Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə27/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   23   24   25   26   27   28   29   30   ...   51

82

 Aşağıdakı  sözlərin  düzgün  tələffüzü  və  yazılışı  ilə  bağlı  variantları 
ayrı-ayrı sütunlarda yazın.  
korlu(q,ğ,x)umuz, naha(q,x,ğ) yerə, uşa(q,ğ,x)ı, mara(q,ğ,x)lı, yana(q,x,ğ)
ları,  quca(ğ,q,x)layıb,  baxma(x,q,ğ)dan,  mara(q,x,ğ)la,  bula(ğ,q,x)dan, 
oca(ğ,q,x) qalayırdım, toxundu(ğ,q,x)da

  Balqabağın  faydası  haqqında  nə  bilirsiniz?  Müəllimin  təqdim  etdi-
yi mətni  Azərbaycan dilinə tərcümə edin və BİBÖ cədvəlini doldurun. Bu 
məlumatı oxuyandan sonra, yəqin ki, heç biriniz ananızın hazırladığı balqabaq 
şirəsindən və ya yeməyindən imtina etməyəcəksiniz.  

  Tapmacanı  oxuyub  tərcümə  edin.  Tapdığınız  cavabda  ifadə  olunan 
əşyanı təsvir edin, onunla assosiasiya yaradan sözlər deyin. 
В огороде - жёлтый мяч, 
 
Он как полная луна,
Только не бежит он вскачь, 
 
Вкусные в нем семена. 
|
 Aşağıdakı sözlərdən hansı qabaq növünü ifadə etmir?
A) boranı             B) balqabaq              C) yemiş              D) kudu

 Mətndə qara hərflərlə verilmiş sözləri əlaqəyə girdiyi sözlərlə birlikdə 
dəftərinizə  köçürün.  Sonra  şəkilçilərin  köməyi  ilə  onların  neçənci  şəxsə 
mənsub olduğunu müəyyənləşdirib qarşılarında yazın.
|
 Həmin sözlərin ismin hansı halı ilə əlaqələndiyini izah edin.

 Aşağıdakı sətirlərdə 7 atalar sözü “gizlənmişdir”.  Bu atalar sözlərini 
daha tez tapmaq üçün “Kim daha tez ?..”  yarışı keçirin. 
Qocalara  hörmət  et,  cavandan  kömək,  cavanlıqda  daş  daşı,  dövlətdə  
dəvə,  qocadan  demək,  sən  də  qocalacaqsan,  qocaya  gülən,  övladda  nəvə, 
qocalıqda ye aşı, böyüksüz evdə, babanın əlindən, xeyir-bərəkət olmaz, nəvə 
tutar, özünə gülər
ATALAR SЮZЦ – AЬLIN GЮZЦ
§ 21. DİNƏ BİLMƏDİ  
Bazar günü idi. Ənvər kişi səhərdən həyətdə odun doğrayırdı. O, bir araba 
odunun yarısını doğrayıb qurtardı. Sonra baltanı yerə atıb 
ucadan
 
səsləndi:
– Ay uşaqlar, bəsdir yatdınız. Durun, odunları zirzəmiyə daşıyın.
Cəfər ilə Kərim yuxudan oyanmışdılar. Səriyyə xala içəri girib dedi:
– A bala, eşitmirsiniz? Atanız sizi çağırır... Tez geyinib ona kömək edin!
Cəfər yerindən* sıçrayıb geyinməyə başladı. Kərim isə yorğana bürünüb 
mızıldandı: 
– Mən xəstələnmişəm*...
– Haran ağrıyır?
Çap üçün deyil


83
– Başım.
Səriyyə xala Kərimin əlini ovcuna aldı, nəbzini yoxladı. Onun istiliyi* 
yox idi.
Ana:– Qulağın iş sözünü eşidib, ona görə xəstələnmisən*, eləmi? – deyib 
Cəfərlə otaqdan* çıxdı.
Ana  səhər  yeməyi  hazırlamaqla*  məşğul  oldu.  Cəfər  isə  həyətə  düşdü. 
Havada  bərk  sazaq*  var  idi.  Cəfər  soyuğa  əhəmiyyət  vermədi,  əllərini 
ovuşdurub atasına kömək elədi.
Bir azdan onlar odunu daşıyıb qurtardılar. Hamı səhər yeməyinə əyləşdi. 
Cəfərin yanaqları* köz kimi qızarmışdı. O, iştaha ilə yeyirdi. Kərim isə hələ 
yerindən* durmaq* istəmirdi.
Günorta anası  Cəfərə dedi:
– Atanın evdə işi var, hazırlaş* biz də kinoya gedək. Deyirlər, klubda təzə 
uşaq* filmi göstərəcəklər.
Kərim bu xəbəri eşitcək dik atılıb çarpayısında oturdu. Ancaq* anası onun 
fikrini başa düşüb tez dedi:
– Sən yat, bala, xəstəsən. Qalxarsan, soyuq* dəyər.
Ana Cəfərlə qapıya tərəf yönəldi. Kərimin isə “xəstə deyiləm” deməyə dili 
gəlmədi. Onların dalınca baxa-baxa qaldı. 
  
SÞZLÖK
  sazaq – мороз, стужа
mızıldanmaq – пробормотать
❶ 
 Mətndəki əsas fikri və onun hissələri arasında əlaqələri müəyyənləşdirin.

 Səs tonu və fasiləni gözləməklə mətnin birinci yarısını oxuyun.

 Aşağıdakı sualların mətnin məzmununu əks etdirmədiyini əsaslandırın.
1) Odunları zirzəmiyə yığmaq üçün ata nə üçün uşaqları qaldırmadı?
2) Anası niyə  Kərimə yataqdan qalxmağa icazə vermədi?
3) Cəfərin niyə iştahı yox idi?
4) Cəfərlə anası niyə kinoya gedəsi olmadılar?
5) Kərimin qızdırması olduğu halda, o, niyə yatmaq istəmirdi? 

  Mətndə göy  rəngdə verilmiş sözün quruluşu ilə bağlı debata qoşulun. 
1)  Bu, sadə sözdür, ismin çıxışlıq halında işlənmişdir.
2)  Bu, düzəltmə sözdür, “-dan” burada sözdüzəldici şəkilçidir.

 Mətndən bir neçə zərf tapıb onların hərəkəti hansı cəhətdən (tərz, za-
man, yer və s.) izah etdiyini əsaslandırın  və  cümlələrdə işlədin.

  Mətndə  üzərində  ulduz  işarəsi  qoyulmuş  sözlərin  tələffüzü  ilə  bağlı 
öyrəndiyiniz qaydaları yadınıza salın və onları qruplaşdırmaqla təqdim edin. 
Həmin sözləri düzgün tələffüz etdiyinizi göstərin.
İsa Hümmətov
Çap üçün deyil


84

 Mətndə qoşa samitlə yazılan iki söz işlənmişdir. Həmin sözləri tapıb, 
onların tələffüzü ilə bağlı öyrəndiyiniz qaydanı yadınıza salın və izah edin.

 Aşağıdakı atalar sözlərindən hansılar  mətnin məzmunu ilə səsləşir? 
Müəyyənləşdirdiyiniz  atalar  sözlərindən  mətnin  hansı  hissəsində  istifadə 
etmək yerinə düşərdi?
1) Səndən hərəkət, məndən bərəkət. 2) Tənbələ iş buyur, sənə ağıl öy rət sin. 
3) Tənbəl dağda qar gördü, yorğanına büründü. 4)  Əldən qalan əlli il qalar. 
5) Tənbəl həmişə xəstəyəm deyər. 6) Tənbəl günortayacan neyləyib ki, günor-
tadan sonra neyləsin?! 7) Tənbələ dedilər: qapını ört, dedi: yel əsir, örtər.
ATALAR SЮZЦ – AЬLIN GЮZЦ

  “Səriyyə  xala  Kərimin  əlini  ovcuna  aldı”  cümləsində  altından  xətt 
çəkilmiş sözün kökünü müəyyənləşdirin və onun yazılışı ilə bağlı öyrəndiyiniz 
qaydanı yadınıza salıb, fikrinizi əsaslandırın.

 Aşağıdakı cümlələrdə altından xətt çəkilmiş sözlərin eyniköklü olub-
olmadığını əsaslandırın. Həmin kökdən düzələn başqa sözlər deyə bilərsinizmi?
1)  Səriyyə  xala  Kərimin  əlini  ovcuna  aldı.  2)  Cəfər  əllərini  ovuşdurub 
atasına kömək elədi.

 Müvafiq nümunələr əlavə etməklə mətnin məzmununu danışın.
⓬ 
Aşağıdakı sözlərin içərisində ismin yönlük  halında olmayan altı söz 
“gizlənmişdir”.  Həmin sözləri tapıb səsləndirin və fikrinizi əsaslandırın.
zirzəmiyə,  yorğana,  hekayə,  ovcuna,  həyətə,  döngə,  soyuğa,  fəvvarə,  
atasına,  kinoya, həftə, qapıya, hissə, meşəyə, dağlara, dərsə, xəritə,  düşmənə, 
qonşuya 

 “Köməkçi”dəki  sözlərdən uyğun gələni artırmaqla cümlələri köçürün. 
Artırdığınız  sözlərin  ayrılıqda,  yoxsa  qoşulduğu  sözlərlə  birlikdə  müəyyən 
məna ifadə etməsi üzərində müşahidə aparın.
1)  Cəfər  atasına  –  bir  neçə  addım  atıb  dayandı.  2)  Uşaqlar  axşama  
–  atalarına  kömək  etdilər.  3)  Yeməkdən  –  əlləri  sabunla  yumaq  lazımdır.  
4) İlk vaxtlar rəngli boya – işləmək  Gülsümə çətin gəlirdi. 5) Namiqin sifəti 
mis rənginə çalırdı, yanaqları alma – qızarmışdı. 6) Vüqardan – bütün dostları 
onu təbrik etmişdilər.
Köməkçi:
 tərəf, doğru, lakin, başqa, axı, ilə,  lap, uf, kimi, qədər, sonra, əvvəl
|
 Artırdığınız sözlərin ismin hansı halından sonra işləndiyinə diqqət yetirin.
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə