Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə31/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   27   28   29   30   31   32   33   34   ...   51

94
1) H.Z.Tağıyev Bakıda ilk qız məktəbinin açılmasını niyə istəmirdi?
2) Niyə III Aleksandrın onun xahişini rədd etməsi H.Z.Tağıyevin ürəyincə 
oldu? 
3)  Məktəbin  xərcini  ödəmək  üçün  əvvəlcədən  banka  qoyduğu  pulları  
Tağıyev niyə geri götürür?
4) 1896-cı ildə qız məktəbi açmağa icazə veriləndə Tağıyev niyə məktəbin 
binasını tikdirməkdən imtina edir?
5)  Məktəbə niyə cəmi  35 qız qəbul edilir?
6)    H.Z.Tağıyev  niyə  kasıb  ailələrdən  olan  qızların  geyim  və  yemək-
içməklərinin xərcini ödəməkdən imtina edir?
7) H.Z.Tağıyev niyə beşmərtəbəli dəyirman binasını dustaqxanaya bağış-
la maqdan imtina edir?

 Mətndə çoxlu faktdan istifadə olunmuşdur. Bu faktları neçə istiqamətdə 
qruplaşdırmaq olar? Variantınızı təqdim edin.

  Mətndə  bir  neçə  dəfə  “məktəb”  sözü  işlənmişdir.  Bu  sözün  mətndə  
ismin  hansı  hallarında  işləndiyini  müəyyənləşdirin  və  fikrinizi  əsaslandırın. 
Sonra “məktəb” sözünü  ismin digər hallarında da  cümlələrdə işlədin. 

 Mətndə qara şriftlə verilmiş qoşmaları məna növləri üzrə qruplaşdırın 
və hər birinin qrammatik mənasını izah edin. Sonra həmin qoşmaları başqa 
sözlərlə də  işlədin.

 Müvafiq əvəzliklərdən istifadə etməklə mətn üzrə 10 sual cümləsi tərtib 
edin. Sualların qrammatik normalar baxımından düzgünlüyünə diqqət yetirin 
və cümlələrin sonunda müvafiq durğu işarələrindən istifadə etməyi unutmayın. 
Çalışın ki, suallar daha çox faktların dəqiqləşdirilməsinə xidmət etsin.
❼ 
 Aşağıdakı məlumatı oxuyun. Necə bilirsiniz, Musa Nağıyevlə H.Z.Tağı-
yevin taleləri arasında bir uyğunluq varmı? Fikrinizi faktlarla əsaslandırın.
Ağa  Musa  Hacı  Nağı  oğlu  Nağıyev  1842-ci  ildə  Bakı  quberniyasının 
Biləcəri  kəndində  olduqca  kasıb  bir  ailədə  anadan  olub.  O,  10-11  yaşından 
işləməyə başlayır. Əlinin qabarı, ayaqlarının döyənəkləri hesabına qazandığı 
pulu qəpik-qəpik toplayaraq kiçik bir torpaq sahəsi alır. Amma o zaman ağlına 
da gəlmirdi ki, bu bir parça torpaqda qazdırdığı quyudan su əvəzinə neft fon-
tan vuracaq və bir müddət sonra onu Bakının ən iri neft maqnatlarından birinə 
çevirəcək.    
|
 İsmin mənsubiyyət şəkilçisi ilə işlənmiş sözləri müəyyənləşdirib hansı 
şəxsdə olduğunu deyin.
❽ 
Aşağıdakı  məlumatı  oxuyun,  sonra  oxuduqlarınınz  əsasında 
A.M.Nağıyev və H.Z.Tağıyevin xidmətlərini faktlarla  müqayisə edin. Necə 
düşünürsünüz, “O, tarixdə milyonçu kimi deyil, böyük xeyriyyəçi kimi yaşadı” 
Çap üçün deyil


95
fikrini hər iki milyonçuya eyni dərəcədə aid etmək olarmı? Debata qoşulun.
Musa Nağıyev Bakının ilk mülk sahiblərindın biri idi. Onun başqa mil-
yonçulardan  fərqi  də  məhz  köhnə  Bakının  memarlıq  simasına  ən  çox  töhfə 
verməsidir.
M.Nağıyev  Bakıda  98  bina  tikdirib.  Bunların  içində  ən  çox  seçilənləri 
«İsmailiyyə» binası, 28 May küçəsindəki qoşa imarətlər, yenə həmin küçədə 
qırmızı  kərpicdən  tikilmiş  əzəmətli  bina,  Nizami  küçəsində  Opera  teatrının 
yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi poçt binası, 
Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binası, Səməd Vurğun küçəsində 
Qış klubu (indiki Zabitlər evi), “Astoriya” və “Yeni Avropa” mehmanxanaları 
və sair bu kimi şəhərin gözəgəlimli binalarıdır. 

 Mətndəki cümlələr və abzaslar arasındakı əlaqələri müəyyənləşdirin. 
Necə  bilirsiniz,  mətndə  yerinə  düşməyən,  digər  abzaslarla  əlaqəsi  olmayan 
hissə varmı? Fikrinizi əsaslandırın.

 A.M.Nağıyev və ya H.Z.Tağıyevin tərcümeyi-halının mü hüm məqam-
ları ilə bağlı təqdimat hazırlayın və sinifdə oxuyun.

 Mətnin axırıncı cümləsində işlənən zərfi tapıb səsləndirin, qrammatik 
mənasını izah edin və onunla eyni yolla düzələn sözlər tapıb deyin.

 Mətndə işlənmiş mürəkkəb sözləri tapıb səsləndirin. Hər birinin hansı 
nitq hissəsinə aid olduğunu deyin və nə üçün bitişik və ya defislə yazılmasının 
səbəbini izah edin.

  Üzərində  ulduz  işarəsi  qoyulmuş  qaşasaitli  və  qoşasamitli  sözlərin 
tələffüzü  ilə  əlaqədar  müvafiq  qaydaları  yada  salın  və  həmin  sözlərin  necə 
tələffüz olunacağını izah edin.

 Mətndə altından xətt çəkilmiş cümlələrdə işlənmiş ifadələri tapın və 
onları sinonim qarşılıqları ilə əvəz edib cümlələri oxuyun. 

 Mətndə göy şriftlə verilmiş sözün quruluşu ilə bağlı debat keçirin.
1) Dustaqxana düzəltmə sözdür.         2) Dustaqxana mürəkkəb sözdür.

  Azərbaycanda  neft  sənayesinin  inkişaf  tarixi  barədə  nə  bilirsiniz? 
Aşağıdakı  mətni  oxuyun,  bu  barədə  qısa  məlumat  əldə  edin.  Sonra  mətndə 
işlənmiş  sayların  qrammatik  mənasını  izah  edin  və  onların  yazılışında  yol 
verilmiş səhvləri müəyyənləşdirib, nə ilə bağlı olduğunu əsaslandırın.
Azərbaycanda “qara qızıl” qədim zamanlardan çıxarılmağa başlanmışdır. 
Araşdırmalar  nəticəsində  məlum  olub  ki,  hələ  bizim  eradan  əvvəl  6-7-cı 
əsrlərdə Abşeron  yarımadasında  neft  çıxarılırmış.  Mexaniki  üsulla  dünyada 
ilk neft quyusu 1847-cu ildə Bibiheybətdə qazılmışdır. Sübut olunmuşdur ki, 
dənizdə də ilk neft quyusu 18-cü əsrdə Abşeron yarımadasında – dənizdən 19 
Çap üçün deyil


96
metr aralıda qazılmışdır. Sonralar Xəzər dənizinin qalxması nəticəsində həmin 
neft kəhrizləri suyun altında qalmışdır.
1949-ci  ildə əfsanəvi “Neft daşları” yatağı kəşf olundu. Bu hadisə dənizdə 
neft hasilatının inkişafının əsasını qoydu. 
1971-cu ildə Azərbaycanda milyardıncı ton neft çıxarıldı. 
1994-ci  ildə  “Əsrin müqaviləsi” adı ilə tarixə daxil olmuş saziş imzalandı. 
Bununla da Azərbaycanın neft sənayesi tarixində yeni eranın başlanğıcı qo-
yuldu.
|
 BİBÖ cədvəlini doldurun.
§ 25. SİzİNLƏ İşLƏYƏCƏYƏM...
Qapıdan:  “
Dükanda
  xarici  dillərdə  danışılır”  lövhəsi  asılmışdı.  Gənc 
oğlan piştaxtanın arxasından bir nəfərin çıxdığını gördü. 
– İstəyirsiniz, bu vazaların hamısını yuyub təmizləyim, – dedi. – Bu toz-
pas içində onları heç kim almaz.
Tacir heç nə söyləmədən gənc oğlana baxdı.
Əvəzində yemək üçün mənə bir şey verərsiniz, danışdıq?
Adam  dillənmirdi.  Oğlan  fikirləşdi  ki,  bir  qərara  gəlmək  lazımdı. 
Heybəsində çuxa vardı, səhrada ona 
gərək
 olmayacaqdı. Çuxanı çıxardı və 
vazaları 
silməyə
* başladı. Yarım saat içində vitrində olan bütün büllur qablar 
par-par parıldayırdı. Bu müddət ərzində iki 
müştəri
 gəlib xeyli qab-qacaq aldı.
 İşini qurtarandan sonra Santyaqo dükan sahibindən yemək istədi.
Büllur  taciri  qapıya  bir  lövhə  asdı:  ”Nahar  fasiləsidir”  və  Santyaqonu 
yoxuşun  sonunda  olan  kiçik  bir  bara  apardı.  Barda  olan  yeganə 
masaya 
oturandan sonra büllur taciri gülümsəməyə* başladı:
– Əslində sənin o vazaları təmizləməyinə* 
lüzum
 yox idi. Quran buyurur 
ki, ac adamları doyurmaq savabdır.
– Elə isə nə üçün məni işləməyə* qoydunuz?
– 
çünki 
büllur qablar 
kirli
 idi. Və hər ikimizin də beynimizdəki zir-zibili 
təmizləməmiz lazımdı.
Yeməkdən sonra tacir oğlana tərəf döndü:
–  İstəyirəm  ki,  mənim  dükanımda  çalışasan.  Bu  gün  sən  büllur  qabları 
silərkən  iki  müştəri  gəldi:  bu,  yaxşı  əlamətdi.  –  Hə,  nə  deyirsən,  mənimlə 
işləməyə razısanmı? – yenidən büllur taciri soruşdu. 
– Dan sökülənə qədər qalan   bütün qabları təmizləyərəm. Siz də 
əvəzində
 
mənə Misirə getmək üçün lazım olan yol pulunu verərsiniz.
Dükan sahibi yenidən gülməyə* başladı:
– Dükandakı bütün büllur qabları il boyu silsən də, satılan hər şeydən öz 
faizini alsan da, sənə bəs etməz. Misirə getmək üçün bir xeyli borca düşməlisən. 
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə