88
⓭
Aşağıdakı cümlələrdə işlənmiş qoşmaları tapıb ismin hansı halında
işlənmiş sözlərə qoşulduğunu və qoşulduğu sözdə hansı məna çaları yaratdığını
müəyyənləşdirin.
1) Bir sürü ceyran gurultu ilə düzənlik boyu Gülyaza tərəf qaçırdı. 2) Bala
ceyran daşa dəyib sıyrılan qıçını güclə sürüyə-sürüyə anasına doğru getdi.
3) Gülyaz balasını qaldırdı və oyanan körpəsinə süd vermək üçün yaxasını
açdı. 4) Dərsdən sonra Adil Vəlinin nənəsigilə getdi. 5) Vəli ondan qabaq
otağa girib lampanı bir neçə dəfə burdu, lakin lampa yanmadı. 6) Əvvəlcə Sa-
bir “Molla Nəsrəddin” üçün yazdığı yeni şeirlərini oxudu. 7) Bir anın içində
akt zalı ağzınacan doldu, içəri keçmək mümkün olmadı. 8) Darıxmamaq üçün
uşaqları başıma yığıb yazı-pozu öyrədirəm.
|
Bu cümlələrdən birində işlənmiş “üçün” qoşması qoşulduğu sözdə səbəb
və ya məqsəd deyil, aidlik məzmunu yaradır. Həmin cümləni tapıb oxuyun.
⓮
Aşağıdakı tapmacaları cavablandırın və cavabda ifadə olunan əşyaları
təsvir edin. Sonra həmin sözlə assosiasiya yaradan sözlər cərgəsi düzəldin.
Bir atım var dərində,
Bağlamışam sərində.
Gecə-gündüz yol gedir,
Yerindədi, yerində.
Gecə-gündüz işlər,
Dişlərini dişlər.
Tap-tapı, dəmir qapı,
On iki budaq, iki yarpaq.
HИKMЯT XЯZИNЯSИNDЯN
1) Ağıl dişi hamıda çıxır, amma ağıl gözü hamıda açılmır. Əbu Turxan
2) Yaxşı ağıl hələ azdır, əsas məsələ onu yaxşı tətbiq etməkdədir. Rene Dekart
⓯
Şeirdə altından xətt çəkilmiş sözlərin qrammatik mənasını izah edin və
onları müvafiq məna növləri üzrə qruplaşdırın.
⓰
Şeirdə qara kursivlə verilmiş sözləri kök və şəkilçiyə ayırıb, hansı
şəkilçi ilə düzəldiyini müəyyənləşdirin. Sonra hər bir şəkilçi ilə yeni sözlər
düzəldib ayrı-ayrı sətirlərdə yazın.
Köməkçi:
işıq landı (işıq + lan+dı) – dalğa lanmaq, ləpə lənmək, düz lənmək,
hirs lənmək, ürək lənmək, acıq lanmaq, lovğa lanmaq, geniş lənmək, maraq lan-
maq, dil lənmək, kədər lənmək, tük lənmək, at lanmaq, həyəcan lanmaq, ...
⓱
Şeirdə hansı faktlarla qarşılaşdınız? Həmin faktları qruplaşdırıb təqdim
edin və mövzu ilə bağlı bildiyiniz yeni faktları yoldaşlarınızla bölüşün.
Çap üçün deyil
89
§ 23. AğA MUSA NAğIYEV
Bakı milyonçularından* biri də Ağa Musa Nağıyev idi. O, var-dövlətdə
Tağıyevdən heç də geri qalmırdı. Axır vaxtlar Musa Nağıyevin varı-dövləti
yetmiş milyon manat qızıl pula çatmışdı. Milyonçu Ağa Musa “əfsanəvi” bir
şəxsiyyətə* dönmüşdü. Xeyriyyə* məqsədilə müəyyən* binalar tikdirməyinə,
Bakı su kəməri üçün xeyli pul verməyinə baxmayaraq, camaat* tərəfindən*
“xəsis” sözü ilə damğalanmışdı.
Ağa Musa cavanlıqda* adi bir hambal imiş. Dalında palan biri üç qəpiyə,
beş qəpiyə ona-buna şələ daşıyarmış. Sonradan neft hesabına varlanmış və mil-
yonçu olmuşdu. Şəhərdə həm çoxlu mülk tikdirmiş, həm də yenisini almışdı.
Özünün tikintiyə olan meylini o, atasının vəsiyyəti* ilə izah edərdi: “Allah ev
tikənin ömrünü uzadır. Yadında saxla, oğul, nə qədər ev tikəcəksənsə, ömrün
o qədər uzanacaq*”.
Nağıyev yüzə qədər əzəmətli bina və neçə-neçə gəmi sahibi idi. An-
caq* o, təmtərağı sevən deyildi, şan-şöhrətdən məst olmazdı. Artıq xərcdən,
israfçılıqdan boyun qaçırardı.
Bir dəfə Ağa Musa mədənə gəlir. Görür ki, kontorun yanında divar hörən
bənna və fəhlələr nahar fasiləsinə çıxıblar. İşə yaramayan taxtalardan ocaq
qalayıb qızınır, çörək yeyib, söhbət edirlər. İş icraçısı papiros bükür, kibriti
alışdırıb
. Ağa Musa deyir:
– Bala, sabahdan işə çıxma, get kontora, haqq-hesabını al.
İş icraçısı çaşıb qalır:
– Niyə, Ağa Musa?!..
Ağa Musa:
– Ona görə ki, qabağında o boyda ocaq* ola-ola, papirosu onunla
,
nahaq yerə kibriti zay edirsən. Öz malının qədrini bilmədiyin halda, mənim
malımın qədrini necə biləcəksən?
SÞZLÖK
hambal – грузчик, носильщик təmtəraq – роскошь
mülk – имение
israfçılıq – расточительство
haqq-hesab – расчёт
palan – спинная подушка грузчиков
SЮZ EHTИYATI
iş icraçısı – прораб
işə yaramayan – непригодный
zay etmək – испортить
məst olmaq – burada: потерять голову
❶
Qruplara bölünün. Hər biriniz mətnin məzmunu ilə əlaqədar ən azı beş
sual tərtib edib yazın. Sualların qrammatik normalar baxımından düzgünlüyünə
diqqət yetirin. Bir-birinizin tərtib etdiyi sualları cavablandırın.
Manaf Süleymanov
Çap üçün deyil
90
❷
Mətndə kursivlə fərqləndirilmiş ifadənin izahı hansı bənddə düzgün
verilməmişdir?
A) Onun üzərinə “xəsis” sözü yazılmış damğa vurulmuşdu.
B) Camaat onu xəsis adlandırırdı.
C) O, xəsislik rəmzinə çevrilmişdi.
D) Onun adı həmişə “xəsis” sözü ilə yanaşı işlədilirdi.
E) Onun adı çəkilən kimi, “xəsis” sözü də yada düşürdü.
❸
Mavi boşluqlarda “yandırmaq” sözünün hansı qrammatik formaları
yazılmalıdır?
A) yandırır, yandırmırsan
B) yandırdı, yandırmır
C) yandırmadı, yandırmırsan
D) yandırmışdı, yandırmadın
❹
Necə bilirsiniz, aşağıdakı cümləni mətndəki hansı abzasın sonuna
əlavə etmək olar?
Çünki əlavə pul xərcləməyi heç sevməz, həddən artıq qənaətlə dolanardı.
A) 1-ci B) 2-ci C) 3-cü D) 4-cü
❺
Aşağıdakı məlumatı oxuyun. Bu məlumatdan mətnin hansı hissəsinin
məzmununu genişləndirmək üçün istifadə etmək olar?
Ağa Musa Nağıyev Bakıda böyük şəhər xəstəxanası tikdirib. Xəstəxananın
binası 1918-ci ildə istismara verilib. Onun tikintisi Nağıyevə 300 min qızıl
“rubl”a başa gəlib. Xəstəxana ərazisinin ümumi sahəsi 100 min kvadratmetrdən
artıqdır. Ambulator hissəsi 1000 çarpayı üçün nəzərdə tutulub. Bina “H” (kiril
əlifbası ilə Nağıyevin soyadının baş hərfi) formasındadır. Hazırda həmin
xəstəxana məhz onun adını daşıyır.
|
Oxuduğunuz məlumatda mənsubiyyət şəkilçisi ilə işlənmiş sözləri
göstərin və hansı şəxsə aid olduğunu deyin.
|
Mətndəki sayları seçib sözlə yazın və mənaca növünü müəyyənləşdirin.
❻
Necə düşünürsünüz, Bakı milyonçusu Ağa Musa Nağıyevi xeyriyyəçi
hesab etmək olarmı? Oxuduqlarınız əsasında debata qoşulun və fikrinizi fakt-
larla əsaslandırın.
1) Bakı milyonçusu Ağa Musa Nağıyev əsl xeyriyyəçi idi.
2) Bakı milyonçusu Ağa Musa Nağıyev sahibkar və milyonçu idi.
❼
A.Nağıyevin iş icraçısını işdən kənarlaşdırmaq istəyinə haqq qazan-
dırmaq olarmı? Sizcə, bu hərəkəti ilə milyonçunun hansı xüsusiyyəti üzə çıxır?
Fikrinizi əsaslandırın.
A) zalımlığı B) xəsisliyi C) qənaətcilliyi D) kobudluğu
❽
Mətndən götürülmüş aşağıdakı cümlələri oxuyun. Necə düşünürsünüz,
Ağa Musa Nağıyevin qeyd olunan keyfiyyətlərini nə ilə əlaqələndirmək olar?
Çap üçün deyil
Dostları ilə paylaş: |