79
– Babam məni yuxudan
lap
tez oyadırdı. Otların şehi qurumamış bağ-
bostana gedirdik. Arı pətəklərindən* bal çıxarıb nahar edirdik*. Sonra baba ot
biçir, ağacları suvarırdı.
–
Bəs
sən nə iş görürdün?
– Mən də dağlara gəzməyə çıxırdım, gül-çiçək* dərirdim, meyvə yığırdım,
çayda çimirdim.
– Elə bu?
– Babama kömək* də edirdim. Ona bulaqdan sərin su gətirirdim, ocaq
qalayırdım, çay hazırlayırdım. Ana can, özümə bostan
da
əkmişdim. Heç
bilirsən nə qədər qovun-qarpız yığdıq!.. Sənə pay da gətirmişəm.
–
Çox sağ ol, oğlum! – deyə ana oğlunun balaca əllərini sıxdı.
Namiqin ovcunun içindəki qabarlar ananın zərif əllərinə toxunduqda o,
təəccüblə soruşdu:
–
Bıy, ay
bala, bu nədir?
Yoxsa
əllərin işləməkdən* qabar olub?
Namiq gülümsünüb babasının dediklərini* təkrar etdi:
– Babamdan mən də belə soruşdum. Dedi ki, əlindəki qabar səni sağaldan,
sağlamlaşdırıb kökəldən loğmanın əvəzidir.
İsa Hümmətov
SÞZLÖK
bayaqdan – давно
büzüşmək – съёживаться
qabar – мозоль
duruxmaq – burada: удивиться
sevinc qığılcımları – искорки
радости
yanından yel keçən kimi – чуть
ветер мимо подует
SЮZ EHTИYATI
mis rənginə çalmaq – на медный цвет похожий
nə günə qalmısan – в каком ты виде
başına çarə qılmaq – найти выход из положения
gözümüzün ağı-qarası – burada: единственный
korluğumuz yoxdur –
нет нужды
bərkdən-boşdan çıxmaq – пройти испытание
özündən muğayat olmaq – быть осторожным
❶
Mətndən çıxarılan nəticə barəsində yoldaşlarınızın fikirlərinə münasibət
bildirməklə danışın.
❷
Mətn üzrə aşağıda verilmiş planı nəzərdən keçirin. Əvvəlcə plandakı
uyğunsuzluqları müəyyənləşdirin, sonra isə müvafiq dəyişiklik edərək onu
genişləndirin.
1) Anası Namiqdən narazıdır.
2) Şahin tarlada görünür.
Çap üçün deyil
80
3) Namiq kənddə keçirdiyi günlərdən danışır.
4) Təhmiraz baba Namiqi kəndə aparmağı təklif edir.
5) Cəmilə xala Ayazdan nigarandır.
6) Qapını açan ana Namiqi görəndə çaşıb qalır.
7) Yay tətili başlayır və baba ilə Namiq kəndə gedirlər.
❸
Sualların qoyuluşunda yol verilmiş səhvləri tapıb onları yenidən for-
malaşdırın.
1) Namiqin nə üçün anası niyə başladı deyinməyə yenə də? 2) Ana
gileyləndi Təhmiraz babaya kənddən qonaq gəlmiş nədən? 3) Ananın gözlərində
dünəndən parladı sevinc qığılcımları nə məqsədlə? 4) Baba Təhmiraz Nami-
qin anasını inandırdı hansı sözü deməklə? 5) Baba dibçəkdəki güllə uşağı
müqayisə etdi necə? 6) Anası nə üçün çaşıb qaldı Namiq kənddən gələndə?
7) Əlindəki qabar Namiqin əvəzi idi hansı loğmanın?
❹
Sonu “q” ilə yazılan söz və söz formalarının tələffüzü ilə əlaqədar
öyrəndiyiniz nitq situasiyalarını yadınıza salın. Sonra mətndə üzərində ulduz
işarəsi qoyulmuş sözləri bu baxımdan qruplaşdırıb ayrı-ayrı sütunlarda yazın.
❺
Necə düşünürsünüz, aşağıdakı cümlələri mətndən çıxarsaq, ona “İlk
qabar” başlığını seçmək olardımı? Bəs onda mətni necə adlandırardınız?
Fikrinizi deyin.
Namiqin ovcunun içindəki qabarlar ananın zərif əllərinə toxunduqda o,
təəccüblə soruşdu:
– Bıy, ay bala, bu nədir? Yoxsa əllərin işləməkdən qabar olub?
❻
Aşağıdakı atalar sözlərini oxuyun və yadınızda saxlayın. Onların mə-
na sını başa düşməkdə çətinlik çəksəniz, müəllimin köməyindən istifadə edin.
1) Acın gözü çörək təknəsində olar. 2) Acın qarnı doyar, gözü doymaz.
3) Acın zəhləsi sudan gedər. 4) Aclıq yavanlıq istəməz, yuxu da yastıq.
5) Aclıqda darı çörəyi halvadan şirin olar. 6) Ac elə bilər hamı acdır, tox elə
bilər hamı toxdur. 7) Ac əlinə düşəni yeyər, tox ağzına gələni deyər.
ATALAR SЮZЦ – AЬLIN GЮZЦ
SÞZLÖK
yavanlıq – всякая еда,
употребляемая вместе с хлебом
❼
Mətndə işlənmiş atalar sözünü tapıb səsləndirin. Yadınıza salın: dili-
miz də bu atalar sözünün başqa hansı variantı işlədilir?
❽
Mətndə göy rəngdə verilmiş sözlər dildə hər hansı bir vəzifə yerinə
yetirirmi? Rus dilindəki biliklərinizə əsaslanaraq, bununla bağlı fikirlərinizi
yoldaşlarınızla bölüşün.
Çap üçün deyil
81
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Əziz uşaqlar, hər birimiz nitqimizdə əsas mənaları ifadə edən sözlərlə yanaşı,
konkret məna bildirməyən, dildə köməkçi vəzifə yerinə yetirən sözlərdən də
istifadə edirik. Belə söz qrupları
köməkçi nitq hissələri adlanır.
Azərbaycan dilində işlədilən köməkçi nitq hissələri aşağıdakılardır:
qoşma,
bağlayıcı, ədat, modal sözlər, nida.
Bilirsiniz ki, köməkçi nitq hissələrinə aid olan sözlər
konkret məna ifadə
etmədikləri üçün onlara sual vermək də olmur. Məsələn: və, üçün, lakin, axı,
daha, qeyri, savayı, tərəf, sarı, sanki, vay, of, paho, həm də, yoxsa, di, yaxud və s.
Köməkçi nitq hissələri dildə
müxtəlif vəzifələr yerinə yetirir: a) sözlərə qoşula -
raq
müəyyən məna çaları yaradır; b) sözlər və cümlələri bir-birinə
bağlayır;
c) sözlərin və cümlələrin
təsir gücünü artırır; d) danışanın ifadə etdiyi
fikrə
münasibətini bildirir; e)
hiss-həyəcan bildirir.
❾
Ahəng qanununu gözləməklə buraxılmış şəkilçiləri artırın və cümlələri
köçürün.
Şəhərdə Namiq.. qarşılamadılar. Çünki o, haçan gələcəyi.. xəbər ver-
məmişdi. Avtobus şəhər.. axşamüstü çat.. . O, çamadanı.. götürüb evləri.. get-
di. Zəng.. basdı. Qapı.. anası aç.. . Anası, elə bil oğlu.. tanımadı. İndi Namiq..
sifəti mis rəngi.. çalırdı, yanaqlar.. alma kimi qızarmış.. .
|
Cümlələrdə altından xətt çəkilmiş sözlərin hansı vəzifəni yerinə yetirdi-
yini müəyyənləşdirməyə çalışın.
❿
Mətndə altından xətt çəkilmiş feillərin zamanını və şəxsini müəyyən-
ləşdirin.
⓫
Nənənizin və babanızın yanında keçirdiyiniz bir günü təsvir edən mətn
tərtib edin. Mətnə ad qoyun və cümlələrin düzgün əlaqələnməsinə diqqət yetirin.
⓬
Təsəvvür edin ki, oxuduğunuz hekayəni siz yazırsınız. Aşağıda verilmiş
parçanı hekayədəki hansı cümlədən sonra verərdiniz? Mətndən həmin cümləni
seçib səsləndirin.
“Azərbaycan!.. Doğma vətənimin gözəl təbiəti vardır. Səhərlərə məxsus
olan mehdən arabir yarpaqlar qımıldanır, tarlalara, təpələrə, çöllərə xalı kimi
döşənmiş yumşaq otlar, çiçəklər dəniz kimi dalğalanır. Yaşıl yarpaqlar arasına
sığınmış quşcuğazlar səs-səsə verib ötüşürdü. Göz işlədikcə açıqlıq, yaşıllıq,
dərəlik, təpəlik...”
⓭
Aşağıda verilmiş düzəltmə sözlərin içərisində üç sadə söz gizlənmişdir.
Həmin sözləri tapa bilərsinizmi? Özünüzü yoxlayın.
yaşıllaşdı, yoxuş, köpüklənib, biçənək, göründü, buludlu, yağış, dincəlmək,
turşutdu, xəstələnirsən, saxlamaq, sevinc, ətirli, qucaqladı,
söylədi
Çap üçün deyil