Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə37/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   33   34   35   36   37   38   39   40   ...   51

112
bilirsiniz, hər ikisi qəhrəman olduğu halda, niyə məhz Koroğlu xalqın sevimli 
qəhrəmanına çevrilir? Mövzunu müzakirə edin. 

 Koroğlu  haqqında  əlavə  məlumat  almaq  istəyirsinizsə,  müəllimin 
təqdim etdiyi qısa məlumatı oxuyub Azərbaycan dilinə tərcümə edin. Ahəng 
qanununa uyğun şəkilçi variantlarından düzgün istifadə etməyi unutmayın.

 Koroğlu  özü haqqında mətnin hansı hissəsində məlumat verir? Həmin 
hissəni tapıb yenidən oxuyun və məzmununu öz sözlərinizlə çatdırın. 

 Mətnin iki yerində cümlələr arasında əlaqə pozulmuşdur. Əlaqələrin 
pozulduğu  həmin  yerləri  müəyyənləşdirin.  Necə  bilirsiniz,  mətndə  əlaqənin 
pozulmasına səbəb nə olmuşdur? Fikrinizi əsaslandırın. 

 Mətndə  yerində işlənməyən cümləni tapıb səsləndirin. Necə bilirsiniz,bu 
cümlənin mətnin məzmunu ilə hər hansı bir bağlılığı varmı? 
|
 Tapdığınız cümlənin mətndəki yerini müəyyənləşdirib onu yerinə qo-
yun və oxuyun.  Cümlələrin necə əlaqələndiyini izah edin.

 Necə bilirsiniz, mətndə atalar sözü işlənmişdirmi? Əgər işlənmişdirsə,  
tapıb səsləndirin. Qəhrəmanlıq, igidlik mövzusunda bildiyiniz atalar sözlərini 
yadınıza salıb  deyin. 

 Mətndə altından xətt çəkilmiş sözləri yaxınmənalı sözlərlə  əvəz edib, 
cümlələri yenidən oxuyun. Cümlələrin məzmununda hər hansı bir dəyişiklik 
müşahidə etdinizmi? Fikrinizi bildirin. 

  Mətndə  qara  şriftlə  verilmiş  ifadələrdən  hansının  qarşılığı  düzgün 
verilməmişdir? 
A) baş tutmayacaq – olmayacaq 
B) şaqqanaq çəkmək – bərkdən gülmək, şaqqıltı ilə gülmək
C) cövlana gətirmək – fırlatmaq, dövrə vurmaq
D) atın başını çəkmək – sürüb getmək
E) acıq gəlmək – xoş gəlməmək, acıqlandırmaq

 Aşağıdakı cümlələri  mətnin məzmunu əsasında tamamlayın.
1) Onunla dostlaşmaq, əlbir olmaq fikrində idi. Ancaq bilirdi ki, ... 2) Dəli 
Həsən elə bildi ki, ... 3) Bu yollardan kim keçsə, ... 4) Koroğlunun belə yekə-
yekə nəsihət verməyi ... 5) Tutun, yekə-yekə danışdığına görə atını əlindən 
alın, ... 

 Mətndə yaşıl fonda verilmiş cümlədəki “sonra” sözünün qrammatik 
mənası ilə bağlı düzgün cavabı səsləndirin və fikrinizi əsaslandırın.
1) Bu cümlədə “sonra” sözü zaman zərfidir.
2) Bu cümlədə “sonra” sözü qoşmadır.
Çap üçün deyil


113

  Mətndə  altından  xətt  çəkilmiş  cümlədə  feilin  hansı  formaları 
işlənmişdir? Əlavə misallardan istifadə etməklə fikrinizi əsaslandırın və həmin 
feilləri şəxslər üzrə dəyişib yazın, sonra cümlələrdə işlədin.
⓯ 
 Mətndən mənsubiyyət şəkilçili bir neçə söz seçib şəxsini müəyyənləş-
dirin və aid olduğu sözlə birlikdə səsləndirin.

 Mətndə qırmızı rəngdə verilmiş sözlər üzərində müşahidə aparın və 
rus dilindəki biliklərinizə əsasən onların dildə hansı qrammatik vəzifəni yerinə 
yetirdiyini müəyyənləşdirməyə çalışın.
A) sözlərə qoşulub onlarda müəyyən məna çaları yaradır
B) sözləri və cümlələri bir-birinə bağlayır
C) ayrı-ayrı nitq hissələrini əvəz edərək onların yerində işlənir
D) sözlərin və cümlələrin təsir gücünü artırır
E) hiss, həyəcan bildirir
§ 30. KOROğLUYNAN  DƏLİ  HƏSƏN
II hissə
Dəli Həsənin dəstəsi Koroğluya hücum elədi. Koroğlu atı cövlana gətirib, 
qızmış  şir 
kimi
 onların üstünə cumdu. Bir yandan* Koroğlu, bir yandan Qırat 
az  vaxtda  dəstəni*  qatım-qatım  qatlayıb  əldən-ayaqdan  saldılar.  Dəstədən* 
qırılan qırıldı, qalanlar* da qaçıb dağıldılar. 
Koroğlu dəstəni dağılmış görüb, Qıratı ildırım 
kimi
 süzdürdü, çəkilib bir 
yanda duran Dəli Həsənin üstünə sürdü. Üzünü ona tutub, aldı görək nə dedi:
Qıratı gətirdim cövlana, indi
Varsa igidlərin meydana gəlsin!
Dəli Həsənlə Koroğlu dava eləyəsi oldular. Qılınclarını çəkib, bir-birinə 
hücum  elədilər. Qılıncdan murad hasil olmadı, əmuda əl atdılar. Əmuddan 
murad hasil olmadı, nizəyə əl uzatdılar. Nizədən 

 kar aşmadı. Axırda atdan 
düşdülər, güləşməyə başladılar. Dəli Həsən 
ilə
 Koroğlu çox güləşdilər, 
gah
 o, 
buna güc gəldi, 
gah
 bu, ona güc gəldi. Qoç Koroğlu axırda bir dəli nərə çəkib 
Dəli Həsəni götürüb yerə vurdu. Dizini sinəsinə dayadı, əlini qılınca atanda 
Dəli Həsən bir ah çəkdi.
Necə  düşünürsünüz,  Koroğlu  Dəli  Həsəni  öldürəcəkmi,  yoxsa  onun 
igidliyinə qıymayıb bağışlayacaqmı? Müzakirə edin. 
Koroğlu dedi:
– Bir qaşıq* qanından* qorxub niyə ah çəkirsən?
 Koroğlunun cavabında Dəli Həsən dedi:
Çap üçün deyil


114
– Ey igid, mən canımdan* qorxub ah çəkmirəm. Əhdim var idi. Əhdimə 
çatmadım.
Koroğlu soruşdu:
– Əhdin nə idi?
Dəli Həsən dedi:
– Mən əhd eləmişdim 
ki
hər kim məni bassa, onun
la
 dost, qardaş olam. 
Ölənə 
qədər
 onun yanında qalam. İndi sən məni basdın, 
ancaq
 öldürürsən, 
əhdimə çata bilmirəm.
Dəli Həsənin bu sözü Koroğlunu sevindirdi. Ayağa qalxdı, Dəli Həsənin 
qolundan* yapışıb qaldırdı, əlini üç dəfə onun dalına vurdu.
Dəli  Həsən  onun  qılıncının  altından*  keçdi,  ölənə
cən
  ona  qardaş  olub, 
qulluğunda durmağa and içdi. Ondan sonra üzünü Koroğluya tutub dedi:
– Qoç Koroğlu, düz yeddi ildi ki, mən bu yolların ağasıyam. İndiyə 
qədər
 
hələ bir adam mənim qabağıma çöp sala bilməyib. Bu yeddi ilin ərzində bir 
bəzirgan mənə bac verməmiş bu həndəvərdən keçə bilməyib. Bəylərdən, xan-
lardan*, tacirlərdən* alıb yığdığım mal-dövlətin, qızıl-gümüşün, cavahiratın 
hamısını saxlamışam. İgidlər* arasında olan adətə 
görə
, indi onların* hamısı 
sənə çatır. Buyur, gedək, malına sahib ol! Mən yoxsul bir adamam.
Koroğlu qabaqca* ona inanmadı. Şübhələndi 
ki
, bəlkə, hiylə qurub onu 
tora salmaq istəyir. Sonra fikirləşib* öz-özünə dedi: “Eybi yoxdu, elə belə 
yaxşıdı. Bu başdan yoxlayıb, sınaqdan* çıxardaram. Qoy mərddirsə 

 indidən 
bilinsin, müxənnətdirsə 

 indidən bilinsin”.
Özü Qıratı mindi, sonra da üzünü ona tutub dedi:
  – Min atını, sür, gedək!
Dəli  Həsən  qabaqda,  Koroğlu  dalda  az  getdilər,  üz  getdilər,  gəlib  bir 
sıldırım  qayanın  dibinə  çatdılar.  Qayanın  dibi  yaman  kol-kosluq*  idi.  Dəli 
Həsən atını kol-kosluğa vurdu. Koroğlu da onun dalınca. Elə bir az getmişdilər 
ki, qabaqlarına bir mağara çıxdı. Dəli Həsən atdan düşdü. Sonra Qıratın cilo-
vundan* yapışıb dedi:
– Çatmışıq*. İndi atdan düş, içəri girək.
     Koroğlu yenə də Dəli Həsəni qabağına salıb mağaraya girdi. Baxdı 
ki

burada o qədər qızıl-gümüş var 
ki
, elə bil yeddi padşahın xəzinəsi buradadı. 
Koroğlu mağaranı tamam-kamal gəzdi. Hamısını gözdən keçirdi. Sonra Dəli 
Həsənə dedi:
– Qoy bunlar elə buradaca qalsınlar. İndi bunlar* bizə lazım deyil. Amma 
elə  ki,  Çənlibeldə  yurd-yuva  saldıq*,  başımıza  dəlilər,  igidlər  yığıldı,  onda 
bunlar bizə lazım olacaq*.
Doğrudan  da,    elə  oldu.  Bu  gündən*  Koroğlunun  başına  yavaş-yavaş  
adamlar  yığışmağa  başladı.  Çox  çəkmədi 
ki
,  Çənlibel  qoçaq  oğlanların*, 
igidlərin* məskəni oldu.        
   
 
 
“Koroğlu” dastanından
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə