Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə12/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   8   9   10   11   12   13   14   15   ...   51

37

  Aşağıdakı  aforizmləri  oxuyun  və  sifətləri  seçib  onlardakı  əlamətin 
dərəcəsini müəyyənləşdirin. Necə bilirsiniz, bu sifətlərin içərisində quruluşca 
düzəltmə olanı varmı?
S.VURÜUNUN HИKMЯT XЯZИNЯSИNDЯN
1) Doğmalar dar gündə yad ola bilməz!..   4) Ürəkdir insana ən yaxşı sirdaş. 
2) Bizdən bu dünyada hünər qalacaq!        5) İstidir hər quşun doğma yuvası ...  
3) Dünyanı quran da, yıxan da əldir.          6) Ana nəfəsinin özgə dadı var! 
|
  Ən  çox  xoşunuza  gələn  aforizmin  mənasını  izah  etməyə  çalışın  və 
müvafiq situasiyalarda ondan  istifadə edin.

 Mətndən əşyanın əlamətini bildirən sözləri seçib dəftərinizə yazın və 
əvvəlcə quruluşca növlərini, sonra isə əlamətin dərəcəsini müəy yənləşdirin. 
Necə  bilirsiniz,  seçdiyiniz  sifətlərin  içərisində  çoxaltma  dərə cəsində  olan 
varmı? Fikrinizi faktlarla əsaslandırın.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Sifətin çoxaltma dərəcəsi əlamətin normadan çox olduğunu bildirir və  əsasən, 
aşağıdakı üsullarla düzəlir: 
1) 
M
,
 p
,
 r
 samitlərinin köməyi ilə: qı
p
qırmızı, gö
m
göy, tə
r
təmiz, yu
p
yumru, ...
2)  Adi  dərəcədə  olan  sifətlərin  əvvəlinə 
daha,  ən,  lap,  çox,  tünd,  olduqca
 
sözlərini, “
düm
”  hissəciyini artırmaqla: 
daha
 böyük, 
ən
 gözəl, 
lap
 uca, 
çox
 səmimi, 
düm
ağ, 
tünd
-sarı, 
olduqca
 nəzakətli, 
tünd
-yaşıl ...

 Ahəng qanununa uyğun şəkilçi variantlarından düzgün istifadə etməklə 
müəllimin təklif etdiyi mətni Azərbaycan dilinə tərcümə edin. 

 Mavi boşluqların yerinə lazım olan sözü qoyub aşağıdakı misraları oxu-
yun. Necə bilirsiniz, oxuduğunuz misralar bir, yoxsa iki şeirdən götürülmüşdür? 
Fikrinizi konkret faktlarla əsaslandırın. 
Qayaları baş-başadır, 
 
Dağlarının dümağ qarı,
Güneyləri tamaşadır.  
 
Yaranmışdır qarlı qışdan,
Bu yerlərdə limon sarı,   
Bir səngərdir yaranışdan.
Əyir, salır budaqları; 
 
Gödək ömrü çox yaşadır,
   
 
 
 
Canım 
, gözüm 

   
 
 
 
 
 
        Səməd Vurğun
|
 Altından xətt çəkilmiş sifətləri azaltma və çoxaltma dərəcəsində cüm-
lələrdə işlədin.
Çap üçün deyil


38
 
§ 9. zƏNCİNİN ARzULARI
Qara
 zənci ağız açır:
– Mən zənciyəm, həm də rəssam!
Otuz ildən bir az da çox övladıyam bu sənətin,
Məni yalnız insan deyil, bir də şair doğmuş anam!
Amerika, 
Yeni
 dünya! Mənim 
doğma
 vətənimdir,
Babamın 

 sümükləri* çürümüşdür bu torpaqda ...
Dəniz mənim, hava mənim, torpaq mənim, göy mənimdir!
Arzularım* yuva salmış hər budaqda, hər yarpaqda,
Mən sevirəm öz yurdumu bir 
müqəddəs
 məhəbbətlə.
Rəssam könlüm  vurğunudur hər axşamın, hər səhərin,
Yaratdığım tablolarda* hüsnü vardır şəfəqlərin*...
Vaxtınızı  çox almayım!
Deyin, mənim bu sənətlə,
Bu hünərlə yaşamağa yer üzündə yerim varmı
Heç evsiz də, eşiksiz də rəssam olan yaradarmı
Onun qara gözlərindən* bir ildırım çaxdı keçdi,
Ürəyinin  qızıl qanı ürəyimdən  axdı keçdi.
Zənci
 dalğın
 ... Salon
 səssiz
 ... Elə bil ki bütün varlıq 
 Ona bu dəm qulaq asır.
– Bir səyahət günlərində* mən ac qalsam, susuz qalsam,
Bir aşxana qapısını ötənlərdən* xəbər alsam,
“Sən qarasan...” sözlərini* oxuyuram nəzərlərdə*,
Deyin görək, ömrüm  boyu necə dözüm mən bu dərdə?
Qanunların* qara hökmü belə yazır nə zamandır;
Şəhərlərə* qonaq düşmək qaralara qadağandır.
Bəli! – dedi qara zənci, – vətən mənə bir qürbətdir,
Məni vaxtsız qocaldan da bu ayrılıq, bu möhnətdir!
... Amerika, Yeni dünya! Vətənimdir, dedim bayaq,
Çox sevirəm ana yurdun axıb gedən çaylarını*,
Onun 
qarlı
 qışlarını*, bir də bahar aylarını*.
Qızıl, gümüş mədənidir yarandığım qara torpaq,
Fəqət, mənim bu torpaqda yaşamağa haqqım varmı?
Vətənsiz də insan olan insan kimi yaşayarmı?  
 
 
 
 
 
 
 
 
Səməd Vurğun
SÞZLÖK
zənci – негр                               
dalğın – задумчивый
bu dəm – в это время
çürümək – гнить
vurğun – влюбленный                                           
hökm – приговор
Çap üçün deyil


39
SЮZ EHTИYATI
fəqət – но
aşxana – столовая                             
möhnət – горе
hüsn – красота
qonaq düşmək – погостить
gözlərində ildırım çaxmaq – 
 
      burada: гневный взгляд

 Şeirdəki əsas fikri müəyyənləşdirin və zəncinin fikirlərinə münasibəti-
nizi öz sözlərinizlə ifadə edin. Zənci nəyə etiraz edirdi; o, insanların diqqətini 
nəyə cəlb etmək istəyirdi?

 Aşağıdakı suallara cavab verməklə şeirin məzmununu öz sözlərinizlə 
danışın.
1) Amerikanın özünün doğma vətəni olduğunu zənci necə əsaslandırır?
2)  Zəncinin  hansı  fikirləri  onun  öz  yurdunu  müqəddəs  bir  məhəbbətlə 
sevdiyinə insanları inandırır?
3) Vətən sözünü deyəndə zənci niyə alışıb yanır?
4) Zəncini ən çox təhqir edən, onu alçaldan nədir?
5) Zənci öz tələblərində nə qədər haqlıdır?

  Qruplara  bölünün  və  özünüzü  zəncinin  yerində  hiss  edərək  şeirdən 
götürülmüş  aşağıdakı  bəndlərdən  biri  əsasında  təqdimat  hazırlayın.  Fikir-
lə rinizi  əsaslandırarkən  şeirin  məzmununa  istinad  etməklə  yanaşı,  başqa 
müvafiq nümunələrdən də istifadə edin. Qiymətləndirmə aparın: hansı qrupun 
təq dimatında zəncinin hisləri daha inandırıcı ifadə olunur?  
1) Bu hünərlə yaşamağa yer üzündə yerim varmı?
    Heç evsiz də, eşiksiz də rəssam olan yaradarmı?
2) “Sən qarasan...” sözlərini oxuyuram nəzərlərdə, 
     Deyin görək, ömrüm boyu necə dözüm mən bu dərdə?
3) Bəli! – dedi qara zənci, – vətən mənə bir qürbətdir, 
    Məni vaxtsız qocaldan da bu ayrılıq, bu möhnətdir!
4) Qızıl, gümüş mədənidir yarandığım qara torpaq,
     Fəqət, mənim bu torpaqda yaşamağa haqqım  varmı?

 Misraları şeirin məzmunu əsasında tamamlayın. Necə bilirsiniz, tamam-
la dığınız misralar  şeirdəki ardıcıllığa uyğun gəlirmi? Müvafiq ardıcıllığı bərpa 
edin və fikrinizi əsaslandırın.
1)  Rəssam  könlüm  vurğunudur  ...  .  2)  Heç  evsiz  də,  eşiksiz  də  ...  .  
 3) Qanunların qara hökmü ... . 4) Vətənsiz də insan olan ... . 5) Məni yalnız 
insan deyil ... . 6)  Mən sevirəm öz yurdumu ... . 7) Bir səyahət günlərində ... .

 Şeirdəki hansı misraları aforizm kimi qəbul edirsiniz? Həmin misraları 
seçib səsləndirin.
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə