Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə33/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   29   30   31   32   33   34   35   36   ...   51

100
– Sənin nə dərdin ola bilər? – dedi. Uca qamətinə 
aləm heyrandır. Bütün ağaclar* sənə həsəd aparır.
Sərv ağacı:
– Nə olsun ki, uca qamətim var, – dedi. Barım 
ki yoxdur.
Meynə  sərv  ağacının  dərdini  anladı,  halına 
acıdı. Ona kömək etmək üçün fikirləşdi*, fikirləşdi 
və axırda:
Mən sənin dərdinə əlac edərəm, – dedi.
Sərv ağacı sevinərək:
– Necə edərsən?
– Bax mən sənin uca qamətinə sarılıb, yuxarı 
qalxaram. Payız gələndə sarı kəhrəba salxımlarımla* səni bəzəyərəm.
Sərv  ağacı  meynənin  sözlərindən*  çox  sevindi.  Həmin  gündən*  onun-
la  dost  oldu,  qoynunda  ona  yer  verdi.  Meynə  sərv  ağacına  sarılıb  yuxarıya  
qalxdı. Günəşin işığını, hərarətini əmib boy atdı. Payızda öz kəhrəba salxımları 
ilə sərv ağacını bəzədi. Salxımlar şirəyə doldu, saralıb ballandı. Bağban sərv 
ağacından* sallanan salxımlardan dərib yenə nəvələrinə pay göndərdi. Sərv 
ağacı buna sevindi. Qoca bağban ondan* da çox sevinirdi. İndi onun bağında  
bir dənə də bəhərsiz ağac yox idi.    
 
SÞZLÖK
  alyanaq – румяный    
zoğ – побег 
sərv ağacı – кипарис          ballaşmaq – созревать, наливатся соком
SЮZ EHTИYATI
can dərmanı – эликсир жизни 
yaxın düşmək – приближаться
ürəyində tutmaq – задумать   
məhəl qoymamaq – игнорировать
yuxarıdan aşağı baxmaq – смотреть сверху вниз 

 Hekayədəki əsas fikri müəyyənləşdirin və səs tonu, ritmi gözləməklə 
hekayəni rollar üzrə oxuyun.

 Qruplara bölünün və hekayənin məzmunu ilə bağlı suallar tərtib edib 
yazın. Sualların ədəbi dilin qrammatik normalarına uyğunluğuna diqqət yeti-
rin. Sualların tərtibində yol verilmiş səhvləri müəyyənləşdirib düzəldin.

 Mətn üzrə aşağıda verilmiş planda hansı dəyişikliyi etmək istərdiniz? 
Fikrinizi əsaslandırın.
1) Meynənin dostluq təklifi. 
 
4) Lovğa sərv ağacı.
2) Qoca bağbanın bağı.   
 
5) Sərv ağacının sevinci.
3) Barsızlıq dərdi.
Əli Səmədli
Çap üçün deyil


101

 Necə bilirsiniz, mətnin giriş və əsas hissəsi bir-biri ilə aşağıdakı cüm-
lələrdən hansı ilə əlaqələnir? Fikrinizi əsaslandırın.
A) Sərv ağacı bir gün ətrafa boylanıb, öz uca qaməti ilə öyündü.
B) Bu bağda bir sərv ağacı da bitmişdi.
C) Sərv ağacının boyu uzandıqca lovğalığı da artırdı.
D) Sərv ağacı əvvəl ona heç məhəl qoymadı.

 Cümlələri mətnin məzmunu əsasında tamamlayın və sonda müvafiq 
durğu işarələrini qoyun. Sonra onları mətnin məzmunu üzrə ardıcıl sıralayın.
1)  Sərv  ağacı  həmin  gündən  meynə  ilə  dost  oldu,  ...  2)  Qoca  bağban 
neçə dəfə sərv ağacını  kəsib, ... 3) Bir gün sərv ağacı başını aşağı əyib ...   
4) Görəsən, bağban  mənə niyə ...  5) Bağban hər gün bağın meyvələrindən dərib, ...  
6) Meynə sərv ağacına sarılıb... 7) Sərv ağacının boyu uzandıqca ...
HИKMЯT XЯZИNЯSИNDЯN
                                    Birinci addımda lovğalananlar,
İkinci addımda yıxılacaqdır.  S.Vurğun

 Hansı cümlədə “o”, “bu” əvəzliklərindən sonra vergül işarəsinin bura-
xıl dı ğını müəyyənləşdirin və düzgün şəkildə köçürün.
1) O meynənin sözlərindən çox sevindi. 2) Sənin o vazaları təmizləməyinə 
lüzum yox idi. 3) İndi o başını uca tutmağa belə utanırdı. 4) Bu sərv ağacını 
çox kədərləndirdi. 5) O düşünürdü ki, bütün ağaclar ona həsəd aparır. 6) O sərv 
ağacına sarılıb yuxarıya  qalxdı. 7) Bu müddət ərzində iki müştəri gəlib xeyli 
qab-qacaq aldı. 8) O altmış batmanlıq gürzlə Dondazı bərk vurdu.
|
 Hansı cümlələrdə  “o”, “bu” əvəzliklərindən sonra vergül işarəsinə ehti-
yac olmadığını müəyyənləşdirin və səbəbini izah edin.

 Necə düşünürsünüz, aşağıdakı atalar sözlərindən mətnin məzmunu ilə 
səsləşəni varmı? Uyğun bildiyiniz atalar sözünü seçib səsləndirin.
1) İki qoçun başı bir qazanda qaynamaz. 2) İçim özümü yandırır, çölüm 
özgəni.  3)  Gedən  bağdan  gedər,  bağbandan  nə  gedər.  4)  Əli  aşından  da 
olduq, Vəli aşından da. 5) Əvvəl evin içi, sonra çölü. 6) El gözü tərəzidir.  
7) Əkinçi yağış istər, yolçu quraqlıq. 
ATALAR SЮZЦ – AЬLIN GЮZЦ
|
 Axırıncı atalar sözünü necə başa düşdüyünüzü izah edin.

 Aşağıdakı cümlələrdə qoşmaları tapıb sinonimləri ilə əvəz edin.
1) Səlim muzeyə çatana  kimi hələ nə edəcəyini bilmirdi. 2) Uşaqlar  mey-
dançaya  tərəf  gedib  sağa  döndülər.  3) Vəli  məftillərin  uclarını  qarmaq  təki 
Çap üçün deyil


102
əyərək bir-birinə keçirdi. 4) Toğruldan başqa, bütün uşaqlar şənliyə vaxtında 
gəldilər. 5) Lalə Nərmindən qabaq qapını açıb içəri girdi.
|
  Necə  düşünürsünüz,  öyrəndiyiniz  qoşmalardan  hansıları  bir-birinin 
əvəzinə işlətmək olar? Fikrinizi misallarla əsaslandırın.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Qoşmalar iki cür yazılır: 1) birhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid 
olduqları sözə bitişik yazılır: küçəyədək, axşamacan, səhərəcən, gültək;
2) ikihecalı qoşmalar (tərəf, kimi, qədər, bəri, ötrü, üçün, ilə, və s.) aid olduqları 
sözdən ayrı yazılır: anam üçün, ceyran kimi, dünəndən bəri, qılınc təki və s.
Qeyd: İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə 
şəklində sözə bitişik yazıla bilər: anamla, qələm, ağacla ... 

 Aşağıdakı cümlələrdən hansı  hekayənin əsas hissəsini nəticə ilə (son-
luqla) bağlamağa xidmət edir? Fikrinizi əsaslandırın.
A) Meynə sərv ağacına sarılıb yuxarıya  qalxdı.
B) Sərv ağacı meynənin sözlərindən çox sevindi.
C) İndi onun bağında  bir dənə də bəhərsiz ağac yox idi.  
D) Payızda öz kəhrəba salxımları ilə sərv ağacını bəzədi.  
E) Payız gələndə sarı kəhrəba salxımlarımla səni bəzəyərəm.

 Aşağıda verilmiş tapmacaları cavablandırın. Cavablarda ifadə olunmuş 
əşyaları təsvir edin və həmin sözlərlə assosiasiya yaradan sözlər silsiləsi yazın.
Əyri-üyrü boy atar,                            
Uzun-uzun uzanar.
Ayağı yerə batar.                           
Al-yaşıla boyanar.
Salxım-salxım sallanar,                  
Qırmızıdan don geyər.
Altında karvan yatar.     
     
Ərş üzünə dayanar.  
Yaşılı yamanca bərkdi,                     
Ağac başında sarı yumaq,
Sarısı göbələkdi.                              
Üstünə səpilib ağ sumaq.
Əl vurma düşəcəkdi.  

 Cümlələrin düzgün qurulmasına diqqət yetirməklə müəllimin təqdim 
etdiyi mətni Azərbaycan dilinə tərcümə edin.

  Mətndə  işlənmiş  defislə  və  bitişik  yazılan  mürəkkəb  sözləri  seçib 
səsləndirin və onların orfoqrafiyası ilə əlaqədar qaydanı izah edin.

  Mətndə  altından  xətt  çəkilmiş  sözləri  dəftərinizə  köçürün,  hər  biri-
nin düzgün tələffüzünü qarşısında qeyd edin. Sonra həmin  sözlərin üzərində 
vurğusunu qoyun.

  Mətndən  götürülmüş  aşağıdakı  sözlərdən  eyniköklü  sözlər  düzəldib 
yazın və hər birini birləşmə daxilində işlədin.
bağ, uca, bar, tərif, bəzə(mək), fikir, bal, ağac, lovğa, yaşıl, dad, üzüm 
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə