Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə26/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   22   23   24   25   26   27   28   29   ...   51

79
–  Babam  məni  yuxudan 
lap
  tez  oyadırdı.  Otların  şehi  qurumamış  bağ-
bostana gedirdik. Arı pətəklərindən* bal çıxarıb nahar edirdik*. Sonra baba ot 
biçir, ağacları suvarırdı.
– 
Bəs
 sən nə iş görürdün?
– Mən də dağlara gəzməyə çıxırdım, gül-çiçək* dərirdim, meyvə yığırdım, 
çayda çimirdim.
– Elə bu?
–  Babama  kömək*  də  edirdim.  Ona  bulaqdan  sərin  su  gətirirdim,  ocaq 
qalayırdım,  çay  hazırlayırdım.  Ana  can,  özümə  bostan 
da
  əkmişdim.  Heç 
bilirsən nə qədər qovun-qarpız yığdıq!.. Sənə pay da gətirmişəm.
Çox sağ ol, oğlum! – deyə ana oğlunun balaca əllərini sıxdı.
     Namiqin ovcunun içindəki qabarlar ananın zərif əllərinə toxunduqda o, 
təəccüblə soruşdu:
– 
Bıy, ay
 bala, bu nədir? 
Yoxsa
 əllərin işləməkdən* qabar olub?
Namiq gülümsünüb babasının dediklərini* təkrar etdi:
– Babamdan mən də belə soruşdum. Dedi ki, əlindəki qabar səni sağaldan, 
sağlamlaşdırıb kökəldən loğmanın əvəzidir.          
   
 
 
 
 
 
 
İsa Hümmətov
   
SÞZLÖK
  bayaqdan – давно
büzüşmək – съёживаться
qabar – мозоль
duruxmaq – burada: удивиться
sevinc qığılcımları – искорки 
 
 
          радости
yanından yel keçən kimi – чуть 
                         ветер мимо подует
SЮZ EHTИYATI
mis rənginə çalmaq – на медный цвет похожий
nə günə qalmısan – в каком ты виде
başına çarə qılmaq – найти выход из положения
gözümüzün ağı-qarası – burada: единственный
korluğumuz yoxdur – нет нужды
bərkdən-boşdan çıxmaq – пройти испытание 
özündən muğayat olmaq – быть осторожным

 Mətndən çıxarılan nəticə barəsində yoldaşlarınızın fikirlərinə münasibət 
bildirməklə danışın. 

 Mətn üzrə aşağıda verilmiş planı nəzərdən keçirin.  Əvvəlcə plandakı 
uyğunsuzluqları  müəyyənləşdirin,  sonra  isə  müvafiq  dəyişiklik  edərək  onu 
genişləndirin.   
1) Anası Namiqdən narazıdır.
2) Şahin tarlada görünür.
Çap üçün deyil


80
3) Namiq kənddə keçirdiyi günlərdən danışır.
4) Təhmiraz baba Namiqi kəndə aparmağı təklif edir. 
5) Cəmilə xala Ayazdan nigarandır.
6) Qapını açan ana  Namiqi görəndə çaşıb qalır.
7) Yay tətili başlayır və baba ilə Namiq kəndə gedirlər.

 Sualların qoyuluşunda yol verilmiş səhvləri tapıb onları yenidən for-
malaşdırın.
1)  Namiqin  nə  üçün  anası  niyə  başladı  deyinməyə  yenə  də?  2)  Ana 
gileyləndi Təhmiraz babaya kənddən qonaq gəlmiş nədən? 3) Ananın gözlərində 
dünəndən parladı sevinc qığılcımları nə məqsədlə? 4) Baba Təhmiraz Nami-
qin  anasını  inandırdı  hansı  sözü  deməklə?  5)  Baba  dibçəkdəki  güllə  uşağı 
müqayisə etdi necə? 6) Anası nə üçün çaşıb qaldı Namiq kənddən gələndə?  
7) Əlindəki qabar Namiqin əvəzi idi hansı loğmanın?

  Sonu  “q”  ilə  yazılan  söz  və  söz  formalarının  tələffüzü  ilə  əlaqədar 
öyrəndiyiniz  nitq situasiyalarını yadınıza salın. Sonra  mətndə üzərində ulduz 
işarəsi qoyulmuş sözləri bu baxımdan qruplaşdırıb ayrı-ayrı sütunlarda yazın.

 Necə düşünürsünüz, aşağıdakı cümlələri mətndən çıxarsaq, ona “İlk 
qabar”  başlığını  seçmək  olardımı?  Bəs  onda  mətni  necə  adlandırardınız? 
Fikrinizi deyin.
Namiqin  ovcunun  içindəki  qabarlar  ananın  zərif  əllərinə  toxunduqda  o, 
təəccüblə soruşdu:
– Bıy, ay bala, bu nədir? Yoxsa əllərin işləməkdən qabar olub?

 Aşağıdakı atalar sözlərini oxuyun və yadınızda saxlayın. Onların mə-
na sını başa düşməkdə çətinlik çəksəniz, müəllimin köməyindən istifadə edin.
1) Acın gözü çörək təknəsində olar. 2) Acın qarnı doyar, gözü doymaz. 
3) Acın  zəhləsi  sudan  gedər.  4) Aclıq  yavanlıq  istəməz,  yuxu  da  yastıq.  
5) Aclıqda darı çörəyi halvadan şirin olar. 6) Ac elə bilər hamı acdır, tox elə 
bilər hamı toxdur. 7) Ac əlinə düşəni yeyər, tox ağzına gələni deyər. 
ATALAR SЮZЦ – AЬLIN GЮZЦ
SÞZLÖK
yavanlıq  –  всякая еда, употребляемая вместе с хлебом
  

 Mətndə işlənmiş atalar sözünü tapıb səsləndirin. Yadınıza salın: dili-
miz də bu atalar sözünün başqa hansı variantı işlədilir?

 Mətndə göy rəngdə verilmiş sözlər  dildə hər hansı bir vəzifə yerinə 
yetirirmi? Rus dilindəki biliklərinizə əsaslanaraq, bununla  bağlı fikirlərinizi 
yoldaşlarınızla bölüşün.
Çap üçün deyil


81
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Əziz uşaqlar, hər birimiz nitqimizdə əsas mənaları ifadə edən sözlərlə yanaşı, 
konkret  məna  bildirməyən,  dildə  köməkçi  vəzifə  yerinə  yetirən  sözlərdən  də  
istifadə edirik. Belə söz qrupları köməkçi nitq hissələri adlanır. 
Azərbaycan  dilində    işlədilən  köməkçi  nitq  hissələri  aşağıdakılardır:  qoşma, 
bağlayıcı, ədat, modal sözlər, nida.
Bilirsiniz  ki,  köməkçi  nitq  hissələrinə  aid  olan  sözlər  konkret  məna  ifadə 
etmədikləri  üçün  onlara  sual  vermək  də  olmur.    Məsələn:  və,  üçün,  lakin,  axı, 
daha, qeyri, savayı, tərəf, sarı, sanki, vay, of, paho, həm də, yoxsa, di, yaxud və s.
Köməkçi nitq hissələri dildə müxtəlif vəzifələr yerinə yetirir: a) sözlərə qoşula -
raq müəyyən məna çaları yaradır; b)  sözlər və cümlələri  bir-birinə bağlayır
c)  sözlərin  və  cümlələrin  təsir  gücünü  artırır;  d)  danışanın  ifadə  etdiyi  fikrə 
münasibətini bildirir; e) hiss-həyəcan bildirir.
 

 Ahəng qanununu gözləməklə buraxılmış şəkilçiləri artırın və cümlələri 
köçürün.
Şəhərdə  Namiq..  qarşılamadılar.  Çünki  o,  haçan  gələcəyi..  xəbər  ver-
məmişdi. Avtobus şəhər.. axşamüstü çat.. . O, çamadanı..  götürüb evləri..  get-
di. Zəng..  basdı. Qapı.. anası aç.. . Anası, elə bil oğlu.. tanımadı. İndi Namiq.. 
sifəti mis rəngi.. çalırdı, yanaqlar.. alma kimi qızarmış.. .
|
 Cümlələrdə altından xətt çəkilmiş sözlərin hansı vəzifəni yerinə yetirdi-
yini müəyyənləşdirməyə çalışın.
❿ 
 Mətndə altından xətt çəkilmiş feillərin zamanını və şəxsini müəyyən-
ləşdirin.

  Nənənizin və  babanızın yanında keçirdiyiniz bir günü təsvir edən mətn 
tərtib edin. Mətnə ad qoyun və cümlələrin düzgün əlaqələnməsinə diqqət yetirin.
⓬  
Təsəvvür edin ki, oxuduğunuz hekayəni siz yazırsınız. Aşağıda verilmiş 
parçanı hekayədəki  hansı cümlədən sonra  verərdiniz? Mətndən həmin cümləni 
seçib səsləndirin.
“Azərbaycan!.. Doğma vətənimin gözəl təbiəti vardır. Səhərlərə məxsus 
olan mehdən arabir yarpaqlar qımıldanır, tarlalara, təpələrə, çöllərə xalı kimi 
döşənmiş yumşaq otlar, çiçəklər dəniz kimi dalğalanır.  Yaşıl yarpaqlar arasına 
sığınmış quşcuğazlar səs-səsə verib ötüşürdü. Göz işlədikcə açıqlıq, yaşıllıq, 
dərəlik, təpəlik...”

 Aşağıda verilmiş düzəltmə  sözlərin içərisində üç sadə söz gizlənmişdir. 
Həmin sözləri tapa bilərsinizmi? Özünüzü yoxlayın.
yaşıllaşdı, yoxuş, köpüklənib, biçənək, göründü, buludlu, yağış, dincəlmək, 
turşutdu, xəstələnirsən,  saxlamaq,  sevinc, ətirli, qucaqladı, söylədi
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə