97
Burdan – Tancadan
Misirə qədər getmək üçün isə səhradan keçməlisən.
Bundan sonra araya elə bir
səssizlik
çökdü ki,
sanki
şəhər başdan-başa
yuxuya dalmışdı.
Dəli Həsənlə Koroğlu qılınclarını çəkib, bir-birinə hücum elədilər.
Tacir ona çaşqın-çaşqın baxdı.
Hələ səhər, bir az əvvəl o, necə
nəşəli
idi.
– Oğlum, vətənə
dönmək üçün sənə pul verə bilərəm, – büllur taciri dedi.
Oğlan cavab vermədi. Sonra ayağa qalxdı, əynini-başını
sahmana
saldı və
heybəsini götürdü: –
Sizinlə işləyəcəyəm, – dedi və bir az
susduqdan sonra
sözünü
tamamlamaq üçün əlavə etdi:
– Bir neçə qoyun
almaq üçün pula ehtiyacım var.
Paulo Kuelyo
SÞZLÖK
piştaxta – прилавка
büllur – хрусталь
savab –
благое дело
çaşqın-çaşqın – растерянно
əslində – в действительности,
на самом деле
SЮZ EHTИYATI
nəşəli – радостный
dan sökülənə qədər – до рассвета
borca düşmək – задолжать
yuxuya dalmaq – заснуть
əynini-başını sahmana salmaq –
привести себя в порядок
araya səssizlik çökdü – воцарилась
тишина
❶
Səs tonu və fasiləni gözləməklə mətni rollar üzrə oxuyun. Mətndən
hansı nəticəni çıxarmaq olar? Fikrinizi bildirin.
❷
Suallara cavab verməklə mətnin məzmununu qısaca danışın.
1) Santyaqo nə üçün vitrindəki bütün vazaları yuyub təmizləməyi təklif etdi?
2) Büllur taciri nə üçün Santyaqonu yoxuşun sonunda olan kiçik bara apardı?
3) Dükan sahibi nə üçün Santyaqonun vazaları təmizləməyinə ehtiyac
görmürdü?
4) Yeməkdən sonra tacir oğlana nə təklif etdi?
5) Santyaqo tacirdən nə istədi?
6) Tacir vətənə dönmək üçün niyə Santyaqoya pul vermək istədi?
7) Santyaqo nə üçün tacirlə işləməyə razılıq verdi?
❸
Mətnin hər hansı hissəsində cümlələr arasında əlaqə olmadığını söy-
ləmək olarmı? Fikrinizi əsaslandırın.
❹
Necə düşünürsünüz, mətndə kursivlə verilmiş sözləri əvəzliyin aşa ğı-
dakı növlərindən hansına aid etmək olar? Özünüzü sınayın.
A) təyini B) işarə C) sual D) qeyri-müəyyən E) şəxs
Çap üçün deyil
98
❺
Aşağıdakı sözlərin içərisində çıxışlıq halda olmayan bir neçə söz
gizlənmişdir. Həmin sözləri tapıb səsləndirin və fikrinizi əsaslandırın.
qapıdan, dükandan, mətndən, zindan, güldan, yenidən, heybədən, uşaqdan,
bağdan, yoldan,
əvvəldən, dərslikdən, vicdan, masadan, vitrindən
❻
Aşağıdakı cümlələrdə sayları tapıb qrammatik mənasını izah edin.
Burada miqdar saylarının hansı növləri işlənmişdir? Fikrinizi əsaslandırın.
1) Bu müddət ərzində iki müştəri gəlib xeyli qab-qacaq aldı. 2) Bir neçə
qoyun almaq üçün pula ehtiyacım var. 3) Misirə getmək üçün bir xeyli borc
almalısan. 4) Bina 184.000 manat qızıl pula başa gəlir.
❼
Mətndə işlənmiş qoşmaları tapıb ismin hansı halları ilə işləndiyini
müəyyənləşdirin və qrammatik mənalarını, qoşulduğu sözlərdə yaratdığı məna
çalarlarını izah edin.
❽
“Sonra, əvvəl, başqa, özgə, qeyri, savayı” qoşmalarının ismin hansı
halında işlənən sözlərə qoşulduğunu və qoşulduğu sözlərdə hansı məna çalarını
yaratdığını müəyyənləşdirin və fikrinizi misallarla əsaslandırın.
❾
Mətndə işlənmiş məsdərləri tapıb yazın. Bir neçəsini ismin müxtəlif
hallarında işlədin və onların orfoqrafiyası ilə əlaqədar fikrinizi bildirin.
❿
Üzərində ulduz işarəsi qoyulmuş sözlərdə məsdər şəkilçisinin
sonundakı ”k” samitinin “y”-yə keçməsinin səbəbini izah edə bilərsinizmi?
Fikrinizi əsaslandırın.
⓫
Mətndə qırmızı rəngdə verilmiş sözləri sinonimləri ilə əvəz edib
cümlələri yenidən oxuyun.
⓬
Mətndə altından xətt çəkilmiş sözlərin hansı nitq hissəsinə aid oldu-
ğunu müəyyənləşdirin və qrammatik mənasını izah edin. Sonra isə onları məna
növləri üzrə qruplaşdırıb ayrı-ayrı sütunlarda yazın.
⓭
Aşağıdakı atalar sözlərini oxuyun və yadda saxlayın. Uyğun situasi-
yalarda onlardan nitqinizdə istifadə etməyə çalışın.
1) Gec gələn qonaq öz kisəsindən yeyər. 2) Dünyanın malı dünyada
qalacaq. 3) Əvvəl arxı tullan, sonra bərəkallah de. 4) Əvvəl salam, sonra
kəlam. 5)
Əl əli yuyar, əl də üzü. 6) Əmanətə xəyanət olmaz.
ATALAR SЮZЦ – AЬLIN GЮZЦ
|
Atalar sözlərində altından xətt çəkilmiş sözlərin qrammatik mənası ilə
bağlı debat təşkil edin:
1) Bu cümlələrdə işlənən “əvvəl” və “sonra” sözləri
qoşmadır.
2) Bu cümlələrdə işlənən “əvvəl” və “sonra” sözləri
zərfdir.
Çap üçün deyil
99
⓮
Mətndə işlənmiş qoşmaların yazılışı üzərində müşahidə aparın və
“tərəf, doğru, sarı, kimi, -dək, -can, -cən, qədər” qoşmalarını müvafiq sözlərlə
işlədərək cümlələr qurub yazın. Yazdığınız cümlələrdə onların yaratdığı məna
çalarını izah edin.
§ 26. SƏRV AğACI
Qoca bağbanın bağı çox gözəl idi. Bu bağda can dərmanı desən, tapardın.
Qırmızıyanaq* almaların, sapsarı armudların*, heyvaların, alyanaq* narların*
dadından* doymaq* olmurdu.
Bu bağda bir sərv ağacı da bitmişdi. Bu ağac* hər gün boy atıb yüksəlirdi.
Ancaq* barsız-bəhərsiz idi. Qoca bağban neçə dəfə onu kəsib, yerində meyvə
ağacı əkmək istəmişdi. Ancaq yaşıllığına heyfi gəlmişdi.
Sərv ağacı bir gün ətrafa boylanıb, öz uca qaməti ilə öyündü:
– Eh, bu bağda mənə çatan olmaz, – dedi. – Az keçməz başım lap bulud-
lara* dəyər.
Sərv ağacının boyu uzandıqca* lovğalığı da artırdı. Bütün ağaclara*
yuxarıdan aşağı baxırdı.
Ellərə payız gəlmişdi. Qoca bağbanın meyvələri yetişib ballaşırdı. O, hər
gün bağın meyvələrindən* dərib nəvə-nəticələrinə səbət-səbət pay göndərirdi.
Uca sərv ağacına isə heç yaxın getmirdi.
Bir gün sərv ağacı başını aşağı əyib yanındakı alma ağacından* soruşdu:
– Görəsən, bağban mənə niyə yaxın düşmür?
Alma ağacı dedi:
– Axı niyə də yaxın düşsün, barın yox, bəhərin yox.
Öz ucalığı ilə öyünən sərv ağacı bu sözdən yamanca tutuldu. Belə barlı-
bəhərli* bağda bitdiyinə peşman oldu. Əvvəlki sevincindən* əsər-əlamət
qalmadı. Barlı ağaclara baxıb xəcalət çəkdi. İndi o, başını uca tutmağa belə
utanırdı. Barsızlıq* ona böyük bir dərd olmuşdu.
Axır ki bu bağda onun dərdinə bir şərik olan tapıldı. İri kötüklü meynənin
topasından ayrılmış zoğ əlini sərv ağacına uzadaraq*:
– Ey sərv ağacı, gəl dost olaq, – dedi.
Sərv ağacı əvvəl ona heç məhəl qoymadı. Sonra könülsüz-könülsüz:
– Eh, sən hara, mən hara? – dedi.
– Bilirəm, ucalığını deyirsən.
Kömək etsən, mən də sənə çata bilərəm.
Sərv ağacı ürəyində ucalığını tutmamışdı. Öz barsızlıq dərdini demək
istəyirdi.
– Eh, siz meyvələrə nə var ki! Məhsulunuz bol, hər yerdə də təriflənirsiniz,
süfrələr bəzəyirsiniz. Dərd mənim dərdimdir.
Meynə sərv ağacının halına acıdı:
Çap üçün deyil