59
daxili işlər orqanlarının bu və digər qurumlarına kütləvi surətdə xidmətə qəbul edilmiş, əvvəllər qatı
cinayətlər törətmiş şəxslər "boz qurd" adı altında Daxili İşlər Nazirliyinin tərkibində müxtəlif silahlı
dəstələr yaradaraq sifarişli qətllər, insanları qanunsuz azadlıqdan məhrum etmə, hədə-qorxu gəlmə,
ziyalıları, mətbuat işçilərini döymə və digər zorakı cinayətlər törədirdilər.
Kriminal qruplar dövlət aparatının məsul işçilərini rüşvət və şantaj yolu ilə ələ alıb onları özlərinin
hüquqazidd fəaliyyətlərinə cəlb etməyə, onların köməyi ilə hakimiyyət və idarəetmə orqanlarına daxil
olmağa və orada yerlərini möhkəmlətməyə can atırdılar.
Respublikanın bəzi şəhər və rayonlarında cinayətkar qruplar maliyyə-kredit orqanlarının,
kommersiya strukturlarının, ticarət və məişət xidməti obyektlərinin, idarəetmə mexanizminin mühüm
sahələrini öz nəzarətləri altına almaqla onların vasitəsilə cinayət yolu ilə əldə etdikləri kapital və vəsaitləri
leqallaşdırırdılar.
Respublikanın ayrı-ayrı regionları faktiki olaraq nüfuz dairələrinə bölünmüşdü. Özünə tabe olan
hərbi hissələrə və cinayətkar aləmə arxalanan Surət Hüseynov Gəncəbasarı təsir altında saxlayır,
"könüllü" batalyonlar sərhəd və döyüş bölgələrində azğınlıq edir, separatçı əhval-ruhiyyəsini təlqin
edirdilər.
Surət Hüseynov narkotik vasitələrin satışından və dövlət əmlakının mənimsənilməsindən əldə
etdiyi külli miqdarda vəsait hesabına Azərbaycanı tərk etməkdə olan rus qoşunlarının, Gəncədə yerləşən
hərbi hissələrin yüksək rütbəli şəxsləri ilə cinayət əlaqəsinə girərək iri silah alverçilərindən birinə
çevrilmişdi. Bu baxımdan Azərbaycan ordusunu təchiz etmək adı ilə dövlət vəsaitini mənimsəyən ən
böyük silah alverçisi Rəhim Qazıyevin Surət Hüseynovla cinayət əlaqələri möhkəmlənirdi. Sonrakı digər
ağır cinayətlərin törədilməsinə məhz onların silah ticarətində birgə iştirakı səbəb olmuşdu.
Daxili işlər nazirinin müavini R.Cavadov qardaşı - Bakı şəhəri Xətai rayonunun prokuroru
M.Cavadovla birlikdə tabeliyində olan XTPD-nin şəxsi heyətini və ayrı-ayrı cinayətkar ünsürləri
özlərinin qeyri-qanuni fəaliyyətinə cəlb edərək tamahkar niyyətlərinin həyata keçirilməsi vasitəsinə
çevirmişdi. XTPD-nin üzvləri bu şəxslərin rəhbərliyi ilə müxtəlif ticarət obyektlərini, bazarları, firmaları
və şirkətləri, digər kommersiya qurumlarını ələ keçirmək məqsədi ilə iş adamlarına hədə-qorxu gələrək
üzərlərinə "haqq" qoymuş, onlara qarşı zorakı cinayətlər törədərək əmlaklarını ələ keçirmişdilər.
Bütün bunlar əhalini qorxuya salır, dövlət orqanlarının normal işini pozur, onların nüfuzuna xələl
gətirirdi. Saysız-hesabsız cinayətlər törətmiş, cəzasızlıq şəraitindən istifadə edən cinayətkar dəstə bir
müddət sonra hakimiyyətə qarşı sui-qəsd
törətməyə, onu devirməyə cəhdlər etdi.
1990-1994-cü illər ərzində respublikada strateji əhəmiyyətli xammalın (neft məhsullarının, əlvan
və qara metalın, emal olunmamış dərinin, pambığın və s.) ölkədən qaçaqmalçılıq yolu ilə çıxarılması
sahəsində ixtisaslaşan, xarici dövlətlərin və Azərbaycanın vətəndaşlarından ibarət cinayətkar qruplar
yaranmışdı. Törətdikləri digər cinayətlərlə yanaşı bu qanunsuz fəaliyyətlə də məşğul olmuş 1995-ci il
mart dövlət çevrilişi cəhdinin təşkilatçıları Cavadov qardaşları və başqa cinayətkarlar öz qanunsuz
əməllərini həyata keçirmək üçün dövlət orqanlarının ayrı-ayrı vəzifəli şəxsləri ilə cinayət əlaqəsinə
girərək, qanunsuz əldə etdikləri xammalı gömrük işçiləri və sərhədçilərin vasitəsilə qeyri-qanuni yollarla
ölkədən çıxarırdılar.
Respublikada şəxsiyyətlərarası və qruplararası münaqişələri sifarişlə ayırd edən, muzdla ayrı-ayrı
vətəndaşların oğurlanması, onlara işgəncə verilməsi və qətlə yetirilməsini təşkil edən cinayətkar
birliklərin təşəkkül tapması və möhkəmlənməsi prosesi aydın görünməyə başlamışdı. Cəzasız
qalmasından istifadə edən cinayətkar aləm bir sıra təxribatlar, respublikanın ayrı-ayrı dövlət xadimlərinə,
hüquq-mühafizə orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə qarşı terror aktları həyata
keçirirdi.
Hüquq-mühafizə orqanlarının fəaliyyətinin lazımi səviyyədə təşkil edilməməsi də kriminogen
vəziyyətin pisləşməsinə şərait yaradan amillərdən biri olmuşdur. Cinayətlərin profilaktikasında, onların
qarşısının vaxtında alınmasında, açılmasında və istintaqın aparılmasında mövcud olan nöqsanlar
müqəssirlərin cəzasız qalmasına səbəb olur, onları daha da azğınlaşdırır, hüquqazidd fəaliyyətlərini
davam etdirmək və genişləndirmək üçün zəmin yaradırdı.
1990-1993-cü illər ərzində respublikanın prokurorluq, ədliyyə, polis, milli təhlükəsizlik, gömrük
orqanlarında kadr siyasəti ciddi şəkildə təhrif olunmuşdu. Ötən illər ərzində bu orqanlara çoxlu səriştəsiz,
təsadüfi və mənəvi cəhətdən natəmiz adamlar qəbul edilmiş, o cümlədən rəhbər vəzifələrə irəli
çəkilmişdilər ki, bu da ictimaiyyətin haqlı narazılığına, əhali arasında hüquq-mühafizə orqanlarının
nüfuzdan düşməsinə gətirib çıxarmışdı.
Hüquq-mühafizə orqanlarının fəaliyyətinə nəzarətin zəifləməsi nəticəsində daxili işlər orqanlarında
cinayətlərin uçotdan gizlədilməsi geniş miqyas almışdı ki, bu da hər şeydən əvvəl respublikada