106
⓯
Hansı il, ay sizin, yaxud ailə üzvlərinizin həyatında əlamətdar hadi-
sələrlə yadda qalıb? Cümlələr arasındakı əlaqələri gözləməklə bu mövzuda
ətraflı danışın.
⓰
İllərin və ayların düzümündə bir tarix – 20 Yanvar 1990-cı il Azərbay-
can xalqının yaddaşında Qanlı Yanvar kimi əbədiləşir. 20 Yanvar hadisələri
ilə əlaqədar debata qoşulun. Fikrinizi konkret fakt və rəqəmlərlə əsaslandırın.
1) 20 Yanvar 1990-cı il Azərbaycan tarixində milli hüzn günüdür.
2) 20 Yanvar 1990-cı il Azərbaycan xalqının şərəfli qəhrəmanlıq tarixidir.
Köməkçi:
Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744
nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; qəddarlıq: R.Rüstəmova
23, Y.Meyerovicə 21, D.Xanməmmədova 10-dan cox gullə vurulmuşdur;
⓱
Aşağıdakı cədvələ diqqətlə baxın və oradakı illərin, ayların düzümünü
yadda saxlayın! Bu tarixlər Azərbaycan torpaqlarının ermənilər tərəfindən
işğal tarixləridir! Tariximizi unutmayaq!
xankəndi – 26 dekabr 1991-ci il Ağdərə – 7 iyul 1993-cü il
xocalı –26 fevral 1992-ci il Ağdam – 23 iyul 1993-cü il
şuşa – 8 may 1992-ci il Cəbrayıl – 23 avqust 1993-cü il
Laçın – 18 may 1992-ci il Füzuli – 23 avqust 1993-cü il
xocavənd – 2 oktyabr 1992-ci il Qubadlı – 31 avqust 1993-cü il
Kəlbəcər – 2 aprel 1993-cü il zəngilan – 29 oktyabr 1993-cü il
⓲
Aşağıdakı sözlər cərgəsini nəzərdən keçirin və onların arasında hər
hansı bir bağlılıq olub-olmadığını izah edin. Sözlərdən bir neçəsini cümlədə
işlədin.
Düzmək – düzüm – düzdürmək – düzülmək – düzülüşmək – düzlənmək
ötmək – ötürmək – ötürücü – ötürücülük – ötüşmə – ötüşmək – ötüşdürmək
§ 28. QIRMIzI GİLƏLİ BUDAQLAR
Natiq hər dəfə babası ilə meşəyə gedəndə bir şey öyrənirdi. Bu dəfə
gördüklərini isə o, bir nağılda oxumuşdu.
... Zalım ögey ana qış vaxtı* balaca qıza əmr edir ki, meşəyə gedib onun
üçün təzə meyvə gətirsin. Tapmasa, bir daha evə qayıtmasın.
Balaca qız qara bata-bata meşəyə üz tutur. Ağlaya-ağlaya gəlib bir böyük
qovaq* ağacına söykənir. Hara baxırsa, ağappaq* qar görünür. Nə edəcəyini
bilmir. Bu zaman onun gözünün qabağında nurani bir qoca görünür.
– Əziz balaca qız, ağlama! Bax bu qovaq* ağacından* yeddi ağac o yana,
qoca palıdın yanına get. Qarı təmizlə, oradan giləmeyvə taparsan.
Balaca qız əllərini ovxura-ovxura
həmin
ağacın yanına qaçır.
Çap üçün deyil
107
– Burada gör nə qədər qar var, – deyir və qarı təmizləməyə* başlayır. Birdən
gözlərinə* inanmır. Qarın altından* bərk, yaşıl yarpaqları*, parlaq qırmızı
gilələri olan kiçik budaqlar* çıxır... Qız sevinə-sevinə
həmin
giləmeyvələrdən
yığıb, zənbilini doldurur və sonra evə yüyürür...
İndi babası qar altından balaca budaqlar çıxarıb onlardan* meyvə dərəndə
Natiq həmin nağılı xatırladı. Sərv ağacı meynənin sözlərindən* çox sevindi.
– Baba, mən bu haqda nağıl da oxumuşam.
– Bala, elə bu da meşənin nağılıdır da.
Bütün
bu işləri də insanlar* görür, nağılları da
insanlar* qoşurlar*.
Onlar meyvə yığır və şirin söhbət edirdilər.
– Baba, bu nə ağacıdır?
– Ağac deyil, bitkidir.
– Bəs adı nədir? Payız öz kəhrəba salxımları
ilə sərv ağacını bəzədi.
– Adına mərsin deyirlər*.
Baba giləmeyvələrdən yığır və
hər şeyi
Natiq
üçün yerli-yerində danışırdı. Mərsin həmişəyaşıl
bitkidir. O, payızda da yarpaqlarını* tökmür. Hə,
qarın altında da yaşıl qalır. Giləmeyvələri də
yarpaqları kimi donmur.
Söhbətin bu yerində Natiq özünü saxlaya bilməyib soruşdu:
– Baba, mən eşitmişəm ki, qışda
bütün
meyvələr donur.
– Yox, bala, donmayan da var. Bax elə mərsini götürək. Onun üçün qar
qorxulu deyil. Payızda olduğu kimi, qışda da yaşıl olur, meyvələri də dadını
saxlayır.
Onlar* bir balaca heybə mərsin giləmeyvəsi yığıb, yola düzələndə Natiq
bir məsələni də öyrənmək* istədi:
– Baba, qar basmış meşədə sən bu mərsinin yerini necə tapdın?
Baba güldü:
– Hə, onun da sirri var.
– Sirri de, baba, xahiş edirəm.
– Sirri budur ki, bilirdim, Natiq balam qışda mənə qonaq* gələcək. Odur
ki, yayda mərsin bitən yeri nişanlamışdım. Qışda da birbaş həmin yerə gəlib
çıxdıq*.
Bu gün Natiqin sevinci kiçik qəlbinə sığmırdı. Birinci, ona görə ki, babası
onu çox istəyirdi. İkinci də, o, bu gün meşədə nağıllarda oxuduğu bir aləmdə
olmuşdu.
SÞZLÖK
qırmızı giləli – красными ягодами
ovxurmaq – burada: согревать
giləmeyvə – ягода
mərsin – мирт
Əmrah Əmrahov
Çap üçün deyil
108
❶
Səs tonu, temp və fasiləni gözləməklə hekayəni oxuyun. Qara hərflərlə
verilmiş sözlərin və ifadələrin mənasını izah edin.
❷
Aşağıdakı suallardan hansına hekayədə cavab tapmadınız? Fikrinizi
əsaslandırın və suallara cavab verin.
1) Nağıldakı balaca qız meşədəki giləmeyvənin yerini necə tapır?
2) Nağılda ögey ana balaca qızcığazı necə mükafatlandırır?
3) Necə oldu ki, Namiq oxuduğu nağılı xatırladı?
4) Babası Namiqə mərsin barəsində hansı məlumatı verdi?
5) Xalq təsərrüfatında mərsindən nə məqsədlə istifadə olunur?
6) Baba meşədə mərsinin yerini necə tapmışdı?
7) Mərsin meşəsi Azərbaycanın hansı bölgəsində yerləşir?
❸
Mətn üzrə aşağıdakı planı nəzərdən keçirin. Bu planda dəyişiklik et-
mək istərdinizmi? Hər hansı bir fikriniz varsa, əsaslandırın. Sonra səs tonunuza
diqqət yetirməklə verilmiş plan əsasında mətnin məzmununu danışın.
1) Balaca qızcığazın nağılı.
4) Babanın sirri.
2) Meşənin nağılı.
5) Natiqin sevinci.
3) Natiqin marağı.
❹
Necə düşünürsünüz, hekayədəki nağıl əhvalatından yazıçı nə məqsədlə
istifadə etmişdir? Fikrinizi əsaslandırın və mətnin hissələrini müəyyənləşdirin.
❺
Hekayənin hansı hissəsi (giriş, əsas hissə, nəticə) daha çox xoşunuza
gəldi və niyə? Xoşunuza gələn hissəni danışın.
❻
Hekayənin əsas hissəsini girişlə bağlayan cümlə hansıdır? Fikrinizi
əsaslandırın.
A) Baba, mən bu haqda nağıl da oxumuşam.
B) İndi babası qar altından balaca budaqlar çıxarıb onlardan meyvə dərəndə
Natiq həmin nağılı xatırladı.
C) Bu dəfə gördüklərini isə o, bir nağılda oxumuşdu.
D) Balaca qız əllərini ovxura-ovxura həmin ağacın yanına qaçır.
E) Bu gün Natiqin sevinci kiçik qəlbinə sığmırdı.
❼
Hekayədəki cümlələrdən birində düz 5 sifət işlənmişdir. Həmin cümləni
tapıb oxuyun və sifətləri seçib deyin. Sonra cümləni həmin sifətlərsiz işlədin
və sifətlərin dildəki əhəmiyyəti haqqında fikrinizi izah edin.
❽
Mətndə altından xətt çəkilmiş sözlərlə işlənən qoşmaları sinonimləri
ilə əvəz edin və onların qrammatik mənasını – qoşulduğu sözlərdə hansı məna
çalarları yaratdığını izah edin.
❾
“Üçün” qoşması işlənmiş cümlələr üzərində müşahidə aparın. Necə
bilirsiniz, həmin cümlələrdəki qoşmaları ismin yönlük hal şəkilçisi ilə əvəz
etmək olarmı? Bəs aşağıdakı cümlələrdə bu qoşmanı hansı sözlə əvəz etmək
olar? Fikrinizi misallar üzərində şərh edin.
1) Hava şaxtalı olduğu üçün qalın kürk geyinmişdim. 2) Əsmərlə çoxdan
tanış olduğumuz üçün bir-birimizi yaxşı başa düşürdük.
Çap üçün deyil
Dostları ilə paylaş: |