Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə34/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   30   31   32   33   34   35   36   37   ...   51

103

 Aşağıdakı məlumatı oxuyun və Azərbaycanda üzümçülüyün inkişafı 
ilə bağlı faktları qruplaşdırıb, müqayisə edin. Sonra sayların mənaca növlərini 
müəyyənləşdirin və kəsr saylarını sözlə yazın.
1969-cu  ildə  Azərbaycanda  üzüm  istehsalı  272  min  ton  olduğu  halda,  
son ra kı  dövrlərdə  görülmüş  tədbirlər  nəticəsində  bu  rəqəm  2  milyon  tonu 
ötmüşdü. Lakin keçən əsrin 80-ci illərinin ortalarından başlayaraq Azərbay-
canda böyük zəhmət hesabına yaradılmış üzüm  bağları məhv edilmişdir.
Yalnız  ölkəmiz  müstəqillik  əldə  etdikdən  sonra  üzümçülüyün    inkişafı 
üçün əlverişli şərait   yaradılmış və bu  istiqamətdə müvafiq tədbirlərin həyata 
keçirilməsinə  başlanılmışdır. 
2010-cu ilin statistik məlumatlarına əsasən, Azərbaycanda üzümün əkin 
sahəsi 15,4 min hektar, istehsalın həcmi 129,5 min ton, təzə və qurudulmuş 
üzüm idxalı 5,5 min ton, ixracı isə 24,1 ton olmuşdur. 
§ 27. AYLARIN DüzüMü 
Bilirsənmi bu dünyada
İlin neçə ayı vardır?
Payızı var,
                    Qışı vardır,
Baharı var, yayı vardır.
Yanvar, fevral...
                    Qar geyimli...
Martsa 
gələr
 əldə çiçək.
Aprel keçib, may 
gülümsər
zəmiləri bəzəyərək.
İyun, iyul...
               Qızıl zəmi...
Zəmi düzüm-düzüm olar.
Avqustun da hədiyyəsi*
Günəş nurlu* üzüm olar.
Sentyabr, oktyabr
Alma 
verər
, nar 
gətirər
.
Noyabrla dekabrda
Yenə boran, qar gətirər.
Bax beləcə günlər* 
keçər
,
Ay dalınca ay ötüşər.
Qış qapını döyməmişdən
Bahar keçər, yay 
ötüşər
.
Əgər günlər* bir-birinə
Bəxş etsə də öz yerini,
Yenə aylar görə 
bilməz
Bu dünyada bir-birini.
   
 
Nəbi xəzri 
SÞZLÖK
  düzüm – строение               
ötüşmək – burada: пройти

 Səs tonu, temp və fasiləni gözləməklə şeiri oxuyun və şairin onu niyə 
belə adlandırması ilə bağlı müzakirə aparın.
Çap üçün deyil


104

 Dörd qrupa bölünün və qrupları “Yaz”, “Yay”, “Payız”, “Qış” ad lan-
dırın. Hər qrup adını daşıdığı  fəsil, onun əhatə etdiyi aylar, əsas əlamətləri  
üzrə təqdimat hazırlasın.

 “Yaz”, “yay”, “payız”, “qış” sözlərindən hər biri ilə assosiasiya yara-
dan sözlər cərgəsi düzəldib yazın. 

 Cütlərlə işləyin. Hər cütlük ilin aylarından birini özünə şərti ad seçsin. 
Hansı ayı özünüzə ad seçmisinizsə, həmin ayı yazılı şəkildə səciyyələndirin. 
Hər bir ay nə ilə səciyyələnir: həmin ayda təbiətdə hansı hadisələr baş verir, 
insanlar  necə davranırlar, hansı işlər görülür və s.? 
Tərtib etdiyiniz mətndə  cümlələr və abzasların düzgün əlaqələnməsinə 
diqqət yetirin. 

Şeirdə qara şriftlə verilmiş sözlərin köntekstə uyğun mənasını izah edin.

 Aşağıdakı  tapmacaları  cavablandırın  və  onlarda  işlənmiş  isim,  sifət, 
say  və  əvəzlikləri  seçib  ayrı-ayrı  sütunlarda  yazın,  qrammatik  mənalarını  
izah edin.
Bir ağacım var, on iki budağı,                       
Dəyirmana dən doldu,
Hər budağın otuz yarpağı,                              
Zülf üzünə bənd oldu
1
,
Hər yarpağın bir üzü qara, bir üzü ağ.         
Düz üç yüz altmış taxta
                                                                       
Bir mismara bənd oldu
2
.
SÞZLÖK
  bənd olmaq
1
 – burada: влюбиться
bənd olmaq
2
 – burada: закрепиться
|
 Tapmacada altından xətt çəkilmiş sözlərin sinonimləri aşağıdakılardan 
hansıdır?
Köməkçi:
  aşiq  olmaq,  bağlanmaq,  vurulmaq,  ilişmək,  məftun  olmaq, 
yapışmaq

 Şeiri nəsrə çevirib məzmununu öz sözlərinizlə danışın. Danışarkən səs 
tonunuzu tənzimləyin.

 “Martsa gələr əldə çiçək” misrası ilə şair nə demək istəyir?  Fikrinizi 
müvafiq nümunələrdən istifadə etməklə izah edin.

  Aşağıdakı  mətni  oxusanız,  müstəqil  Azərbaycanın  enerji  sahəsinin 
inkişafında  hansı  illərdə    hansı  mühüm  tarixi  hadisələrin  baş  verdiyini 
öyrənəcəksiniz.  Mətndə  sayın  hansı  məna  növünün  daha  çox  işləndiyini 
müəyyənləşdirin  və  onların    yazılışında  yol  verilmiş  səhvlərin  nə  ilə  bağlı 
olduğunu izah edin.
1996-c   ildə  “Şahdəniz”  qaz  yatağı  ilə  bağlı  saziş  imzalanmış,  sonra  
1999-c   ildə  Xəzər dənizini Gürcüstanın Qara dəniz sahilləri ilə birləşdirən ilk 
ı
u
Çap üçün deyil


105
boru kəməri inşa edilmişdir. Daha sonra – 2006-c  ildə Xəzər dənizini Aralıq 
dənizi və beynəlxalq bazarlarla birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas neft ixrac 
boru kəməri, 2007-c  ildə isə Cənub 
boru
  kəməri
  inşa
  edilmişdir
.   2012-
c
 
ildə Türkiyə  ilə  Trans-Anadolu  boru  kəməri  – TANAP-a  dair  tarixi  saziş  2013-
c
 
il  dekabrın  17-da  isə  “Şahdəniz-2”
  yekun  investisiya  qərarı  imzalanmışdır.

 Zamanla bağlı aşağıdakı tapmacaların cavabını siz artıq bilirsiniz. Bura-
da onların hissələri bir-biri ilə qarışıq düşüb. Hissələr arasındakı uyğunluğu 
tapıb, tapmacaların ilkin şəklini bərpa edin. 
Üçü bizə yağıdı,                       Üçü yığar gətirər,
Üçü cənnət bağıdı,                   Üçü vurar dağıdar.
O hansı quşdu ki,                     Bir qanadı qara.
Bir qanadı ağdı,
Atamın yeddi oğlu var,            Basdırmışam iki toyuq,
Biri isti, biri soyuq.                  Yeddisi də bir boyda.
 

 Şeirdə yaşıl rəngdə verilmiş feillərin zamanını müəyyənləşdirin. Həmin 
feillərdən axırıncısı digərlərindən nə ilə fərqlənir? Fikrinizi əsaslandırın.

 2013-cü ilin son ayı hansı layihənin imzalanması ilə yadda qaldı?
A) Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına 
dair memorandum imzalandı.
B) Türkiyə ilə Trans-Anadolu boru kəmərinə dair tarixi saziş imzalandı.
C) Bakı – Ceyhan neft kəmərinə dair “Əsrin müqaviləsi” imzalandı.
D) Dekabrın 17-də “Şahdəniz-2” üzrə yekun investisiya qərarı imzalandı.
E) “Şahdəniz” qaz yatağı ilə bağlı saziş imzalandı.

 Yanvar, mart, may, iyun, sentyabr, oktyabr, noyabr, dekabr ay la-
rın da hansı bayramlar və tarixi günlər qeyd olunur? Ən çox sevdiyiniz bayram 
və ya tarixi günlərdən biri haqqında mətn tərtib edib danışın. Tərtib etdiyiniz 
mətndə hadisələrin ardıcıllığına və cümlələrin əlaqəsinə diqqət yetirin.

 Müəllimin təqdim etdiyi “Tərcümeyi-hal” üzərində müşahidə aparın 
və  illərin  düzü münə  əməl  etməklə  nümunə  əsasında  hər  biriniz  öz  geniş 
tərcümeyi-halınızı yazın. 
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Tərcümeyi-hal  yazarkən aşağıdakı ardıcıllığa əməl etmək lazımdır:
1) Başlıq: Tərcümeyi-hal ; 2) Adınız, soyadınız və atanızın adı. 3) Doğulduğunuz 
il, ay, gün; 4) Məktəbə qədər olan dövr; 5) Məktəb dövrü; 6) Məktəbdəki fəaliyyətiniz  
və apardığınız ictimai vəzifə; 7) Ailə üzvləri haqqında qısa məlumat; 8) Tərcümeyi-
halın yazılma tarixi; 9) Tərcümeyi-hal yazanın şəxsi imzası.
Qafqaz
.
i
i
,
ı
i
ü
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə