Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət
Türk Dünyası 34. Sayı
76
İnsanların ehtiraslarının boyu ağıllarının boyundan uzun olmamalıdır.
Mirzə Fətəlinin söylədiklərinin içərisində bu xəbərdarlıq başda gəlir. Təbiətən
hissiyyatlı olan Şərq əhlinin ağıl ölçüsünə, rasional əndazəyə daha çox ehtiyacı
olduğunu söyləyən Mirzə Fətəli hər şeydə əsrin, zamanını tələbi olan elmi
yanaşmanın nə qədər zəruri olduğuna daha çox əhəmiyyət verir.
İqrarçını da, inkarcını da, üsyançını da, mütini də, Allahlını da, Allahsızı
yaradan da qoruyan da Allahdır. Əgər bu dünya bir imtahandırsa, arayış,
axtarış seçimdirsı, külli iradə ilə nisbi iradənin bərabər birgəyaşamıdırsa, bu
zənginliyə, fərqliliyə arxa çevirməyin, göz yummağın heç bir anlamı yoxdur.
Hər şey Allahın təcəlləsidirsə və Allah hər yerdədirsə, yaradanın ayrı-
ayrı insanların qafasında və ya ürəyində olmaması, özü də müxtəlif səbəblər
daxilində olmaması nəyi dəyişə bilər?
Hər nəfəsdə Allaha iki can borclu olan insan Allahın ucalığını qəbul
etmirsə, bu həmin insanın öz qəbahətidir. Onun Allahın ucalığına heç bir dəxli
yoxdur.
Güney Azərbaycanın görkəmli elm və fikir adamı, ürək cərrahı Cavad
Heyətin bir sözünü heç unutmuram: “Mən Allahı, din alimi şeyxülislam
atamın bəyanlarında, sidqi-ürəkdən etdiyi ibadətlərdə deyil, özüm etdiyim
ilk cərrahiyyə əməliyyatında tapmışam. İnsanı yardıqdan sonra gördüyüm
mənzərə qarşısında donub qaldım və “Çox şükür sənə Allahım. Sən böyüksən”,
- deyə pıçıldadım. Gördüyüm bu sözlə ifadə olunmayan mürəkkəblik məni
əbədiyyən Allaha bağladı”. Bu sözü yüzlərcə elm adamı bədahətən söyləyib.
Yüzlərcə sənət adamı ürəklərinə dolan vəhyi, ilahi oyanışı ifadə ediblərsə,
bizim bu sözlərin gerçəkliyinə görməzlikdən gəlməyə mənəvi haqqımız
varmı?!
Dilimizdə dini-mifoloji məna yükü olan yüzlərcə deyimlər var. Hardansa
onlardan biri yadıma düşdü. “Əhlətdə bir daş var idi. Götürən də peşman,
götürməyən də”. Nədənsə bu deyim mənə Mirzə Fətəlini yada saldı. Bəlkə də
Mirzə Fətəli üzərində düşüncələrim o deyimi xatırlatdı.
Mirzə Fətəli qəbrinə qoyulmuş o xəbərdarlıq daşını götürmüşdü. Amma
o dünyada həmin daş ona ölmədiyinin xəbərdarlığı üçün lazım olmamışdı. O
qaranlıq məzarda öldüyü ilə çoxdan razılaşmış və bütün materialist filosoflar
kimi sadəcə maddənin bir halından başqa bir halına keçməsi həqiqətini (öz
həqiqətini!) qəbul etmişdi. Onun peşman olduğunu və ya olmadığını yalnız
ehtimal etmək olar. Məncə, o, dediklərinə peşman olmamış, günahlarını da
boynuna almışdı. Bəlkə də səhv düşünürəm. Sadəcə bilmirəm.
Mirzə Fətəli bu dünyadakı düşmənlərini o dünyaya aparanlardandır.
Amma heç kəs heç nəyi dəyişə bilməz – o dünyada da, bu dünyada da.
Həmişə dost olaraq qalan yalnız Allahdır. Düşmən sənin özünsən.
Kamil Vəli NERİMANOĞLU
77
Türk Dünyası 34. Sayı
Başqasına da, özünə də, Allahına da.
Ovcundakı əhlət daşı Mirzə Fətəlinin ətəyindən tökülmüş daşların
sonuncusu idi. O daş Mirzə Fətəlinin əlində sıxılmaqdan bir damla yaşa
dönmüş gözlərindən deyil, əlindən süzülüb torpağa düşmüş, rəhmət qapısı
açılmışdı.
Bəli, həqiqətən də Günəş Şərqdən doğur. Günəşin Şumer torpağından
təkallahlı dinlərin müqəddəs kitabların, sirli-soraqlı sənətin, ədəbiyyatın da
Şərqdən nəşət tapdığı müqəddəs torpaqlardan – peyğəmbər torpaqlarından
Çindən, Hindistandan, Yaponiyadan... doğması inkar edilməz gerçəklikdir.
Fəqət ən qatı qaranlığın, istibdadın, cəhalətin, fanatizmin də Vətəni Şərqdir,
desək əsla yanılmarıq. Şərq bu paradoksu yaşayan ziddiyyətlər coğrafiyasıdır,
desək o zaman haqlı olarıq ki, coğrafiyanı yalnız torpaq, ərazi anlamında deyil,
həm də mənəviyyat, dünyabaxış, sivilizasiya anlamında qəbul edək.
Nəzərə almalıyıq kökləri Şərqdə, başı Qərbdə olan dahilərdən biri idi Mirzə
Fətəli Axundzadə. Ziddiyyət mexaniki mənada anlaşılmamalıdır. Dialektik
məntiqin, qeyri-səlis düşüncənin anası olan ziddiyyət hərəkətin, dinamizmin,
transformasiyanın - dönüşümün ana qaynağıdır.
Mayasında Şərq olmayan Qərb ədəbiyyatı yoxdur və ola da bilməz.
Müqəddəs “Tövrat”, “İncil”, “Zəbur”, “Quran” ayətləri, “1001 gecə” əsrarı,
şahmat oyun qurğusu, səhra ehtirası, gözəllik və eşq, əsrar və müəmma
olmayan böyük Qərb ədəbiyyatı imkansızdır. “Tövrat”ın “Süleymanın
nəğmələr nəğməsi”ndən bir damla olmayan hansı eşq dastanı, romanı var?
Mirzə Fətəli bütün bunları gözəl bilirdi. Oxumuş, dönə-dönə xəyalında
incələmiş, zaman-zaman qələmə almış, təhlil süzgəcindən keçirmişdi. Şərq
formatlı dünya Mirzə Fətəliyə dar gəlmişdi. Çünki Şərq anlayışı nisbi idi.
Qərbin Şərqi, Şərqin Qərbi demək idi. Dünyanın Günəşi biridi və doğuşla batış
nisbi idi. Yuvarlaq dünyada istinad nöqtəsi axtarıb tapmayan Qalileo Qaliley
kimi şaşqınlıq və tərəddüd içində idi. Batı elmin zirehinə bürünəndə Doğu
xəyalın, hissin ağuşunda idi. Fürsətcil Qərb Şərqi sömürdükcə zəli kimi şişirdi,
Şərqin maddi və mənəvi sərvəti Qərbə axdıqca feodal-patriorxal zəncirlər Şərqə
sarıldıqca məhkumiyyət, cəhalət müqəddəs olan hər şeyi dəyərsizləşdirirdi.
Dərin düşüncə içində dünyaya baxıb çıxış yolu axtaran Mirzə Fətəli Qərb
yolunu seçdi. Şərq ürəkli Qərbli olmaq onun taleyi idi. Ancaq Mirzə Fətəli
sakit seyrci, passiv müşahidəçi deyildi və ola da bilməzdi. O, mürəkkəb sosial
münasibətləri fəal aktyoru olmalı idi və oldu da. İslahat və inqilab fəlsəfəsini
Qərbdən yaradıcı şəkildə alıb onu Şərqdə uyğulamağa başlayan Mirzə Fətəli,
macəra, ümid, qorxu, risk, əzab dolu bir yola girmişdi. Bu yolun dönüşü yox idi.
Dünyada elə insan var ki, hiss yolunu seçir. Eləsi də var ki, ağıl yolunu.
Mirzə Fətəlinin ağıl yolunu seçməsi şübhəsizdir. Fəqət Mirzə Fətəlinin hiss