64
§ 16. YOx, MONTYOR GƏLMƏYƏCƏK
Çayın hər iki tərəfində olan evlərə elektrik xətti çəkilmişdi. Gecələr kəndin
küçələrində lampalar hər tərəfə işıq* yayırdı. Bir gün dərsdən sonra Vəli
məktəbdə dedi ki, nənəsinin mənzilində elektrik xətti xarab olub. İki gündür
ki, işıq yanmır. Nənəsi iki gündür ki, lampa yandırıb oturur.
Adil bunu eşitdikdə dedi:
– Dərsdən sonra gedək, baxaq!
Vəli başını
hərlədi
.
– Baxmaqla* nə olsun, – dedi. – Düzəltmək lazımdır. Kəndin montyoru*
da iki gündür xəstədir*.
Adil:
– Eybi yoxdur, – dedi. – Sən mənə göstər*, bizim bir yaxşı montyor
tanışımız var. Ona deyərəm, gəlib düzəldər.
– Dərsdən sonra Adil Vəlinin nənəsigilə getdi. Vəli ondan* qabaq* otağa
girib lampanı bir neçə dəfə burdu və dedi:
– Gördünmü, yanmır! Baxmaqla nə olur ki?
Adil onun sözlərinə əhəmiyyət* vermədən qapının haşiyəsinə vurulmuş
elektrik açarını sağa-sola burdu. İşıq yanmadı. Vəlidən bir bıçaq* gətirməsini
xahiş etdi. Bıçaqla* elektrik açarının qapağını qaldırdı və diqqətlə baxdı.
Elek trik məftilinin* bir tərəfdən qırıldığını gördü.
Vəlinin nənəsi açarın qapağının çıxarıldığını gördükdə həyəcanla dedi:
– A bala, neyləyirsən, xarab edərsən.
Adil dedi:
– Qorxma, nənə! Heç nə eləmirəm. Baxıram.
Adil qırılmış simi ehtiyatla* birləşdirib qapağı yerinə bağladı.
Vəli:
– Yaxşı, montyora nə vaxt deyəcəksən? Sabah gələrmi?
Adil gülümsədi:
– Yox, montyor gəlməyəcək.
Bunu deyib Adil elektik açarının düyməsini qaldırdı. Lampa yandı. Vəlinin
gözləri* bərəldi.
– Neylədin? Nə oldu ki, yandı?
Vəlinin nənəsi də gözlərini təəccüblə* yanan lampaya zillədi...
xalidə Hasilova
SÞZLÖK
haşiyə – burada: наличник
qapaq – крышка
xarab olmaq – испортиться
gözləri bərəlmək – вытарашить глаза
❶
Necə düşünürsünüz, mətnin başlığı məzmunu əks etdirə bilirmi? Bəs
siz mətni necə adlandırardınız? Fikirlərinizi əsaslandırın.
Çap üçün deyil
65
❷
Necə düşünürsünüz, “Doğrudan da, fizikdir...” və “Yox, montyor
gəlməyəcək” mətn ləri arasında hər hansı bir bağlılıq varmı? Əgər varsa, bu
bağlılıq nədən ibarətdir? Fikrinizi faktlarla əsaslandırın.
❸
Mətn üzrə plan tərtib etməli olsanız, aşağıda verilmiş planla razı laşar-
dınız, yoxsa yeni plan tərtib edərdiniz? Qruplara bölünün və öz variantınızı
təqdim edin. Tərtib etdiyiniz plan əsasında mətnin məzmununu danışın.
1) Vəlinin məlumatı.
2) Adilin təklifi.
3) Adil Vəlinin nənəsigildə.
4) Nənənin narahatlığı.
5) Vəlinin və nənəsinin təəccübü.
❹
Aşağıdakı sualların mətnin məzmununu əks etdirmədiyini əsaslandırın.
1) Vəli nənəsinin işığının yanmadığını niyə gizlədirdi?
2) Adil niyə Vəlinin məlumatını dinləmək istəmədi?
3) Nə üçün Adil Vəlinin nənəsigilə getməkdən boyun qaçırdı?
4) Montyor elektrik xəttindəki qırığı tapa bildimi?
5) Vəli nənəsinin işığını düzəldərkən nədən istifadə etdi?
6) Nənə işığın yandığını görəndə nə üçün təəccüblənmədi?
❺
Oxuduğunuz mətndəki əsas fakt və hadisəni müəyyənləşdirin.
A) Vəlinin nənəsinin işığı yanmırdı, elektrik xəttindəki qırığı Adil düzəltdi.
B) Montyor xəstə idi, Vəli başqa montyor axtarırdı.
C) Lampa yanırdı, Adil Vəli ilə söhbət edib, evlərinə qayıtdı.
D) Vəlinin nənəsi təəccüblə yanan lampaya baxdı.
E) Vəlinin nənəsinin işığı yanmırdı, Adil rezin əlcək və ayaqqabı axtardı.
❻
Mətndə üzərində ulduz işarəsi qoyulmuş sözləri dəftərinizə köçürün,
düzgün tələffüz şəklini qarşılarında qeyd edin.
❼
Mətndə altından xətt çəkilmiş sözlərə sual verib nə bildirdiyini müəy-
yənləşdirməyə çalışın. Çətinlik çəkdinizsə, bunun səbəbini izah etməyə səy
göstərin. Sizcə, nitqimizdə işlətdiyimiz bütün sözlərin leksik mənası varmı?
❽
Mətndə göy rəngdə verilmiş sözün əvəzinə aşağıdakılardan hansını iş-
lətmək daha çox yerinə düşər?
A) fırladı B) buladı C) döndərdi D) qaldırdı E) salladı
❾
Mətndə qara şriftlə verilmiş sözlərdəki ümumi cəhət nədən ibarətdir?
Düzgün olmayan cavabı göstərin.
A) hərəkətə aid olduğu üçün hamısı zərfdir B) hamısı düzəltmə sözdür
C) hamısı qoşasamitli sözdür D) hamısı isimdən düzəlib
E) hamısı tərzi-hərəkət zərfidir
Çap üçün deyil
66
❿
Aşağıdakı atalar sözlərindən mətnin məzmununa uyğun olmayanı seçib
səsləndirin. Fikrinizi əsaslandırın.
1) İş ustasından qorxar. 2) Yalançının evi yandı, heç kim inanmadı.
3) Çörəyi ver çörəkçiyə, birini də üstəlik. 4) Çalışqan əl nəyə dəysə, qızıl
olar. 5) Bacarıq ağlın nişanəsidir. 6) Bacarmadığın bir işi bacarıram demə!
7) İş bacaranın, aş yeyənindir!
ATALAR SЮZЦ – AЬLIN GЮZЦ
⓫
Lampa ilə əlaqədar tapmaca deyə bilərsinizmi? Özünüzü yoxlayın.
⓬
Cümlələrin düzgün qurulmasına diqqət yetirməklə müəllimin təqdim
etdiyi mətni Azərbaycan dilinə tərcümə edin.
⓭
Aşağıdakı sözlərin quruluşunu müəyyənləş dirin.
açarının, düyməsini, tanışımız, birləşdirib, bağladı, çəkilmişdi, vurulmuş
⓮
Cümlələri əvvəl mətnin məzmunu əsasında, sonra isə istədiyiniz kimi
tamamlayın.
1) Bir gün dərsdən sonra Vəli məktəbdə dedi ki, ... . 2) Kəndin montyoru
da ... . 3) Dərsdən sonra Adil ... . 4) Bunu deyib Adil elektik açarının ... . 5) Adil
onun sözlərinə əhəmiyyət vermədi və ... . 6) Adil qırılmış simi ehtiyatla ... .
⓯
Mətndə işlənmiş qoşasamitli sözləri seçib yazın və onların tələffüzü ilə
bağlı bildiyiniz qaydaları izah edin.
⓰
Mətndə inkarda işlənmiş feilləri seçib yazın və onları müxtəlif za-
manlarda cümlələrdə işlədin. Bu feilləri feilin başqa hansı formalarında
(şəkillərində) işlədə bilərsiniz?
⓱
Adil elektrik xəttindəki nasazlığı aradan qaldırandan sonra
in
fizika dərnəyinə üzv yazılmaq qərarı qətiləşdi. O, məktəb direktorunun adına
aşağıdakı ərizəni yazdı.
ərizəsi üzərində müşahidə aparın və ərizənin
quruluşunu (hansı hissələrdən ibarət olduğunu) təsvir edin.
|
Sizcə, Vəlinin ərizəsindəki bəzi sözlər niyə qara şriftlə verilib?
Quba rayonu Xınalıq kənd orta məktəbnin direktoru
Cəmilə Bağırovaya həmin məktəbin 7-ci sinif şagirdi
Cəfərov Həbib Hüseyn oğlundan
Ə R İ z Ə
xahişt edirəm ki, məni məktəbmizdə faliyyət göstərən “Fizikaşunas”
dərnəginə üzüv yazasız.
İmza:
.H.Hüseynov
20 sentyabr 2014-cü il.
Həbib
in
Həbib
C
Çap üçün deyil
Dostları ilə paylaş: |