Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə18/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   14   15   16   17   18   19   20   21   ...   51

55
 Axı bu halda ...
– Eybi yoxdur ...  Məni elə birtəhər atın belinə aşırın, yolda sağalacağam.
Sisianov düz üç gündən* sonra qoşunu ilə gəlib İçərişəhərin qala divarı 
önündə  
 . Gördü qala divarlarının* üstü oxatanlarla* doludur. Sakitcə 
dayanıb əmr 
 . 
Sisianov içəriyə elçi göndərdi, xana çatdırdı ki, onunla danışmaq 
  .                        
Hüseynqulu xan dedi ki, buyursun, gəlsin. Sisianov bu dəfə elçiyə dedi:
– Xana de ki, şəhərin açarlarını* 
göndərsin
 ki, ona 
inanım
.
Elçinin sözü Hüseynqulu xana xoş getmədi
1
. İstədi ki, onu 
qovsun
. Amma 
məsləhətçi və məşvərətçilər dedilər ki, səbirli ol.
Qazılıq qoca düz on altı il qalada dustaq oldu. Sonralar Əmən deyilən bir 
kişi altı dəfə getdi, həmin qalanı ala bilmədi.  
Hüseynqulu xan İçərişəhərin açarlarını* 
. Amma Sisianov bundan* 
da razı olmadı. Dedi ki, açarları* xan özü 
gətirsin
. Məsələ bu yerə gəlib çatan-
da Hüseynqulu xan məsləhətçi və məşvərətçilərinə dedi ki, narahat olmayın, 
artıq* mən bilirəm ki, nə etmək lazımdır.
Hüseynqulu  xan  İçərişəhərin  açarlarını*  bir  gümüş  nimçəyə  qoyub  Si-
sianovun  yanına    apardı.  Elə  ona  çatanda  qılıncını  sıyırıb  boynunu  vurdu
1

Bunu görən qoşun pərən-pərən düşdü.
Hüseynqulu xan Sisianovun tökülən qanına, yerdə top kimi diyirlənən* 
başına baxıb dedi:
– Knyaz, xoşladığın şey başına gəldi
1
. Səndən* Gəncənin də, Şamaxının 
da heyfini çıxdım.
Deyilənə görə, Sisianovun kəsilmiş başı sonradan necə oldusa, 
tapılmadı

Kimi dedi, Gəncəyə, Şamaxıya aparılıb, qapı-qapı 
gəzdirildi
, kimi dedi,  Avar 
xanı Əhməd xana sovqat 
göndərildi
; kimi də dedi ki, qırx pud ağırlığında* 
qızıla İran şahına 
satıldı
 
... 
 
    
SÞZLÖK
  nal – подкова             
yavər – адъютант                                     
əyər-əskik  – недостаток                                 
sıyırmaq – burada: выташить
götür-qoy etmək – обдумать
məşvərətçi – советник, консультант
SЮZ EHTИYATI
pud – пуд (мера веса равная 16,4 кг)    pərən-pərən düşmək – разойтись                                                              
❶ 
 Mətndəki ağ boşluqların yerinə ilk ağlınıza gələn sözləri qoyub cümlələri 
oxuyun. Sonra “Köməkçi”yə baxaraq düzgün seçim edib-etmədiyinizi müəy-
yənlədirin.
Köməkçi:
  axıtdılar,  tökdülər,  doldurdular,  verdilər;  oturdu,  gəzindi, 
İşləyəni: Dilsuz
Çap üçün deyil


56
dayandı,  gözlədi;  verirdilər,  gözləyirdilər,  dinləyirdilər;  istəyir,  xahiş  edir, 
tələb edir, arzusundadır; apardı, göndərdi, verdi, tulladı ...
|
  Səs  tonu,  temp  və  fasiləni  gözləməklə  mətni  oxuyun  və  əsas  fikri 
müəyyənləşdirin. 
|
 Oxu zamanı mətnin məzmunu ilə əlaqəsi olmayan cümlə və ya abzasla 
qarşılaşdınızmı? Fikrinizi açıqlayın və müəyyən etdiyiniz faktları səsləndirin.

 Aşağıdakı suallara cavab verin və mətnin məzmununu qısaca danışın. 
1) Hüseynqulu xanın kefi niyə pozulmuşdu?
2) Xan nə üçün qala divarlarının möhkəmləndirilməsi üçün göstəriş verdi?
3) Sisianov xəstəlikdən gözünü açanda  yanındakı yavərə nə dedi?
4) Xan Sisianovun yerdə top kimi diyirlənən başına baxıb nə dedi?
5) Sisianov içəriyə elçi göndərib Hüseynqulu xana nə çatdırdı?
6) Sisianov qoşunu ilə İçərişəhərin qala divarı önündə dayananda nə gördü?
7) İçərişəhərin açarlarını Sisianovun yanına nə üçün xan özü apardı?
|
 Necə bilirsiniz, sualların sırası  mətndəki ardıcıllığı əks etdirə bilirmi? 
Fikrinizi mətnə istinad etməklə əsaslandırın və müvafiq ardıcıllığı bərpa edin.
|
 Necə düşünürsünüz, hadisələr suallardakı ardıcıllıq üzrə baş verə bilər-
dimi? Söylənilən fikirlərə münasibət bildirməklə müzakirə edin və fikirlərinizi 
əsaslandırın.

 Mətnin hissələrini və bu hissələri bir-birinə bağlayan cümlələri müəy-
yənləşdirin. 
|
 Necə düşünürsünüz, mətnin əvvəlki hissələrindən sonluğun bu şəkildə 
olacağını təxmin etmək mümkündürmü? Fikrinizi söyləyin.

  Sarı  fonda  verilmiş  abzasın  mətndəki  rolunu  müəyyənləşdirməyə 
çalışın. Necə düşünürsünüz, bu abzası mətndən çıxarsaq, Sisianovun nə üçün 
gəlib  İçərişəhərin  qala  divarı  önündə  dayanmasının  səbəbini  başa  düşmək 
olarmı? Müzakirə edin və münasibətinizi bildirin.

  Aşağıdakı  mətni  Azərbaycan  dilinə  tərcümə  edin.  Bu  məlumatdan 
“Hüseynqulu  xan”  mətninin  hansı  hissəsində  istifadə  etmək  olar?  Fikrinizi 
əsaslandırın.
28  ноября  Цицианов  прибыл  в  Шамхор  и  отправил  Джавад-хану 
письмо, где напомнил, что тот принял подданство России и дал клятву. 
Далее шло ультимативное требование сдать город, иначе обещал «огонь 
и меч». В письме сообщалось и том, что Гянджа с округой принадлежали 
ранее Грузии и Россия, приняв Грузию под свою власть, не может оставить 
Гянджу в чужих руках. Джавад-хан, затягивая время, дал неопределённый 
ответ в лучших традициях восточной дипломатии.
Çap üçün deyil


57

 Mətndə qara şriftlə verilmiş mürəkkəb sözlərin nə üçün bitişik və ya 
defislə  yazılmasının  səbəbini  izah  edin  və  onlardan  hər  birinin    hansı  nitq 
hissəsinə aid olduğunu deyin.

 Necə düşünürsünüz, mətndə qara kursivlə verilmiş cümləni kontekstə 
uyğun tamamlamaq üçün aşağıdakı variantlardan hansı yerinə düşmür?
A) ata necə minəcəksiniz     
 
B) gedə bilməzsiniz           
C) sizə çətin olar               
 
D) necə gedə bilərsiniz  
E) sizi heç bir təhlükə gözləmir

  Uyğun əlamət bildirən  sözlərdən istifadə etməklə  Hüseynqulu xanı 
təsvir edən bir neçə cümlə yazın. Cümlələrin bir-biri ilə əlaqələnməsinə diqqət 
yetirin.
Köməkçi:
  cəsur,  ağıllı,  hünərli,  tamahkar,  kinli,  varlı,  səbirli,  zülmkar, 
iradəli, işgüzar, vətənpərvər, tənbəl, davakar, tədbirli, gözüaçıq, etibarlı, acgöz, 
diribaş, uzaqgörən, işğalçı, qaniçən ... 

 Mətndə altından xətt çəkilmiş sözlərin qrammatik mənasını izah edin 
və məna növləri üzrə qruplaşdırın. 
|
 Qeyri-müəyyən əvəzliklərə aid özünüzdən misallar deyin və cümlələrdə 
işlədin.  

 Mətndə narıncı rəngdə verilmiş feilləri kök və şəkilçiyə ayırıb yazın. 
Sonra həmin feillərdən yenilərini düzəldin.
Köməkçi:
 köçürmək: köç+ür+mək – köçürül mək, köçürtmək, köçürt dür-
mək, köçürtdürülmək  

  Aşağıdakı söz birləşmələrini tərcümə edib yazın və cümlələrdə işlədin.
поле  битвы,  крепостные  стены,  русский  князь,  ключи  города, 
серебряная тарелка, сорок килограмм золота 

 Mətndə adi kursivlə fərqləndirilmiş ifadələrin kontekstə uyğun məna-
larını izah edin. İçərisində bu ifadələr işlənmiş cümlələri tərcümə edin.
⓭ 
Kiçik qruplara bölünün. Hərəniz aşağıdakı feillərdən birini müəllimin 
tövsiyə etdiyi formada şəxslərə görə dəyişib yazın və cümlələrdə işlədin.
köçürmək, təmizləmək, daramaq, bağlamaq, açmaq, hazırlaşmaq

 Mətndə narıncı rəngdə verilmiş feillərin şəxsini və axırıncı abzasdakıla-
rın  zamanını  müəyyənləşdirin.  Rus  dilindəki  biliklərinizə  əsasən,  narıncı 
rəngdəki digər feillərin formasını (şəklini) təyin edə bilərsinizmi?
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə