Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə16/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   12   13   14   15   16   17   18   19   ...   51

49
|
  Necə  bilirsiniz,  yuxarıdakı  variantlarda  verilən  cümlələr  mətndəki 
ardıcıllığa uyğun gəlirmi? Münasibətinizi bildirin.

 Dastanın oxuduğunuz hissəsində bir yerdə ardıcıllığın pozulmasına yol 
verilmişdir. Həmin hissəni tapıb oxuyun və fikrinizi əsaslandırın. 

  Mətnin  birinci  abzasında  üzərində  ulduz  işarəsi  qoyulmuş    sözlərin 
düzgün yazılışını müəyyənləşdirib dəftərinizə köçürün. 

 Dastandan götürülmüş aşağıdakı misraların  hansı dastan qəhrəmanı 
tərəfindən söyləndiyini yadınıza salın. Siz də bu sözlərdən istifadə edirsinizmi?
Birliyinə sığındığım, qadir tanrı!
İşimi sən başa vur, sən kömək et!
A) Qazılıq qoca          B) Dəli Dondaz və  Dönəbilməz Tüləkvuran     
C) Dirək təkur            D) Qaragünə oğlu Budaq            E) Yeynək                       

 Mətndə işlənmiş  miqdar saylarını tapıb qrammatik mənasını izah edin 
və hər birini cümlələrdə işlədin.
|
 Bəs “onlarla, yüzlərlə, minlərlə, üç-dörd, on-on beş, neçə-neçə, çox-çox”  
sözləri  nə  bildirir?  Bu  sayların  qrammatik mənasını  izah  edin  və  quruluşca 
növlərini müəyyənləşdirib cümlələrdə işlədin. 
❿ 
Mətndə qara şriftlə verilmiş sözlərin qrammatik mənalarını izah edin 
və  onları  bildiyiniz  məna  növləri  üzrə  qruplaşdırın.  Rus  dilində  əvəzliyin 
məna növləri ilə bağlı biliklərinizi yadınıza salın və növünü müəyyənləşdirə 
bilmədiyiniz sözləri ayrıca bir qrupda yerləşdirin. Bunlar hansı sözlərdir?
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Əziz uşaqlar, siz şəxsişarə və sual əvəzlikləri ilə tanışsınız. Ancaq nitqinizdə 
əvəzliyin digər növlərindən də istifadə edirsiniz ki, bunlar aşağıdakılardır:
a) qeyri-müəyyən əvəzliklər – kimsə, kim isə,  biri, birisi, nəsə, nə isə, kimi, 
kimisi,  hamı,  hərə,  hər  şey,  kiməsə,  bəziləri,  harasa,  kimdənsə,  hər  nə,  neçəsi, 
kimsə, heç kim, heç nə, heç bir şey, heç kəs, heç biri ...
b) təyini əvəzliklər – öz, hər, bütün, filan, eyni 
⓫ 
Mətndə sarı fonda verilmiş abzasda xeyli mənsubiyyət şəkilçili söz var. 
Həmin sözləri tapıb hansı şəxsdə işləndiyini müəyyənləşdirin, sonra onların  
əlaqələndiyi  sözlərin ismin hansı halında olduğunu söyləyin.

  Mətndə  altından  xətt  çəkilmiş  sözləri  sinonim  qarşılıqları  ilə  əvəz 
edib  cümlələri  yenidən  oxuyun.  Necə  düşünürsünüz,  əvəzetmə  nəticəsində 
cümlələrin mənasında dəyişiklik baş verdi, yoxsa yox? Siz hansı variantdan 
istifadəyə üstünlük verərdiniz? Fikrinizi açıqlayın.
Çap üçün deyil


50

 Mətndə narıncı rəngdə verilmiş sözlərin qrammatik mənası ilə bağlı 
debat təşkil edin. Deyilən fikirlərə münasibət bildirməklə fikrinizi əlavə fakt-
larla  əsaslandırın.  Unutmayın,  rus  dilindəki  bilikləriniz  də  köməyinizə  gələ 
bilər.
1) Bu sözlər zərfdir, çünki...                   2) Bu sözlər sifətdir, çünki ...
|
 Bu sözləri həm sifət, həm də zərf kimi işlətməklə cümlələr qurun. 

 Cümlələri düzgün tamamlasanız, bir neçə atalar sözü alınacaq. Özünüzü 
sınayın və alınan atalar sözlərini oxuyun. Necə bilirsiniz, onların içərisində 
mətnin məzmunu ilə səsləşəni varmı? Fikrinizi açıqlayın.
1) Sən saydığını say, ... 2) Böyük ağacın kölgəsi də ... 3) Düşməni dost elə, 
dostu ... 4) Gördüyünü qoyub ... 5) Kiminin əvvəli, ... 6) Örtülü bazar – ...  
7) Namərdin çörəyi ...  8) Qarı düşmən ... 9) Özgə atına minən ...
ATALAR SЮZЦ – AЬLIN GЮZЦ
Köməkçi:
 dostluğu pozar; böyük olar; düşmən eləmə; kiminin axırı; dizinin 
üstündə olar; tez düşər; gör fələk nə sayır; eşitdiyinə inanma; dost olmaz

 Aşağıdakı əvəzliklərdən hər birini bir cümlədə işlədib yazın.
kimsə, birisi, nəsə,  hamı, hərəniz, hər şey, bəziləri, harasa, heç nə, heç kəs, 
heç bir şey, hərəmiz 

 Aşağıdakı  cümlələri  dəftərinizə  köçürn.  Sözlərə  artırılan  şəkilçilərin 
altından xətt çəkib hər birinin nə bildirdiyini izah edin.
Şahinlərin  ən  yaxşısını,  qumaşın  gözəlini,  qızların  göyçəyini,  doqquz 
cərgə zər naxışlı çuxanı Bayındır xana hədiyyə ayırdılar. Qalan şeyləri döyüşçü 
igidlərə bağışladılar. 
Kÿlmÿlÿrin “dili”ni þyrÿnÿk!
Dönmək
 –1) Getdiyi, ya durduğu tərəfin əksinə çevrilmək – Dön, baxım; istiqamətini 
dəyişmək,  başqa  tərəfə  yönəlmək  –  Məktəbə  tərəf  döndü.  2)  Qayıtmaq,  geri 
qayıtmaq – Dönüb evlərinə gəldilər. 3) Sözünü, vədini, qərarını pozmaq, sözündən 
qaçmaq  –  Demək,  sözündən  döndün;  imtina  etmək,  əl  çəkmək,  üz  döndərmək  
– Mən əqidəmdən dönən deyiləm. 4) Keyfiyyəti dəyişmək – əriyib suya dönmək; 
başqalaşmaq, çevrilmək – cənnətə dönmək; 5) Dövr etmək, fırlanmaq, hərlənmək  
– Yer öz oxu üzərində dönür; Başına dönüm, ay ana! 6) Yıxılmaq, çevrilmək – üzü 
üstə dönmək; 7) Oxşamaq, bənzəmək – daşa dönmək. 
 

  Necə  bilirsiniz,  “Qazılıq  qoca  oğlu Yeynək  boyu”ndan  oxuduğunuz 
1-ci  hissədə  mətnin  tamamlandığını,  2-ci  hissənin  müstəqil  mətn  olduğunu 
söyləmək olarmı?  Fikrinizi  faktlarla əsaslandırın.
Çap üçün deyil


51
§ 12. AzƏRBAYCAN
Od ürəkli, od nəfəsli diyarımsan
Ocağına canım qurban, 
 !
Əzilsən
 də, əyilməyən vüqarımsan 
Bu
 çağına canım qurban, 
 !
Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban.
Hər
 qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban  
 !
Neçə gizli sərvət yatır qucağında,
Neçə ölkə od aparır ocağından*.
Azadlığın al rəmzi var bayrağında
Bayrağına canım qurban, 
 !
Hər uğurun gələcəyə bir yol açır,
Hər dost elə xoş niyyətin işıq saçır.
Hər millətə, hər
 
məzhəbə isti,* açıq*
Qucağına canım qurban, 
 !
Başım üstdə məğrur-məğrur dalğalanan
Bayrağına canım qurban, 
 !
Ruhuma büt, cismim üçün vətən olan
Torpağına canım qurban, 
 !     
                  
 
Nəriman Həsənzadə
SÞZLÖK
 çağ – время
 alnıaçıq – burada: честный
 al – алый
niyyət – намерение
məzhəb – вера
cism – burada: тело
                                            

 Səs tonu, temp və fasiləni gözləməklə şeiri oxuyun. Necə bilirsiniz, 
şeirdəki  boşluqların  yerinə  hansı  sözün    yazılması  daha  çox  yerinə  düşər? 
Fikrinizi şeirdəki faktlara istinad etməklə əsaslandırın.
A) ey vətən     B) torpağım     C) ulu diyar     D) Azərbaycan    E) qəhrəmanım

 Şeirdəki  əsas fikri müəyyənləşdirin. Necə düşünürsünüz, – 
Ruhuma büt, cismim üçün vətən olan
Torpağına canım qurban, Azərbaycan! – misraları ilə şair nə demək istəyir?
Fikirlərinizi açıqlayın.

 Şeirin  müxtəlif  bəndlərində Vətənimizin  qəhrəman tarixi, zənginliyi, 
torpağının müqəddəsliyi tərənnüm olunur. Qruplara bölünün və hərəniz şeirin  
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə