Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə25/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   21   22   23   24   25   26   27   28   ...   51

76

 Şeirdə üzərində ulduz işarəsi qoyulmuş söz və söz formalarının sonun-
da gələn “q” samitinin necə tələffüz olunması ilə bağlı fikrinizi əsaslandırın.

  “Payız  meyvələri”  başlıqlı  mətn  tərtib  edin  və  meyvələrdən  birinin   
faydaları haqqında bildiklərinizi danışın. 

 Şeirdə qara şriftlə verilmiş sözlərin tələffüzü üzərində müşahidə aparın. 
Həmin söz və söz formalarının sonunda “k” hərfinin necə tələffüz olunacağı ilə 
bağlı mülahizələrinizi müəlliminizə bildirin.

 Aşağıdakı şəkilləri nəzərdən keçirin və “Təbiətin payız rəngləri” möv-
zusunda danışın.

 Aşağıda  sizin  bildiyiniz  dörd  tapmaca  verilmişdir.  Bu  tapmacaların 
hissələri bir-biri ilə qarışıq düşmüşdür. Diqqətli olsanız, düzgün variantı  asan-
lıqla taparsınız. Özünüzü sınayın. 
1) Kiçik-kiçik sandıqlar,   
 
2) Göydən gələr millənər,
    Yerə düşər, dillənər.    
 
    İçi dolu fındıqlar. 
3) Otlarda necə otdu 
 
 
4) Səhər açılar. 
    Nə dişi var, nə ağzı 
 
 
    Dişləyir heyvan kimi. 
    Gecə yumular,
|
  Tapmacalarda  altından  xətt  çəkilmiş  sözlərin  feilin  hansı  zamanında 
işləndiyini deyin.

 Aşağıdakı sözlərin içərisində ismin  çıxışlıq  halında olmayan bir neçə 
söz “gizlənmişdir”.  Həmin sözləri tapıb səsləndirin və fikrinizi əsaslandırın.
bağlardan,  meşədən,  cırtdan,  payızdan,  heyvandan,  quşlardan,  bədən, 
təbiətdən, çoxdan, meyvələrdən,  çamadan, dağdan, qənddan
|
 “Əvvəl, sonra, başqa, özgə, savayı” sözlərini yuxarıdakı sözlərdən hansı 
ilə işlətmək mümkündür? Yoxlayın. 
Çap üçün deyil


77
⓰ 
  Qruplara bölünün. Hərəniz aşağıdakı abzaslardan birini genişləndir-
səniz, “Bağçılıqda ən mühüm dövr payız fəslidir” başlıqlı mətn alınacaq.  
1) Payızda meyvə bağlarını mümkün qədər tez şumlamaq, peyinlə güb rə-
ləmək lazımdır.
2) Meyvə ağaclarını payızda yarpaqlar töküləndən sonra budamaq daha 
məqsədəuyğundur.
3) Ağacların payızda əkilməsi daha yaxşı effekt verir. Belə ki, yeni əkilmiş 
ağaclar təbii yolla sulanır.
4) Xəstə və quru budaqları mütləq kəsmək və yarpaqlarla birlikdə  yan-
dırmaq lazımdır.

 Rus dillində müəllimin təqdim etdiyi şeiri oxuyun və tərcümə edin. 
Onun məzmunu əsasında “Qızıl payız” mövzusunda inşa yazın.
§ 20. İLK QABAR 
Namiq  dərsdən  qayıdan 
kimi
  anası  ona  yemək*  gətirdi,  çay  verdi.  O, 
həmişəki  kimi,  xörəkdən*  bir  az  yeyib  çəkildi.  Bayaqdan  oturub  oğlunun 
hərəkətlərini izləyən ana yenə də deyinməyə başladı:
– Ay  bala,
  axı
  sənə  nə  olub?  Niyə  az  yeyirsən? 
Heç
  bilirsən  nə  günə 
qalmısan?
– Yemək* istəmirəm,– deyə Namiq üz-gözünü turşutdu.
–  Bəs  nə  vaxt  öz  dilinlə  yemək*  istəyəcəksən*,  əməlli-başlı  yeyib-
içəcəksən*?
– Bilmirəm.
– Onda dur, divanda uzan, dincəl, yəqin, yorulmusan.  
Ana üzünü kənddən qonaq gəlmiş Təhmiraz babaya tutub gileyləndi:
Namiq məni 
lap
 dərdə salıb, 
heç
 bilmirəm başıma nə çarə qılım?
– Nə olub 
ki
? – deyə baba xəbər aldı.
– 
Eh
, daha nə olacaq, ay ata, gözümüzün ağı-qarası bir uşaqdır, 
o da ki
 
belə. 

 yeməyi var, 

 içməyi. Rəngi 

 sapsarı. Heç bir şeydən korluğumuz 
yoxdur.  Hər  il  kurorta  aparıram.  Əlini  ağdan-qaraya  vurmağa  qoymuram. 
Amma 
bir kökəlib ətə-qana gəlmir. Yanından yel keçən kimi xəstələnir. 
Baba gəlinin dediklərinə* qulaq asandan 
sonra
 gülümsədi, əlini saqqalına 
çəkdi.
– Ay qızım, sən nahaq yerə özünü incidirsən. Qorunan gözə çöp düşər. 
Uşağı 
lap
 dibçəkdəki* gül 
kimi
 saxlayırsınız. Soyuğa düşəndə büzüşür, istiyə 
düşəndə quruyur. Qoymursunuz, bir bərkdən-boşdan çıxa.  
Ana gözlərini bir nöqtəyə zillədi, öz-özünə danışırmış kimi dedi:
– Gərək* uşağı bu il Soçiyə aparım. Yaxşı həkimlərə baxdırım, görsünlər 
uşağın dərdi nədir.
Çap üçün deyil


78
Baba dərin fikrə getmişdi. Birdən o, başını qaldırıb dedi:
– Qızım, uzağa getmək* lazım deyil. Uşağın dərmanı bizim dağlardadır. 
Namiqi bu yay apararam kəndə, loğmana göstərərəm, nə dərdi varsa, çarə edər.
Ananın gözlərində sevinc qığılcımları parladı. 
Lakin
 tezcə 

 keçib getdi.
– Babacan, deyirsən, 
lap
 yaxşı həkimdir?
– 
Heç
 tayı-bərabəri yoxdur, qızım, – deyə baba inamla dilləndi.
– Nə deyirəm, necə məsləhət görürsən, elə də olsun.
Baba  nəvəsini  yanında  oturdub  ona  kəndin  gözəl  mənzərələrindən
havasından, bağbanı olduğu bağların ətirli meyvələrindən maraqlı söhbətlər 
edirdi.  Namiq  quş  olub  kəndə  uçmaq  istəyirdi:  “
Bircə
  bu  günlər  tez  gəlib 
keçsəydi...”. 
Ancaq
  həkim  məsələsi  Namiqin  yadına  düşəndə  onu  kədər 
bürüyürdü. Anası lazımlı-lazımsız oğluna o qədər iynə vurdurmuşdu, dərman 
içirmişdi 
ki
...
Çox keçmədi 
ki
, yay tətili başlandı. Baba 
ilə
 nəvə kəndə getdilər. İstilər 
düşmüşdü. 
Lakin
  dağlar  qoynunda  yerləşən Almalı  kəndində  yayın  gəldiyi 
hiss olunmurdu. Bura şəhərli oğlanın çox xoşuna gəlmişdi. O, evlərinə zəng 
edir, yaxşı istirahət etdiyini anasına bildirirdi. Anası 
isə
 hər gün zəng edib onun 
halını soruşur, özündən muğayat olmasını tapşırırdı. 
Sentyabr  yaxınlaşdı.  Baba  dağların  dadlı  meyvəsindən  nəvəsinə  sovqat 
tutdu. Onu avtobusla şəhərə yola saldı. Ayrılarkən baba əlini nəvəsinin çiyninə 
qoyub dedi:
– Get oğlum, 
ancaq
 babanı yaddan çıxarma. Hər yay yanıma gəl, göz lə-
yəcəyəm səni.
– Gələcəyəm, baba, gələcəyəm...
  Necə  düşünürsünüz,  Namiq  olanları  anasına  olduğu  kimi  danışacaq, 
yoxsa onu sakitləşdirmək üçün yalan danışmalı olacaq?
Şəhərdə Namiqi qarşılamadılar. 
çünki
 o, haçan gələcəyini xəbər ver mə-
mişdi. Avtobus şəhərə axşamüstü çatdı. O, çamadanını götürüb evlərinə getdi. 
Zəngi basdı. Qapını anası açdı. Anası duruxdu. 
Elə bil
 oğlunu tanımadı. İndi 
Namiqin sifəti mis rənginə çalırdı, yanaqları alma 
kimi
 qızarmışdı.
Ana  oğlunu  qucaqlayıb  bağrına  basdı,  üzündən-gözündən  öpdü.  Onlar 
keçib divanda oturdular. Ana oğluna baxmaqdan doymurdu. 
– 
Bıy, ay
 Namiq, 
nə 
qəşəngləşmisən? Babanın ömrü uzun olsun, səni belə 
görəndə, elə bil, dünyanı mənə bağışladılar. 
Ananın sevinci yerə-göyə sığmırdı. O, sualları yağış 
kimi
 yağdırırdı:
– Oğlum, həkim sənə hər gün baxırdı? Dərmanları hardan alırdınız?
– Anacan, kənddə həkim vardı. 
Ancaq
 onun üzünü 

 görməmişəm. 
Axı
 
mən heç xəstələnmirdim...

 Doğrudan? Nə yaxşı! Bəs 
onda necə dincəldin? – deyə ana maraqla 
soruşdu.
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə