Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   25   26   27   28   29   30   31   32   ...   101

52 
 
şəkildə neytrallaşdırmaq əvəzinə məsuliyyətsiz bəyanatlar verir, qonşu dövlətlərlə münasibətləri daha da 
kəskinləşdirirdi.  Azərbaycan  Respublikası  Rusiya  kəşfiyyatçılarının  və  hərbi  diplomatlarının  əlində 
oyuncağa çevrilmişdi. Azərbaycanı Ermənistanı blokadaya salmaqda günahlandıran ABŞ konqresi 1992-
ci ilin oktyabrında "Azadlığı müdafiə aktı"na 907 saylı əlavə ilə Azərbaycana dövlət səviyyəsində yardım 
göstərilməsinə ciddi məhdudiyyətlər qoydu 
Bu hadisələr iqtidarı tam nüfuzdan saldı. 
 
 


53 
 
 
§ 2. VətəndaĢ müharibəsi vəziyyəti. 
QurtuluĢ hərəkatının baĢlanması 
 
Xalq bütün ümidini iqtidarın hər vəchlə hakimiyyətdən uzaqlaşdırmağa çalışdığı Naxçıvan MR Ali 
Məclisinin sədri, dünyada ağıllı və tədbirli bir siyasətçi kimi tanınmış Heydər Əliyevə bağlamışdı. 
Fəaliyyətinin  ilk  dövründə  xalqın  azadlıq  mübarizəsində  iştirak  edən  AXC  Heydər  Əliyev 
tərəfindən  dəstəklənirdi.  Lakin  hakimiyyəti  ələ  keçirəndən  sonra  AXC  bu  böyük  şəxsiyyətin  xalq 
içərisindəki nüfuzundan qorxaraq, ona qarşı mübarizəyə başladı. 
1992-ci  ilin  iyunundan  Naxçıvan  MR-ə  elektrik  enerjisi  verilməsi  dayandırıldı,  iyul  ayından  da 
buraya qatarların hərəkəti kəsildi, Naxçıvan MR blokada vəziyyətinə düşdü. 
Heydər Əliyev çox ağır bir şəraitdə Naxçıvan MR-i müvəffəqiyyətlə idarə edirdi. 1992-ci ilin mart 
ayında  S.Dəmirəl  ilə  görüşüb  danışıqlar  apardı.  Türkiyə  Naxçıvana  ərzaq,  toxum,  lazımi  avadanlıq 
göndərdi.  Naxçıvan  MR  Türkiyə  elektrik  şəbəkəsinə  qoşuldu.  1992-ci  il  mayın  28-də  Naxçıvan  ilə 
Türkiyə  arasında  Sədərək-Dilucu  "Ümid"  körpüsü  açıldı.  1992-ci  ilin  avqustunda  Heydər  Əliyev  İran 
İslam Respublikasının prezidenti ilə görüşüb Naxçıvanın ehtiyaclarının ödənilməsi ilə bağlı razılaşmalar 
əldə etdi. Naxçıvanı İranla birləşdirən yeni körpü açıldı. Naxçıvana İrandan elektrik enerjisi verildi. 
Heydər  Əliyevin  rəhbərliyi  altında  Muxtar  Respublikada  dövlət  quruculuğu,  hakimiyyət  və 
idarəetmənin təkmilləşdirilməsi sahəsində mühüm işlər görüldü. Mövcud siyasi böhran aradan qaldırıldı. 
İqtisadi  islahatlar  keçirildi,  sahibkarlığın  inkişafı  üçün  müəyyən  şərait  yaradıldı.  Hərbi  quruculuq 
məsələlərinə  xüsusi  diqqət  yetirildi.  Keçmiş  sovet  ordusunun  bu  ərazidəki  bütün  silahları  və  texnikası 
alınıb Milli Ordu hissələrinə verildi. 
Heydər  Əliyevin  müstəqil,  tarazlı  və  cəsarətli  siyasət  yeritməsi  bütün  Azərbaycan  xalqının 
diqqətini  cəlb  edir,  ona  ümidləri  artırırdı.  İqtidar  isə  onun  siyasətini  separatçılıq  kimi  qiymətləndirir  və 
Naxçıvan  MR-də  hakimiyyət  çevrilişi  etməyə,  qeyri-demokratik  yolla  Xalq  Cəbhəsini  hakimiyyətə 
gətirməyə cəhd edirdi. 1992-ci il oktyabrın 24-də Xalq Cəbhəsi yerli qurumlarına məxsus silahlı dəstələr 
Daxili İşlər Nazirliyi binasını, televiziya studiyasını ələ keçirdi. Qiyamçılar televiziya ilə xalqa müraciət 
edib  mövcud  hakimiyyət  əleyhinə  bəyanatlar  verdilər.  Lakin  naxçıvanlılar  onları  müdafiə  etmədilər. 
Əhalinin  böyük  əksəriyyəti  Heydər  Əliyevin  çağırışı  ilə  ayağa  qalxdı.  Silahlılar  dövlət  idarələrindən 
qovulub çıxarıldı. Naxçıvan MR Ali Məclisinin sessiyası iqtidarın bu respublikanın statusunu ləğv etmək 
kimi məsuliyyətsiz cəhdini də rədd etdi. 
Xalq xilas yolunu Heydər Əliyevin ölkəyə rəhbərliyində gördüyü halda iqtidarda olan və olmayan 
Xalq Cəbhəsi üzvləri, habelə hakimiyyəti itirmiş qüvvələr və onların əlaltıları arasında didişmə, satqınlıq, 
xəyanət  yolu  ilə,  hətta  Azərbaycanın  müstəqilliyi  bahasına  hakimiyyəti  ələ  keçirmək  cəhdləri  baş  alıb 
gedirdi. Güc orqanlarına nəzarəti ələ almaq üçün Rəhim Qazıyev və Surət Hüseynovun orduya, İsgəndər 
Həmidovun  Daxili  İşlər  Nazirliyinə  rəhbərlikdən  uzaqlaşdırılması  siyasi  gərginliyi  daha  da  artırdı. 
Müxalifət-iqtidar qarşıdurması siyasiləşmiş orduya, cəbhədəki vəziyyətə xüsusən mənfi təsir edirdi. 
Gəncədə 1993-cü il iyun qiyamı vəziyyəti daha da ağırlaşdırdı. Burada hökumətə tabe olmayan bir 
qrup  zabit  "hərbi  birlik"  yaratmışdı.  Onlara  Surət  Hüseynov  rəhbərlik  edirdi.  709  saylı  hərbi  hissə 
Müdafiə Nazirliyinə tabe olmurdu. İqtidar hərbi müxalifətin öhdəsindən gələ bilmirdi. 
Parçalanma  prosesi  başlanmışdı.  Bu  vaxt  Əlikram  Hümbətov  ona  tabe  olan  silahlı  qüvvələrdən 
istifadə  edib  cənub  rayonlarında  hakimiyyəti  ələ  almağa,  "respublika"  yaratmağa  çalışırdı.  "Ləzgistan 
dövləti"  qurmaq  xülyasında  olan  separatçı  "Sadval"  təşkilatının  silahlı  quldurları  şimal-şərq  bölgəsində 
təxribatlar törədirdi. 
İyunun  4-də  səhər  hərbi  qiyamı  yatırmaq  üçün  hökumət  Gəncəyə  3  minədək  canlı  qüvvə,  güclü 
hərbi  texnika  yeritdi.  İki  qardaş  üz-üzə  dayandı.  709  saylı  hərbi  hissənin  kazarmaları  dağıdıldı,  hərbi 
təyyarələr havaya qalxıb hava limanını darmadağın etdi. Lakin qiyamçılar daha fəal hərəkət etdilər, onlar 
qan  tökmək  istəməyən  qvardiyaçıları  şəhərdən  çıxarmaq  adı  altında  avtobusa  doldurub  güllələdilər. 
Qırğında  35  nəfər  həlak  oldu,  135  nəfər  yaralandı.  1200  döyüşçü,  habelə  respublika  prokuroru  girov 
götürüldü. Hökumət qüvvələri məğlub edildi. Qiyamçı hərbi hissələr Bakıya doğru yeriməyə, prezidentin 
və  hökumətin  istefaya  getməsini  tələb  etməyə  başladılar  və  müqavimətə  rast  gəlmədən  paytaxta 
yaxınlaşdılar.  İyunun  14-də  Navahı  yaxınlığında  ordular  üz-üzə  dayandı.  Danışıqlar  nəticəsində 
qiyamçıları  Lökbatan  yaxınlığında  və  Şamaxı  yolunun  75  kilometrliyində  saxlamaq  mümkün  oldu. 
Yaranmış vəziyyətlə əlaqədar parlamentin sədri, baş nazir, üç güc nazirliyinin rəhbərləri istefaya getməyə 
məcbur oldular. 
Ölkənin qabaqcıl adamları, ziyalılar, sadə əməkçilər böyük fəlakətin yaxınlaşdığını hiss edirdilər. 
Respublikanın  müstəqilliyini  əlindən  almaq  istəyən  nüfuzlu  imperiyapərəst  qüvvələr,  onların  yerli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə