Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə35/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   31   32   33   34   35   36   37   38   ...   51

106

 Hansı il, ay sizin, yaxud ailə üzvlərinizin həyatında əlamətdar hadi-
sələrlə  yadda  qalıb?  Cümlələr  arasındakı  əlaqələri  gözləməklə  bu  mövzuda 
ətraflı danışın. 

 İllərin və ayların düzümündə bir tarix – 20 Yanvar 1990-cı il  Azərbay-
can xalqının yaddaşında Qanlı Yanvar kimi əbədiləşir. 20 Yanvar hadisələri 
ilə əlaqədar debata qoşulun. Fikrinizi konkret fakt və rəqəmlərlə əsaslandırın.
1) 20 Yanvar 1990-cı il Azərbaycan tarixində milli hüzn günüdür. 
2) 20 Yanvar 1990-cı il Azərbaycan xalqının şərəfli qəhrəmanlıq tarixidir.
Köməkçi: 
Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744 
nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; qəddarlıq: R.Rüstəmova 
23, Y.Meyerovicə 21, D.Xanməmmədova 10-dan cox gullə vurulmuşdur;
⓱ 
 Aşağıdakı cədvələ diqqətlə baxın və oradakı illərin, ayların düzümünü 
yadda  saxlayın!  Bu  tarixlər   Azərbaycan  torpaqlarının  ermənilər  tərəfindən 
işğal tarixləridir! Tariximizi unutmayaq!
xankəndi – 26 dekabr 1991-ci il          Ağdərə – 7 iyul 1993-cü il
xocalı –26 fevral 1992-ci il                   Ağdam – 23 iyul 1993-cü il
şuşa – 8 may 1992-ci il                         Cəbrayıl – 23 avqust 1993-cü il
Laçın – 18 may 1992-ci il                     Füzuli – 23 avqust 1993-cü il
xocavənd – 2 oktyabr 1992-ci il          Qubadlı – 31 avqust 1993-cü il 
Kəlbəcər – 2 aprel 1993-cü il                 zəngilan – 29 oktyabr 1993-cü il

 Aşağıdakı  sözlər  cərgəsini  nəzərdən  keçirin  və  onların  arasında  hər 
hansı bir bağlılıq olub-olmadığını izah edin. Sözlərdən bir neçəsini  cümlədə 
işlədin.
Düzmək – düzüm – düzdürmək – düzülmək – düzülüşmək – düzlənmək
ötmək – ötürmək – ötürücü – ötürücülük – ötüşmə – ötüşmək – ötüşdürmək
§ 28. QIRMIzI  GİLƏLİ  BUDAQLAR
Natiq  hər  dəfə  babası  ilə  meşəyə  gedəndə  bir  şey  öyrənirdi.  Bu  dəfə 
gördüklərini isə o, bir nağılda oxumuşdu. 
... Zalım ögey ana qış vaxtı* balaca qıza əmr edir ki, meşəyə  gedib onun 
üçün təzə meyvə gətirsin. Tapmasa, bir daha evə qayıtmasın. 
Balaca qız qara bata-bata meşəyə üz tutur. Ağlaya-ağlaya gəlib bir böyük 
qovaq* ağacına söykənir. Hara baxırsa, ağappaq* qar görünür. Nə edəcəyini 
bilmir. Bu zaman onun gözünün qabağında nurani bir qoca görünür. 
– Əziz balaca qız, ağlama!  Bax bu qovaq* ağacından* yeddi ağac  o yana, 
qoca palıdın yanına get. Qarı təmizlə, oradan giləmeyvə taparsan.
Balaca qız əllərini ovxura-ovxura 
həmin
 ağacın yanına qaçır.
Çap üçün deyil


107
– Burada gör nə qədər qar var, – deyir və qarı təmizləməyə* başlayır. Birdən 
gözlərinə* inanmır. Qarın altından* bərk, yaşıl yarpaqları*, parlaq qırmızı 
gilələri olan kiçik budaqlar* çıxır... Qız sevinə-sevinə  
həmin
 giləmeyvələrdən 
yığıb, zənbilini doldurur və sonra evə yüyürür...         
İndi babası qar altından balaca budaqlar çıxarıb onlardan* meyvə dərəndə 
Natiq həmin nağılı xatırladı. Sərv ağacı meynənin sözlərindən* çox sevindi. 
– Baba, mən bu haqda nağıl da oxumuşam.
–  Bala,  elə  bu  da  meşənin  nağılıdır  da. 
Bütün
 bu işləri də insanlar* görür, nağılları da 
insanlar* qoşurlar*.
Onlar meyvə yığır və şirin söhbət edirdilər.
– Baba, bu nə ağacıdır?
– Ağac deyil, bitkidir.
– Bəs adı nədir? Payız öz kəhrəba salxımları 
ilə sərv ağacını bəzədi.
– Adına mərsin deyirlər*.
Baba giləmeyvələrdən yığır və 
hər şeyi
 Natiq 
üçün yerli-yerində danışırdı. Mərsin həmişəyaşıl 
bitkidir. O, payızda da yarpaqlarını* tökmür. Hə, 
qarın  altında  da  yaşıl  qalır.  Giləmeyvələri  də 
yarpaqları kimi donmur.
Söhbətin bu yerində Natiq özünü saxlaya bilməyib soruşdu:
– Baba, mən eşitmişəm ki, qışda 
bütün
 meyvələr donur.
– Yox, bala, donmayan da var.  Bax elə mərsini götürək. Onun üçün qar 
qorxulu deyil. Payızda olduğu kimi, qışda da yaşıl olur, meyvələri də dadını 
saxlayır.
Onlar* bir balaca heybə  mərsin giləmeyvəsi yığıb, yola düzələndə Natiq 
bir məsələni də öyrənmək* istədi:
– Baba, qar basmış meşədə sən bu mərsinin yerini necə tapdın?
Baba güldü:
– Hə, onun da sirri var.
– Sirri de, baba, xahiş edirəm.
– Sirri budur ki, bilirdim, Natiq balam qışda mənə qonaq* gələcək. Odur 
ki, yayda mərsin bitən yeri nişanlamışdım. Qışda da birbaş həmin yerə gəlib 
çıxdıq*.
Bu gün Natiqin sevinci kiçik qəlbinə sığmırdı. Birinci, ona görə ki, babası 
onu çox istəyirdi. İkinci də, o, bu gün meşədə nağıllarda oxuduğu bir aləmdə 
olmuşdu.     
SÞZLÖK
  qırmızı giləli – красными ягодами
ovxurmaq – burada: согревать
 
giləmeyvə – ягода
 
mərsin – мирт
Əmrah Əmrahov
Çap üçün deyil


108

 Səs tonu, temp və fasiləni gözləməklə hekayəni  oxuyun. Qara hərflərlə 
verilmiş sözlərin və ifadələrin mənasını izah edin.

 Aşağıdakı  suallardan  hansına  hekayədə  cavab  tapmadınız?  Fikrinizi 
əsaslandırın və suallara cavab verin.
1) Nağıldakı balaca qız meşədəki giləmeyvənin yerini necə tapır?
2) Nağılda ögey ana balaca qızcığazı necə mükafatlandırır?
3) Necə oldu ki, Namiq  oxuduğu nağılı xatırladı?
4) Babası Namiqə mərsin barəsində hansı məlumatı verdi? 
5) Xalq təsərrüfatında mərsindən nə məqsədlə istifadə olunur?
6) Baba meşədə mərsinin yerini necə tapmışdı?
7) Mərsin meşəsi Azərbaycanın hansı bölgəsində yerləşir?

 Mətn üzrə aşağıdakı planı nəzərdən keçirin. Bu planda dəyişiklik et-
mək istərdinizmi? Hər hansı bir fikriniz varsa, əsaslandırın. Sonra səs tonunuza 
diqqət yetirməklə verilmiş plan əsasında mətnin məzmununu danışın. 
1) Balaca qızcığazın nağılı. 
 
4) Babanın sirri.
2) Meşənin nağılı.  
 
 
5) Natiqin sevinci.
3) Natiqin marağı.

 Necə düşünürsünüz, hekayədəki  nağıl əhvalatından yazıçı nə məqsədlə 
istifadə etmişdir? Fikrinizi əsaslandırın və mətnin hissələrini müəyyənləşdirin.

 Hekayənin hansı hissəsi (giriş, əsas hissə, nəticə) daha çox xoşunuza 
gəldi və niyə? Xoşunuza gələn hissəni danışın.

  Hekayənin  əsas  hissəsini  girişlə  bağlayan  cümlə  hansıdır?  Fikrinizi 
əsaslandırın.
A) Baba, mən bu haqda nağıl da oxumuşam.
B) İndi babası qar altından balaca budaqlar çıxarıb onlardan meyvə dərəndə 
Natiq həmin nağılı xatırladı. 
C) Bu dəfə gördüklərini isə o, bir nağılda oxumuşdu.
D) Balaca qız əllərini ovxura-ovxura həmin ağacın yanına qaçır.
E) Bu gün Natiqin sevinci kiçik qəlbinə sığmırdı.

 Hekayədəki cümlələrdən birində düz 5 sifət işlənmişdir. Həmin cümləni 
tapıb oxuyun və sifətləri seçib deyin. Sonra cümləni həmin sifətlərsiz işlədin 
və sifətlərin dildəki əhəmiyyəti haqqında fikrinizi izah edin. 

 Mətndə altından xətt çəkilmiş sözlərlə işlənən qoşmaları sinonimləri 
ilə əvəz edin  və onların qrammatik mənasını – qoşulduğu sözlərdə hansı məna 
çalarları yaratdığını izah edin. 

  “Üçün”  qoşması  işlənmiş  cümlələr  üzərində  müşahidə  aparın.  Necə 
bilirsiniz,  həmin  cümlələrdəki qoşmaları ismin yönlük hal şəkilçisi ilə əvəz 
etmək olarmı? Bəs aşağıdakı cümlələrdə bu qoşmanı hansı sözlə əvəz etmək 
olar? Fikrinizi misallar üzərində şərh edin.
1) Hava şaxtalı olduğu üçün qalın kürk geyinmişdim. 2) Əsmərlə çoxdan 
tanış olduğumuz üçün bir-birimizi yaxşı başa düşürdük. 
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə