Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə29/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   25   26   27   28   29   30   31   32   ...   51

88

 Aşağıdakı  cümlələrdə  işlənmiş  qoşmaları  tapıb  ismin  hansı  halında 
işlənmiş sözlərə qoşulduğunu və qoşulduğu sözdə hansı məna çaları yaratdığını 
müəyyənləşdirin.
1) Bir sürü ceyran gurultu ilə  düzənlik boyu Gülyaza tərəf qaçırdı. 2)  Bala 
ceyran  daşa  dəyib  sıyrılan  qıçını  güclə  sürüyə-sürüyə  anasına  doğru  getdi.  
3)  Gülyaz  balasını  qaldırdı  və  oyanan  körpəsinə  süd  vermək  üçün  yaxasını 
açdı.  4)  Dərsdən  sonra Adil  Vəlinin  nənəsigilə  getdi.  5)  Vəli  ondan  qabaq 
otağa girib lampanı bir neçə dəfə burdu, lakin lampa yanmadı. 6) Əvvəlcə Sa-
bir  “Molla Nəsrəddin”  üçün yazdığı yeni şeirlərini oxudu. 7) Bir anın içində  
akt zalı ağzınacan doldu, içəri keçmək mümkün olmadı. 8) Darıxmamaq üçün 
uşaqları başıma yığıb yazı-pozu öyrədirəm.
|
 Bu cümlələrdən birində işlənmiş “üçün” qoşması qoşulduğu sözdə səbəb 
ya məqsəd deyil, aidlik məzmunu yaradır. Həmin cümləni tapıb oxuyun.

 Aşağıdakı tapmacaları cavablandırın və cavabda ifadə olunan əşyaları 
təsvir edin. Sonra  həmin sözlə assosiasiya yaradan sözlər cərgəsi düzəldin.
 
Bir atım var dərində, 
Bağlamışam sərində. 
Gecə-gündüz yol gedir,
Yerindədi, yerində.  
Gecə-gündüz işlər,
Dişlərini dişlər.
Tap-tapı, dəmir qapı,
On iki budaq, iki yarpaq.
HИKMЯT XЯZИNЯSИNDЯN
1) Ağıl dişi hamıda çıxır, amma ağıl gözü hamıda açılmır. Əbu Turxan
2) Yaxşı ağıl hələ azdır, əsas məsələ onu yaxşı tətbiq etməkdədir. Rene Dekart

 Şeirdə altından xətt çəkilmiş sözlərin qrammatik mənasını izah edin və 
onları müvafiq məna növləri üzrə qruplaşdırın. 

  Şeirdə  qara  kursivlə  verilmiş  sözləri  kök  və  şəkilçiyə  ayırıb,  hansı 
şəkilçi ilə düzəldiyini müəyyənləşdirin. Sonra hər bir şəkilçi ilə yeni sözlər 
düzəldib ayrı-ayrı sətirlərdə yazın.
Köməkçi:
 işıqlandı (işıq +lan+dı) –  dalğalanmaq, ləpələnmək, düzlənmək, 
hirslənmək, ürəklənmək, acıqlanmaq, lovğalanmaq, genişlənmək, maraqlan-
maq, dillənmək, kədərlənmək, tüklənmək, atlanmaq, həyəcanlanmaq, ... 

 Şeirdə hansı faktlarla qarşılaşdınız? Həmin faktları qruplaşdırıb təqdim 
edin və mövzu ilə bağlı bildiyiniz yeni  faktları yoldaşlarınızla bölüşün. 
Çap üçün deyil


89
§ 23. AğA  MUSA  NAğIYEV
Bakı  milyonçularından* biri də Ağa Musa Nağıyev idi. O, var-dövlətdə  
Tağıyevdən heç də geri qalmırdı. Axır vaxtlar Musa Nağıyevin varı-dövləti 
yetmiş milyon manat qızıl pula çatmışdı. Milyonçu Ağa Musa  “əfsanəvi”  bir 
şəxsiyyətə* dönmüşdü. Xeyriyyə* məqsədilə müəyyən* binalar tikdirməyinə, 
Bakı su kəməri üçün xeyli pul verməyinə baxmayaraq, camaat* tərəfindən*  
“xəsis” sözü ilə damğalanmışdı.
Ağa Musa cavanlıqda* adi bir hambal imiş. Dalında palan biri üç qəpiyə, 
beş qəpiyə ona-buna şələ daşıyarmış. Sonradan neft hesabına varlanmış və mil-
yonçu olmuşdu. Şəhərdə həm çoxlu mülk tikdirmiş, həm də yenisini almışdı. 
Özünün tikintiyə olan meylini o, atasının vəsiyyəti* ilə izah edərdi: “Allah ev 
tikənin ömrünü uzadır. Yadında saxla, oğul, nə qədər ev tikəcəksənsə, ömrün 
o qədər uzanacaq*”.
Nağıyev  yüzə  qədər  əzəmətli  bina  və  neçə-neçə  gəmi  sahibi  idi.  An-
caq* o, təmtərağı sevən deyildi, şan-şöhrətdən məst olmazdı. Artıq xərcdən, 
israfçılıqdan boyun qaçırardı.
Bir dəfə Ağa Musa mədənə gəlir. Görür ki, kontorun yanında divar hörən 
bənna  və  fəhlələr  nahar  fasiləsinə  çıxıblar.  İşə  yaramayan  taxtalardan  ocaq 
qalayıb qızınır, çörək yeyib, söhbət edirlər. İş icraçısı papiros bükür, kibriti  
alışdırıb
 
 
. Ağa Musa deyir: 
– Bala, sabahdan işə çıxma, get kontora, haqq-hesabını al. 
İş icraçısı çaşıb qalır: 
– Niyə, Ağa Musa?!..
Ağa Musa:
– Ona görə ki, qabağında o boyda ocaq* ola-ola, papirosu onunla 

nahaq yerə kibriti zay edirsən. Öz malının qədrini bilmədiyin halda, mənim 
malımın qədrini necə biləcəksən?   
SÞZLÖK
  hambal – грузчик, носильщик      təmtəraq – роскошь
mülk – имение 
 
        israfçılıq – расточительство
haqq-hesab – расчёт    
        palan – спинная подушка грузчиков
  
SЮZ EHTИYATI
iş icraçısı – прораб   
     işə yaramayan – непригодный
zay etmək – испортить 
     məst olmaq – burada: потерять голову

 Qruplara bölünün. Hər biriniz mətnin məzmunu ilə əlaqədar ən azı beş 
sual tərtib edib yazın. Sualların qrammatik normalar baxımından düzgünlüyünə 
diqqət yetirin. Bir-birinizin tərtib etdiyi sualları cavablandırın.
 Manaf Süleymanov
Çap üçün deyil


90

 Mətndə kursivlə fərqləndirilmiş ifadənin izahı hansı bənddə düzgün 
verilməmişdir?
A) Onun üzərinə  “xəsis” sözü yazılmış damğa  vurulmuşdu.
B) Camaat onu xəsis adlandırırdı.
C) O, xəsislik rəmzinə çevrilmişdi.
D) Onun adı həmişə “xəsis” sözü ilə yanaşı  işlədilirdi. 
E) Onun adı çəkilən kimi, “xəsis” sözü də yada düşürdü.

  Mavi  boşluqlarda  “yandırmaq”  sözünün  hansı  qrammatik  formaları 
yazılmalıdır?
A) yandırır, yandırmırsan               
B) yandırdı, yandırmır
C) yandırmadı, yandırmırsan           
D) yandırmışdı, yandırmadın

  Necə  bilirsiniz,  aşağıdakı  cümləni    mətndəki  hansı  abzasın  sonuna 
əlavə etmək olar?
Çünki əlavə pul xərcləməyi heç sevməz, həddən artıq qənaətlə dolanardı.
        A) 1-ci              B) 2-ci             C) 3-cü             D) 4-cü

 Aşağıdakı məlumatı oxuyun. Bu məlumatdan mətnin hansı hissəsinin  
məzmununu genişləndirmək üçün istifadə etmək olar? 
Ağa Musa Nağıyev Bakıda böyük şəhər xəstəxanası tikdirib. Xəstəxananın  
binası 1918-ci ildə istismara verilib. Onun  tikintisi Nağıyevə 300 min qızıl 
“rubl”a başa gəlib. Xəstəxana ərazisinin ümumi sahəsi 100 min kvadratmetrdən 
artıqdır. Ambulator hissəsi 1000 çarpayı üçün nəzərdə tutulub. Bina “H” (kiril 
əlifbası  ilə  Nağıyevin  soyadının  baş  hərfi)  formasındadır.  Hazırda  həmin 
xəstəxana məhz onun adını daşıyır.
|
  Oxuduğunuz  məlumatda  mənsubiyyət  şəkilçisi  ilə  işlənmiş  sözləri 
göstərin və hansı şəxsə aid olduğunu deyin. 
|
 Mətndəki sayları seçib sözlə yazın və mənaca növünü müəyyənləşdirin.

 Necə düşünürsünüz, Bakı milyonçusu Ağa Musa Nağıyevi xeyriyyəçi 
hesab etmək olarmı? Oxuduqlarınız əsasında debata qoşulun və fikrinizi fakt-
larla əsaslandırın. 
1) Bakı milyonçusu Ağa Musa Nağıyev əsl xeyriyyəçi idi.
2) Bakı milyonçusu Ağa Musa Nağıyev sahibkar və milyonçu idi.

 A.Nağıyevin iş icraçısını işdən kənarlaşdırmaq istəyinə haqq qazan-
dırmaq olarmı? Sizcə, bu hərəkəti ilə milyonçunun hansı xüsusiyyəti üzə çıxır? 
Fikrinizi əsaslandırın.
A) zalımlığı         B) xəsisliyi         C) qənaətcilliyi         D) kobudluğu

 Mətndən götürülmüş aşağıdakı cümlələri oxuyun. Necə düşünürsünüz, 
Ağa Musa Nağıyevin qeyd olunan keyfiyyətlərini nə ilə əlaqələndirmək olar?  
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə