar işğalçılıq niyyətlərinə çatmağa cəhd göstərirdilər. 
Erməni  ekstremistlərinin  hər  vasitə  ilə  aranı  qızışdırması,  məsələlərin  sakit  şəraitdə  müzakirə 
edilməsinə  mane  olması,  dövlətimizə  xarici  və  daxili  təzyiqin  hər  cür  eybəcər  vasitələrindən  istifadə 
etməsi - öz "ədalətli" tələblərinin yerinə yetirilməsi üçün bu qədər tələsiklik, hövsələsizlik göstərməsi nə 
ilə bağlı idi? Məgər haqlı tələb səbr və təmkinlə, əsaslı surətdə irəli sürülsə, iğtişaşlarsız və təzyiqlərsiz 
yerinə yetirilə bilməzdimi? Erməniləri tələsdirən nə idi? 
Bəlkə DQMV-də ermənilərin həyat şəraiti pis idi, sosial-iqtisadi inkişaf səviyyəsinə görə çox geri 
qalmışdılar və bu şərait daha artıq dözülməz bir həddə çatmışdı? Bəlkə onları öz dillərində danışmaq, öz 
milli mədəniyyətlərini inkişaf etdirmək imkanından məhrum etmişdilər və ya bu istiqamətdə onlara qarşı 
sanksiyalar tətbiq olunmuşdu? 
Xeyr, tədqiqatlar göstərdi ki, bütün bu iddialar və ehtimallar əsassızdır. Əksinə, nisbətdə götürəndə
bir  sıra  mühüm  sahələrdə  DQMV-nin  sosial-iqtisadi  göstəriciləri  həm  Azərbaycanın,  həm  də 
Ermənistanın müvafiq göstəricilərindən yüksək idi. Əlbəttə, sosializmin ümumi problemləri vilayətdə də 
iz qoymuşdu. Lakin ölkə üçün səciyyəvi olan çatışmazlıqlardan və nöqsanlardan bütün ölkə ilə birlikdə, 
ümumi  yenidənqurma  prosesində  xilas  olmaq  problemin  daha  təbii  həll  yolu  deyildimi?  Buna 
baxmayaraq, DQMV-də vəziyyəti ələ almış millətçi qrupların xüsusi təşkilatçılığı sahəsində elə bir haray 
salınmışdı  ki,  onların  həqiqətən  də  kim  tərəfindənsə  bərk  sıxışdırıldığını,  çıxılmaz  ağır  vəziyyətdə 
qaldığını  güman  etmək  olardı.  Həm  də  haray  salan  təkcə  DQMV  vətəndaşları  deyildi.  Onların 
"acınacaqlı" vəziyyətindən "birdən-birə xəbər tutmuş və bu vəziyyətin dözülməzliyindən riqqətə gəlmiş" 
ermənistanlı soydaş- həmfikirlər daha böyük səs-küy qaldırır və "dara düşmüş" vilayət ermənilərini xilas 
etmək üçün həyəcan təbili çalırdılar. Bu hay-küy, bu həyəcan səsi Dağlıq Qarabağ erməni əhalisinə, sonra 
isə dünyanın bütün ermənilərinə və ermənipərəst qüvvələrə təlqin edildi və ekstremistlər bundan istifadə 
edib, öz çıxışlarını xalqın tələbi kimi qələmə verməyə çalışdılar. 
Xüsusi ustalıqla yaxşı düşünülmüş plan əsasında yaranmış belə vəziyyət, heç şübhəsiz, partiya və 
hökumətin  diqqətini  cəlb  etdi  və  problemi  geniş  surətdə,  daha  böyük  kontekstdə  təhlil  etməyə  aman 
vermədiklərinə görə, "təcili xilas tədbirləri" görülməyə başlandı. Bu istiqamətdə ilk addım Sov.İKP MK-
nın və SSRİ Nazirlər Sovetinin Dağlıq Qarabağın sosial-iqtisadi və mədəni inkişafına yönəldilmiş qərarı 
oldu. Etiraf etmək lazımdır ki, bütün ölkə miqyasında sosial-iqtisadi vəziyyətin ağır olduğu, müəssisələrin 
və  bütövlükdə  regionların  təsərrüfat  hesabına  keçməsinin  planlaşdırıldığı  bir  şəraitdə  vəziyyəti  orta 
inkişaf səviyyəsindən yaxşı olan bir regiona ümumittifaq fondundan 400 mln. manat məbləğində yardım 
ayrılması açıq-aşkar güzəşt idi. Lakin bu güzəştli addım heç kimin gözləmədiyi halda tərs effekt yaratdı. 
Ayrılan pul da başqa səmtə yönəldildi. Erməni ekstremistlərinin necə deyərlər, ayaqları yer tutdu. Yaxşı 
uydurulmuş  hay-harayın,  qaragüruhçuluğun  ilk  nəticələrindən  ürəklənərək  daha  çox  səs-küy  salmağa, 
daha böyük tələblər irəli sürməyə başladılar. 
Moskvanın  və  Azərbaycan  rəhbərliyinin  respublikanın  suveren  hüquqlarının  tapdalanmasına  qəti 
etiraz etmədiyini görən Azərbaycan xalqı böyük həyəcan içində idi. Kortəbii mitinqlər, etiraz nümayişləri 
olurdu.  Fevralın  24-də  vilayətin  Əskəran  rayonunda  ermənilərin  iki  nəfər  azərbaycanlını  öldürməsi,  19 
nəfəri isə yaralaması vəziyyəti daha da gərginləşdirdi. 
Erməni millətçiləri xarici ölkələrdə kök salmış lobbilərinin dünyanın əsas informasiya mərkəzlərinə 
təsir  imkanlarından  istifadə  edib,  beynəlxalq  ictimaiyyəti  aldatmağa,  öz  istilaçılıq  niyyətlərinə  haqq 
qazandırmaq  üçün  ermənilərin  "cəfakeşliyi",  azərbaycanlıların  isə  "vəhşi,  quldur,  qaniçən"  olması 
haqqında  yalan  təsəvvürlər  yaratmağa,  xristian  həmrəyliyinə  nail  olmağa,  münaqişənin  guya  dini 
mahiyyət  daşıdığını,  hansısa  qlobal  xristian-islam  qarşıdurmasının  tərkib  hissəsi  olduğunu  göstərməyə 
çalışırdılar.  Öz  qeyri-insani  əməllərinə  haqq  qazandırmaq,  habelə  azərbaycanlıları  gözdən  salmaq 
məqsədi  ilə  ermənilər  böyük  sensasiya  yaradacaq  dəhşətli  bir  faciə  törətməyi  planlaşdırırdılar.  Bunun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə