103
⓯
Aşağıdakı məlumatı oxuyun və Azərbaycanda üzümçülüyün inkişafı
ilə bağlı faktları qruplaşdırıb, müqayisə edin. Sonra sayların mənaca növlərini
müəyyənləşdirin və kəsr saylarını sözlə yazın.
1969-cu ildə Azərbaycanda üzüm istehsalı 272 min ton olduğu halda,
son ra kı dövrlərdə görülmüş tədbirlər nəticəsində bu rəqəm 2 milyon tonu
ötmüşdü. Lakin keçən əsrin 80-ci illərinin ortalarından başlayaraq Azərbay-
canda böyük zəhmət hesabına yaradılmış üzüm bağları məhv edilmişdir.
Yalnız ölkəmiz müstəqillik əldə etdikdən sonra üzümçülüyün inkişafı
üçün əlverişli şərait yaradılmış və bu istiqamətdə müvafiq tədbirlərin həyata
keçirilməsinə başlanılmışdır.
2010-cu ilin statistik məlumatlarına əsasən, Azərbaycanda üzümün əkin
sahəsi 15,4 min hektar, istehsalın həcmi 129,5 min ton, təzə və qurudulmuş
üzüm idxalı 5,5 min ton, ixracı isə 24,1 ton olmuşdur.
§ 27. AYLARIN DüzüMü
Bilirsənmi
bu dünyada
İlin neçə ayı vardır?
Payızı var,
Qışı vardır,
Baharı var, yayı vardır.
Yanvar, fevral...
Qar geyimli...
Martsa
gələr
əldə çiçək.
Aprel keçib, may
gülümsər
zəmiləri bəzəyərək.
İyun, iyul...
Qızıl zəmi...
Zəmi
düzüm-düzüm olar.
Avqustun da hədiyyəsi*
Günəş
nurlu* üzüm olar.
Sentyabr, oktyabr
Alma
verər
, nar
gətirər
.
Noyabrla dekabrda
Yenə
boran, qar gətirər.
Bax beləcə günlər*
keçər
,
Ay dalınca ay
ötüşər.
Qış qapını döyməmişdən
Bahar keçər, yay
ötüşər
.
Əgər günlər*
bir-birinə
Bəxş etsə də öz yerini,
Yenə aylar görə
bilməz
Bu dünyada bir-birini.
Nəbi xəzri
SÞZLÖK
düzüm –
строение
ötüşmək – burada: пройти
❶
Səs tonu, temp və fasiləni gözləməklə şeiri oxuyun və şairin onu niyə
belə adlandırması ilə bağlı müzakirə aparın.
Çap üçün deyil
104
❷
Dörd qrupa bölünün və qrupları “Yaz”, “Yay”, “Payız”, “Qış” ad lan-
dırın. Hər qrup adını daşıdığı fəsil, onun əhatə etdiyi aylar, əsas əlamətləri
üzrə təqdimat hazırlasın.
❸
“Yaz”, “yay”, “payız”, “qış” sözlərindən hər biri ilə assosiasiya yara-
dan sözlər cərgəsi düzəldib yazın.
❹
Cütlərlə işləyin. Hər cütlük ilin aylarından birini özünə şərti ad seçsin.
Hansı ayı özünüzə ad seçmisinizsə, həmin ayı yazılı şəkildə səciyyələndirin.
Hər bir ay nə ilə səciyyələnir: həmin ayda təbiətdə hansı hadisələr baş verir,
insanlar necə davranırlar, hansı işlər görülür və s.?
Tərtib etdiyiniz mətndə cümlələr və abzasların düzgün əlaqələnməsinə
diqqət yetirin.
❺
Şeirdə qara şriftlə verilmiş sözlərin köntekstə uyğun mənasını izah edin.
❻
Aşağıdakı tapmacaları cavablandırın və onlarda işlənmiş isim, sifət,
say və əvəzlikləri seçib ayrı-ayrı sütunlarda yazın, qrammatik mənalarını
izah edin.
Bir ağacım var, on iki budağı,
Dəyirmana
dən doldu,
Hər budağın otuz yarpağı,
Zülf üzünə bənd oldu
1
,
Hər yarpağın
bir üzü qara, bir üzü ağ.
Düz üç yüz altmış taxta
Bir
mismara bənd oldu
2
.
SÞZLÖK
bənd olmaq
1
– burada: влюбиться
bənd olmaq
2
– burada: закрепиться
|
Tapmacada altından xətt çəkilmiş sözlərin sinonimləri aşağıdakılardan
hansıdır?
Köməkçi:
aşiq olmaq, bağlanmaq, vurulmaq, ilişmək, məftun olmaq,
yapışmaq
❼
Şeiri nəsrə çevirib məzmununu öz sözlərinizlə danışın. Danışarkən səs
tonunuzu tənzimləyin.
❽
“Martsa gələr əldə çiçək” misrası ilə şair nə demək istəyir? Fikrinizi
müvafiq nümunələrdən istifadə etməklə izah edin.
❾
Aşağıdakı mətni oxusanız, müstəqil Azərbaycanın enerji sahəsinin
inkişafında hansı illərdə hansı mühüm tarixi hadisələrin baş verdiyini
öyrənəcəksiniz. Mətndə sayın hansı məna növünün daha çox işləndiyini
müəyyənləşdirin və onların yazılışında yol verilmiş səhvlərin nə ilə bağlı
olduğunu izah edin.
1996-c ildə “Şahdəniz” qaz yatağı ilə bağlı saziş imzalanmış, sonra
1999-c ildə Xəzər dənizini Gürcüstanın Qara dəniz sahilləri ilə birləşdirən ilk
ı
u
Çap üçün deyil
105
boru kəməri inşa edilmişdir. Daha sonra – 2006-c ildə Xəzər dənizini Aralıq
dənizi və beynəlxalq bazarlarla birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas neft ixrac
boru kəməri, 2007-c ildə isə Cənub
boru
kəməri
inşa
edilmişdir
. 2012-
c
ildə Türkiyə ilə Trans-Anadolu boru kəməri – TANAP-a dair tarixi saziş 2013-
c
il dekabrın 17-da isə “Şahdəniz-2”
yekun investisiya qərarı imzalanmışdır.
❿
Zamanla bağlı aşağıdakı tapmacaların cavabını siz artıq bilirsiniz. Bura-
da onların hissələri bir-biri ilə qarışıq düşüb. Hissələr arasındakı uyğunluğu
tapıb, tapmacaların ilkin şəklini bərpa edin.
Üçü bizə yağıdı, Üçü yığar gətirər,
Üçü cənnət bağıdı, Üçü vurar dağıdar.
O hansı quşdu ki, Bir qanadı qara.
Bir qanadı ağdı,
Atamın yeddi oğlu var, Basdırmışam
iki toyuq,
Biri isti, biri soyuq. Yeddisi də bir boyda.
⓫
Şeirdə yaşıl rəngdə verilmiş feillərin zamanını müəyyənləşdirin. Həmin
feillərdən axırıncısı digərlərindən nə ilə fərqlənir? Fikrinizi əsaslandırın.
⓬
2013-cü ilin son ayı hansı layihənin imzalanması ilə yadda qaldı?
A) Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına
dair memorandum imzalandı.
B) Türkiyə ilə Trans-Anadolu boru kəmərinə dair tarixi saziş imzalandı.
C) Bakı – Ceyhan neft kəmərinə dair “Əsrin müqaviləsi” imzalandı.
D) Dekabrın 17-də “Şahdəniz-2” üzrə yekun investisiya qərarı imzalandı.
E) “Şahdəniz” qaz yatağı ilə bağlı saziş imzalandı.
⓭
Yanvar, mart, may, iyun, sentyabr, oktyabr, noyabr, dekabr ay la-
rın da hansı bayramlar və tarixi günlər qeyd olunur? Ən çox sevdiyiniz bayram
və ya tarixi günlərdən biri haqqında mətn tərtib edib danışın. Tərtib etdiyiniz
mətndə hadisələrin ardıcıllığına və cümlələrin əlaqəsinə diqqət yetirin.
⓮
Müəllimin təqdim etdiyi “Tərcümeyi-hal” üzərində müşahidə aparın
və illərin düzü münə əməl etməklə nümunə əsasında hər biriniz öz geniş
tərcümeyi-halınızı yazın.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Tərcümeyi-hal yazarkən aşağıdakı ardıcıllığa əməl etmək lazımdır:
1) Başlıq: Tərcümeyi-hal ; 2) Adınız, soyadınız və atanızın adı. 3) Doğulduğunuz
il, ay, gün; 4) Məktəbə qədər olan dövr; 5) Məktəb dövrü; 6) Məktəbdəki fəaliyyətiniz
və apardığınız ictimai vəzifə; 7) Ailə üzvləri haqqında qısa məlumat; 8) Tərcümeyi-
halın yazılma tarixi; 9) Tərcümeyi-hal yazanın şəxsi imzası.
Qafqaz
.
i
i
,
ı
i
ü
Çap üçün deyil