Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət
Türk Dünyası 34. Sayı
74
Mirzə Fətəli üçün o qədər böyük həqiqətdir ki, bunun əksini düşünmək onun
ağlına belə gəlmirdi. Qərb modelini yalnız ideologiya kimi deyil, yaşam
biçimi kimi qəbul edən Mirzə Fətəlinin gözləri o qədər tutulub ki, mübarək
“Quran”ı, ədəbiyyat əsəri kimi, uydurma, mif kimi alt-üst etməkdən zərrə
qədər də çəkinmir... Mirzə Fətəli unudur və ciddi səhvə yol verir ki, insanın
inamı ilə oynamaq olmaz.
Şərqi bu qədər görməzlikdən gəlmək sömürücü Avropaya qol qanad verən
əsas amillərdən biri olmasını da unutmayaq.
Bu vəziyyəti əbədi qəbul edən Mirzə Fətəli müstəmləkə üsul-idarəsini,
sinif bərabərsizliyini, hüquqsuzluğu, maarifsizliyi, tənqid və ifşa etmirdi desək
çox ciddi haqsızlıq etmiş olardıq. Mirzə Fətəli heç zaman şeytana vəkillik
etməmişdir.
Burada bir haşiyə çıxmaq istəyirəm. İslam zor dini deyil. İslam qılınc
gücünə yayılmayıb. Bu mənada “qılınc müsəlman” ifadəsi də kökündən
yanlışdır. Ərəb olmayan xalqların böyük bir qismi təsəvvüf şəklində,
formatında islamı qəbul ediblər (özəlliklə, Türküstan, Qafqaz, İran, Ural-İdil
boyu müsəlmanlar).
Əgər islam “qılınc dini” olsaydı bir ovuc qriqoryan erməni, provoslav
gürcü xilafətə necə müqavimət göstərə bilərdi? Vergi, töycü isə öz dinində
qalmaq istəyənlərin seçimi olubdu. Bu konteksdə Babəklə bağlı mübahisələr
də kifayət qədər çoxdur. Əvvəla, sovet ideologiyasının təsiri ilə qələmə alınmış
“Od gəlini” (C.Cabbarlı) ağ yalandan başqa bir şey deyil.
Mən Babəkin özünün də müsəlman olduğunu söyləyənlərin fikriylə
şərikəm. Babək islama qarşı deyil, işğalçıya qarşı mücadilə aparıb. Babək
ermənilərin əli ilə öldürülüb. Əgər sonralar Babək vətənsevərlik simvoluna
çevrilibsə, buna qarşı cəhad açmağın da anlamı yoxdur. Bu məsələdə
simvolların şərti olduğunu da unutmayaq.
Bunu da göstərməmək olmaz ki, islam fundamentalizmi, islam terroru
ifadələri də kökündən yanlışdır. Bir dəfəlik bilmək lazımdır ki, terrorun dini,
məsləyi, milləti yoxdur və ola da bilməz. Hətta terrorun vətəni də yoxdur.
Terror uyğun bilinən yerdə gerçəkləşdirilən qəsddir, qırğındır, faciədir, bir
sözlə, şeytan işidir.Terrorçunun Norveçli, Ərəbistanlı, İranlı, ABŞ-lı... olması
onun milləti, dini anlamına gəlməz. Bu anlayışların lokal və ya ümumi
siyasətdə işlənməsi məqsədlidir və olduqca zərərlidir.
İslam digər dinlər kimi barışı, xoşgörünü, insanlığı, Allah sevgisini təbliğ
edən inancdır, əqidədir, dünyabaxışdır, desək həqiqəti olduğu kimi ifadə etmiş
olarıq.
Mətləb odur ki, dahinin bir yanlışı dahi olmayanın min yanlışı deməkdir.
Mən Mirzə Fətəlinin əsas yanlışının bütün ictimai bəlaların səbəbini dində
Kamil Vəli NERİMANOĞLU
75
Türk Dünyası 34. Sayı
görməsini doğru saymıram. Mirzə Fətəlinin təsdiq etdiyi Avropada kilsədə,
sineqoqda şamını yandırıb duasını oxuyan, ibadətini ürəkdə yapıb sonra
parlamentə, akademiyaya, universitetə, elm və sənət ocaqlarına yollanan, yazan-
yaradan xristian-yəhudi dünyasını görməzlikdən gələndə, əlbəttə ki, haqsızdır.
Tarixin çıxmazına girmək və onun sancılarını yaşamaq xilas yolunu qapamır.
Xilaskarlar da yalnız dahilər deyil. Tarixin dahiləri öz cilvəsi, öz dolanbac
yolları var.
İnsan kimi imperiyaların da, sivilizasiyaların da öz alın yazısı var.
Mən Allahın böyüklüyünü, qadirliyini qəbul edənlərdən olduğum üçün
Mirzə Fətəlini həm başa düşürəm, həm də başa düşə bilməməklə əzab çəkirəm...
Bütün bu beyin fırtınasında bir şeyi də unutmaq olmaz ki, Mirzə Fətəli
inqilabçı idi. Qətilik, risk, rəqib olan hər şeyi kökündən vurmaq inqilabçıların
ana qanunudur. Mirzə Fətəli bu qanunu pozmayıb. Fəqət Qərbin kor-koranə
təqlidçisi də olmayıb Mirzə Fətəli. O, seçdiyi yolun xalqı xoşbəxtliyə
aparacağına inanıb. Ürəkdən inananları kəskin mühakimə etmək doğru deyil.
Onu qəbul edərsən, inananarsan, ya da qəbul etməzsən, inanmazsan.
Kainatın sürətinin kəşfi nisbilik nəzəriyyəsinin doğru olmadığını isbat
edən ateist ola da bilər, olmaya da bilər. İnsan təbiətindəki mürəkkəbliklərinin
anatomiyasını araşdıran Allahsız sənətkar Allaha daha çox yaxındır, nəinki
Allahdan daima nə istəyən, özü üçün yaşayan, quru sözlərlə ayinləri mexaniki
şəkildə icra edən dindar.
Allah yaradanları sevir. Çünki yaratmaq Tanrının öz xassəsidir. Bu cümlədə
vurğu yaradan sözünə düşür və buradan Allah yaradandan başqa heç kimsəni
sevmir anlamı çıxarmaq da yanlışdır.
Mühafizəkar və ya liberal olmaq privelegiya, üstünlük sayılmaz. Bəzən
insan öz seçimində səhv edə bilər və ya onun ictimai varlığını müəyyənləşdirən
şərtlərə tabe ola bilər. Bəzən də insanın ağlı, düşüncəsi ilə ürəyi, hissiyyatı, ayrı-
ayrı seçimlər edə bilər. Mən bütün bunları Mirzə Fətəliyə isnad etmirəm, insan
seçimindəki mürəkkəbliyi vurğulamaq istəyirəm.
Bəzən deyirlər ki, sıradan olan insanların Allaha ehtiyacı var, dahilər Allahı
neyləyir?
Əgər bir alim makro və mikro aləmin tabe olduğu universal qanuna uyğunluq
tapıb bu qanuna uyğunluğu Allah qanunu deyil, təbiət qanunu adlandırsa, fərq
etməz o Allahın varlığını təsdiq edən mübarəklərdəndir. Alimin susmağı cahilin
iddiasından qat-qat ucadır. Qeyri-səlis məntiq dinindən, dinsizliyindən asılı
olmayaraq Allahın təsdiqidir.
Dünyada Allahda təsdiqi olmayan heç bir böyük kəşf yoxdursa, artıq sözə
ehtiyac yoxdur. Olanlarla olmayanı sübuta yetirmək hər baba-igidin işi deyilsə,
olmayanlarla olanları isbat etmək tək-tək adama qismət olan fitri qabiliyyətdir.